Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1825/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 fevral 2023-cü il tarixə 532.84 manat gecikdirilmiş əsas, 256.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 344.57 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 600 manat, ümumilikdə 1734.19 manat borc və ödənilmiş 37.35 manat dövlət rüsumu “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərmaş" MMC ilə X3 arasında bağlanmış 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320617 ban nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi’’nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 27 yanvar 2022-ci il tarixdə X3, X9 və İddiaçı MMC arasında MAS-3268 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 12 fevral 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Kosayev öz üzərinə götürmüşdür. 08 fevral 2022-ci il tarixdə X9, Cavabdeh və İddiaçı MMC arasında MAS- 3268 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilə üzrə sonuncu ödəniş 05 yanvar 2023-cü il tarixdə 212 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Azərmaş" MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 fevral 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 600 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-3268 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 fevral 2023-cü il tarixə ümumilikdə 1134.19 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq öcənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 15 sentyabr 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçıya 5000 manat pul vermiş, o pul da batıb gedib. Avtomobil zədələnmişdir. Onun kasko pulunu ona verməyiblər. Avtomobili 600-700 manata düzəltdirib. Ayda 398 manat ödəyirdi. İddia tələbinin həcmini azaltsalar ödəyə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə X3 arasında bağlanmış 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320617 ban nömrəli, ağ rəngli avtomobilini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq obyekti lizinq alan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 16700 manat təşkil edir. Lizinq alaq bu müqavilə imzalandığı gün 3400 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 19% həcmində mükafat məbləği hesablanır. - 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu əlavənin predmetini tərəflər arasında bağlanmış 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili Lizinq” müqaviləsi üzrə əldə olunan əmlakın adı komplektliyi və dəyəri təşkil edir. Lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 16700 manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320617 ban nömrəli, ağ rəngli avtomobil. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 532.84 manat əsas, 256.78 manat mükafat və həmin günə hesablanmış 344.57 manat cərimə, cəmi 1134.19 manat borcu vardır. - 12 fevral 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD" markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı, İddiaçı MMC-nin mülkiyyətində olan avtomobili X3 təhvil alınmışdır. - X1 Namiq Natiq oğlu və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-3268 saylı “Öhdəliklərin otürürülməsi” müqaviləsindən görünür ki, X9 12 fevral 2021ci il tarixli MAS-3268 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - 27 yanvar 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X3 İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili X7 təhvil vermişdır. - X2 Sahib Akif oğlu və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS- 3268 saylı “Öhdəliklərin otürürülməsi” müqaviləsindən görünür ki, Cavabdeh 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - 08 fevral 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X9 İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdır. - 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili lizinq müqaviləsi”nin 3 saylı Əlavəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 16700 manat krediti hər ayın 12-dən gec olmayaraq 397.67 manat, sonuncu ay 397.65 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin qüsur aktından görünür ki, avtomobilə dəymiş zərərin ümumi məbləği 600 manat müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixli İddiaçı MMC-yə məxsus “Khazar SD" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparan zaman heç bir pul və digər qiymətli əşyalar yoxdur. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 08 fevral 2022-ci il tarixli MAS-3268 saylı “Öhdəliklərin otürürülməsi” müqaviləsinə əsasən 1134.19 manat gecikmə borcunun olması barədə xəbərdar edilmiş, gecikmə borcunun ödənilməsi xahiş edilmiş, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytrılmasının məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. - AE seriyalı 000590 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320617 ban nömrəli, ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 37.35 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X3 arasında 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili lizinq müqaviləsi” bağlanaraq İddiaçı MMC lizinq alanın sifariş etdiyi və həmin “Lizinq” Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320617 ban nömrəli, ağ rəngli avtomobili muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. X3, X9 və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-3268 saylı “Öhdəliklərin otürürülməsi” müqaviləsindən görünür ki, X9 12 fevral 2021-ci il tarixli MAS- 3268 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X9, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 08 fevral 2022-ci il tarixli MAS-3268 saylı “Öhdəliklərin otürürülməsi” müqaviləsinə əsasən X9 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür və ödəniş cədvəlinə əsasən 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 16700 manat krediti hər ayın 12-dən gec olmayaraq 397.67 manat ödəniş etməli idi. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əmlakı cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və müqavilədə nəzərdə tutulan məbləği ödəməmişdir. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixə 532.84 manat gecikdirilmiş əsas, 256.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 344.57 manat cərimə, cəmi 1134.19 manat borcu qalmışdır. Həmçinin İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərərin ümumi məbləği 600 manat müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da iddiaçı həmin daxili lizinq müqaviləsi üzrə cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsində əsaslıdır. Həmçinin, tərəflər arasında bağlanmış 12 fevral 2021-ci il tarixli “Daxili lizinq” və 08 fevral 2022-ci il tarixli “Öhdəliklərin otürürülməsi” müqavilələri ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, müqavilə üzrə 344.57 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 344.57 manat məbləğində dəbbə pulu azaldılmalı və 30 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “lizinq obyekti olan, “Khazar SD" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 600 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin qüsur aktından göründüyü kimi “Khazar SD" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 600 manat məbləğində zərər dəymişdir. 12 fevral 2021-ci il tarixli lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Göründüyü kimi Cavabdeh müqavilənin şərtlərinə əsasən lizinq obyektinə dəyən zərər üçün cavabdehlik daşıyır. Bu səbəbdən iddia bu hissədə təmin edilərək, avtomobilə dəyən 600 manat məbləğində zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37.35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 fevral 2021-ci il tarixli, MAS-3268 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 532.84 manat əsas borc, 256.78 manat gecikdirilmiş mükafat, 30 manat dəbbə pulu, 600 manat məbləğində təmir-bərpa xərci və 37.35 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 fevral 2021-ci il tarixli, MAS-3268 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 532.84 manat əsas borc, 256.78 manat gecikdirilmiş mükafat, 30 manat dəbbə pulu, 600 manat məbləğində təmir-bərpa xərci və 37.35 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1825/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1825/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver