Məhkəmə qərarları › İş №2(007)-1874/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1874/2025

15.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1874/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1874/2025 və 2(007)- 496/2025 nömrəli mülki işlərin materiallarını nəzərdən keçirərək, məhkəmə Müəyyən Etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əqdin etibarsızlığının tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2021-ci il tarixində bağlanmış X1 etibarsızlığının tanınması (etibarsız hesab edilməsi) haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və 2(007)-1874/2025 nömrə ilə qeydə alınmışdır. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək olaraq 249.390 (146.700 ABŞ dolları) manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və iş üzrə hazırlıq iclası xx.xx.2025-ci il, saat 10:30-a təyin edilmişdir. Hər iki işin materiallarını nəzərdən keçirərək, məhkəmə qeyd edir ki, işlər bir-biri ilə əlaqəli olduğundan qeyd edilən mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki mülki iş biri-biri ilə əlaqəli olduğundan, işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, o cümlədən ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və prosessual qənaət prinsipi baxımından hər iki tələbə bir icraatda baxılması daha məqsədəmüvafiqdir. Odur ki, məhkəmə qeyd edir ki, icraatda olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əqdin etibarsızlığının tanınması” tələbinə dair 2(007)-1874/2025 nömrəli mülki iş, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi" tələbinə dair 2(007)-496/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş mülki işə 2(007)- 496/2025 nömrəsi saxlanılmaqla, 2(007)-1874/2025 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Bakı şəhəri Nizami rayon Məhkəməsinə daxil olmuş icraatda olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əqdin etibarsızlığının tanınması” tələbinə dair 2(007)-1874/2025 nömrəli mülki iş, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair 2(007)-496/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş 2(007)-496/2025 nömrəli mülki iş saxlanılmaqla, 2(007)- 1874/2025 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar