Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1823/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, X15 katibliyi, Cavabdeh4, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvana Azərbaycan Respublikası Respublika Xammal və Əmtə Birjasından daxil olmuş “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli bildirişini aldıqdan sonra ona məlum olmuşdur ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylı mənzili satılması üçün açıq hərraca çıxarılmış və həmin mənzilin satışı xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Bununla əlaqədar o, dərhal həmin hərrac təşkilatına yaxınlaşıb məsələni öyrənməyə çalışmış və ona məlum oldu ki, hazırkı hərracın keçirilməsi Cavabdeh1 sifarişi əsasında təyin edilmişdir. Buna görə də, o, cavabdeh Nizami rayon İcra şöbəsinə yaxınlaşıb oradan ona məxsus mənzilin hansı əsaslarla satılması üçün hərracın təşkil edildiyini öyrənib və ona məlum olub ki, cavabdehlər "AccessBank” QSC, Cavabdeh4, Cavabdeh3 qabaqcadan düşünülmüş plan üzrə ondan xəbərsiz onun adından xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi tərtib edərək onun əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylı mənzilini cavabdeh "AccessBank'' QSC-nin xeyrinə ipoteka ilə yüklü edərək Cavabdeh2 QSC ilə bağlanmış xx.xx.2015-ci il tarixli 011L**********22 saylı uzun müddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış və nəticə etibarı ilə uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 cavabdeh “AccessBank" QSC ilə bağlanmış xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) ABŞ dollar məbləğində kredit verilmişdir. Sonradan cavabdehlər tərəfindən kredit məbləği ödənilmədiyi üçün Cavabdeh2 QSC tərəfindən 62349,86 ABŞ dolları əsas, 30434,2 ABŞ dolları hesablanmış faiz, 31214 ABŞ dolları dəbbə pulunun, cəmi 123998,16 ABŞ dolları borcun cavabdehlərdən tutulmasına və tələbin ipoteka predmeti kimi Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, cəmi 123998,16 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 QSC-yə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh4, İddiaçı, Cavabdeh3 və X1 ümumi qaydada tutulması, Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh4, İddiaçı, və X4 həmin əmlakdan çıxarılmasına, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 011R********** saylı xx.xx.2015-ci iltarixli kredit razılaşması üzrə 62263,88 ABŞ dolları məbləğində kredit borcu, 2448,11 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 65211,99 (altmış beş min iki yüz on bir dollar doxsan doqquz sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh4, İddiaçı, Cavabdeh3, X3 və X1 müştərək qaydada iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə tutulması, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 86000 (səksən altı min) manat müəyyən edilməklə həmin mənzil açıq hərracdan satılması və cəmi 65211,99 (altmış beş min iki yüz on bir dollar doxsan doqquz sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla tutulması qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 295, 296.1, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 421,421.2 maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39, 59.3-cü maddələrinə istinad etmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən Cavabdeh4 tərəfindən və Cavabdeh2 ASC tərəfindən apellyasiya şikayətləri verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(103)-237/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması, cəmi borcun müəyyən edilməsi hissələrində dəyişdirilmiş, əsas borc 62263,88 (altmış iki min iki yüz altmış üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları, faiz borcu 18610,77 (on səkkiz min altı yüz on ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları, cərimə 5000 (beş min) ABŞ dolları, cəmi borc 85874,65 (səksən beş min səkkiz yüz yetmiş dörd ABŞ dolları altmış beş sent) ABŞ dolları müəyyən edilmiş, qətnamə kredit borcunun X3 tutulması hissəsində ləğv edilmiş, qətnamə 30 manat dövlət rüsumunun tutulması, tutmanın yönəldilməsi hissəsində 40 manat dövlət rüsumunun tutulması hissələrində dəyişdirilmiş, dövlət rüsumu 20 (iyirmi) manat, tutmanın yönəldilməsi hissəsində 30 (otuz) manat müəyyən edilmiş, qətnamə iddianın “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh4, İddiaçı və X4 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi”nin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4, İddiaçı və X7 çıxarılmaqla, mənzilin boşaldılması, qətnamənin ekspertiza xərcinin tutulması hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunaraq, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan 290 (145+150) manatın 200 (iki yüz) manatı Cavabdeh4, İddiaçı, Cavabdeh3 və X1 müştərək qaydada, 90 (doxsan) manatı Cavabdeh2 QSC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh4 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1004/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-237/2020 saylı iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi cərimə məbləği hissəsində dəyişdirilmiş, cərimənin məbləği 1000 (min) ABŞ dolları müəyyən edilmiş, qətnamə kassatora aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Lakin buna baxmayaraq Cavabdeh1 öz maraqlarına xidmət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1004/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı üzrə deyil, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-237/2020 saylı iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə hərrac sifariş vermişdir, bamayaraq ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1004/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-237/2020 saylı iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi cərimə məbləği hissəsində dəyişdirilmiş, cərimənin məbləği 1000 (min) ABŞ dolları müəyyən edilmişdir. Qeyd olunanlar barədə onun xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. Hesab edir ki, cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh4, Cavabdeh3 tərəfindən ondan xəbərsiz onun adından tərtib edilmiş xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməli və nəticə etibarı ilə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylıevin, 14 saylı mənzili ipoteka yüklülüyündən azad edilməlidir. Belə ki, həmin müaqvilədən onun xəbəri olmamış, həmin onun tərəfindən imzalanmamış və qanunsuz olaraq imzası saxtalaşdırılmaqla onun adından ipoteka müqaviləsə rəsmləşdirilmiş və cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylı mənzili ipoteka yüklülü edilərək cavabdehlər Cavabdeh2 QSC-nin maraqlarına uyğun Cavabdeh4 və Cavabdeh3 70000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh4 və Cavabdeh3 arasında ondan xəbərsiz, onun adından tərtib edilmiş xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi, cavabdeh Nizami rayon İcra şöbəsinin həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və bunla bağlı digər hərəkətlərin qanunsuz hesab edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, hesab edirlər ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-485/2016 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cəmi 65211,99 ABŞ dolları qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla, məhkəmə xərclərinə görə ödənilmiş 60 manatın Cavabdeh4, İddiaçı, Cavabdeh3, X3 və X1 müştərək qaydada iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə tutulması, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 86000 manat müəyyən edilməklə həmin mənzil açıq hərracdan satılması və cəmi 65211,99 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla tutulması qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 237/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması, cəmi borcun müəyyən edilməsi hissələrində dəyişdirilmiş, əsas borc 62263,88 ABŞ dolları, faiz borcu 18610,77 ABŞ dolları, cərimə 5000 ABŞ dolları, cəmi borc 85874,65 ABŞ dolları müəyyən edilmiş, qətnamə kredit borcunun X3 tutulması hissəsində ləğv edilmiş, qətnamə 30 manat dövlət rüsumunun tutulması, tutmanın yönəldilməsi hissəsində 40 manat dövlət rüsumunun tutulması hissələrində dəyişdirilmiş, dövlət rüsumu 20 manat, tutmanın yönəldilməsi hissəsində 30 manat müəyyən edilmiş, iddia tələbi əmlaka tutma yönəldildikdən sonra cavabdehlərin həmin əmlakdan çıxarılması hissəsində qismən təmin edilmiş, mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4, İddiaçı və X7 çıxarılmaqla mənzilin boşaldılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1004/2021 saylı qərarına əsasən Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-237/2020 saylı iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi cərimə məbləği hissəsində dəyişdirilmiş, cərimənin məbləği 1000 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilmişdir. İlkin hərracın keçirilməsi xx.xx.2023 tarixinə təyin edilmiş, lakin iddiaçı tərəfindən hazırki iddia qaldırıldığından icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinin icraatını dayandırmışdır. İddiaçı keçirilmiş hərracların qanunsuz hesab edilməsi tələb edir, halbuki hərrac prosesi hələ başlamamış iddiaçı artıq hazırki iddianı irəli sürmüş və icra şöbəsi tərəfindən də icra tədbirləri dayandırılmışdır. Tərəflər arasında “kredit müqaviləsi üzrə borcun ödənilməsi” və s. bu kimi müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsi ilə bağlı tələblər üzrə işlərdə müqavilənin etibarsızlığı iddia predmetinə daxil olduğundan, qarşı tərəfin əlavə olaraq müqavilənin etibarsızlığı barədə iddia ərizəsi ilə ayrıca icraatda məhkəməyə müraciət etməsini öhdəliyin icrasından yayınmağa, vaxt qazanmağa, süründürməçiliyə yönələn prosessual hərəkətlər kimi qiymətləndirilməlidir. Tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrinin etibarlılığı və qanuniliyi digər mülki iş üzrə artıq yoxlanılmış, həmin müqavilələrə hüquqi qiymət verilmiş və həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə İddiaçı bankın kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə cavabdehlərdən biri-ipoteka qoyan olmaqla həmin məhkəmə mübahisələri barədə məlumatlı olmuşdur. İpoteka müqaviləsi notariat kontorunda bağlanmış, notarius tərəfindən müqavilə tərəflərinin şəxsiyyəti, həmçinin fəaliyyət qabiliyyəti müəyyən edilmişdir. İpoteka müqaviləsinin bağlanmasına mane olan hallar müəyyən edilməmişdir. Əmlakın ipotekaya qoyulduğu 2015-ci ildən keçən müddət ərzində iddiaçı müqaviləni mübahisələndirməmiş, yalnız bankın iddiası üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra həmin qətnamənin icrasını yubatmaq və onun icrasına əlavə maneələr törətmək məqsədi ilə hazırki iddianı qaldırmışdır. Cavabdeh2 QSC ilə Cavabdeh4 və digər cavabdehlər arasında məhkəmə çəkişmələri 2016-cı ildən davam edir. Ailə üzvü olan, iş üzrə ipoteka qoyan, həmçinin bankın iddiası üzrə cavabdehlərdən biri kimi prosesə cəlb edilmiş İddiaçı keçən müddət ərzində davam edən məhkəmə çəkişmələrindən guya xəbərsiz olması qətiyyən ağlabatan deyildir. Hesab edirlər ki, hazırki iddianın qaldırılmasında məqsəd qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını yubatmaq, vaxt qazanmaq, bank qarşısında kredit öhdəliklərinin icrasından yayınmaqdan ibarətdir. Qeyd edilənlərə əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hesab edirlər ki, iddia müddəti tətbiq edilməklə iddia ərizəsi rədd edilməlidir. Tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqaviləsinin etibarlılığı və qanuniliyi digər mülki iş üzrə artıq yoxlanılmış, həmin müqavilələrə hüquqi qiymət verilmiş və həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almışdır. Əmlakın ipotekaya qoyulduğu 2015-ci ildən keçən müddət ərzində iddiaçı müqaviləni mübahisələndirməmiş, yalnız bankın iddiası üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra həmin qətnamənin icrasını yubatmaq və onun icrasına əlavə maneələr törətmək məqsədi ilə hazırki iddianı qaldırmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən İddiaçı Məmməd qızının iddia ərizəsinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilə bilməz, çünkü iddiaçının ipoteka müqaviləsindən xəbəri olmamışdır. Həmçinin, hazırda bankla ipoteka predmetinin dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır. Razılıq əldə etməyə çalışırlar. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının digər tarixə təxirə salınmasını xahiş etdmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinin mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək bildirdi ki, hazırda bankla razılıq əldə etməyə çalışır. Məhkəmə iclasında Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Həmin qərarlarla artıq ipoteka müqaviləsinə qiymət verilmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, hazırkı işin məqsədi məhkəmə qətnaməsinin icrasını ləngitməkdir. Cavabdeh4 özü iddiaçının oğludur. İddia tələləbinin ikinci hissəsi hərracla bağlıdır ki, iş üzrə hərrac keçirilməmiş və dayandırılmışdır. Yəni hərracın hazırda heç bir nəticəsi yoxdur. İddia həmin hissədə qeyri-müəyyəndir. Cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə işə həmin nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Zaminlik müqavilələrindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 oğl unun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər İddiaçı qızı xx.xx.2015ci il tarixli 11S**********02 saylı zaminlik müqaviləsinə, Mütəllimov Bahadır Vaqif oğlu xx.xx.2015-ci il tarixli 011S**********03 saylı zaminlik müqaviləsinə və Həsənov Vüqar Niyazalı oğlu xx.xx.2015-ci il tarixli 011S**********04 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə onunla birgə məsuliyyət götürmüşdür. - Cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39, mənzil 14 Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir - DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 0574276 saylı Çıxarışdan görünür ki, Nuriyeva Mahal Məmmədəli qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 39 saylı evin 14 sayl mənzili Cavabdeh2 QSC-nin qarşısında ipoteka ilə yüklənmişdir və bu ipoteka dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Nuriyev Rasim Məhəmməd oğlundan, Nuriyeva Mahal Mahal Məmmədəli qızından və Mütəllimov Bahadır Vaqif oğlundan borcların ödənilməsi tələb edilmiş, borclar ödənilmədiyi təqdirdə hüquqmühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, 011R********** saylı xx.xx.2015-ci iltarixli kredit razılaşması üzrə 62263,88 ABŞ dolları məbləğində kredit borcu, 2448,11 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 65211,99 (altmış beş min iki yüz on bir dollar doxsan doqquz sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh4, İddiaçı, Cavabdeh3, X3 və X1 müştərək qaydada iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə tutulması, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 86000 (səksən altı min) manat müəyyən edilməklə həmin mənzil açıq hərracdan satılması və cəmi 65211,99 (altmış beş min iki yüz on bir dollar doxsan doqquz sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞdollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla tutulması qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli, 2(103)- 237/2020 saylı qətnaməsindaən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019- cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması, cəmi borcun müəyyən edilməsi hissələrində dəyişdirilmiş, əsas borc 62263,88 (altmış iki min iki yüz altmış üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları, faiz borcu 18610,77 (on səkkiz min altı yüz on ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları, cərimə 5000 (beş min) ABŞ dolları, cəmi borc 85874,65 (səksən beş min səkkiz yüz yetmiş dörd ABŞ dolları altmış beş sent) ABŞ dolları müəyyən edilmiş, qətnamə kredit borcunun X3 tutulması hissəsində ləğv edilmiş, qətnamə 30 manat dövlət rüsumunun tutulması, tutmanın yönəldilməsi hissəsində 40 manat dövlət rüsumunun tutulması hissələrində dəyişdirilmiş, dövlət rüsumu 20 (iyirmi) manat, tutmanın yönəldilməsi hissəsində 30 (otuz) manat müəyyən edilmiş, qətnamə iddianın “Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh4, İddiaçı və X4 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi”nin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4, İddiaçı və X7 çıxarılmaqla, mənzilin boşaldılması, qətnamənin ekspertiza xərcinin tutulması hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunaraq, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan 290 (145+150) manatın 200 (iki yüz) manatı Cavabdeh4, İddiaçı, Cavabdeh3 və X1 müştərək qaydada, 90 (doxsan) manatı Cavabdeh2 QSC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1004/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-237/2020 saylı iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi cərimə məbləği hissəsində dəyişdirilmiş, cərimənin məbləği 1000 (min) ABŞ dolları müəyyən edilmiş, qətnamə kassatora aid qalan hissədə dəyişdirilmədən saxlanmışdır. - Azərbaycan Respublikası Respublika Xammal və X14 və Daşınmaz Əmlakların Satışı üzrə X13 hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 01 saylı bildirişindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldilmiş və hərracın keçirilməsi vaxtı xx.xx.2023-cü il saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh4 Məhərrəm oğlu 17 fevral 2015-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh2 QSC qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər İddiaçı, Cavabdeh3 və X5 cavabdeh borcalan Cavabdeh4 məsuliyyətini öz üzərlərinə götürdüyündən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşımışlar. Tərəflər arasına bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzili ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu barədə dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə 011R********** saylı xx.xx.2015-ci iltarixli kredit razılaşması üzrə əsas borc 62263,88 (altmış iki min iki yüz altmış üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları, faiz borcu 18610,77 (on səkkiz min altı yüz on ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları, cərimə 5000 (beş min) ABŞ dolları, cəmi borc 85874,65 (səksən beş min səkkiz yüz yetmiş dörd ABŞ dolları altmış beş sent) ABŞ dolları borcun, 20 manat dövlət rüsumu və tutmanın yönəldilməsi hissəsində 30 (otuz) manat Cavabdeh4, İddiaçı, Cavabdeh3, X3 və X1 müştərək qaydada iddiaçı Cavabdeh2 QSCnin xeyrinə tutulması, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 86000 (səksən altı min) manat müəyyən edilməklə həmin mənzil açıq hərracdan satılması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4, İddiaçı və X7 çıxarılmaqla, mənzilin boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1004/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-237/2020 saylı iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi cərimə məbləği hissəsində dəyişdirilmiş, cərimənin məbləği 1000 (min) ABŞ dolları müəyyən edilmişdir. Hazırda iddiaçı ipoteka müqaviləsindən onun xəbəri olmadan bağlandığını, müqavilənin onun tərəfindən imzalanmadığını və onun imzası saxtalaşdırıldığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 QSC iddia ərizəsinə etirazla və iddia müddətini tətbiq edilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müyyən edilmiş müddətin ötürüldüyündən iddianın rədd edilməsini xahiş olunmuşdur. Belə ki, iddiaçı iddia tələbini əsaslandırarkən, ipoteka müqaviləsindən, mülkiyyətində olan mənzilin ipoteka ilə yüklü edilməsindən xx.xx.2023-cü il tarixdə, hərracın keçirilməsi vaxtı barədə bildirişi əldə edikdən sonra məlumat əldə etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi ilə uzunmüddətli kredit müqaviləsi üzrə Nuriyev Rasim Məhəmməd oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərlərinə onunla birgə məsuliyyət götürmüş, həmçinin xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39, mənzil 14 Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edilmədiyindən Cavabdeh2 QSC müvafiq iddia ilə məhkəməyə müraciət etmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində araşdırma aparılmış, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə, o cümlədən iddiaçıya məlumat verilmişdir. Məhkəmə tərəfindən 2(007)-35/2019 saylı mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə məhkəmənin 05 fevral 2019-cu il tarixli qətnaməsi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə göndərilmiş və həmin qətnamə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə təhvil alınmışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərkən öz ünvanını həmin ünvan kimi göstərmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Cavabdeh4 ünvanlanmış poçt iddiaçı tərəfindən təhvil alındığı müəyyən edilmişdir. Hazırda iddiaçı ancaq hərracın keçirilməsi barədə bildirişi aldığını və bundan sonra ipoteka müqaviləsindən xəbərdar olduğunu qeyd etsə də, bütün məhkəmə araşdırması zamanı iddiaçının yaşadığı ünvana məktublar ünvanlandığı və məhkəmə zərflərinin təhvil alındığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ipoteka müqaviləsi və məhkəmə araşdırmalarından xəbərsiz olması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarıda qeyd olunur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Göründüyü kimi hazırkı işdə mübahisələndirilən əqdin predmetini fərdi müəyyən əşya olan daşınmaz əmlak olmaqla, hazırkı iddiaya Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddət tətbiq edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə müraciəti Mülki Məcəlləinin 5.3cü və 16.1-ci maddələrində təsbit edilmiş mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd olmaqla həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən hüquqdan sui-istifadə halını yaradır. İşin araşdırılmış halları ilə xx.xx.2015-ci il tarixli 011M**********01 ipoteka müqaviləsi ilə iddiaçının Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39, mənzil 14 Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi (müqavilə həmin tarixdə notarial qayda tərəflərin iştirakı ilə təsdiq edilib), iddiaçı Qara Qarayev prospekti, ev 39, mənzil 14 ünvanında yaşaması və həmin ünvana göndərilən zərflərin (məhkəmə bildirişləri, qərarları və s.) onun tərəfindən əldə edilməsi müəyyən edilmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli 011M**********01 ipoteka müqaviləsi qanunverilicliklə müəyyən edilmiş qaydada bağlanmış, notarius tərəfindən müqavilə tərəflərinin şəxsiyyəti və fəliyyət qabiliyyəti yoxlanılmaqla təsdiq edilmişdir. İşin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının hazrıkı iddia tələbi üzrə ipoteka müqaviləsindən xəbəri olmaması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" QSC, Cavabdeh4 və Cavabdeh3 arasında ondan xəbərsiz, onun adından tərtib edilmiş xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməli, həmin tələb təmin edilmədiyindən, digər tələblər isə ilkin tələblə bağlı törəmə tələb oduğundan iddia tələbi “ipoteka müqaviləsinin hüquqi nəticələrinin ləğv edilərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi” hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh Nizami rayon İcra şöbəsinin həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və bunla bağlı digər hərəkətlərin qanunsuz hesab edilməsi” hissəsində qeyd edir ki, ipoteka predmetinin hərracı xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmiş, lakin icra sənədi üzrə hərracın keçirilməsi müvvəqəti olaraq dayandırılmışdır (məhkəmənin e-16(007)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən). Həmçinin, qeyd edilənlər hərəkətlər icra məmuru tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı görülən tədbirlərdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan işin icraatına xitam verilməli olduğunu göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli qərardadından göstərilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarlılığına qiymət verilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hazırkı iddia üzrə mahiyyəti üzrə araşdırma aparmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiaçı təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə və iddiaçı tələb etmədiyinə görə, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1823/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1823/2023
17.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver