Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4884/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpası barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi doğum akt qeydinin bərpası barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 1948-ci ildə Ermənistan Sovet Sosialist Respublikası Sisiyan rayonunda doğulmağı, atasının X2, anasının isə X4 olması barədə doğum aktı qeydinin və X3 ilə onun arasındakı nikah qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, tələbin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1948-ci ildə Ermənistan Sovet Sosialist Respublikası Sisiyan rayonunda doğulmağı, atasının X2, anasının isə X4 olması barədə doğum aktı qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1948-ci ildə Ermənistan SSR Sisiyan rayonunda anadan olmuş, atası X2, anası isə X4 olmuşdur. Atası 1985-ci ildə, anası isə 1983-cü ildə vəfat etmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə və nikah haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. O, həyat yoldaşı X3 ilə 1968-ci ilin avqust ayında rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, əri 31.10.2002-ci il tarixdə vəfat etmişdir. Hazırda müəyyən sənədləşmə işləri ilə bağlı ona həm doğum haqqında şəhadətnamə, həm də, nikah haqqında şəhadətnaməni əldə etməsi zərurəti yaranmışdır. Buna görə də o, ilk öncə Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş, həmin Qeydiyyat Şöbəsi tərəfindən ona 05/Q-477/15 nömrəli, 09.04.2021ci il tarixli imtina məktubu verilmişdir. Bundan əlavə, onun qırmızı Sovet pasportu var idi. Şəxsiyyət vəsiqəsi də həmin sənəd əsasında verildiyindən doğum haqqında şəhadətnaməyə ehtiyacı olmamışdır. Lakin hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün doğum haqqında şəhadətnaməyə ehtiyacı vardır. Bu səbəbdən də, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma anasıdır. X9 ilə nikaha daxil olmuş, onların birgə nikah münasibətlərindən isə o, 12.06.1976-cı il tarixdə Abşeron rayonunda anadan olmuşdur. Anası 1948-ci ildə Ermənistan SSR, Sisiyan rayonunda anadan olmuş, lakin doğulduğu gün və ay barədə məlumatı yoxdur. Bu səbəbdən də anasının doğum tarixini özləri həmişə 28 dekabr tarixində qeyd edərdilər. Anasının valideynlərinin adı, yəni onun nənəsinin adı X4, babasının adı isə X2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Ərizəçi uşaqlıqdan tanıyır. Belə ki, o, Ərizəçi ilə Ermənistan Respublikası Sisiyan rayonunda anadan olmuş, qonşuluqda yaşamış, tez-tez bir-birilərinə gedib-gəlmişlər və ad günlərini təbrik etmişlər. O, Ərizəçi yaşca böyükdür, bu səbəbdən də dəqiq bilir ki, Ərizəçi 1948-ci ildə anadan olmuşdur. Ərizəçi 60-cı illərin sonunda Azərbaycana gəlin olaraq köçmüş, 1988-ci ildə isə qaçqın düşmüşdür. Qaçqın düşdükdən sonra yenidən qonşu olmuşlar. Ərizəçi anasının adı X4, atasının adı isə X2 olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işin faktiki hallarını araşdırıb işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Maraqlı şəxs 09.04.2021-ci il tarixli 05/Q-477/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Abşeron RPŞ tərəfindən verilmiş 20.07.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi XX.XX.1948-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonunda anadan olmuş, Abşeron rayonu Xırdalan qəsəbəsi məhəllə 27, 2B saylı evin 75 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri, həmçinin, 20.07.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti ilə müəyyən olunmuşdur ki, Ərizəçi həqiqətən də XX.XX.1948-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonunda anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adının digər sənəd və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi XX.XX.1948-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonunda anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi XX.XX.1948-ci il, doğulduğu yer Ermənistan Respublikası Sisiyan rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X2”, ana adı qrafasında “X4” milliyyəti «Azərbaycanlı» kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi XX.XX.1948-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi XX.XX.1948-ci il, doğulduğu yer Ermənistan Respublikası Sisiyan rayonu, soyadı, adı, atasının adı qrafasında «Ərizəçi», ata adı qrafasında «X2», ana adı qrafasında «X4», milliyyəti «Azərbaycanlı» kimi qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4884/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4884/2021
17.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Faktiki nikah münasibətlərində olma faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver