Məhkəmə qərarları › İş №2(007)-1809/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1809/2020

28.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1809/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 21.02.1991-ci ildə anadan olmuş övladı X3 “Kəskin imbesillik dərəcəsində olan oliqofreniya. Psixopatabənzər davranışla. Maniakal sindrom, qıcolma tutmalarla. Lal karlıq. Uşaq serebral iflicinin qalıq əlamətləri. Sağtərəfli hemiparez” diaqnozu qoyulmuşdur. Qədirova Təranə anadangəlmə qüsurla doğulmuşdur. Uzun müddət müalicə müəssisələrində müalicə alsa da, səhhətində heç bir irəliyiş olmamışdır. Hal-hazırda müalicə alır, onu tək qoya bilmirlər. Danışa bilmir, yaza bilmir, fikirlərini heç cür ifadə edə bilmir, ancaq bəzən sadəcə olaraq körpə uşaq kimi qışqırır. Onu evdə tək qoymaq mümkün olmur. Gündən-günə vəziyyəti daha da kəskinləşir, ona qulluq etmək dözülməz hal alır. Hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında deyil. Qədirova Təranənin xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla ilkin tibbi yardım olunmasına, kənar şəxsin örnəyinə ehtiyacı vardır. Ona 01.06.2007-ci ildə müddətsiz İ (birinci) dərəcəli əllik verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE 16648538 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 21 fevral 1991-ci il tarixdə Salyan şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair çıxarışdan görünür ki, X4 müddətsiz birinci qrup əlildir və kəskin imbesillik dərəcəsində olan oliqofreniya. Psixopatabənzər davranışla. Maniakal sindrom, qıcolma tutmalarla. Lal karlıq. Uşaq serebral iflicinin qalıq əlamətləri. Sağtərəfli hemiparez diaqnozu qoyulmuşdur. - Bakı şəhər baş səhiyyə idarəsi 26 nömrəli şəhər poliklinikasının 31 may 2020-ci il tarixli arayışından görünür ki, X4 2018-ci ildən kəskin imbesillik dərəcəsində olan oliqofreniya. Psixopatabənzər davranışla. Maniakal sindrom, qıcolma tutmalarla. Lal karlıq. Uşaq serebral iflicinin qalıq əlamətləri. Sağtərəfli hemiparez diaqnozu ilə poliklinikanın ruhi əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatındadır və İ qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının 22 avqust 2020-ci il tarixli 1609 nömrəli rəyindən görünür ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxshesab edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 21 fevral 1991-ci il tarixdə doğulmuş qızı Təranə Qədirova öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar olması barədə 22 avqust 2020-ci il tarixli rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 21 fevral 1991-ci il tarixdə Salyan şəhərində anadan olmuş ünvan 1-də qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 fevral 1991-ci il tarixdə Salyan şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar