Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1815/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, AZE0******* seriyalı, xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi və Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi ünvanında yerləşən 8 nömrəli evin, 76 saylı mənzilinə dair verilmiş xx.xx.2001-ci il tarixli, 30/28441 nömrəli Qeydiyyat Vəsiqəsində göstərilən X5 eyni şəxs olmaqla, həmin hüquq müəyyən edən sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2001-ci il tarixli, 30/28441 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi ünvanında yerləşən 8 nömrəli evin, 76 saylı mənzili paylı mülkiyyət üzrə ona verilmişdir. Bildirir ki, qeyd olunan xx.xx.2001-ci il tarixli, 30/28441 nömrəli qeydiyyat vəsiqəsində onun adı və ata adında yalnışlığa yol verilmiş, Ərizəçi deyil, texniki səhv olaraq X10 qeyd edilmişdir. Bununla bağlı hazırki mübahisə predmeti olan əmlaka dair verilmiş qeydiyyat vəsiqəsində müvafiq düzəlişin aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir, cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli. **********61 nömrəli məktubundada qeyd olunmuşdur ki, dövlət reyestrində müvafiq düzəlişlərin aparılması üçün onun yəni, X5 “Ərizəçi” ilə eyni şəxs olmağı bərədə sənəd təqdim edəcəyi təqdirdə ərizəsində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi ünvanında yerləşən 8 nömrəli evin, 76 saylı mənzilinə dair verilmiş xx.xx.2001-ci il tarixli, 30/28441 nömrəli Qeydiyyat Vəsiqəsinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi nümayəndəsi və vəkili Vəkil ərizəsi müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BAKİ-NİZAMİ RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Dağ.MR, Qasımkənd rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. - V-BM seriyalı 044464 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında İslamov Gülmaqomed qeyd edilmişdir. - İİ-ЖГ seriyalı, 275133 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İslamov Gülmaqomed 13 aprel 1980-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 aprel 1980-ci il tarixdə 672 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş İslamova Perjaxanımın vərəsələri ünvan 2 ünvanında yaşayan uşaqları X10, X11 və X1. Şəhadətnamə verilən miras əmlakı Bakı şəhər Tİİ tərəfindən xx.xx.1992ci ildə verilmiş 30/19472 nömərli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzildir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2001-ci il tarixli seriya ÖM seriyalı 098826 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X5 adına xüsusi mülkiyyət hüququ üzrə 124 №-li reyestr kitabının 19472 nömrəli vərəqində 30/28441 №-si ilə xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. Qeydiyyat Vəsiqəsinin “digər paylar üzrə” qrafasında X7 və X11 qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********61 saylı məlumatından görünür ki, Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 2V-İ-91 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Ə.Kürçaylı küçəsi, 8 saylı evin 76 saylı mənzili üzərində paylı mülkiyyət hüququ üzrə X2, X9 və X5 mülkiyyət hüquqları tanınmışdır. Belə ki, dövlət reyestrində müvafiq düzəlişlərin aparılması üçün X2 X3 ilə, X9 “X8” ilə, X5 “Ərizəçi” ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizənizdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 098826 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən 8 nömrəli evin, 76 saylı mənzil X5 adına qeydiyyata alınmışdır. Həmin vəsiqənin “digər paylar üzrə” qrafasında “X7 və X11” qeyd edilmişdir. Həmin mənzil ərizəçiyə anasından miras qalmışdır. Belə ki, adıçəkilən qeydiyyat vəsiqəsində Ərizəçi adı “Sədəf”, ata adı isə “Güləhmədovna” kimi qeyd edilmişdir. Lakin qeydiyyat vəsiqəsində ərizəçiyə aid qeydlər düzgün aparılmamışdır. Qeyd edilən halı da təsdiq edən sənədlərin başqa cür alınması da mümkün deyil. Buna görədə ərizəçi yol verilmiş səhvlərin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının göstərilmişdi ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur (6.2). Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir (6.3). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ərizəçiyə və digər ailə üzvlərinə miras qalmış və paylı mülkiyyət hüququ üzrə X2, X9 və X5 mülkiyyət hüquqları tanınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2001-ci il tarixli seriya ÖM seriyalı 098826 nömrəli qeydiyyat vəsiqəsinə əsasən həmin mənzil X5 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin qeydiyyat vəsiqəsində ərizəçinin adı “Sədəf”, ata adı “Güləhmədovna” kimi göstərilsə də, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, həmin order ərizəçiyə, yəni X4 məxsusdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və yol verilmiş yanlışlıqlar aradan qaldırılmalıdır. Həmçinin işin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi müəyyən sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, ünvan 3 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2001-ci il tarixli seriya ÖM seriyalı 098826 nömrəli (30/28441 qeydiyyat nömrəli) qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 3 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2001-ci il tarixli seriya ÖM seriyalı 098826 nömrəli (30/28441 qeydiyyat nömrəli) qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1815/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1815/2023
12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver