Məhkəmə qərarları › İş №2(007)-1802/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1802/2021

30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1802/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi öhdəliyi və müqavilənin etibarsızlığı” tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi öhdəliyi və müqavilənin etibarsızlığı” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 117 kv.m olan 3 otaqlı 54 saylı mənzilə cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 fevral 2019-cu il tarixli, 054003 saylı müqavilə etibarsız hesab edilməsini, həmin mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsini, habelə həmin mənzilə dair təmir aktının verilməsinin "xxxx" MMC-yə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə 18 may 2017-ci il tarixdə müqavilə bağlayaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 78 kv.m və 117 kv.m olan 53 və 3 otaqlı 54 saylı mənzili dəyərini ödəməklə almısdır. Qeyd edir ki, mənzili alarkən müvafiq layihə sənədi və lazımi icazə sənədləri mövcud olmuş və həmin sənədlərə uyğun olaraq payını dəyərini ödəməklə tikinti layihə sənədi əsasında mənzilləri əldə etmişdir. Qeyd edilən mənzili alarkən müvafiq olaraq binanın tikintisinə başlanılmış və onların aralarında bağlanmış müqaviləyə əsasən icraçı tərəfindən qeyd edilən bina üzrə tikinti işləri başa çatdıqdan sonra mənzili təhvil-təslim aktı əsasında ona verməli imiş (müqaviləııin 8.1- ci bəndi). Cavabdeh şirkətin rəhbəri ilə olan şifahi razılaşmaya əsasən sonuncu mənzili 2019-cu ilin oktyabr ayında ona təhvil verməli olsa da, lakin sonradan tikinti işləri gecikmə ilə 2021-ci ilin fevralına hazır olmuşdur. Qeyd edilən mənzilə baxış keçirmək və müvafiq olaraq təhvil almaq məqsədi ilə cavabdeh şirkətə getdikdə 09 fevral 2021-ci il tarixdə ona mənzillərdən 53 saylı məzilə təmir arayışı verilsə də, digər 54 saylı mənzilə verilməmiş, səbəbini maraqlandıqda isə müxtəlif bəhanələr gətirmişİər. Bundan sonra həmin mənzilin təhvil arayışın verilməməsi ilə bağlı çoxsaylı müraciətlərindən sonra həmin mənzilin 01 fevral 2019-cu il tarixdə başqa bir şəxsə müqavilə əsasında verildiyini müəyyən etmişdir. Bildirir ki, qeyd edilən hər iki mənzil üzrə sifarişçi o, olmuş və aralarında olan müqaviləyə əsasən mənzillər onun sifarişi üzrə tikilib ona təhvil verilməli imiş. Baxılan iş üzrə iddiaçının təşkilati hüquqi formasının kooperativ olmasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaıaq tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə "xxxx" MMC arasında bağlanılmış 18 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və 01 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 01 fevral 2019-cu il tarixli 054003 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin ona onun sahibliyinə və istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı onunla əsaslandırmışdır ki. MTK-ilə arasında 2017-ci ildə müqavilə bağlanılmış və mənzilin sifqarişçisi o olmuşdur. Bildirir ki, cavabdehin iddiası əsassızdır, mənzillə bağlı müqavilə qanunsuzdur, həmin müqavilənin hansı şəraitdə verilməsi bilinmir. Mənzilə dair ilkin iddiaçının bütün bu halları bilə-bilə iddia ilə məhkəməyə müraciət etməsi hüquqularının pozulmasıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X2 ilkin iddianın dəlillərinə uyğun izahat verərək, ilkin iddia ərizənin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 Şəmsəddin oğlu ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20 may 2021-ci il tarixli məhkəmə iclasında ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iş materialları ilə tanış olmaq üçün məhkəmə prosesinin təxirə saxılmasını xahiş etmişdir. Bundan sonra növbəti məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələblərinə münasibət bildirməmişdir. İlkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli və qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 18 may 2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 117 kv.m olan, 54 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 18 may 2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbədə, ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 54 saylı mənzilin dəyərini tam ödəmişdir. - "xxxx" MMC-nin 09 fevral 2021-ci il tarixli arayışından görünür ki, "xxxx" MMC-nin Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 90,24 kv.m olan, 53 №-li mənzili İddiaçı məxsusdur və təmirə buraxılır. - 01 fevral 2019-cu il tarixli 054003 saylı müqavilədən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan, 54 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi Cavabdeh2 verir. - "xxxx" MMC-nin 01 fevral 2019-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan, izolə olunmuş 3 otaqdan ibarət 54 №-li mənzilin dəyəri olan 90000 (doxsan min) manat tam ödənilmişdir. - 01 fevral 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 "xxxx" MMC-nin Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbədə, ümumi sahəsi 117,8 kv.m olan, 3 otaqlı, 54 saylı mənzilin dəyərini tam ödəmişdir. - "xxxx" MMC-nin 09 fevral 2021-ci il tarixli arayışından görünür ki, "xxxx" MMC-nin Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan, 54 №-li mənzili Cavabdeh2 məxsusdur və təmirə buraxılır. Məhkəmə iclasında müəyyən olundu ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18 may 2017-ci il tarixdə müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 78 kv.m 53 saylı və 117 kv.m olan 3 otaqlı 54 saylı mənzillərinin dəyərini ödəməklə almışdır. Qeyd edir ki, mənzili alarkən müvafiq layihə sənədi və lazımi icazə sənədləri mövcud olmuş və həmin sənədlərə uyğun olaraq payını dəyərini ödəməklə tikinti layihə sənədi əsasında mənzilləri əldə etmişdir. Qeyd edilən mənzili alarkən müvafiq olaraq binanın tikintisinə başlanılmış və onların aralarında bağlanmış müqaviləyə əsasən icraçı tərəfindən qeyd edilən bina üzrə tikinti işləri başa çatdıqdan sonra mənzili təhvil-təslim aktı əsasında ona verməli imiş. İddiaçı qeyd edilən mənzillərə baxış keçirmək və müvafiq olaraq təhvil almaq məqsədi ilə cavabdeh şirkətə getdikdə 09 fevral 2021-ci il tarixdə ona mənzillərdən 53 saylı məzilə təmir arayışı verilsə də, digər 54 saylı mənzilə verilməmişdir. Bundan sonra həmin mənzilin 01 fevral 2019-cu il tarixdə başqa bir şəxsə müqavilə əsasında verildiyini müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2019-cu il tarixli 054003 saylı müqavilədən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan, 54 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi Cavabdeh2 vermişdir və həmin mənzilin dəyəri kimi razılaşdırılmış 90000 manat məbləğində pul Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı iddia ərizə ilə məhkəməyə müraicət edərək, onun sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 117 kv.m olan 3 otaqlı 54 saylı mənzilə cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 fevral 2019-cu il tarixli, 054003 saylı müqavilənin etibarsız hesab edilməsini, həmin mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsini, habelə həmin mənzilə dair təmir aktının verilməsinin "xxxx" MMC-yə həvalə edilməsini xahiş etmiş, Cavabdeh2 isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə "xxxx" MMC arasında bağlanılmış 18 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və 01 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18 may 2017-ci il tarixdə müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 78 kv.m 53 saylı və 117 kv.m olan 3 otaqlı 54 saylı mənzillərinin dəyərini ödəməklə alsa da, tikinti başa çatdıqdan sonra 53 saylı mənzil ona təhvil verilmiş, lakin 54 saylı mənzilin təhvil verilməsindən birtərəfli qaydada imtina olunur və həmin mənzil qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 satılmışdır. Belə ki, ilkin iddia üzrə İddiaçı "xxxx" MMC aralarında bağlanmış 18 may 2017-ci il tarixli müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 117 kv.m olan 3 otaqlı 54 saylı mənzilin dəyərini cəmiyyətə ödəmiş, lakin "xxxx" MMC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bundan sonra dəyəri ödənilmiş mənzili İddiaçı təhvil vermək əvəzinə mübahisə predmeti olan mənzili Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, 18 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil edən 54 saylı mənzil tərəflərin razılığına əsasən İddiaçı təhvil verilməli olduğu halda ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC bundan bir tərəfli qaydada imtina edir. Bu imtina barəsində tərəflər arasında razılaşma olmadığına görə müqavilələr ləğv edilmiş və ya dəyişdirilmiş sayılmır. Həmçinin qanunvericiliyə əsasən öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilə "xxxx" MMC aralarında bağlanmış 18 may 2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 117 kv.m olan 3 otaqlı 54 saylı mənzil müqavilə şərtlərinə uyğun İddiaçı təhvil verilməlidir. Həmçinin Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 117 kv.m olan 3 otaqlı 54 saylı mənzilinə dair təmir aktı da "İnşaat Kontstruksiyaları” MMC tərəfindən İddiaçı təhvil verilməlidir. Bundan sonra məhkəmə qeyd edir ki, 01 fevral 2019-cu il tarixli 054003 saylı müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan, 3 otaqdan ibarət olan 54 №-li mənzil bir pay kimi Cavabdeh2 vermiş və Cavabdeh2 mənzilin dəyəri olan 90000 (doxsan min) manatı "xxxx" MMC-yə ödəmişdir. Halbuki, həmin mənzil 18 may 2017-ci il tarixli müqavilə əsasında İddiaçı verilmişdir, buna baxmayaraq "xxxx" MMC mübahisəli mənzilin təkrar satışını həyata keçirmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı "xxxx" MMC aralarında bağlanmış 18 may 2017-ci il tarixli müqaviləsi ləğv edilmədiyindən və hazırda İnşaat Konstruksiyaları” MMC həmin müqavilə üzrə İddiaçı qarşısında öhdəlik daşıdığından mübahisəli mənzilin təkrar satılması ilə bağlı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 fevral 2019-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 Şəmsəddin oğlu yazılı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayonu M.Abbasov küçəsi 2538 məhəllədə inşa olunan 1-ci blok, 12-ci mərtəbə yerləşən 54 saylı mənzil MTK-nın vəzifəli şəxsi kimi X5 tərəfindən ikinci dəfə Cavabdeh2 aldadılaraq 90000 ( doxsan min) manata ona satılmışdır. Bu barədə məhkəməyə Kassa Mədaxil orderi də təqdim edilmişdir. Qeyd edilənlərə əsasən X3 barəsində AR CM-in 178.3.2-ci maddəsi ilə cinayət işinin tərkib əlamətləri olduğu üçün bu barədə xüsusi qərardad çıxarıb aidiyyəti üzrə AR Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xahiş etmişdir. MPM-in 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, hazırda xüsusi qərardad çıxarılması zərurəti yoxdur. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbədə, ümumi sahəsi 117,8 kv.m olan, 3 otaqlı, 54 saylı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 fevral 2019-cu il tarixli 054003 saylı müqavilə etibarsız hesab edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18 may 2017-ci il tarixli ilkin müqaviləsi üzrə ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbədə, ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 54 saylı mənzil və həmin mənzilə dair təmir aktı müqavilə şərtlərinə uyğun "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh X4 ilə "xxxx" MMC arasında bağlanılmış 18 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və 01 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbədə, ümumi sahəsi 117,8 kv.m olan, 3 otaqlı, 54 saylı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 fevral 2019-cu il tarixli 054003 saylı müqavilə etibarsız hesab edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18 may 2017-ci il tarixli müqaviləsi üzrə ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbədə, ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 54 saylı mənzil və həmin mənzilə dair təmir aktı müqavilə şərtlərinə uyğun "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh X4 ilə "xxxx" MMC arasında bağlanılmış 18 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və 01 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar