Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-189/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Məmmədov Elmı̇ n Tapdıq oğlunun, X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC), Cavabdeh2 ASC, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin ləğvi və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC), Cavabdeh2 ASC, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin ləğvi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Cavabdeh1 (Capitals Auction), Cavabdeh2 ASC-dən və digərlərindən hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqısatqı müqaviləsinin, hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli, 33 saylı protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 15.04.2008-ci il tarixli 140408-857-23/1089/İ saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməsi, fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi hərəkətlər və onların nəticələrinə xitam verilməsi, fərdi yaşayış evinin Cavabdeh2 ASC qarşısında evinin ipoteka ilə yüklülüyündən azad edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(103)-81/2018 saylı icra vərəqəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən "xxxx" ASC ilə İddiaçı1 arasında 15.04.2008-ci il tarixli, 140408-857-23/1089 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə 15.04.2008-ci il tarixli, 140408-857-23/1089/İ saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən tam mülkiyyət hüquqi ilə İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" ASC qarşısında ipotek ilə yüklü edilmişdir. Bakı şəhəri Cavabdeh3 21.12.2018-ci il tarixli, 17/71-8Y137 saylı sifariş məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 08.08.2018-ci il tarixli, 2(103)-81/2018 saylı icra vərəqəsinin icrası ilə bağlı İddiaçı1 məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hərrac qaydasında satışının təmin edilməsi üçün "X2" MMC-yə göndərilmişdir. Cavabdeh1 MMC tərəfindən təşkil edilən hərracda ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin alıcısı olmadığı üçün sözügedən əmlak "X2" MMC-nin 22.02.2019-cu il tarixli təklif məktubu ilə fərdi yaşayış evinin dəyərinin 25 faiz aşağı qiymətinə yəni 286875 manata tələbkar "xxxx" ASC-yə təklif edilmişdir. “Bank Respublika" ASC-nın "X2" MMC-yə ünvanladığı 25.02.2019-cu il tarixli cavab məktubundan görünür ki, tələbkar Bank ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 25 faiz aşağı qiymətə, yəni 286875 manata Bankın balansına götürməsinə etiraz etmir. Bundan sonra tələbkar “Bank Respublika" ASC ilə hərracın təşkilatçısı “Hidayətoğlu Şirkətlə"xxxx" MMC arasında 07.03.2019-cu il tarixli əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Onlar hesab edirlər ki, "Bank Respublika” ASC ilə hərracın təşkilatçısı "X2" MMC arasında bağlanmış 07.03.2019-cu il tarixli əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və bu etibarslığa uyğun olaraq yuxarıda qeyd edilən digər tələblər barədə məhkəmə qaydasında qərar qəbul edilməlidir. Hərracın təşkilatçısı X2" MMC-yə 10.02.2021-ci il tarixli, 63 saylı sorğu ilə müraciət edilərək keçirilən hərracla bağlı olaraq iş materialında olan aidiyyəti sənədlərin, yəni 07.03.2019-cu il tarixli hərracın yekunları barədə protokolun, həmin tarixli alqı-satqı müqaviləsinin, tərəflərindən "xxxx" ASC-yə əmlakın alınması barədə edilmiş təklif məktubunun, "xxxx" ASC tərəfindən təklif məktubuna verilmiş cavab məktubunun, göndərilən və gələn məktublara dair poçt qəbzlərinin və işin içində olan digər sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi xahiş edilmişdir. Müəyyən uzun müddət keçəndən sonra "X2” MMC tərəfindən sorğuya cavab məktubu göndərilmiş və həmin cavab məktubu ilə müəyyən sənədlər, yəni 07.03.2019-cu il tarixli hərracın yekunları barədə protokol, həmin tarixli alqı-satqı müqaviləsi, “Bank Respublika" ASC tərəfindən təklif məktubuna verilmiş cavab məktubu və Cavabdeh3 sifariş məktubu göndərilmiş, ancaq, digər sənədlər, yəni “Bank Respublika" ASC-yə əmlakın alınması barədə edilmiş təklif məktubu, göndərilən və gələn məktublara dair poçt qəbzlərinin, əmlakın “Bank Respublika" ASC-yə təklif edilməmişdən qabaq keçirilmiş hərraca dair bildirişlərin və işin içində olan digər sənədlərin təsdiq edilmiş surətləri göndərilməmişdir. Bununla yanaşı, Cavabdeh1 MMC-yə 07.10.2020-ci il tarixli, 411 saylı sorğu verilərək əmlakla bağlı 07.03.2019-cu il tarixli alqı-satqı müaviləsinin bağlanması ilə bağlı tələbkar "Bank Respubluka” ASC tərəfindən hərracın təşkilatçısı "X2” MMC-yə ödənilmiş 5 faizlik xidmət haqqının nə vaxt ödənildiyi barədə məlumatın və mədaxil qəbzinin təsdiq edilmiş surətinin təmin edilməsi xahiş edilmişdir. “X2" MMC tərəfindən sözügedən sorğuya 02.11.2020-ci il tarixli cavab məktubunda qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən əmlakla bağlı 07.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tələbkar Cavabdeh2 ASC tərəfindən hərracın təşkilatçısı Cavabdeh1 MMC-yə xidmət haqqı olaraq heç bir vəsait ödənilməmişdir. Eyni zamanda Cavabdeh1 MMC ilə "xxxx" ASC arasında tərtib edilmiş hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqısatqı müqaviləsində və hərracın yekunları barədə 07.03.2019-cu il tarixli, 33 saylı protokolunda İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evi qeyri-qanuni olaraq yaşayış binası olaraq göstərilmiş, ancaq daha sonra düzəldilərək yaşayış evi kimi düzəldilmişdir. Ola bilsin ki, hərracın təşkilatçısı tərəfindən hərrac barədə verilmiş elanlarda da fərdi yaşayış evi yaşayış binası kimi göstərildiyi üçün alıcı qismində digər maraqlı şəxslər iştirak edə bilməmişlər. Bütün bu faktlar onu göstərir ki, hərracın təşkili və keçirilməsi formal olaraq təşkil edilmişdir. "X2” MMC tərəfindən tələbkara təklif edilməmişdən qabaq keçirilmiş hərracalara dair bildirişlərin sorğuda istənilməsinə baxmayaraq təqdim edilməməsi bir daha onu sübut edir ki, hərrac formal xarakter daşımışdır. Həmin bildirişlərlə keçirilən hərracın tarixləri müəyyən ediləcəkdir ki, bununla da tələbkara edilmiş təklifin vaxtı müəyyən olacaqdır və bu təklifə qanunla müəyyən edilmiş müddətə qəbul edilib edilməməsi ortaya çıxacaqdır. Burda maraq hərracın baş tutmaması və İddiaçı1 əmlakının 25 faiz aşağı qiymətə tələbkara təklif edilməsi olmuşdur. Bütün bunların araşdırılması, sənədlərin əldə edilərək baxılması məqsədilə məhkəmə müraciət edilmək məcburiyyətində qalmışlar. “X2" MMC ilə "xxxx" ASC arasında tərtib edilmiş hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsi zamanı fərdi yaşayış evinin əmlak vergisinin ödənilib ödənilməməsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu verilmişdir. Sözügedən qurum tərəfindən "Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 30.3-cü və 30.6-cı maddəsinə dayanılaraq bu barədə cavab verməmişdir. Əmlak vergisinin ödənilib-ödənilməsinin müəyyən edilməsi cavabdehlərdən "X2" MMC ilə "Bank Respubluka” ASC-nin sözügden alqı-satqı müqaviləsinin formal əsaslarla, yəni sadəcə sənəd üzərində həyata keçirlib-keçirilmədiyini ortaya çıxarmaqla yanaşı, eyni zamanda, hərrac komitəsi tərəfindən banka edilmiş təklifə bank tərəfindən qanunla müəyyən edilmiş zamanda cavab verib-verməməsini də müəyyən edəcəkdir. Hərrac komitəsi tərəfindən keçirilən hərraclara dair bildirişlərin verilməsinin sorğuda təkidlə istənməsinə baxmyaraq hərracın təşkilatçısı tərəfindən digər sənədlərlə yanaşı göndərməməsi, bunun üçün hərracın təşkilatçısının yerləşdiyi binaya dəfələrlə gedilməsinə baxmyaraq əldə edə bilməmələri hərracın qanuni əsaslarla keçirilməməsi şübhəsini doğrulamaqdadır. Cavabdeh2 ASC tərəfindən məhkəməyə 13.09.2021-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edilərək, iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli, 2(005)-2303/2019 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh3nə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.08.2019-cu il tarixli, 2(103)-10615/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli, 2(102)-297/2020 saylı Qərarı ilə qətnamə dəyişdiilmədən saxlanılmışdır. Həmçinin, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(005)-758/2020 saylı qətnaməsi ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7621/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-2639/2021 saylı Qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin o bildirir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 ipoteka qoyan olmadıqları üçün hərracın nəticələrinə dair protokolu və alqı-satqı müqaviləsini mübahisələndirmək hüquqları belə yoxdur. Bundan əlavə iddiaçılar tərəfindən həracın yekunları barədə 07.03.2019-cu il tarixli protokolu və alqı-satqı müqaviləsi mübahisələndirmək üçün qanunla müəyyən olunmuş müddət belə ötürülmüşdür. Əgər Bakı şəhər Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-2303/2019 saylı mülki iş üzrə iddia ərizəsinin 08.04.2019-cu il tarixdə və 2(005)-758/2020 saylı mülki iş üzrə iddia ərizəsinin 17.12.2019-cu il tarixdə imzalanmasını nəzərə alaraq həracın yekunları barədə 07.03.2019-cu il tarixli protokolu və alqı-satqı müqaviləsi mübahisələndirmək üçün qanunla müəyyən olunmuş müddətdən müvafiq qaydada 1 il 4 ay və 8 ay müddətin keçməsi faktına şahid olunur. Cavabdeh1 MMC ("xxxx" MMC) tərəfindən iddia tələbini qəbul etməyərək və iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir. Ərizədə göstərilmişdir ki, iddia tələbində qeyd olunan protokol və müqavilə 07.03.2019-ci il tarixində imzalanmışdır, lakin iddiaçı müqavilənin etibarsız, hesab edilməsi tələbi ilə məhkəməyə 2 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nizami rayon Məhkəməsinin binasında keçirilməklə 08.09.2021-ci il tarixinə hazırlığa təyin edilmişdir. İddia tələbinə iddia müddəti tətbiq edilməli və iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmalıdır. Həmçinni Cavabdeh1 MMC ("xxxx" MMC) məhkəməyə 26.01.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, etirazda bildirmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində hərracın keçirilməsi zamanı qanunvericiliyin pozulmasına dair hər hansı əsas qeyd etməmişdir. İddia ərizəsini nəzərdən keçirdikdə hər hansı pozuntu öz əksinin tapmamışdır. Həmçinin iddia ərizəsi verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bununla bağlı iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilmişdir. İddiaçılardan İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC və Nizami icra və probasiya Şöbəsinə qarşı Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq hal-hazırki mübahisə predmeti olan hərrac protokolunun etibarsızlığını tələb etmiş, iddia təmin edilməmişdir. Tərəfin verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Apellyasiya Məhkəməsinin 2(103)- 7621/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi ilə iddiaları təmin edilməmişdir. Hərrac prosesi ilə bağlı bütün sənədlər həmin məhkəmə baxışı zamanı sübut qismində dəyərləndirilmiş və məhkəmə qətnaməslərində öz əkslərini tapmışdırlar. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Məhkəmə iclasında iddiaçı Məmmədov Elmı̇ n Tapdiq oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil və vəkili və nümayəndə Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, Cavabdeh1 MMC-yə ("xxxx" MMC) 02.11.2020-ci il və 10.03.2021-ci il tarixlərdə 2 dəfə müraciət olunduğunu, hərracın düzgün aparılıb-aparılmasının müəyyən edilməsi üçün onlara sorğu verildiyini, sorğuda onlardan hərracın keçirilməsi ilə bağlı bütün sənədlərin istənildiyini, ən son verilmiş sorğuya cavab olaraq onlara alqı-satqı müqaviləsinin surəti, hərracın yekunları barədə protokolun, təklif məktubuna bankın cavab məktubunun surətinin təqdim edildiyini, ancaq digər sənədlərin təqdim edilmədiyini, həmçinin məhkəmə tərəfindən də Cavabdeh1 MMC-yə ("xxxx" MMC) sorğular göndərildiyini, onlar tərəfindən sorğulara cavab verilmədiyini, iddia tələbinə etiraz və müddətin tətbiq edilməsi barədə ərizə təqdim etdikləri hallarda istənilən sənədləri göndərmədiklərini, məhkəmənin gedişinə bilərəkdən maneə törətdiklərini bildirdi. O əlavə olaraq qeyd etdi ki, hərrac təşkilatçısı tərəfindən Cavabdeh2 ASC-yə vaxtında təklif edilməmiş, Cavabdeh2 ASC tərəfindən qanunla göstərilmiş vaxtda təklif qəbul edilməmiş, hərracı sənəd üzərində etmişlər və iddiaçıların hərracla bağlı məlumatları olmamışdır. Cavabdeh1 MMC ("xxxx" MMC) təklif məktubuna bankın cavab məktubunun surətini təqdim etsə də, onun göndərilmə vaxtı ilə bağlı poçtun və ya kuryerin zərfini təqdim etməmiş, məktuba 25 fevral yazılsa da həmin vaxt göndərilməsi ilə bağlı sübut əlavə edilməmişdir. Məktubda 25 fevral yazılması onun həmin müddətdə göndərilməsi demək deyil. Onların əllərində əsas o olub ki, bu işə baxılıb. Bu işə fərqli statuslarda baxılıb. Hazırda onlar iddianın əsasını dəyişmişlər. Əgər onlar tərəfindən sənədlər məhkəməyə təqdim edilsəydi, sənədləri tutuşdurub qanunsuzluq olub-olmaması müəyyən ediləcək, qanunsuzluq aşkar edilməsə iddiaçı özü də bildirdi ki, ərizə verib iddianı geri götürəcəklər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, əmlakla bağlı hərracın keçirilməsindən məlumatsız olmuş əmlak onlara təklif edilməmiş. Əmlakın banka təklif verilməsinə dair sübutlar da təqdim edilməmişdir. Onun banka 500 min borcum olmuş, ondan 300 min borcunu ödəmiş, 200 min borcu qalmışdır. Bundan sonra bankla rəsmi qrafik müəyyən olunmaqla razılığa gəlmişlər, onun tərəfindən 85 min ödənildikdən sonra qalan məbləğin hər ay 2000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Müəyyən olunmuş öhdəliyə əməl etdiyi halda onun xəbəri olmadan əmlakı satışa çıxarılmış, 1 milyonluq 10 otaqlı əmlakını 200 minə qiymətləndirmişlər. Ona xəbər verilməməsinin səbəbi həmin evin bank tərəfindən baha qiymətə satılaraq, yüksək gəlir əldə edilməsidir. Evin açarları tərəfindən banka təhvil verilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2, cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 ASC-nin nümayənədəsi Nümayəndə iddianı qəbul etmədiklərini, bu işə dəfələrlə baxılıb araşdırıldığını, buna hüquqi qiymət verildiyini, Bakı Apelyasiya Məhkəməsində də xüsusi ilə hərracın keçirilməsində, protokolun, müqavilənin etibarsız hesab edilməsinə heç bir səbəb olmadığının qeyd olunduğunu bildirmişdir. Məhkəmə izahatları dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Cavabdeh3 tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış 21.12.2018-ci il tarixli, 17/71-8Y saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının ipoteka predmeti 450000 manat qiymətləndirilməsi bildirilmiş və hərracın keçirilmə vaxtı və onun nəticələri barədə tərəflərə məlumat verilməsi xahiş edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 08.08.2018-ci il tarixli, 2(103)-81/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, iddiaçı ”Bank Respublika” ASC ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 15.04.2008-ci iitarixlil, 140408-857-23/1089 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı1 iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 378317,26 manat məbləğində kredit borcu, 294944 manat məbləğində kreditə görə faiz borcu, 40000 manat məbləğində dəbbə pulu (penya), cəmi 713261,26 pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələb Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yeıləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220.12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən ibarət yaşayış binasına yönəldilməsi, ipoteka predmeti olan cavabdeh İddiaçı1 məxsus ünvan 2 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış binasının ilkin satış qiymətinin 450000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı. 220,12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən, ibarət yaşayış binası açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdeh İddiaçı1 əmlakı tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin əmlakdan məcburi qaydada çıxarılması, tələbin yönəldiyi əmlakların açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunmuş pul vəsaitindən banka olan borc və 23 manat dövlət rüsumunun tutulması, tərəflərdən 250 manat ekspertiza xərcinin tutularaq “Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh İddiaçı1 tutularaq dövlət büdcəsinə ödənilməsi, mütəxəssis rəyinin alınması üçün müəyyən edilmiş 100 manat cavabdeh İddiaçı1 tutularaq “Heba Consulting" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. - “Bank Respublika" ASC tərəfindən Cavabdeh1 MMC-yə ("xxxx" MMC) ünvanlanmış 25.02.2019-cu il tarixli, 707 saylı məktubdan görünür ki, 22.02.2019-cu il tarixli, 278 saylı təklif məktubuna cavab olaraq Cavabdeh3 21.12.2018-ci il tarixli sifarişinə əsasən tərəflərindən keçirilən hərrac baş tutmadığına görə İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən, ibarət yaşayış binasının 25% aşağı qiymətə, yəni 286875 manata bankın balansına götürülməsiə etiraz etmədiklərini bildirmişdir. - Cavabdeh1 MMC ("xxxx" MMC) tərəfindən verilmiş 07.03.2019-cu il tarixli hərracın yekunları haqqında protokolundan görünür ki, İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" ASC tərəfindən 25 faiz aşağı qiymətə, yəni 286875 manata alınmışdır. - “Bank Respublika" ASC ilə hərracın təşkilatçısı “Hidayətoğlu Şirkətlə"xxxx" MMC arasında bağlanmış 07.03.2019-cu il tarixli əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 286875 manata "xxxx" ASC-yə satılmışdır. - Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli, 2(005)- 2303/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh3nə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli, 2(103)-10615/2019 saylı qətnamədən görünür ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 27.05.2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli, 2(102)-297/2020 saylı Qərarından görünür ki, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(005)- 758/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7621/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-2639/2021 saylı Qərarından görünür ki, İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7621/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh1 MMC ("xxxx" MMC) tərəfindən Vəkil ünvanlanmış 02.11.2020-ci il tarixli, 460 saylı məktubdan görünür ki, Vəkil 2/11 saylı, 07.10.2020-ci il tarixli sorğusuna Cavabdeh1 MMC ("xxxx" MMC) tərəfindən baxıldığı, ünvan 1 ünvanında yerləşən əmlakla bağlı 07.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tələbkar "xxxx" ASC tərəfindən hərracın təşkilatçısı “Hidayətoğlu Şirkətlə"xxxx" MMC-yə xidmət haqqı olaraq heç bir vəsatət köçürülmədiyi bildirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Vəkil ünvanlanmış 09.08.2021-ci il tarixli məktubundan görünür ki, “Bank Respublika" ASC tərəfindən əmlak vergisinin ödənilməsi ilə bağlı məlumatın verilməsinə dair Vəkil müraciətinə Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsində baxılmış və həmin məlumatın vergi sirri və şəxsi həyata dair məlumat hesab olunduğundan həmin məlumatların vəkillərə və ya vəkil qurumlarına verilməsi nəzərdə tutulmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış 23.10.2021-ci il tarixli məktubundan görünür ki, Bank tərəfindən 2019-cu il və 2020-ci illər üzrə əmlak vergisi bəyannamələri vergi orqanına təqdim edilmiş və hal-hazırda qeyd olunan tədiyyə üzrə dövlət büdcəsinə borcu olmadığı bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli, 2(005)-2303/2019 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh3nə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.08.2019-cu il tarixli, 2(103)-10615/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli, 2(102)-297/2020 saylı Qərarı ilə qətnamə dəyişdiilmədən saxlanılmışdır. Həmçinin, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(005)-758/2020 saylı qətnaməsi ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7621/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)- 2639/2021 saylı Qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 MMC ("xxxx" MMC) tərəfindən verilmiş 07.03.2019-cu il tarixli hərracın yekunları haqqında protokoluna əsasən, İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" ASC tərəfindən 25 faiz aşağı qiymətə, yəni 286875 manata alınmış, “Bank Respublika" ASC ilə hərracın təşkilatçısı “Hidayətoğlu Şirkətlə"xxxx" MMC arasında bağlanmış 07.03.2019-cu il tarixli əmlakın alqı-satqısı müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 286875 manata "xxxx" ASC-yə satılmışdır. “Bank Respublika" ASC tərəfindən Cavabdeh1 MMC-yə ("xxxx" MMC) ünvanlanmış 25.02.2019-cu il tarixli, 707 saylı məktubda 22.02.2019-cu il tarixli, 278 saylı təklif məktubuna cavab olaraq Cavabdeh3 21.12.2018-ci il tarixli sifarişinə əsasən tərəflərindən keçirilən hərrac baş tutmadığına görə İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən, ibarət yaşayış binasının 25% aşağı qiymətə, yəni 286875 manata bankın balansına götürülməsiə etiraz etmədiklərini bildirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydalara riayət etməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yeıləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220.12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən ibarət yaşayış binasının mülkiyyətçisi İddiaçı1 olduğundan, İddiaçı2 və İddiaçı3 əmlakı mülkiyyətçisi olmadığından, hazırki iddia tələbi ilə müraciət etmək hüququna malik olmadıqlarından iddia tələbi İddiaçı2 və İddiaçı3 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı. 220,12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən, ibarət yaşayış binası 07.03.2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinə, hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli protokola əsasən "xxxx" ASC-yə 286875 manata satılmışdır. Hazırda mübahisələndirilən müqavilə və protokol 07.03.2019-cu il tarixdə bağlanmış, lakin həmin tarixdən 2 ildən artıq müddət keçdikdən 24.08.2021-ci il tarixdə iddiaçılar hazırkı tələblə məhkəmədə iddia qaldırmışdırlar. Məhkəmə bildirir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddia Cavabdeh2 ASC-dən və digərlərindən hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin, hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli, 33 saylı protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 15.04.2008-ci il tarixli 140408-857-23/1089/İ saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməsi, fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi hərəkətlər və onların nəticələrinə xitam verilməsi” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli, 2(005)-2303/2019 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh3nə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.08.2019-cu il tarixli, 2(103)-10615/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli, 2(102)-297/2020 saylı Qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(005)-758/2020 saylı qətnaməsi ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7621/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)- 2639/2021 saylı Qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin iddiaçıların hərracla bağlı məlumatları olmaması dəlililləri ilə bağlı bildirir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli, 2(005)-2303/2019 saylı qətnaməsində onunla bağlı qeyd olumuşdur ki, hərracı təşkilatçısı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçının ünvanına rəsmi qaydada təqdim olunmuş, onun əmlakın hərraca çıxarılmasından tam xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuş və hərrac keçirilməsi barədə məlumatının olmaması barədə iddiaçının göstərdiyi dəlillər əsassızdır. Həmçinin işin mteriallarına əlavə edilmiş “Bank Respublika" ASC tərəfindən Cavabdeh1 MMC-yə ("xxxx" MMC) ünvanlanmış 25.02.2019-cu il tarixli, 707 saylı məktubdan görünür ki, 22.02.2019-cu il tarixli, 278 saylı təklif məktuba cavab olaraq Cavabdeh3 21.12.2018-ci il tarixli sifarişinə əsasən tərəflərindən keçirilən hərrac baş tutmadığına görə İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən, ibarət yaşayış binasının 25% aşağı qiymətə, yəni 286875 manata bankın balansına götürülməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin məktubunda Bank tərəfindən 2019-cu il və 2020-ci illər üzrə əmlak vergisi bəyannamələri vergi orqanına təqdim edilmiş və hal-hazırda qeyd olunan tədiyyə üzrə dövlət büdcəsinə borcu olmadığı bildirilmişdir. Məhkəmə bundan əlavə bildirir ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı. 220,12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən, ibarət yaşayış binası hərrac nəticəsində “Bank Respublika" ASC-yə satılmış və ipoteka predmeti olan əmlak hazırda “Bank Respublika" ASC-nin mülkiyyətindədir. Beləliklə, qanuni qüvvəsini almış qətnamələrdən də görünür ki, hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqısatqı müqaviləsi və hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli, 33 saylı protokol etibarsız hesab edilməmişdir. Məhkəmə iddia tələbinin “Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(103)-81/2018 saylı icra vərəqəsinin geri qaytarılması" hissəsinə münasibətdə qeyd edir ki, həmin məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada icra qaydasında həll edilməli, məsələ olduğundan həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC), Cavabdeh2 ASC, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehlərdən “X2 (Capitals Auction)”, Cavabdeh2 ASC-dən və digərlərindən hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin, hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli, 33 saylı protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 15.04.2008-ci il tarixli 140408-857-23/1089/İ saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməsi, fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi hərəkətlər və onların nəticələrinə xitam verilməsi, fərdi yaşayış evinin Cavabdeh2 ASC qarşısında evinin ipoteka ilə yüklülüyündən azad edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(103)-81/2018 saylı icra vərəqəsinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün İddiaçı1 tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC), Cavabdeh2 ASC, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehlərdən “X2 (Capitals Auction)”, Cavabdeh2 ASC-dən və digərlərindən hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin, hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli, 33 saylı protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 15.04.2008-ci il tarixli 140408-857-23/1089/İ saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməsi, fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi hərəkətlər və onların nəticələrinə xitam verilməsi, fərdi yaşayış evinin Cavabdeh2 ASC qarşısında evinin ipoteka ilə yüklülüyündən azad edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(103)-81/2018 saylı icra vərəqəsinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı1 tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-189/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-189/2022
27.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver