Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1865/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbi üzrə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ştutqart MMC tərəfindən 11 may 2020-ci il tarixli SRT 002243 saylı nisyə alqı-satqı müqavilələyə əsasən cavabdehə satdığı ehtiyat hissələrinə görə 271 manat ödənilməmiş hissə, 40.65 manat cərimə borcun və 20.40 manat ödənilmiş dövlət rüsumun əvəzi Cavabdeh alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh «Ştutqart” MMC ilə aralarında bağlanmış 11 may 2020-ci il tarixli, SRT002243 saylı nisyə alqı-satqı müqaviləyə əsasən, MMC tərəfindən cavabdehə 1330 manat dəyərində ehtiyyat hissələri satılmışdır bu şərtlə ki, cavabdeh 9 ay müddətində, hər ay 148 manat olmaqla, borcunu ödəyəcəkdir. Lakın cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş, müxtəlif ödəmələr etdikdən sonra, onun 271 manat əsas borcu və 40.65 manat cərimə borcu olmaqla, cəmi , cəmi 311.65 manat borcu qalmışdır. "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış razılaşmaya əsasən, cavabdehdən tələb etmə hüququ İddiaçı QSC-nə keçmişdir. Borcun ödənilməsi haqqında Cavabdeh İddiaçı QSC tərəfindən müvafiq olaraq bildirişlə xəbərdarlıqlar ğöndərilməsinə baxmayartaq o, borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən borcun ödənilməsindən ötrü müvafiq iddia ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 may 2020-ci il tarixli, SRT002243 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1330 manat məbləğində ehtiyyat hissələri satılmışdır bu şərtlə ki, cavabdeh 9 ay müddətində, hər ay 148 manat olmaqla, borcunu ödəyəcəkdir. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 11 may 2020-ci il tarixli SRT002243 saylı müqavilə üzrə əsas borcu 271 manat və cərimə borcu 40.65 manat olmaqla, cəmi 311.65 manat borcu qalmışdır. İşə əlavə olunmuş 10 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" QSC tərəfindən 20.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 11 may 2020-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 11 may 2020-ci il tarixli SRT002243 saylı müqavilə üzrə əsas borc 271 manat, cərimə borcu üzrə 40.65 manat olmaqla cəmi 311.65 (üç yüz on bir manat altmış beş qəpik) manat və ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1865/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1865/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver