Məhkəmə qərarları › İş №2(007)-1886/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1886/2020

17.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1886/2020 17.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 avqust 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********31059 Samsung Galaxy A20 markalı telefon, qoruyucu örtük üçün 418 (dördyüz en səkkiz) manat ödənilməmiş hissə, 41 (qırxbir) manat cərimə pulu borcu yaranmışdır. 22 fevral 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********95243 Samsung Galaxy J8 markalı telefon üçün 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə pulu borcu yaranmışdır. 15 iyun 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********04256 Samsung Galaxy A7 markalı telefon üçün 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə pulu borcu yaranmışdır. Ümumilikdə 1565 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1595 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 02.08.2019-cu il, 22.02.2019-cu il, 15.06.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kod **********31059 Samsung Galsxy A20 markalı telefon, qoruyucu örtük, İMEİ kod **********95243 Samsung Ga axy J8 markalı telefon, İMEİ kod **********04256 Samsung Galaxy A7 markalı telefon almış və nəticədə 1565 (min beş yüz altmış beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti507(beş yüz yeddi) manat(12 ay x 38 manat + 5 ilkin ödəniş) olan İMEİ kod **********31059 Samsung Galaxy A20 markalı telefon, qoruyucu örtük üçün ümumilikdə 459 (dörd yüz əlli doqquz) manat olmaqla, ondan 418 (dördyüz on səkkiz) manat ödənilməmiş hissə, 79 manat (0.38 manat x 210 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 41 (qırx bir) manat cərimə pulu borcu yaranmışdır. 22.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 667 (altı yüz altmış yeddi) manat (12 ay x 51 manat + 55manat ilkin ödəniş) olan İMEİ kod **********95243 Samsung Galaxy J8 markalı telefonüçün 336 (üç yüz otuz altı)manat olmaqla, ondan306 (üç yüz altı) manat ödənilməmiş hissə,91 manat (0.51 manat x 180 giın) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş30 (otuz) manat cərimə pulu borcu yaranmışdır. 15.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (12 ay x 70 manat + 0 manat itkin ödəniş) olan İMEİ kod 35542410 ******* Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə 770 (yeddi yüz yetmiş) manat olmaqla, ondan 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 168 manat (0.70 manat x 240 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 70 (yetmiş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 590 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlə də gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 00819951 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 507 manat olan Samsung Galaxy A20 markalı telefon, qoruyucu örtük satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2019-cu il tarixli, 00526664 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 667 manat olan Samsung Galaxy J8 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2019-cu il tarixli, 00723388 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 840 manat olan Samsung Galaxy A7 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 16 may 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 avqust 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 418 manat, cərimə borcu üzrə 41 manat olmaqla, ümumilikdə 459 manat borcu vardır. Cavabdeh 22 fevral 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 306 manat, cərimə borcu üzrə 30 manat olmaqla, ümumilikdə 336 manat borcu vardır. Cavabdeh 15 iyun 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 700 manat, cərimə borcu üzrə 70 manat olmaqla, ümumilikdə 770 manat borcu vardır. Qeyd olunan müqavilələr üzrə ümumilikdə 1565 manat borcu vardır. İşə əlavə olunmuş 15 may 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 02 avqust 2019-cu il tarixli, 22 fevral 2019-cu il tarixli və 15 iyun 2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 02 avqust 2019-cu il tarixli müqavilə üzrə 418 manat əsas borc, 41 manat cərimə borcu olmaqla, ümumilikdə 459 manat borc, 22 fevral 2019-cu il tarixli müqavilə üzrə 306 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, ümumilikdə 336 manat borc, 15 iyun 2019-cu il tarixli müqavilə üzrə 700 manat əsas borc, 70 manat cərimə borcu olmaqla, ümumilikdə 770 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar