Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1866/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Əhmədova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi X4 Cavabdeh nümayəndəsi və vəkili X13 iştirakı ilə İddiaçı Cavabdeh “məcburi payların müəyyən edilməsi” tələbinə dair iddiаsı üzrə mülki işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ : İddiaçı Cavabdeh “məcburi payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X2 qalan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 68 saylı 6 nömrəli mənzilə dair birinci dərəcəli vərəsələri olan X14, Cavabdeh və onun həmin mənzilə dair məcburi payının müəyyən edilməsi, bərabər bölünməsi, həmin mənzil hərrac yolu ilə satıldığına görə əldə olunmuş pulun 1/3 hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 68 saylı evin 6 saylı mənzili X1nun adına verilmiş orderə əsasən mülkiyyətində olmuşdur. X1 30 avqust 1973-cü il tarixdə vəfat etmişdir. 2015-ci ilin yay aylarından isə ona məlum olmuşdur ki, X1 və X14 ondan gizlin və razılığı olmadan mübahisəli mənzili özəlləşdirərək, adlarına çıxarış almışlar. Qardaşı Cavabdeh, digər qardaşı Hacıyev Vaqifi aldadaraq mənzilin iki otağını öz adına rəsmiləşdirilməsini təklif etmişdir. Atadan və anadan bir qardaşı Cavabdeh, ona da bildirməməyi, ikinci atadan bir anadan ayrı X8 tövsiyyə etmişdir. Çünki orderdə onun da adı vardır. Qardaşı Cavabdeh digər qardaşı Vaqif Hacıyevə bildirmişdir ki, iki otaq onun adına özəlləşdirilsin. Bir otaq isə Vaqif Hacıyevin adına özəlləşdirilsin. Sonradan mənzili satanda pulları ikisinin arasında tam yarı bölünməsini təklif etmişdir. Vaqif Hacıyev böyük qardaş olduğundan Cavabdeh təklifi ilə razılaşmışdır. Mənzil özəlləşdikdən sonra Cavabdeh Vaqif Hacıyevə bildirmişdir ki, mənzilin 2/3 hissəsi özünündür, 1/3 hissəsi isə onun. Həmin vaxt qardaşı Vaqif Hacıyev anlamışdır ki, qardaşı Cavabdeh onun etibarından istifadə edərək, onu aldadaraq valideynlərindən miras almış payı vəsiyyətnamə yoxdursa, bərabər payda bölünməlidir. Bundan sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 339 saylı 26 fevral 2016-cı il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mənzilinin açıq hərracda satılması, əldə olunan pul vəsaitinin 2/3 hissəsinin Cavabdeh 1/3 hissəsinin X8 verilməsi qərara alınmışdır. 04 iyun 2018-ci il tarixdə həmin mənzilin satılması üçün “X7” MMC-yə sifariş verilmişdir. Mənzil 10 may 2019-cu il tarixli hərracın yekunları barədə protokolla satılmış və alıcı tələbkar Cavabdeh olmuşdur. Hərrac zamanı ödəniləcək olan 15167 manat Nizami rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülmüş və bu barədə X8 məlumat verilərək, həmin məbləğin götürülməsi üçün hesabın təqdim olunması xahiş olunmuşdur. Qeyd edilənlərdən isə aydın olur ki, onun doğma qardaşı Cavabdeh həmin mənzildən ona çatacaq payı qanunsuz yolla əldə etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X14 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X18 iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu R.Rüstərnov küç. 68 , ev 6 saylı mənzil 3 otaqdan ibarətdir və otaqların ikisi Cavabdeh, biri isə X4 mülkiyyətindədir. Bu barədə onlara Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə Seriya MA ******* nömrəli Çıxarış verilmişdir. Həmin mənzildə Cavabdeh öz ailəsi ilə, qardaşı isə öz ailəsi ilə birlikdə yaşamışlar. Lakin son bir neçə müddət mənzildə birgə yaşamaq çətin olmuşdur. Hətta bir çox hallarda aralarındakı mübahisə ciddi qarşıdurmaya səbəb olduğundan mənzili sataraq paylara uyğun bölünməsini təklif etməsinə baxmayaraq, bu mümkün olmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan iş üzrə 2(007)- 339/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ev 68, 6 saylı mənzilin hərracda satılması və əldə olunan pul vəsaitinin 2/3 hissəsinin Cavabdeh, 1/3 hissəsinin isə X8 verilməsi qət edilmişdir. Həmin işdən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir Qətnamə qanuni qüvvəsini almışdır və işin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. İcra işi üzrə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin qərarı ilə mənzilin qiymətləndirilməsi keçirilmiş və mənzilin hərracda ilkin satış dəyəri 65 min manat olmuşdur. Onunla "xxxx" MMC arasında “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə“ Müqavilə xx.xx.2019-cu il tarixində bağlanmışdır. Hərrac mərkəzi ilə bağladığı müqaviləyə uyğun olaraq Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ev 68, 6 saylı mənzili tam pay-xüsusi mülkiyyət kimi iddiaçının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixində çıxarış verilmişdir. Artıq mübahisəli mənzil tam mülkiyyət kimi Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı “məcburi payların müəyyən edilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət etsə də, miras əmlakda paylar 2011-ci ildə müəyyən edilmiş və hal-hazırkı vaxtadək iddiaçı tərəfindən miras əmlakda payların müəyyən edilməsi ilə bağlı tələb irəli sürülməmişdir. Hal-hazırda isə miras əmlak hərrac nəticəsində cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirildiyindən, hazırkı iddia tələbinin qanuni əsası yoxdur. Həmçinin iddiaçı 1980-ci ildə ailə quraraq öz həyat yoldaşının evinə köçmüşdür. Bundan sonra məhkəmə qətnaməsinə əsasən əmlak iki qardaş arasında bölünmüşdür. İddiaçı tərəfindən müxtəlif iddialar, o cümlədən əmlakın özəlləşdirilməsinə dair iddia qaldırılmış, heç biri də məhkəmədə təmin edilməmişdir. Bu səbəbdən məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri X11 12 yanvar 1986-cı il tarixdə verilmiş 4-465 saylı orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ev X9, ailə üzvləri X12, X14, X10 və Cavabdeh yaşaması üçün istifadəsinə verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 30 avqust 1973-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın sürətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ev 68, 6 saylı mənzil 1 otaq X4 adına, 2 otaq isə Cavabdeh adına xüsusi mülkiyyət kimi xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-18/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı, X3, X16 və X19 cavabdehlər Cavabdeh, X8 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X4 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi, mənzilin sahəsinin iddiaçının və qardaşının arasında tam bərabər paylarla bölünməklə yeni çıxarışın verilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan iş üzrə 2(007)- 339/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ev 68 , 6 saylı mənzilin hərracda satılması və əldə olunan pul vəsaitinin 2/3 hissəsinin Cavabdeh, 1/3 hissəsinin isə X8 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2016-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarları ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan iş üzrə 2(007)-339/2016 saylı xx.xx.2016-cı il tarixl qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X4 cavabdehlər Nizami rayon İcra və Probasiya Şöbəsinə, “X7” MMC, Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hərracın nəticələri barədə protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun bərpa edilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mübahisəli mənzilin 2\3 hissəsi Cavabdeh, 1\3 hissəsi isə X4 mülkiyyətində olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 339/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə mübahisəli mənzilin hərracda satılması və əldə olunan pul vəsaitinin 2/3 hissəsinin Cavabdeh, 1/3 hissəsinin isə X8 verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin qərarı ilə mənzilin qiymətləndirilməsi keçirilmiş və mənzilin hərracda ilkin satış dəyəri 65.000,00 manat olmuşdur. xx.xx.2019-cu il tarixində Cavabdeh ilə “X7” MMC arasında “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə“ Müqaviləsi bağanmışdır. Hərrac mərkəzi ilə bağladığı müqaviləyə uyğun olaraq Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ev 68, 6 saylı mənzili tam pay-xüsusi mülkiyyət kimi Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində çıxarış verilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı digər şəxslərlə birlikdə Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ev 68, 6 saylı mənzili tam pay-xüsusi mülkiyyət kimi Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-18/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırılması ilə müəyyən olundu ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mübahisəli mənzil xx.xx.1986-cı ildə 4-465 saylı orderlə X5 4 nəfər ailə üzvü ilə birlikdə istifadəsinə verilmişdir. Həmin orderə əsasən onun həyat yoldaşı ilə yanaşı üç övladı Cavabdeh, X14 və İddiaçı da mübahisəli evə köçmüşlər. İddiaçı 1980-ci illərdə nikaha daxil olaraq ailə qurmuş və hazırda ünvan 2 ünvanında pasport qeydiyyatındadır. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.1995ci il tarixli 2-542 saylı qətnaməsi ilə mübahisələndirilən mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi və yaşayış sahəsi ilə bağlı ayrıca müqavilələrin bağlanılmasına dair X4 və Cavabdeh iddiaları üzrə mənzilin 17,6 kvm sahəsinə X4 və ailəsinin, digər 12,7 kvm və 16,7 kvm olan iki otaq hissəsinə isə Cavabdeh və ailəsinin istifadəsinə verilməsi qərara alınmışdır. Bundan əlavə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-18 saylı qətnaməsi ilə İddiaçı və digərlərinin cavabdehlər Cavabdeh, X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı mübahisəli evə dair xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Həmçinin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)4442\2017 saylı qərarı ilə X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı mübahisələndirilən mənzilə dair xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi, mənzilin onunla qardaşı Cavabdeh arasında bərabər bölüşdürülməklə yeni çıxarışın verilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə ona görə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil tərəflər arasında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli sərəncamına əsasən qardaşlar arasında bölünmüşdür. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli sərəncamına əsasən qardaşlar arasında bölünmüşdür. Bundan sonra Mübahisəli mənzilin 2\3 hissəsi Cavabdeh, 1\3 hissəsi isə X4 mülkiyyəti müəyyən olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan iş üzrə 2(007)-339/2016 saylı xx.xx.2016-cı il tarixli Qətnaməsi ilə iddiaçı Cavabdeh iddia tələbi təmin edilmiş, mübahisəli mənzilin hərracda satılması və əldə olunan pul vəsaitinin 2/3 hissəsinin Cavabdeh, 1/3 hissəsinin isə X8 verilməsi qət edilmişdir. Həmin işdən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4361/2016 saylı xx.xx.2016-cı il tarixli, kassasiya şikayəti isə Ali Məhkəmənin 2(102)- 503/2017 saylı xx.xx.2017-ci il tarixli qərarları ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır və işin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. İcra işi üzrə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin Qərarı ilə mənzilin qiymətləndirilməsi keçirilmiş və mənzilin hərracda ilkin satış dəyəri 65.000,00 manat olmuşdur. İddiaçı ilə xx.xx.2019-cu il tarixində “X7” MMC arasında “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqaviləsi bağlanmışdır. Hərrac mərkəzi ilə bağladığı müqaviləyə uyğun olaraq Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ev 68, 6 saylı mənzili tam pay-xüsusi mülkiyyət kimi Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində çıxarış verilmişdir. Bundan əlavə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)- 18 saylı qətnaməsi ilə İddiaçı və digərlərinin cavabdehlər Cavabdeh, X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı mübahisəli evə dair xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Həmçinin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)4442\2017 saylı qərarı ilə X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı mübahisələndirilən mənzilə dair xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi mənzilin onunla qardaşı Cavabdeh arasında bərabər bölüşdürülməklə yeni çıxarışın verilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə ona görə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil tərəflər arasında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli sərəncamına əsasən qardaşlar arasında bölünmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı hazırda mübahisələndirilən mənzilin miras kütləsi kimi bölünməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, bu əmlak dövlət tərəfindən onun atasına və onun ailə üzvlərinə istifadə etmək üçün verilmişdir. Atası rəhmətə getdikdən sonra həmin mənzilə dair onun qardaşları arasında məhkəmə qərarları əsasında bölgü sonradan isə mülkiyyətlə bağlı digər mübahisələr yaranmış, əmlakla bağlı hüquqmüəyyənedici sənədlər əsaslı hesab edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ev 68, 6 saylı mənzili tam pay-xüsusi mülkiyyət kimi Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çıxarışı mübahisələndirdiyindən və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, hazırkı iddia tələbi ilə yenidən məhkəməyə başqa tələblə müraciət etməklə, eyni çıxarışın etibarsızlığını və ya ləğvinin mübahisələndirilməsinə yol verilmədiyindən, hazırkı iddia tələbi təmin edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının atası xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. 1 mart 1965-ci il tarixdən xx.xx.1999-cu il tarixədən qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinin mahiyyətinə görə mirasın hüquqi və ya notarial qaydada qəbul edilməsi üçün 6 ay müddət müəyyən edilmişdir. Lakin iddiaçı atası rəhmətə getdiyi vaxtdan 48 il sonra hazırki iddianı qaldırmaqda haqlı olmamışdır. Belə ki, bu müddətdən sonra onun qardaşları arasında əmlakla bağlı müxtəlif məhkəmə işləri olmuş və həmin işlər üzrə hazırda qanuni qüvvəyə minmiş qərarlar mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mərhum ataları X6 qalan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 68 saylı, 6 nömrəli mənzilə dair birinci dərəcəli vərəsələri olan X14, Cavabdeh və onun həmin mənzilə dair məcburi payının müəyyən edilməsi, bərabər bölünməsi, həmin mənzil hərrac yolu ilə satıldığına görə əldə olunmuş pulun 1/3 hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1866/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1866/2021
09.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver