Məhkəmə qərarları › İş №2(007)-1795/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1795/2023

07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1795/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası Saraxanım Dəmirovanın 1-ci nikahından o, Ərizəçi doğulmuşdur. Anasının 1-ci nikahı pozulduqdan sonra 2-ci dəfə X6 ilə ailə qurmuşdur. Onu ögey atası böyütmüş və məktəb sənədlərində də onun soyad və ata adını öz ad va soyadı kimi qeyd etdirmişdir (şəhadətnamənin surəti ərizəyə əlavə edilir). Onlar üçü birlikdə 1965-ci il tarixdə ünvan 1ünvanın köhnə adı Tələbələr küçəsi 35, mənzil 38). Onlar evə köçdükdən 1 həftə sonra ögey atası Valeh Dəmirov rəhmətə getmişdir. Bu səbəbdən də, onun soyadını və ata adını sənədlə rəsmiləşdirə bilməmişdir. Lakin evin ilkin sənədində onun soyadı "Dəmirova" qeyd olunmuşdur. Ögey atasının rəhmətə getməsi səbəbi ilə o, daha sonra sənədinin düzəlməsi ilə bağlı heç yerə müraciət etməmişdir. Qeyd edir ki, elə həmin ildən o, həmin evdə qeydiyyatdadır, ailə qurmuşdur və nikahından 2 oğlu olmuş və hamısı həmin ünvanda qeydiyyatdadırlar, ailəsi və 2 nəvəsi ilə birlikdə həmin ünvanda yaşayırlar. Anası da illər öncə rəhmətə getmişdir. Bildirir ki, o, tək vərəsədir və anası və ögey atasının ondan başqa vərəsəsi yoxdur. Qeyd etməli zəruri hal ondan ibarətdir ki, o, hal-hazırda həmin evə dair çıxarış sənədi almaq istəyir, lakin qeyd etdiyi məsələyə dair (soyad və ata adı ilə bağlı) problem yaşayır. Yəni onun şəxsiyyət vəsiqəsində yazılan ad soyad ata adı "Ərizəçi", evin köhnə sənədində isə “X9" qızı yazılmışdır. Qeyd edir ki, 1965-ci il tarixdə ünvan 2ünvanın köhnə adı Tələbələr küçəsi 35, mənzil 38) verilən sənədin qeydiyyat qrafasında yazılmış “X9” qızı qeydinin ona aid olması və bununla bağlı kömək göstərilməsi ilə bağlı maraqlı şəxsə ərizə yazıb əlində olan evə dair sənədləri həmin ərizəyə əlavə edib ona köməklik göstərilməsini xahiş etsə də, maraqlı şəxs cavab məktubunda bir çox bəhanələr gətirərək köməklik göstərməkdən imtina etmişdir. 1965-ci il tarixdə ünvan 2ünvanın köhnə adı Tələbələr küçəsi 35, mənzil 38) verilən sənədin qeydiyyat qrafasında yazılmış “X9" qızı qeydinin ona aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı ərizəçinin nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən dəqiqləşdirmə barədə ərizə təqdim edərək, xx.xx.1965-ci ildə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 41 saylı evin 38 sayı mənzilinin ailəsinə icarəyə verilməsinə dair ailə başçısı kimi X7 ilə bağlanmış icarə müqaviləsi əsasında tərtib olunan 392 nömrəli xx.xx.1965-ci il tarixli İcazə sənədinin ailə üzvlərinin siyahısının 4-cü qrafasında yazılmış “X9” qızı qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi- vəkili Vəkil ərizəni müdafiə edib, eyni məzmunlu izahat verdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatlarını, habelə şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Əzizağa Hacıbaba oğlu ifadəsində bildirdi ki, ərizəçini 68 ildir ki, qonşusu kimi tanıyır. Belə ki, xx.xx.1965-ci ildə zavoddan onlara mənzil verilmiş, o, indiki Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 41 saylı evə köçmüşdür. Sevil xanım da eyni gündə onlarla birlikdə həmin binaya köçmüşdür. Əvvəllər yaşadıqları ünvan Tələbələr küçəsi, ev 35 idi, sonradan isə ünvan Çobanzadə küçəsi, 41 olaraq dəyişdirildi. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 41 saylı binada yaşayır. Qeyd olunan binaya o, 1976-cı ildə gəlin köçmüşdür. Ərizəçi Sevil xanımı isə 47 ildir ki qonşu kimi tanıyır. Əvvəllər yaşadıqları ünvan Tələbələr küçəsi, ev 35 idi, sonradan isə ünvan Çobanzadə küçəsi, 41 olaraq dəyişdirildi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 41 saylı evin 38 nömrəli mənzilində qeydiyyatdadır. - 10 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 998 nömrəli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 41 saylı evin 38 nömrəli mənzilində qeydiyyatdadır və yaşayır. Göstərilən ünvanın köhnə adı Tələbələr küçəsi, ev 35, mənzil 38-dir. Hal-hazırda küçə Çobanzadə 41 adlanır. - AZ seriyalı, 310396 nömrəli xx.xx.1967-ci il tarixli “Səkkizillik təhsil haqqında şəhadətnamə”nin surətindən görünür ki, 1952-ci ildə anadan olmuş X4 Bakı şəhəri, Şaumyan rayonu, 62 nömrəli orta məktəbin 8-ci sinfini bitirmişdir. - AZ seriyalı 017420 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Saraxanım Namali qızı ilə nikahlarını bağlamışlar. Bu barədə Lenin rayonu ZAQS şöbəsində xx.xx.1964-cü ildə 4 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Dəmirova soyadı verilmişdir. - İİİ-JQ seriyalı 338085 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1985-ci ildə vəfat etmişdir. - İİ- İB seriyalı, 230425 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1965-ci ildə vəfat etmişdir. - xx.xx.1965-ci ildə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 41 saylı evin 38 sayı mənzilinin ailəsinə icarəyə verilməsinə dair ailə başçısı kimi X7 ilə bağlanmış icarə müqaviləsi əsasında tərtib olunan 392 nömrəli xx.xx.1965-ci il tarixli İcazə sənədinin ailə üzvləri siyahısının 4-cü qrafasında 1952-ci il təvəllüdlü X4 göstərilmişdir. - xx.xx.1965-ci il tarixli razılaşmadan və xx.xx.1967-ci il tarixli, 07154 nömrəli arayışdan görünür ki, X5 Tələbələr küçəsi, ev 35, mənzil 38 ünvanında yerləşən 45.95 kv.m sahəli mənzil verilmiş və 1952-ci il təvəllüdlü Ərizəçi 1967-ci ildən həmin ünvana qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin anası Saraxanım Dəmirovanın 1-ci nikahından ərizəçi doğulmuşdur, ərizəçinin anası 2-ci nikahında X6 ilə ailə qurmuşdur və sonuncu ərizəçini böyütmüş və iş materiallarından olan məktəb sənədlərinə əsasən onun soyad və ata adını öz ad va soyadı kimi qeyd etdirmişdir. Onlar üçü birlikdə 1965-ci il tarixdə ünvan 1ünvanın köhnə adı Tələbələr küçəsi 35, mənzil 38). Ögey atası Valeh Dəmirov rəhmətə getdiyindən onun soyadını və ata adını sənədlə rəsmiləşdirə bilməmişdir. Hal-hazırda ərizəçi həmin evə dair çıxarış sənədi almaq istəyir, lakin onun şəxsiyyət vəsiqəsində yazılan ad soyad ata adı "Ərizəçi", evin köhnə sənədində isə “X9" qızı yazılmışdır. xx.xx.1965-ci ildə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 41 saylı evin 38 sayı mənzilinin ailəsinə icarəyə verilməsinə dair ailə başçısı kimi X7 ilə bağlanmış icarə müqaviləsi əsasında tərtib olunan 392 nömrəli xx.xx.1965-ci il tarixli İcazə sənədinin ailə üzvləri siyahısının 4-cü qrafasında 1952-ci il təvəllüdlü X4 göstərilmişdir, bundan başqa xx.xx.1965-ci il tarixli razılaşmadan və xx.xx.1967-ci il tarixli, 07154 nömrəli arayışdan görünür ki, X5 Tələbələr küçəsi, ev 35, mənzil 38 ünvanında yerləşən 45.95 kv.m sahəli mənzil verilmiş və 1952-ci il təvəllüdlü Ərizəçi 1967-ci ildən həmin ünvana qeydiyyata alınmışdır. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, xx.xx.1965-ci ildə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 41 saylı evin 38 saylı mənzilinin ailəsinə icarəyə verilməsinə dair ailə başçısı kimi X7 ilə bağlanmış icarə müqaviləsi əsasında tərtib olunan 392 nömrəli xx.xx.1965-ci il tarixli İcazə sənədinin ailə üzvlərinin siyahısının 4-cü qrafasında yazılmış “X4” qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci ildə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 41 saylı evin 38 saylı mənzilinin ailəsinə icarəyə verilməsinə dair ailə başçısı kimi X7 ilə bağlanmış icarə müqaviləsi əsasında tərtib olunan 392 nömrəli xx.xx.1965-ci il tarixli İcazə sənədinin ailə üzvlərinin siyahısının 4-cü qrafasında yazılmış “X4” qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar