Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1807/2022 09.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/517 nömrəli qərarı ilə Ərizəçi Əhməd oğlunun adına verilmiş arxiv çıxarışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildən 2004-cü ilə qədər "Azərelektroterm” zavodunda müxtəlif işlərdə işləmişdir. Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarı ilə bağ-tikinti kooperativi yaradılmış, ona o cümlədən digərlərinə Ləhiş ərazisində bağ sahəsi ayrılmışdır. Ona ayrılmış bağ sahəsinin nömrəsi 1615-dir. O, 1991-ci ildən tarixdən bağ sahəsinə sahiblik və istifadə edir. Həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncunun **********20 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, şəxsiyyət vəsiqəsində atasının adı Əhmədağa qeyd olunsa da arxiv arayışında atasının adı Əhməd kimi qeyd olunmuşdur. Atasının adının arxiv arayışında “Əhməd" kimi göstərilməsi şəxsiyyət vəsiqəsində qeyd olunan adla düz gəlmir. Ona görə də hazırda məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X2 ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarı ilə bağ-tikinti kooperativi yaradılmış, ona Ləhiş ərazisində bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavab məktubunda şəxsiyyət vəsiqəsində atasının adı Əhmədağa qeyd olunsa da arxiv arayışında atasının adının Əhməd kimi qeyd olunması bildirilmişdir. Həmin torpaq sahəsində tikili, qaz, işıq xətləri də yoxdur, ancaq torpaq sahəsidir. O, zavodda işləmiş, atasının adı əmək kitabçasında Əhmədağa yazılmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/517 saylı qərarından görünür ki, Ləiş 232 saylı Ləiş Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında 1-ci şəxs kimi “Ərizəçi Əhməd oğ Bakı 8 km Naxçivani 80 yatağxana 1 Ümumi növbə SP 10785” göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli məktubunun sutərindən görünür ki, Ərizəçi təərfindən bağ sahəsinə dair müvafiq sənədlər təqdim edilmədiyindən müraciətə baxılması tərəflərindən mümkün olmamışdır. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunun sutərindən görünür ki, Ərizəçi adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, texniki baxış keçirilən zaman təqdim edilən qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmadığından bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, hüquq sahibinin ata adı şəxsiyyət vəsiqəsində Əhmədağa qeyd olunsa da, arxiv arayışında Əhməd kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarda Ləiş 232 saylı Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında 1-ci şəxs kimi Ərizəçi Əhməd oğluna bağ sahəsi ayrılması barədə məlumatlar vardır. Lakin həmin qərara heç bir sənəd əlavə edilməmişdir. - AZE seryalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki Ərizəçi xx.xx.1959-cu il tarixdə Azərbaycan Qusar rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 232 nömrəli kooperativ tərəfindən X7 1615 saylı bağ sahəsi Ərizəçi verilmişdir. Bakı şəhər X3 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/517 saylı qərarında Ləiş 232 saylı Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında Ərizəçi adlı şəxsə dair məlumatlar mövcud olmamışdır. Yalnız siyahıda 1-ci şəxs kimi “Ərizəçi Əhməd oğ Bakı 8 km Naxçivani 80 yatağxana 1 Ümumi növbə SP 10785” göstərilmişdir. Ərizəçiyə verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində onun atasının adı “Əhmədağa” qeyd olunmasına baxmayaraq qərarda Ərizəçi ata adı bundan fərqli olaraq Əhməd kimi qeyd olunmuşdur. Bununla əlaqədar ərizəçi bağ sahəsini mülkiyyəti kimi adına qeydiyyata aldıra bilməmişdir. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə də ərizə təmin edilməli, Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/517 nömrəli qərarı ilə Ərizəçi Əhməd oğlunun adına verilmiş arxiv çıxarışının ona məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/517 nömrəli qərarı ilə Ərizəçi Əhməd oğlunun adına verilmiş arxiv çıxarışının Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1807/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1807/2022
09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver