Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1812/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, AZE0******* seriyalı, xx.xx.2007-ci il tarixli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi və ünvan 1 ünvanında yerləşən 8 nömrəli evin, 76 saylı mənzilinə dair verilmiş xx.xx.2001-ci il tarixli, 30/28441 nömrəli Qeydiyyat Vəsiqəsində göstərilən Ərizəçi Güləhmədoviçin eyni şəxs olmaqla, həmin hüquq müəyyən edən sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək AZE0******* seriyalı, xx.xx.2007-ci il tarixli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi və ünvan 1 ünvanında yerləşən 8 nömrəli evin, 76 saylı mənzilinə dair verilmiş xx.xx.2001ci il tarixli, 30/28441 nömrəli Qeydiyyat Vəsiqəsinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2001-ci il tarixli, 30/28441 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən 8 nömrəli evin, 76 saylı mənzili paylı mülkiyyət üzrə Ərizəçi Güləhmədoviçə verilmişdir. Bildirir ki, qeyd olunan xx.xx.2001-ci il tarixli, 30/28441 nömrəli qeydiyyat vəsiqəsində onun ata adında yanlışlığa yol verilmiş, Ərizəçi deyil, texniki səhv olaraq Ərizəçi Güləhmədoviç qeyd edilmişdir. Bununla bağlı hazırki mübahisə predmeti olan əmlaka dair verilmiş qeydiyyat vəsiqəsində müvafiq düzəlişin aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubunda da qeyd olunmuşdur ki, dövlət reyestrində müvafiq düzəlişlərin aparılması üçün Ərizəçi Güləhmədoviçin “Ərizəçi” ilə eyni şəxs olmağı bərədə sənəd təqdim edəcəyi təqdirdə ərizəsində qeyd olunan məsələyə qanunamüvafıq qaydada baxılacaqdır. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-İ-91 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Ə.Kürçaylı küçəsi, 8 saylı evin 76 saylı mənzili üzərində paylı mülkiyyət hüququ üzrə Ərizəçi Güləhmədovnanın, X5 və X2 mülkiyyət hüquqları tanınmışdır. Belə ki, dövlət reyestrində müvafiq düzəlişlərin aparılması üçün Ərizəçi Güləhmədovnanın “Ərizəçi” ilə, X5 “X4” ilə X2 “X3,” ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizəsində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. - İ-ИE seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İslamov Gülmaqomed, ana qrafasında Ağabalayeva Pərcaxanım qeyd edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 098826 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli evin, 76 saylı mənzilinə dair verilmiş xx.xx.2001-ci il tarixli, 30/28441 nömrəli Qeydiyyat Vəsiqəsinin “digər paylar üzrə” qrafasında “Ərizəçi Güləhmədoviç” qeyd edilmişdir. - İİ-ЖГ seriyalı, 275133 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İslamov Gülmaqomed 13 aprel 1980-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 aprel 1980-ci il tarixdə 672 nömrə ilə qeyd edilmişdir. - V-ЖГ seriyalı, 313393 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İslamova Pərcaxanım xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 avqust 1998-ci il tarixdə 579 nömrə ilə qeyd edilmişdir. - AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı Ərizəçidır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 098826 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 8 nömrəli evin, 76 saylı mənzildə Ərizəçi mülkiyyət payı vardır. Həmin vəsiqənin “digər paylar üzrə” qrafasında “Ərizəçi Güləhmədoviç” qeyd edilmişdir. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və ona bildirilmişdir ki, Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-İ-91 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Ə.Kürçaylı küçəsi, 8 saylı evin 76 saylı mənzili üzərində paylı mülkiyyət hüququ üzrə Ərizəçi Güləhmədovnanın, X5 və X2 mülkiyyət hüquqları tanınmışdır. Belə ki, dövlət reyestrində müvafiq düzəlişlərin aparılması üçün Ərizəçi Güləhmədovnanın “Ərizəçi” ilə, X5 “X4” ilə X2 “X3,” ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizəsində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ərizəçi tərəfindən təqdim olunmuş iş materiallarında olan sənədlərdən müəyyən olur ki, Ərizəçi ata adı “Gülmaqomed”dir. Odur ki, həqiqətən də Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 098826 nömrəli qeydiyyat vəsiqəsində Ərizəçi ata adı düz yazılmamışdır və ərizəçi həmin yanlışlığı başqa qaydada aradan qaldıra bilmir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən oldu ki, ünvan 2 ünvanında yerləşən 8 nömrəli evin, 76 saylı mənzili paylı mülkiyyət haqqı ilə Ərizəçi məxsusdur və ərizəçi qeyd olunan mənzilə rəsmi qeydə alınmışdır. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, 20 dekabr 2001-ci il tarixli, 30/28441 nömrəli Qeydiyyat Vəsiqəsində “digər paylar üzrə” qrafasında qeyd edilmiş “Ərizəçi Güləhmədoviç” sözlərinin “Ərizəçi” sözləri ilə eyni olması faktı müəyyən edilməli, həmin qətnamə Ərizəçi məxsus olan 20 dekabr 2001-ci il tarixli, 30/28441 nömrəli Qeydiyyat Vəsiqəsində “Ərizəçi Güləhmədoviç” sözlərinin “Ərizəçi” sözləri ilə əvəz olunması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 dekabr 2001-ci il tarixli, 30/28441 nömrəli Qeydiyyat Vəsiqəsində “digər paylar üzrə” qrafasında qeyd edilmiş “Ərizəçi Güləhmədoviç” sözlərinin “Ərizəçi” sözləri ilə eyni olması faktı müəyyən edilsin. Qətnamə Ərizəçi məxsus olan 20 dekabr 2001-ci il tarixli, 30/28441 nömrəli Qeydiyyat Vəsiqəsində “Ərizəçi Güləhmədoviç” sözlərinin “Ərizəçi” sözləri ilə əvəz olunması üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1812/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1812/2023
04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver