Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-189/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X6, Cavabdeh5 iştirakları ilə, İddiaçı MTK-nın mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə Cavabdeh5 qarşı “kompensasiya ödənilməklə mənzillərin və özbaşına tikililərin sökülməsi, yeni təmirli sahənin verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X17, X13, https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2479696X20, https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2479696X28, https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2479696X21, https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2479696X7, https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2479696X3, https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2479696X4 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı MTKya qarşı “müqavilələrin şərtlərinin icrasına yaradılan maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “əlavə yaşayış sahəsi verilməklə mənzilin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MTK-nın sədri E.İsmailov iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddiaçı ilə Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında barışıq əldə olunduğunu, həmin şəxslərin öz mənzillərini İddiaçı MTK-ya təhvil verdiklərini, bu səbəbdən həmin şəxslərə qarşı hazırkı iddia ərizəsi üzrə məhkəmə çəkişməsinin davam etdirilməsinə zərurətin aradan qalxdığını, Salayeva (Orucova) Fərqanə Yaqub qızı ilə isə bu günə qədər razılıq əldə olunmadığını bildirmiş, qeyd olunanlara əsasən Cavabdeh5 qarşı iddia tələblərini tam şəkildə müdafiə etdiklərini və həmin hissədə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı və xx.xx.2018-ci tarixli 154 saylı sərəncamlarına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi İddiaçı MTK-nin istifadəsinə verilib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu “Karayev City" MTK-nın adına rəsmiləşdirilib İddiaçı MTK həmin sərəncamların icrası ilə əlaqədar mühüm işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksəkmərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən 20% artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. İddiaçı MTK bütün mülkiyyətçilərə onlara dövlət qeydiyyatından keçmiş mülkiyyət sənədlərində (çıxarışlarda) göstərilən yaşayış sahəsindən 20% artıq yaşayış sahəsi olan tam təmirli mənzillər tikib verməyi, yeni mənzillər təhvil veriənədək həmin sakinlərin kirayə xərclərini ödəməyi təklif etmişdir. Təəssüf ki, cavabdeh şirkətin gördüyü təqdirəlayiq işlərin başa çatdırılmasına, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamlarının icra olunmasına maneçilik törədir. Belə ki, o, özünə mülkiyyət hüququ əsasında məxsus olan mənzildə özbaşına yenidənqurma işləri aparmışdır. Müvafiq icra hakimiyyəti orqanının rəsmi razılığı olmadan, həmin orqanlara məlumat vermədən mənzilini genişləndirmişdir. Bundan sui-istifadə edərək İddiaçı MTKdən hazırkı mənzillərindən dəfələrlə artıq yaşayış sahəsi olan mənzil tələb edir. Əgər şirkət həmin tələbləri yerinə yetirərsə nəinki gəlir əldə edə bilər, hətta ziyanla işləyər. Məhz bu səbəbdən şirkət cavabdehin istifadəsində olan özbaşına tikililərin sökülməsi ilə əlaqədar qanunla müəyyən olunan tədbirlər görülməsi üçün Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti həmin müraciətə 14 iyul 2023-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən qeyd etdiyiniz ünvanda istifadənizə verilmiş torpaq sahəsində yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi müvafiq qurumlarla razılaşdırılmış layihələrə əsasında həmin tikililərdə yaşayan sakinlərlə bağlanmış müqavilələrə uyğun olaraq qarşılılı razılaşma ilə həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, qaldırdığınız məsələnin həlli üçün məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur.Xahiş edirik nəzərə alasınız”. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməklə qanunsuz tikililərin ləğvinə nail olmaq əvəzinə həmin maddə ilə həm də maraqlı şəxslərin bu cür hüququnun olmasını xatırlamaqla kifayətlənmişdir. Cavabdehin istifadəsində olan mənzil və həmin ünvanda apardığı özbaşına tikililər Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı və xx.xx.2018-ci tarixli 154 saylı sərəncamlarına əsasən “Karayev City" MTK-nə yüksəkmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. Məhz qeyd olunan səbəblərə görə İddiaçı MTK-nin həmin qanunsuz tikililərin heç bir kompensasiya ödənilmədən sökülməsi barədə iddia qaldırmaq hüququ vardır. Buna baxmayaraq İddiaçı MTK humanizm və ədalət prinsiplərini əsas tutaraq, eləcə də həmin tikililərin uzun müddət ərzində sakinlərin istifadəsində olduqlarını nəzərə alaraq qeyd olunan qanunsuz tikililərə görə onların real bazar dəyəri nəzərə alınmaqla kompensasiya ödəməyə hazırdır. Bundan başqa, mülkiyyətlərində olan qanuni yaşayış sahəsinə görə həmin ərazidə tikiləcək yüksəkmərtəbəli yaşayış binasında onlara məxsus sahənin (çıxarışa əsasən) həcmi+100% əlavə yaşayış sahəsini tikib tam təmirli vəziyyətdə onların istifadəsinə vermək fikrindədir. Xatırladır ki, indiyə qədər Bakı şəhərində heç bir tikinti şirkəti sakinlərə bu cür güzəştli və humanist təklif irəli sürməmişdir. Şirkətdə olan məlumata görə bir qayda olaraq 20% əlavə sahə təklif olunur. Yuxarıda göstərilən təkliflər ərazidə yaşayan və onunla müqavilə bağlamayan cavabdehə rəsmi məktublar göndərilmişdir. Lakin o, bu məktublara hər hansı bir cavab verməmişdir. Cavabdehin bu davranışları hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bundan başqa, onun bu davranışları onunla razılaşaraq artıq müqavilə bağlamış digər mülkiyyətçilərin hüquqlarına toxunur. Belə ki, onlar öz mənzillərini kooperativə təhvil verərək mənzilləri boşaltmışlar və yeni təmirli, abad və daha geniş mənzillərin onlara təhvil verilməsini gözləyirlər. Onlar bu mənzilləri ən uzağı 1 il 6 ay müddətinə əldə etmək ümidində idilər. Lakin cavabdehin qanunazidd, qeyri-humanist, hüquqdan sui-istifadəyə uyğun hərəkətləri ilə əlaqədar onlar getdikcə yaxın zamanda yeni mənzil əldə etmək ümidlərini itirirlər. Kooperativ onlarla bağlanmış müqavilələrin şərtlərinə müəyyən edilmiş müddət ərzində əməl etməzsə külli miqdarda zərərlə üzləşə bilər. Belə olan halda, kooperativin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Cavabdeh5 ünvan 3-in mülkiyyətçisidir. Eyni zamanda həmin mülkiyyətçinin istifadəsində ona məxsus ünvanda özbaşına tikililər mövcuddur. Göstərilənlərə əsasən, cavabdeh Salayeva (Orucova) Fərqanə Yaqub qızına ünvan 3 ünvanda olan (çıxarış əsasında) yaşayış sahəsinə görə İddiaçı MTK tərəfindən ona həmin ölçüdə + əlavə 100% tam təmirli əlavə yaşayış sahəsi verilməklə, eyni zamanda istifadəsində olan qanunsuz tikililərə görə real bazar dəyərinə uyğun kompensasiya ödənilməklə mənzilin və özbaşına tikilinin sökülməsi, yeni mənzil cavabdehə təhvil verilənədək mülkiyyətçiyə İddiaçı MTK tərəfindən aylıq 450 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X26, X20, X28, X7, X21, X3, X18 və X17 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı MTK-ya qarşı “müqavilələrin şərtlərinin icrasına yaradılan maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı və xx.xx.2018-ci tarixli 154 saylı sərəncamlarının, eləcə də İddiaçı MTK ilə onların arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilələrin şərtlərinin icrasına yaratdığı maneələrin aradan qaldırılması, İddiaçı MTK-nın üzərinə onlarla bağladığı müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiası onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı və xx.xx.2018-ci tarixli 154 saylı sərəncamlarına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi İddiaçı MTK-nin istifadəsinə verilib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilib. İddiaçı MTK həmin sərəncamların icrası ilə əlaqədar mühüm işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksəkmərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən daha artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. Onlar Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsindəki, 27 və 29 saylı, Ş.Mirzəyev 40/2 saylı binalardakı müvafiq mənzillərin mülkiyyətçiləri də İddiaçı MTK ilə razılığa gəlmiş, onlarla bu ilin mart-iyul aylarında notarial qaydada təsdiqlənmiş müqavilələr bağlamış, mənzillərini həmin şirkətə təhvil vermişlər. Həmin müqavilələrin şərtlərinə və aralarında olan şifahi razılaşmaya görə İddiaçı MTK mümkün qədər tez müddət ərzində həmin ərazidə yüksək mərtəbəli binalar tikməli, tam təmirli mənzilləri onların istifadəsinə verməli, mənzillər təhvil verilənədək onların kirayə xərclərini ödəməlidirlər. Lakin müqavilələr bağlansa da tikinti işlərinə hələ də başlanmamışdır. Bunun səbəblərini kooperativ rəhbərliyindən soruşduqda onlara bildirmişlər ki, 27 və 29 və 40/2 saylı binada yaşayan bəzi mülkiyyətçilər kooperativlə razılığa gəlməmişlər. Belə ki, mənzillərin kooperativə təhvil verilməsi müqabilində onların tələb etdikləri yaşayış sahəsini və ya pul kompensasiyasını vermək kooperativin imkanları xaricindədir. Onlarda olan məlumata görə kooperativ həmin mülkiyyətçilərə daha güzəştli şərtlər irəli sürmüş, lakin onlar yenə də razılaşmamışlar. Bütün bunlar onların hüquq və mənafelərimizin pozulmasına gətirib çıxarır. Belə ki, onlar mənzillərini şirkətə təhvil verərkən ümid edirdilər ki, ən uzağı 1 il 6 ay müddəinə yeni, daha geniş və abad mənzillərə köçəcəklər. Lakin, şirkətlə razılığa gəlməyən mülkiyyətçilərin hərəkətləri nəticəsində bu müddətin qeyri-müəyyən tarixədək uzanacağı qənaətinə gəlmişlər. Onlar şirkətdən işləri sürətləndirməyi tələb etdikdə rəhbərlik bildirmişdir ki, həmin mülkiyyətçilərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi hazırlanır və yaxın günlərdə sənədlər məhkəməyə təqdim olunacaq. Onlar vəkillə məsləhətləşdikdən sonra belə qərara gəlmişlər ki, həm razılığa gəlməyən mülkiyyətçilərə qarşı, həm də kooperativə qarşı müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iddia qaldırsınlar. Hesab edirlər ki, mülkiyyətçilər (hazırkı iş üzrə cavabdeh fiziki şəxs) uzun illər bir yerdə mehribanlıqla yaşamış qonşular kimi öz mənafelərini onların mənafelərindən üstün tutmamalı, hüquqdan sui-istifadə etməməli, kooperativin təklif etdiyi olduqca güzəştli şərtləri qəbul etməklə mənzilləri həmin kooperativə təhvil verməli, kooperativ isə bağlanmış müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri maksimum qısa müddət ərzində keyfiyyətlə yerinə yetirib yeni mənzilləri onlara təhvil verməlidir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi X22 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, hazırkı iş üzrə icraat başlanıldığı andan bugünədək bütün digər cavabdehlərlə MTK arasında razılıq əldə edilmiş, buna görə də iddiaçı həmin cavabdehlərə münasibətdə iddia tələbinin həcmini azaltmışdır. Həmin şəxslərdən yalnız Cavabdeh5 ilə razılıq əldə olunmayıb. Belə ki, Fərqanə xanımın mülkiyyətində olan yaşayış sahənin ölçüsü çıxarışa əsasən 17 kv.m təşkil edir, bununla belə onlar humanistlik göstərərək, 100 faiz artımla sahəsi 36 kv.m olan təmirli mənzil təklif edirlər. Hansı ki, adi halda onlar hər kəsə 20 faiz artımla əlavə sahə təklif edirlər. Fərqanə xanım qanuni yaşayış sahəsi 17 kv.m olduğu halda, əlavə artırmalar yəni əlavə qanunsuz tikili həyata keçirmişdir. Ekspert rəyində də həmin 73 kv.m olan qanunsuz tikili üçün çəkilmiş xərc 9592 manat hesablanmışdır. MTK, baxmayaraq ki, həmin sahə qanunsuz tikilidir, bununla belə həmin məbləği də cavabdehə ödəməyə razıdır. Cavabdeh isə bununla razılaşmır. Digər sakinlərlə isə artıq çoxdan razılıq əldə edilmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh5 məhkəmə iclasında iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, onun mənzilinin sahəsi çıxarışda 17 kv.m olsa da, mənzilə artırma tikililər etmişdir və hazırda mənzili 5 otaqlıdır. 73 kv.m əlavə sahənin isə ekspert rəyi ilə 9592 manat qiymətləndirilməsi ədalətli deyil. Onun MTK-dan tələbi- 113 kv.m təmirli mənzil, 700 manat kirayə haqqı və arada fərq təşkil edən 40 kv.m sahənin dəyərinin ödənilməsidir və MTK ilə ancaq bu şərtlə razılaşa bilər. Ekspert rəyi ilə də razı deyil. Ekspert ədalətsiz rəy vermişdir. Məhkəmə iclası təxirə salınmalı, ona 15 gün vaxt verilməli, onun özünün ekspertiza rəyi alması üçün ona vaxt verilməlidir. Çünki hazırkı ekspert rəyini qəbul etmir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı MTK-nın iddiası üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar (səlahiyyətli nümayəndələri) məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı MTK-nın iddia tələbi təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 saylı evin 1 saylı mənzili Orucova (Salayeva) Fərqanə Yaqub qızının tam payda xüsusi mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 17 kv.m təşkil edir. - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 08 aprel 2014-cü il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" Mənzil Tikinti Kooperativinə tapşırılmışdır; - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 21 fevral 2018-ci il tarixli, 01 saylı müraciətini və "xxxx" Mənzil Tikinti Kooperativinin 21 fevral 2018-ci il tarixli, 173 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı Mənzil Tikinti Kooperativinin adına rəsmiləşdirilmişdir; - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10/İ-1063 nömrəli iş üzrə istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 14/102 nömrəli, 2014-cü il tarixli ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014cü il tarixli, 154 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yerləşən 1,9276 hektar torpaq sahəsi yaşayış binalarının tikintisi üçün "xxxx" Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmişdir; - İddiaçı MTK-nın X14 ünvanladığı xx.xx.2023-cü il tarixli, 334 nömrəli məktubundan görünür ki, MTK-nın cavabdehə dövlət qeydiyyatından keçmiş mülkiyyət sənədlərində (çıxarışlarda) göstərilən yaşayış sahəsindən 100% artıq yaşayış sahəsi olan tam təmirli mənzillər tikib vermək, yeni mənzillər təhvil verilənədək ona kirayə xərclərinə görə hər ay 450 manat ödəmək barədə öhdəlik götürdüyü bildirilmiş, buna görə də müqavilə bağlanması üçün şirkətin ofisinə gəlməyi xahiş olunmuşdur. - İddiaçı MTK ilə X17 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu Mehdi Abbasov küçəsi ev 27, 2 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 83.91 kv.m tam təmirli mənzil, 78.85 kv.m təmirsiz mənzillər verilməsi və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 400 manat kirayə haqqı ödənilməsi razılaşdırılmışdır. Qeyd edilən mənzil 2 otaqdan ibarət olmuşdur. - İddiaçı MTK ilə X23 və X32 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, mülkiyyətçilərə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 6 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 113.20 kv.m tam təmirli mənzil verilmiş və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 350 manat kirayə haqqı ödənilmişdir (X23) və 73.12 kv.m təmiriz mənzil verilmiş və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 350 manat kirayə haqqı ödənilmişdir. Qeyd edilən mənzilin mülkiyyətçi X15 aid hissəsi 2 otaqdan və 33 kv.m ibarət olmuş, digər mülkiyyətçi X8 aid hissə isə 1 otaqdan və 27 kv.m ibarət olmuşdur. - İddiaçı MTK ilə X18 və X40 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, mülkiyyətçilərə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 10 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 68.41 kv.m tam təmirli mənzil verilmiş, 55000 manat nağd vəsait ödənilmiş və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 400 manat kirayə haqqı ödənilmişdir. Qeyd edilən mənzilin mülkiyyətçi X24ma aid hissəsi 1 otaqdan və 14.9 kv.m ibarət olmuş, digər mülkiyyətçi X29 aid hissə isə 1 otaqdan və 25.6 kv.m ibarət olmuşdur. - İddiaçı MTK ilə X26 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 14 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 113.20 kv.m tam təmirli mənzil verilmişdir. Qeyd edilən mənzil 2 otaqdan və 34.6 kv.m ibarət olmuşdur. - İddiaçı MTK ilə X3 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 29, 6 saylı mənzil müqabilində yem tikiləcək mənzildən 152.7 kv.m tam təmirli mənzil verilmiş və 112000 manat kirayə haqqı kimi kompensasiya ödənilmişdir. Qeyd edilən mənzil 2 otaqdan və 27.4 ibarət olmuşdur. - İddiaçı MTK ilə X20 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu Mehdi Abbasov küçəsi ev 27, 9 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 68.41 kv.m qismən təmirli mənzil, 68.41 kv.m təmirsiz mənzillər verilmişdir. Qeyd edilən mənzil 2 otaqdan və 28 kv.m ibarət olmuşdur. - xx.xx.2023-cü il tarixli, 27940 nömrəli qəbzdən görünür ki, İddiaçı MTK-nın nümayəndəsi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmənin qərardadı əsasında keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7187-9/7272 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X9 mülkiyyətinə verilmiş mənzilin sahəsinin Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM Seriyalı, 040833 №-li Qeydiyyat Vəsiqəsində göstərilən sahəyə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, cavabdehlər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov (əvvəlki Fadeyev) küçəsində yerləşən 27 saylı evin, 1 saylı mənzil, Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov (əvvəlki Fadeyev) küçəsində yerləşən 27 saylı evin, 5 və 12 saylı mənzillər, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 27 saylı evin, 11 saylı mənzil, X10 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov (əvvəlki Fadeyev) küçəsində yerləşən 27 saylı evin, 2 saylı mənzil, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov (əvvəlki Fadeyev) küçəsində yerləşən 27 saylı evin, 1 saylı mənzil ekspertiza tədqiqatına təqdim edilmədiyindən sözügedən mənzillərə baxış keçirilməsi və tədqiqat aparılması mümkün olmamışdır. X9 mülkiyyətinə verilmiş mənzilə dair tərtib edilmiş Texniki Pasportla mövcud vəziyyət arasında müqayisəli tədqiqat aparılan zaman, həmin mənzilə dair tərtib edilmiş Texniki Pasportda öz əksini tapmayan sahəsi 7,13 kv.m, sahəsi 4,62 kv.m, sahəsi 24,06 kv.m, sahəsi 2.86 kv.m və sahəsi 7,28 kv.m olan tikililərin inşa edildiyi müəyyən edilmişdir. Aparılan hesablamalar nəticəsində, X9 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən 40/2 saylı evin, 1 saylı mənzilində aparılmış əlavə tikinti işlərinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 9592 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən 40/2 saylı evin, 1 saylı mənzilin ümumi sahəsinin 73,05 m2 təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 132000 manat (73.05 x 1810) məbləğində müəyyən edilir. - Ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7187-9/7272 nömrəli bildirişdən görünür ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə 100 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Orucova (Salayeva) Fərqanə Yaqub qızının mülkiyyətindəki ünvan 4 saylı evin 1 saylı mənzilinin yerləşdiyi, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın əksər mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, Orucova (Salayeva) Fərqanə Yaqub qızı iddiaçı ilə razılığa gələ bilməmişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən ünvan 4 saylı evin 1 saylı 17 kv.m sahəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında cavabdehlərin mənzilinin sahəsindən 100 faiz artıq sahəli tam təmirli yeni mənzilin cavabdehə verilməsi, ünvan 4 saylı evin 1 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə ona yeni mənzil təqdim edilənədək, hər ay üçün 450 manat pulun kirayə haqqı kimi iddiaçı tərəfindən ödənilməsi və özbaşına tikilinin əvəzinə pul kompensasiyasının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi ifadəsindən göründüyü kimi, iddiaçı cavabdehə onun 17 kv.m təşkil edən 1 saylı mənzilinin sökülərək ünvan 4 ünvanında yerləşən yaşayış binasının yerində inşa edəcəyi yeni yaşayış binasında, əlavə 100 faiz artıq sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 450 manat kirayə haqqı və özbaşına tikiliyə görə kompensasiya ödənilməklə, cavabdehin 1 saylı mənzilindən çıxarılmasını bildirməklə faktiki olaraq cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi ünvan 4 saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, tam təmirli mənzil vermək niyyətindədir. Buradan da müəyyən olunur ki, cavabdehin ünvan 4 saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdehin ünvan 4 saylı evin 1 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X16 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X42 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə onu da nəzərə alır ki, cavabdehlərin mülkiyyətində olan mənzilin yerləşdiyi ünvan 4 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Bununla yanaşı, məhkəmə İddiaçı MTK-nın iddiasına münasibətdə cavabdeh tərəfin bəzi sakinlərə daha artıq sahəli mənzillərin verilməsi, cavabdehə olunan təklifin ədalətli olmaması ilə bağlı göstərdiklərinə münasibətdə isə qeyd edir ki, bu hal məhkəmə iclasında sübuta yetirilməmiş, əksinə iddiaçının nümayəndəsi məhkəmə iclasında xüsusilə iki halı məhkəmənin diqqətinə çatdırmışdır ki, bunlardan biri cavabdehin mənzili 17 kv.m sahəni təşkil etsə də onlar bunun əvəzinə cavabdehə 100 faiz artımla 36 kv.m sahəli mənzil təklif edirlər, digər yandan isə hər nə qədər də cavabdeh özbaşına tikili inşa etsə də, ekspert rəyində göstərilmiş qaydada həmin tikiliyə görə əlavə 9592 manat pul ödənilməsinə razıdırlar. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, özbaşına tikiliyə çəkilmiş xərcin məbləği məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməlidir, ekspertin rəyi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut növündə qəbul edilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri və işin faktiki hallarını da nəzərə alaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X13, X11, X19, X2, X12, X1, X4 və X5 “maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi” tələbinə dair iddialarına münasibətdə isə qeyd edir ki, həmin iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, nəzərə alınarsa ki, mübahisə predmeti olan mənzil cavabdehin mülkiyyətindədir və onun qanunvericiliklə müəyyən olunmuş qaydada azad formada müqavilə bağlamaq hüquqları vardır, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin öz mənafeləri naminə cavabdehləri MTK ilə müqavilə bağlamağa məcbur etmək hüquqları yoxdur. O cümlədən, məhkəmə həmin iddia tələbinin “MTK-nın üzərinə onlarla bağlanmış müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması” hissəsinə münasibətdə isə qeyd edir ki, sözügedən müqavilələrin icra edilə bilməməsi MTK-nın təqsirindən baş verməmişdir, əksinə MTK tərəfindən müqavilələrdə qeyd olunan öhdəliklər yerinə yetirilmiş, sadəcə digər cavabdehlərlə razılıq əldə edilə bilməməsi səbəbindən yeni yaşayış sahəsinin tikintisinə başlanıla bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh5 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən 40/2 saylı evin 1 saylı mənzili boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən 40/2 saylı evin 1 saylı mənzili sökülməli, həmin mənzilin əvəzinə Cavabdeh5 İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında əvvəlki mənzilin sahəsinə uyğun olaraq 36 kv.m (100 faiz artımla) sahəli və əlavə olaraq tam təmirli mənzil verilməli, o cümlədən Cavabdeh5 istifadəsində olan 73.05 kv.m sahəli özbaşına tikiliyə çəkilmiş xərclərin orta bazar dəyəri, yəni 9592 manat məbləğində pul vəsaiti İddiaçı MTK-dan tutulub, Cavabdeh5 ödənilməli, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh5 hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Mirzəyev küçəsində yerləşən 40/2 saylı evin 1 saylı mənzilindən çıxarılmalıdır. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X13, X11, X19, X2, X12, X1, X4 və X5 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı MTK-ya qarşı “müqavilələrin şərtlərinin icrasına yaradılan maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul vəsaiti İddiaçı MTK-dan tutulub, Məhkəmə Ekspertizası Mərkəzinə (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi təmin edilsin. Cavabdeh5 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən 40/2 saylı evin 1 saylı mənzili boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən 40/2 saylı evin 1 saylı mənzili sökülsün, həmin mənzilin əvəzinə Cavabdeh5 İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında əvvəlki mənzilin sahəsinə uyğun olaraq 36 kv.m (100 faiz artımla) sahəli və əlavə olaraq tam təmirli mənzil verilsin. Cavabdeh5 istifadəsində olan 73.05 kv.m sahəli özbaşına tikiliyə çəkilmiş xərclərin orta bazar dəyəri, yəni 9592 manat məbləğində pul vəsaiti İddiaçı MTK-dan tutulub, Cavabdeh5 ödənilsin. Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh5 hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən 40/2 saylı evin 1 saylı mənzilindən çıxarılsın. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X13, X11, X19, X2, X12, X1, X4 və X5 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı MTK-ya qarşı “müqavilələrin şərtlərinin icrasına yaradılan maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul vəsaiti İddiaçı MTK-dan tutulub, dövlət büdcəsi hesabına, Məhkəmə Ekspertizası Mərkəzinə (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-189/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-189/2024
21.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver