Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1844/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X2, X1, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onların üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi X12 ilə 12.10.1983-cü ildə ailə qurmuşdur. Birgə nikahdan 10.09.1984-cü ildə X9, 01.09.1986-cı ildə X6, 03.02.1994-cü ildə X10 övladları vardır. X4 10.07.2017-ci ildə vəfat etmişdir. 10.09.1984-cü ildə anadan olmuş övladı X7 “Ağır kəllə beyin travması” diaqnozu qoyulmuş və 26.10.2018-ci il tarixdən ümumi səbəbdən 1- ci (birinci) qrup əllik verilmişdir. 01.09.1986-cı ildə anadan olmuş X6 “Kəskin nəzərə çarpan imbesillik dərəcəsində kəmağıllıq, nitq və davranış pozuntuları” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatdadır və 1-ci (birinci) qrup əllik verilmişdir. 03.02.1994-cü ildə anadan olmuş X10 “Kəskin ifadə olunmuş imbesillik dərəcəsində kəmağllıq və davranış pozuntuları” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatdadır və 1-ci (birinci) qrup əllik verilmişdir. Övladları anadangəlmə qüsurla doğulmuşdur. Uzun müddət müalicə müəssisələrində müalicə alsalar da, səhhətlərində heç bir irəliyiş olmamışdır. Hal-hazırda müalicə alırlar, onu tək qoya bilmirlər. Onları evdə tək qoymaq mümkün olmur. Gündəngünə vəziyyəti daha da kəskinləşir, qulluq etmək dözülməz hal alır. Heç biri hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında deyil. Övladlarının xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdə olduğuna görə onlar daimi nəzarət altında olmaqla ilkin tibbi yardım olunmasına, kənar şəxsin köməyinə ehtiyacları vardır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 10 sentyabr 1984-cü il təvəllüdlü X2 ambulator kitabçasından çıxarışdan görünür ki, ona ağır kəllə beyin travması diaqnozu qoyulmuşdur. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli 176 nömrəli arayışdan görünür ki, X6 2002-ci ildən “kəskin nəzərə çarpan imbesillik dərəcəsində nitq və davranış pozuntuları” diaqnozu ilə poliklinikanın ruhiəsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatdadır və 1-ci qrup əlildir. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli 177 nömrəli arayışdan görünür ki, X10 2010-cu ildən “kəskin nəzərə çarpan imbesillik dərəcəsində nitq və davranış pozuntuları” diaqnozu ilə poliklinikanın ruhiəsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatdadır və 1-ci qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 25 avqust 2020-ci il tarixli 1635 nömrəli rəyindən görünür ki, X10 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan onun fəaliyyət qabiliyyəti olmayan şəxshesab edilməsinə əsas yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 25 avqust 2020-ci il tarixli 1638 nömrəli rəyindən görünür ki, X9 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan onun fəaliyyət qabiliyyəti olmayan şəxshesab edilməsinə əsas yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 25 avqust 2020-ci il tarixli 1634 nömrəli rəyindən görünür ki, X1 hazırki psixi vəziyyəti onu fəaliyyət qabiliyyəti olmayan şəxshesab etməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X9, X6 və X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onlarla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxslərin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onların psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X9, X6 və X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin həmin hissədə təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, 10 sentyabr 1984-cü il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan X9, 01 sentyabr 1986-cı il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan X6, 03 fevral 1994-cü il tarixdə Bakı şəhəri, Nizami rayonundan anadan olmuş Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X11 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 sentyabr 1984-cü il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. 01 sentyabr 1986-cı il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. 03 fevral 1994-cü il tarixdə Bakı şəhəri, Nizami rayonundan anadan olmuş Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X9, X6 və X10 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1844/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1844/2020
26.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver