Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-863/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər 7 saylı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər 7 saylı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. Ərizəçi maraqlı şəxslər 7 saylı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi və Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum anası X14 ilə X1 arasında 1988-ci il tarixdə Ermənistan Respublikasında bağlanmış nikah akt qeydinin və hər ikisinin doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X14 ilə X1 arasında xx.xx.1950-ci ildə Kalino VVAQ-da qeydə alınmış nikah akt qeydinin bərpa edilməsi, xx.xx.2020-ci il tarixdə vəfat etmiş anası X7 1927-ci ildə Dmanisi rayonunun Qamışlo kəndində doğulması, ata adı qradasında X23, ana adı qrafasında X18 qeyd edilməsi, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X1nun 1927-ci ildə Dmanisi rayonunda doğulması, ata adı qrafasında X5, ana adı qrafasında X4 qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydlərinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs1 maraqlı şəxslər siyahısından çıxarılmışdır.
Ərizənin əsaslandırıldığı hallar:
4. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Ermənistan Respublikasının Stepanavan rayonunun Kalinin kəndində anadan olub. Mərhum X1 xx.xx.1927-ci il tarixində Ermənistan Respublikasında anadan olub və xx.xx.2005-ci il tarixində vəfat edib. Mərhum anası X14 xx.xx.1927-ci il tarixində anadan olub və xx.xx.2020-ci il tarixində vəfat edib. Onlar 1988-ci ildə Ermənistanda baş vermiş hadisələr zaman Azərbaycana gələn zaman nikah və doğum haqqında şəhadətnamələrini müəyyən səbəblərdən itiriblər. Belə ki, həmin şəhadətnamələr sənədlərin arasına qarışaraq itib. Həmin sənədlərin bərpası ilə əlaqədar 7 saylı Bakı “Asan Xidmət” X12 müraciət edib. Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavab məktubunda itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətandaşlıq vəziyyəti aktının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilməsi barədə cavab verilib. Həmçinin, mərhum valideynlərinin doğum haqqında şəhadətnamələrinin bərpası üçün 7 saylı Bakı “Asan Xidmət” X12 müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixində 3-16-5/8- 15-4210(1 l)/24 saylı cavab məktublarında imtina verilib.
İş materialları:
5. ЗЖ seriyalı 761809 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1955-ci il tarixdə doğulmuşdur. X1, anası X9r.
6. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, X8 və X14 XX.XX.1927-ci ildə Dmanisi rayonunda anadan olmuşlar.
7. AZ İİ seriyalı 442247 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci ildə ölmüşdür.
8. AZ İİ seriyalı 442189 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci ildə ölmüşdür.
9. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-4210/24 və 3-16-5/8-15-4211/24 saylı məktublardan görünür ki, X1nun və anası X7 doğum haqqında akt qeydinin bərpa olunması barədə 7 saylı Bakı “Asan xidmət” X12 daxil olmuş müraciətinə baxılıb. Azərbaycan Respublikası Ailə Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən kifayət qədər əsas olmadığından ərizənin təmin edilməsi mümkün deyil. Göstərilənlərlə əlaqədar atasının və anasının doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa olunması imkan xaricindədir.
10. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-N-863-06/24 saylı məktubdan görünür ki, valideynləri X8 ilə X7 nikah haqqında akt qeydinin bərpa olunması barədə 7 saylı Bakı “Asan xidmət" X12 daxil olmuş müraciətinə baxılıb. Azərbaycan Respublikası Ailə Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar"ın 1-ci bəndinə əsasən kifayət qədər əsas olmadığından ərizənin təmin edilməsi mümkün deyil. Göstərilənlərlə əlaqədar valideynlərinin nikah haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa olunması imkan xaricindədir.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-4876/2025 nömrəli məktubunda qeyd olunan X10 məxsus fərdi uçot kartoşkasının təsdiq olunmuş surətindən görünür ki, o, 1927-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Qamışlo kəndində anadan olmuşdur. X2 ilə olan nikahı xx.xx.1950-ci ildə Kalino VVAQ şöbəsində qeydə alınmışdır.
12. Azərbaycan Respubliksasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli 3-16-5/2-15125/2025 saylı məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən adıçəkilən şəxslərin doğumunun və nikahının qeydə alınmasına dair məlumat aşkar edilmədi. Eyni zamanda qeyd edirik ki, Gürcüstanda tərtib edilən vətəndaşlıq vəziyyəti akt qeydləri və ya aktlar barədə müvafiq məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrində saxlanılmır.
13. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
14. Məhkəmə iclasında Ərizəçi ərizənin və ərizənin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
15. Maraqlı şəxs 7 saylı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Məhkəmə iclasında şahid kimi dindirilən X15 ifadəsində göstərdi ki, ərizə onun bibisi qızıdır. Onun anasının adı X14, atasının adı isə X8 olub. Onun valideynlərinin rəsmi nikahı olub. Onlar Gürcüstan Respublikasınında doğulub, lakin sonradan Ermənistan Respublikasına köçüblər. Ərizəçinin ana nənəsini adı X18, ana babası X23, ata nənəsinin adı X11, ata babasının adı X5 olub.
17. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid ifadəsində göstərdi ki, ərizəçi onun bibisi qızıdır. Onun anasının adı X14, atasının adı isə X8 olub. Ərizəçinin ana nənəsini adı X18, ana babası X23, ata nənəsinin adı X11, ata babasının adı X5 olub.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
23. Məhkəmə iclasında müəyyən olundu ki, X8 xx.xx.2005-ci il tarixdə vəfat edib, o, 1927-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur, atası X5, anası X6r. Həmçinin, X14 xx.xx.2020-ci il tarixdə vəfat edib, o, 1927-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Qamışlo kəndində anadan olmuşdur, atası X23, anası X16r. Onların doğum haqqında şəhadətnaməsi itirilmişdir. 1927-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş X13 ilə 1927-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Qamışlo kəndində doğulmuş X14 xx.xx.1950-ci ildə Ermənistan Respublikasında nikahlarını bağlamışlar. Həmin dövrdə, Ermənistan Respublikasından kütləvi şəkildə azərbaycanlıların qovulması səbəbindən nikah haqqında şəhadətnamə yaşadıqları evdə qalmış, oranı tərk edərək Bakı şəhərində məskunlaşmışlar. Onların birgə nikahından Ərizəçi adlı uşaqları doğulmuşdur. Ərizəçinin müraciəti Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, nikah haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə maraqlı şəxs tərəfindən onun müraciəti təmin edilə bilməz və doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün deyildir, məhkəməyə müraciət etməlidir.
24. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur.
Nəticə:
25. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, X3 X14 ilə xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikasında, Kalino VVAQ şöbəsində qeydə alınmış nikah akt qeydi bərpa edilməli, nikah akt qeydində və onun əsasında veriləcək şəhadətnamədə ər haqqında məlumatlar – X8, 1927-ci il tarixdə doğulmuş, doğulduğu yer Gürcüstan Respublikasının Dmanisi rayonu, arvad haqqında məlumatlar – X14, 1927-ci il tarixdə doğulmuş, doğulduğu yer Gürcüstan Respublikasının Dmanisi rayonunun Qamışlo kəndi, nikahın bağlandığı gün, ay, il – 30 yanvar 1950-ci il, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadının verilməsi göstərilməli, nikah aktının qeydə alınaraq bu barədə şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilməli, X3 XX.XX.1927-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X5, ana adı qrafasında X11 göstərilməli, X7 XX.XX.1927-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Qamışlo kəndində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X23, ana adı qrafasında X18 göstərilməli, göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X3 və X7 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilməlidir.
26. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X3 X14 ilə xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikasında, Kalino VVAQ şöbəsində qeydə alınmış nikah akt qeydi bərpa edilsin. Nikah akt qeydində və onun əsasında veriləcək şəhadətnamədə ər haqqında məlumatlar – X8, 1927-ci il tarixdə doğulmuş, doğulduğu yer Gürcüstan Respublikasının Dmanisi rayonu, arvad haqqında məlumatlar – X14, 1927-ci il tarixdə doğulmuş, doğulduğu yer Gürcüstan Respublikasının Dmanisi rayonunun Qamışlo kəndi, nikahın bağlandığı gün, ay, il – 30 yanvar 1950-ci il, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadının verilməsi göstərilsin. Nikah aktının qeydə alınaraq bu barədə şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. X3 XX.XX.1927-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X5, ana adı qrafasında X11 göstərilsin. X7 XX.XX.1927-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Qamışlo kəndində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X23, ana adı qrafasında X18 göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X3 və X7 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva