Məhkəmə qərarları › İş №2(007)-1796/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1796/2022

04.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1796/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh Əlı̇ zadə Ərəbbaği İsmayil oğlunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 27 saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 27 saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək, ünvan 6, mənzil 80, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini, bağışlama müqaviləsinin bağlanmasında saxtakarlığa yol vermiş və qanunsuz olaraq saxta arayışlar vermiş (hansısa yollarla əldə etmiş) şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bu barədə xüsusi qərardad çıxarmaqla prokurora göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun qardaşıdır. ünvan 6, mənzil 80, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 95 kv/m olan yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışa əsasən anası Cavabdeh1 mülkiyyətində olmuşdur. Anası həmişə onunla birlikdə yaşamış, o, arvadı X10 və oğlu xx.xx.1973-cü il təvəllüdlü X6 həmin evdə pasport qeydiyyatındadırlar. Sonradan qardaşını hazırkı iş üzrə Cavabdeh2 və bacısı X12 əlbir olmuş, anasının qocalığından (97 yaşlı olmasından) istifadə edərək, anasını aldadaraq onun yanından, uzaqlaşdırmış və sözügedən evin cavabdehin adına bağışlanılmasına nail olmuşlar. Belə ki, ünvan 6, mənzil 80, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 95 kv.m olan yaşayış sahəsinə dair 97 yaşlı anası Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsi bağlanmışdır. Bağışlanma müqaviləsi bağlanan zaman o, arvadı X10 və oğlu xx.xx.1973-cü il təvəllüdlü X6 həmin evdə pasport qeydiyyatında olmuşlar, eyni zamanda həmin əmlak üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsı qadağan edilmişdir. Bağışlanma müqaviləsi bağlanan zaman onun, arvadının və uşağının razılığı alınmamış, ümumiyyətlə onlar bağışlama müqaviləsinin bağlandığı Bakı şəhəri 27 saylı notariat ofisinə çağırılmamışlar. Eyni zamanda anası 97 yaşında olduğundan, o, öz iradəsinə uyğun bağışlama müqaviləsi bağlaya bilməzdi. Çünki anası 57 il onunla birlikdə yaşamışdır. Qardaşı Cavabdeh2 40 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşadığından anası ilə heç vaxt maraqlanmamış, onunla birlikdə yaşamamışdır. Cavabdeh hal-hazırda da Rusiya Federasiyasında yaşayır. Cavabdeh və bacısıı Əminə Kərimova anasına məxsus əmlakı ələ keçirmək üçün onun yaşlı olmasından sui-istifadə edərək aldatmışdır. Yol verilmiş bu qanunsuzluqlarla bağlı dəfələrlə aidiyyəti üzrə orqanlara- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizələri ilə müraciət etmişlər. Müraciətlərinə baxılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı mənzildə qeydiyyatda olan şəxslər barədə əlavə araşdırma aparmadığına görə Bakı sahəri 27 saylı notariat ofisinin xüsusi notariusu Eldar Qurbanova "Notariat haqqında" Qanunun 26-1 ci maddəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Daha sonra vəkili tərəfindən Bakı şəhəri 27 saylı notariat ofisinə sorğu ilə müraciət edilərək bağışlanma müqaviləsinin bağlanmasına əsas olmuş bütün sənədlərin təsdiq edilmiş ksero-surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq daşınmaz əmlakın bağışlanması müqaviləsinə dair notariat işinin təsdiq edilmiş ksero-surətləri təqdim edilmişdir. Həmin sənədlərə nəzər saldıqda görünür ki, notariat işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda mənzil üzərində həmin tarixə məhdudiyyət və yüklülüyün qeydə alınmadığı göstərilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli arayışda mənzildə qeydiyyatda heç kəsin olmadığı göstərilmişdir. Mübahisə predmeli olan əmlaka dair bağışlanma müqaviləsi bağlanan zaman o, arvadı və oğlu həmin evdə pasport qeydiyyatında olmuşlar. Çünki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında 23 fevral 2022-ci il tarixli ******* nömrəli arayışda mübahisəli ünvanında onların xx.xx.2020-ci il tarixdən qeydiyyatda olduqları göstərilmişdir. 31 may 2021-ci il tarixli ******* nömrəli arayışda isə onlar evdə qeydiyyatda olduqları halda, evdə heç kəsin qeydiyyatda olmadığı göstərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli 491733 nörəli arayışı ilə Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışın (yəni daşınmaz əmlakın bağışlanması müqaviləsinə dair notariat işində olan arayış) saxta sənəd olduğu sübut edilir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan da görünür ki, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı mənzildə qeydiyyatda olan səxslər barədə düzgün araşdırılma aparılmadığına görə xüsusi notarius barəsində intizam tənbehi verilmişdir. Əgər notarius tərəfindən mənzildə heç kəsin qeydiyyatda olmadığı barədə Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayış qanuni yollarla alıb edilmiş olsaydı onun barəsində intizam tənbehi verilməzdi. Bütün bu sadalananlara əsasən Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışın (yəni daşınmaz əmlakın bağışlanılması müqaviləsinə dair notariat işində olan arayış) həqiqiliyi şübhə doğurur. Beləliklə, onlar mənzildə pasport qeydiyyatında olduqları və razılıqları olmadığı halda mənzilə dair qanunsuz olaraq bağışlanma müqaviləsi bağlanmışdır. Digər tərəfdən isə sözügedən bağışlanma müqaviləsi bağlanan zaman mənzil üzərinə məhdudiyyətlər qoyulmuşdur. Belə ki, mübahisəli mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsi bağlanan zaman Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007)-239/2020 saylı qərardadı ilə mənzil üzərinə artıq həbs qoyulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-239/2020 saylı qərardadından şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8900/2020 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 239/2020 saylı qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin mənzil üzərində yüklülüyün olub-olmaması barədə hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin hələ arayış ona təqdim edilməmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışda göstərildiyi kimi əgər o, həmin tarixdə (bağışlanma müqaviləsinin bağlandığı tarixdə mübahisəli mənzildə qeydiyyatda deyildirsə, niyə hazırkı iş üzrə Cavabdeh2 bağışlanma müqaviləsi bağlandıqdan sonra ona və arvadına qarşı "mənzildən istifadə hüququnun mövcud olmamasının müəyyən edilməsi, mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onların mübahisəli ünvanında istifadə hüquqlarının olmaması müəyyən edilməklə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini, mənzildən çıxarılmalarının mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsini xahiş edirdi. Deməli cavabdeh mübahisəli mənzilin onun adına qeydiyyatdan keçməsindən sonra onun və arvadının mənzildə qeydiyyatda olduqlarını bildiyi üçün bağışlanma müqaviləsi bağlandıqdan sonra onlara qarşı məhkəmədə iddia qaldırmışdır. Həmin iddia ərizəsində Cavabdeh2 bildirmişdir ki, onlar mübahisəli mənzildədirlər və onların qeydiyyatda olmaları mülkiyyətçi kimi onun hüquqlarını pozur. Göründüyü kimi, Cavabdeh2 özü də iddia ərizəsində onların mübahisəli mənzildə pasport qeydiyyatında olduqlarını etiraf elmiş və iddia ərizəsində qeydiyyatdan çıxarılmaları xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3579/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. o, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmişdir ki, iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə məlumatdan çıxarışdan görünür ki, o, arvadı X10 və oğlu mübahisəli ünvanda qeydiyyatdadırlar. Göründüyü kimi onların həmin ünvanda qeydiyyatda olmaları artıq işə baxan apellyasiva məhkəməsi tərəfindən iş materiallarına əsasən müəyyən edilmiş haldır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, onlar arasında barışıq yoxdur. Məhkəmə prosesi getdiyi, notariusun xəbəri olduğu, əmlakın üzrərində həbs qoyulduğu halda saxta arayış alınmış, notarius tərəfindən də mənzil barəsində bağışlanma müqaviləsi təsdiq edilmişdir. Əmlak üzərinə qoyulmuş həbs ilə bağlı DƏDRX-yə müraciət etmiş, lakin cavab almamışdır. Onun bacısı anasından küsmüşdür, anasını heç danışdırmırdı. Onlar onu hər yerə, hətta Daxili İşlər Nazirliyinə belə çağırtdırmışlar. O, anasına anasının onu tutdurmaq istədiyini demişdir. Məhkəmə iclasında cavabdeh Əlı̇ zadə Ərəbbaği İsmayil oğlunun nümayəndəsi X8 iddia tələbini qəbul etmədiklərini bildirdi və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, qarşı tərəfin artıq neçə ildir ki, ev tələb etmək hüququ yoxdur. Onlar bu hüququ itirmişlər, dəfələrlə məhkəmə olmuş və hamısı cavabdehin xeyrinə nəticələnmişdir. Qarşı tərəf evi aparıb 10 yaşındakı uşağın adına keçirmiş, bununla da qanunsuzluq etmişdir. Anası bunlara ev vermişdir, o biri qardaşının evi yoxdur, bunun evi var. Qarşı tərəf deyir ki, oranı təmir edib təmirə 50 min manat pul vermişdir. Lakin təmiri icra hakimiyyəti etmişdir. Məhkəmədə qərar çıxmışdır ki, təmiri icra hakimiyyəti etmişdir. İddiaçı evdə nə var hamısını, həmçinin mətbəx mebelini söküb aparmışdır. Bunun hamısını onun arvadı edir, 4 ildir ki, anası bacısının evində yaşayır və anası onun qorxusundan evinə gedə bilmir. Bütün nəsil bilir ki, anası həmin evi Rusiyadakı qardaşına verməyi arzulayırdı. İddiaçı anasının 98 yaşı olduğu üçün onun öləcəyini düşünür. Anasının özü də məhkəmələrdə iştirak etmiş və bütün məhkəmələr anasının xeyrinə nəticələnmişdir. Hazırda anası ortalıqda qalmış, evinə getmək istəyir. İddiaçı əvvəllər evdə gözünün olmadığını demişdir. Hazırki işlə əlaqədar iddiaçının evdən və qeydiyyatdan çıxması ilə bağlı qərar olduğu üçün icraata xitam verilməlidir. Qarşı tərəfin məqsədi mübahisəni uzatmaqdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən məhkəmə iclasına gəlməmişdir. ünvan 5 ünvanlayaraq xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin qanun tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi bildirilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 6, 80 sayı mənzil (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137, M5, 4 saylı mənzil) iddiaçının və cavabdeh İddiaçı anası Cavabdeh1 xx.xx.2014-cü il tarixdə cənab X20 tərəfindən veteran olduğu üçün bağışlanılmış və o, həmin mənzilə köçüb yaşamışdır. Həmin mənzili İddiaçı anasından aldığı etibarnamə əsasında öz oğluna bağışlamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 3260\2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin 2(007)-2650\2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X5 verilmiş etibarnamənin, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137 A, 80 saylı mənzilə dair X1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin mənzilə dair ******* saylı çıxarışın hüquqi qüvvəsinin bərpa edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il, 2(103)-14917\2019 saylı qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Bakı şəhəri 6 saylı notariat ofisinin 4Ə- 557 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi və həmin mənzilə dair xx.xx.2019-cu il tarixli X1 adına verilmiş çıxarış etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisəli mənzilə dair iddiaçının övladı X1 adına verilmiş çıxarış etibarsız hesab edilmişdir. Mübahisəli mənzil Cavabdeh1 tərəfindən iddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi ilə bağışlanılmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mübahisəli mənzil hazırda Cavabdeh2 mülkiyyətindədir. Daha sonra iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X7 qarşı “mənzildən istifadə hüquqununun mövcud olmamasının müəyyən edilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin 2(007)-3579/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı, X11 və onlarla birlikdə azyaşlı uşaqları X2 ünvan 6 ünvanında yerləşən 80 (yeni qaydalara AZ 1118, ünvan 8-də) saylı mənzildən istifadə hüququqlarının mövcud olmaması müəyyən edilməklə, həmin mənzildən çıxarılması, cavabdehlər İddiaçı, X11 və azyaşlı uşaqları X2 qeyd olunan mənzildən çıxarılmalarının onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3575/2022 saylı, 2(102)-3575/2022-ci tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Eyni zamanda, Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin 2(007)-416\2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh1 qarşı ünvan 6, 80 saylı mənzildə onun tərəfindən aparılan 50.000,00 ABŞ dolları dəyərində təmir xərclərinin və ev əşyalarının əvəzi ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsi ilə cavabdehdən alınaraq ona verilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7164/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X4 Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin 2(007)-416/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmə hazırki mübahisə ilə bağlı ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. İddia ərizəsində iddiaçı iddia tələbini irəli sürərkən mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Lakin onun belə bir iddianı qaldırmasına əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi iddia ərizəsi ilə müraciət etmək hüququ hələ iddia etmək hüququna malik olmaq demək deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda mübahisəli yaşayış sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddia qaldırsa da, onun bu iddianı qaldırmağa subyektiv hüququnun olması müəyyən edilməmişdir. Belə ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı mübahisəli mənzili oğluna bağışladığı müqavilə etibarsız sayılaraq ləğv edilmiş, həmin qərarlarda mübahisəli mənzilin Cavabdeh1 tərəfindən iddiaçı Cavabdeh2 bağışlanması və hazırda mənzilin onun adına qeydiyyatdan keçirildiyi, mülkiyyətində olduğu təsbit edilmiş və həmin bağışlama müqaviləsi əsasında da iddiaçı və onun ailə üzvləri mənzilə istifadə hüququ olmayan şəxslər hesab edilərək mübahisəli mənzildən qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, artıq iddiaçı mübahisələndirilən mənzilə dair hüququ olmayan şəxs hesab edildiyindən onun hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud olmamışdır. Çünki, həmin mənzil artıq onun mülkiyyətində deyil və iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən qeydiyyatdan çıxarılmışdır. Buna görə də iddiaçının iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Eyni zamanda, məhkəmə işin mahiyyəti üzrə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2394/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, ünvan 7 ünvanda yerləşən 22 nömrəli mənzil üzərinə həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-416/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2394/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadında “ünvan 7 ünvanda yerləşən 22 nömrəli mənzil” sözlərinin Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 80, yeni qaydalarla: AZ1118, ünvan 8” kimi oxunması qərara alınmışdır. Eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2394/2020 saylı, xx.xx.2020-ci il tarixli başqa qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2394/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 80, yeni qaydalarla: AZ1118, ünvan 8 ünvanında yerləşən mənzil üzərinə həbs qoyulması barədə iddia təmin etmə tədbiri ləğv edilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş, qərardaddan iddiaçının verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5464/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-416/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunması və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadının qüvvəsində saxlanılması, qərardadın, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2394/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadının icrası tədbirlərinin davam etdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayon icra (probasiya) şöbəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. Həmin qərardad xx.xx.2021-ci il tarixli məktub ilə məlumat və icra edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli məktubu ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2394/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-416/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının nəzərə alınaraq Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 137 A saylı evin 80 nömrəli mənzilinə həbs qoyulduğu müəyyən edilmişdir. Göründüyü kimi, hazırda ünvan 2 ünvanında yerləşən əvvəlki ünvanı ünvan 10zərinə qoyulmuş həbs ləğv edilməmiş və hələ də onun üzərində həbs mövcuddur. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanılma müqaviləsi bağlanılan zaman əmlakın üzərinə həbs qoyulma barədə qərardad icraya göndərilməmişdir. Yəni həmin vaxt əmlakın üzərində həbs mövcud olmamışdır. Buna görə də iddiaçının əmlakın üzərində həbs qoyulduğu halda onun bağışlanmasına dair əqdin rəsmiləşdirilməsinin etibarsız hesab edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Həmçinin, məhkəmə iddiaçının həmin ünvanda qeydiyyatda olması və onun ailə üzvlərinin razılığı alınmadan mənzilin bağışlanılmasına dair əqdin bağlanılmasının qanunsuz olması dəlili ilə bağlı qeyd edir ki, bu hal özlüyündə bağışlama müqavilənin etibarsız hesab edilməsinə əsas verə bilməz. Belə ki, AR MM-nin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırki tələb əqdin etibarsız hesab edilməsi tələbindən törəmə tələb olduğundan və iddiaçının xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələbi əsassız hesab edildiyindən və xx.xx.2022-ci il tarixli çıxarış həmin müqavilə əsasında verildiyindən iddia tələbi bu hissədə də əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmə iclasında cavabdeh Əlı̇ zadə Ərəbbaği İsmayil oğlunun nümayəndəsi X8 məhkəməyə iş üzrə icraata xitam verilməsi barədə ərizə verərək, hazırki iş üzrə iddiaçının subyektiv hüququnun mövcud olmadığını, onun qaldırdığı iddianın qanunsuz və əsassız olduğunu, mübahisəli mənzildə qanunsuz yaşamaqda davam etdiyini, iddiaçıya və onun həyat yoldaşına qarşı hazırda mübahisə predmeti olan anası tərəfindən bağışlanma müqaviləsinə əsasən ona bağışlanmış mənzilə istifadə hüquqlarının olmamasının müəyyən olunması və cavabdehlərin mənzildən çıxarılması, mənzildən çıxarılmalarının mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi barədə iddia ərizəsinə Nizami Rayon Məhkəməsində baxılarkən iş üzrə iddiaçı qətnamədən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verdiyini, lakin onların tərəfindən hazırda mübahisə predmeti olan bağışlama müqaviləsinin mübahisələndirilmədiyini, bu barədə qarşılıqlı iddianın belə verilmədiyini bildirmiş və hazırki mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan məsələ ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı, 14.06.202-ci il tarixli qərardadında qeyd edilmişdir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hazırki mübahisə üzrə isə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(007)-3579/2021 saylı mülki iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X7 qarşı “mənzildən istifadə hüquqununun mövcud olmamasının müəyyən edilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmış, sözü gedən bağışlama müqaviləsinin tərəfləri olan, müqavilənin bağlanmasında iştirak etmiş digər şəxslər, yəni Cavabdeh1, Bakı şəhəri 27 saylı notariat ofisi tərəf kimi işə cəlb edilməmiş və həmin tərəflərin həmin məsələ ilə bağlı münasibətləri öyrənilməmişdir. Buna görə də hazırki iş üzrə Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 27 saylı notariat ofisinə qarşı “ünvan 6, mənzil 80, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə həmçinin, iddiaçının bağışlama müqaviləsinin bağlanmasında saxtakarlığa yol vermiş və qanunsuz olaraq saxta arayışlar vermiş (hansısa yollarla əldə etmiş) şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bu barədə xüsusi qərardad çıxarmaqla prokurora göndərilməsi barədə vəsatəti ilə bağlı bildirir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə barələrində xüsusi qərardad çıxarılması bildirilən şəxslərin əməlində cinayət tərkibi olmadığından, barələrində xüsusi qərardad çıxarılması xahiş edilən şəxslərin konkret siyahısı, onlar barədə məlumatlar göstərilmədiyindən onlar barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının bununla bağlı vəsatəti təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 27 saylı notariat ofisinə qarşı “ünvan 6, mənzil 80, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar