Məhkəmə qərarları › İş №2(011)-3065/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3065/2025

01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Faktiki nikah münasibətlərində olma faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3065/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi şəxsin doğum faktının və nikahda olma faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, babası XX.XX.1892-ci il təvəllüdlü (Aşumov) Əliheydər Süleyman oğlunun 1892-ci il tarixdə Bakı şəhərində doğulması faktının və (Aşumov) Əliheydər Süleyman oğlu ilə X1 1920-ci ildən faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası X10 1892-ci ildə Bakı şəhərində anadan olmuş, xx.xx.1964-cü il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında vəfat etmişdir, onun atası X25, anası isə X38 olmuş, lakin babasının doğulmasını təsdiq edən hər hansı bir rəsmi sənəd mövcud deyildir. Həmçinin babası (Aşumov) Əliheydər Süleyman oğlunun Fərhad, Böyükağa, Ağamehti və Xanımana adlı övladları olmuşdur, Fərhad ərizəçinin atasıdır, atası X15 xx.xx.1982-ci ildə vəfat etmişdir, həmçinin atasının digər bacı-qardaşları da hamısı XİX əsrin sonlarında müxtəlif vaxtlarda vəfat etmişlər. Babası 1920-ci ildə nənəsi X6 ilə dini nikaha daxil olmuş və onların faktiki nikahından yuxarıda adlarını qeyd etdiyi övladları doğulmuşlar. Onların doğum haqqında şəhadətnamələrində ata qrafasında X10, ana qrafasında isə X6 qeyd olunmuşdur. Lakin babası ilə nənəsinin rəsmi nikahda olmasını təsdiq edən hər hansı rəsmi sənəd yoxdur. Doğum faktının və nikahda olma faktının müəyyən edilməsi ona babasının ünvan 2 ünvanına olan 1//3 payını vərəsəlik yolu ilə qəbul etməyi üçün lazımdır. O, başqa yolla qeyd olunan şəhadətnamələri əldə edə bilmir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi və vəkili Vəkil ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: X19 İcariyyə Komitəsinin Texniki İnvertarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyar vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qoqol küçəsi, dalan 1, 7 saylı ev Əliheydər Süleyman oğlunun, X31 və Ummuxanım Süleyman qızının adına 30/4441 nömrə ilə mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1964-cü ildə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1973-cü ildə, 67 yaşında vəfat etmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1940-cı ildə Bakı şəhərində doğulmuş, atası X10, anası X3r. Doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1943-cü ildə Bakı şəhərində doğulmuş, atası X10, anası X3r. Qəbir daşının fotoşəklindən görünür ki, X10 1892-ci ildə anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6563/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ərizəsinə əsasən X4 doğum və ölüm faktı müəyyən edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş Arayışdan görünür ki, X9 XX.XX.1890-cı ildə Bakı şəhərində doğulmuş, bu barədə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxs tərəfindən 02 №-li doğum haqqında akt qeydi tərtib olunmuş, atası X12, anası X18r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Haşımov X27 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisi oğludur. X10 onların babası, X6 nənələridir. X29 1892 –ci ildə anadan olmuş, 1920-ci ildə nənəsi ilə ailə qurmuşdur. Babasının atası Süleyman, anası Qızana olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Ərizəçi əmisi oğludur, X10 onların, həm ərizəçinin, həm də onun babası olmuşdur, babaları, X6 ilə ailəli olmuşdur, babaları 1964-cü ildə, nənələri isə 1973-cü ildə vəfat etmişlər, baba və nənəsinin birgə nikahlarından 4 övladları doğulmuşdur, onlardan Fərhad ərizəçinin atası, Ağamehti onun atası olmuşdur, hər ikisi və digər əmiləri, bibisi də vəfat etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı: 5.1. Məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X37 Heyətinin 08 iyul 1944cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə X7 1892-ci il tarixdə Bakı şəhərində doğulması faktı və X10 ilə X2 1920-ci ildən faktiki nikah münasibətlərində olma faktı sübut olunur. Belə ki, iş materiallarından görünür ki, ərizəçi daha əvvəl babasının bacısı X5 doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş və ərizə təmin edilmişdir. Məhkəmə qətnaməsinə əsasən alınan doğum akt qeydində X5 1890-cı ildə Bakı şəhərində anadan olması, atasının X12 (milliyyəti azərbaycanlı), anasının X26 (milliyəti azərbaycanlı) olması qeyd edilmişdir. Odur ki, həm şahid ifadələri, həm X5 doğum aktı qeydində yazılanlara uyğun olaraq, X7 1892-ci il tarixdə Bakı şəhərində anadan olması, atasının X12 (milliyyəti azərbaycanlı), anasının X26 (milliyəti azərbaycanlı) olması təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan doğum şəhadətnamələri ilə müəyyən olunur ki, X17 və X8 hər ikisinin atası X10, anası X3r. Bu fakt X10 ilə X2 faktiki nikah münasibətlərində olmasını təsdiq edir. Məhkəmə iclasında dindirilən şahidlər də X10 ilə X2 1920-ci ildə ailə qurduqlarını, onların birgə nikahdan övladları olduğunu təsdiq etmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 doğum faktı və X10 ilə X2 1920-ci ildən faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi isə həmin sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə həmin faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. X7 1892-ci il tarixdə Bakı şəhərində doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Doğum akt qeydində “uşaq adı” qrafasında “X10”, “doğulduğu yer” qrafasında “Azərbaycan Respublikası, Bakı şəhəri”, “doğum tarixi” qrafasında “XX.XX.1892-ci il”, “ata adı” qrafasında “X12”, “ana adı” qrafasında “X26”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. X10 ilə X2 1920-ci ildən faktiki nikah münasibətlərində olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar