Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-189/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "şifahi müqavilənin ləğv edilməsi, əmlak üzərində iddiaçının ¾ hissədə, cavabdehin ¼ hissədə payının müəyyən edilməsi, avtomobilin hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, avtomobilin iddiaçının mülkiyyətinə verilməsi və ya avtomobilin dəyərinin iddiaçıya ödənilməsi və əldən çıxmış fayda" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əldə olunmuş şifahi razılaşmaya əsasən o, AR DİN BDYP-də adına qeydiyyata alınmış BA103688 nömrəli xx.xx.2021-ci il tarixli texniki pasport üzrə “Honda İnsight “ markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini onun istifadəsinə vermişdir. 2011-ci ildə istehsal olunmuş həmin avtomobili cavabdeh 12000 manata əldə etmiş və onun istifadəsinə vermişdir. Əldə olunmuş razılığa əsasən, o, 43 ay arzində hər ay cavabdehə 600 manat pul ödəməli və bu müddət başa çatdıqda cəmi- 25 800 manat ödəyib borcu tamamlayır, bundan sonra cavabdeh avtomobili onun mülkiyyətinə keçirir, yəni onun adına rəsmiləşdirir. Qeyd edilən şərtlər ilə razılıq əldə ediləndən sonra, cavabdeh “Asan 5” Xidmətində fəaliyyət göstərən notariat ofisi tərəfindən təstiq edilmilmiş ƏN -V№ 673582 qeydiyyat nomnrəli 7E-10268 reyestr nömrəli 15 iyul 2021-ci il tarixli etibarnamə üzrə avtomobili idarə etmək hüququ ilə onun istifadəsinə vermişdir. Avtomobili təhvil alandan sonra, o, gecə-gündüz taksi fəaliyyəti ilə məşğul olmuş və qazandığı pullar hesabına cavabdehə hər ay 600 manat ödəmiş, təxminən eyni məbləğdə əlavə pul qazanıb ailəsini dolandırmışdır. Pulu cavabdehə bank kartına ödəməklə, nağdsız şəkildə etmiş, pulu ödədikdən sonra hər dəfə ona mobil telefonla, whatsapp proqramı ilə bidiriş göndərmiş və qeyd etmişdir ki, bu qədər pul ödəmişdir və bu qədər borcu qalmışdır. 01 aprel 2023-cü il tarixə qədər o, cavabdehə cəmi məbləğdə 19190 manat pul ödəmiş, həmin tarixdən etibarən ödənilməmiş məbləğ 6 610 manat təşkil etmişdir. Lakin, pulları ələ keçirəndən sonra cavadbeh müqavilə şərtlərini pozaraq, notariusa ərizə verərək ona verdiyi etibarnaməni vaxtından əvvəl (xx.xx.2024-cü il tarixdə) ləğv etmiş və avtomobili ondan geri tələb etmişdir. Cavabdeh razılaşmanın şərtlərini birtərəfli qaydada pozmaqla, həm qazandığı pulları ələ keçirmiş, həm də vicdansızcasına avtomobili də ələ keçirmək niyyətinə düşmüşdür. Onun pis niyyətlərindən mülki hüquqlarını müdafiə edərək o, avtomobili qaytarmaqdan imtina etmişdir: bildirmişdir ki, ya ödədiyi pulları ona geri qaytarsın, ya da avtomobili onun adına keçirsin. Lakin, cavabdeh pulları qaytarmaqdan imtina etmiş, avtomobili isə öz sahibliyinə qaytarmaq üçün DİN BDYP-yə müraciət edərək onu axtarışa verdirmişdir. Mülki hüquqlarını müdafiə etmək üçün o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Etibarnamə ləğv edildiyi və avtomobil axtarışa verildiyi üçün, 2023-cü ilin aprel ayından etibarən həmin avtomobildən istifadə edə bilməmişdir- nəticədə pul qazana bilməmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərini birtərəfli qaydad pozduğuna görə o, taksi kimi fəaliyyət göstərə bilməmiş, itirilmiş gəlir şəkilində ciddi maddi ziyana məruz qalmışdır. Cavabdehin təqsiri üzündən artıq 5 ay müddətdir ki, o, fəaliyyətsiz qalmışdır. Halbuki, fəaliyyət göstərsə idi, göstərilən müddət ərzində həm cavabdehə 3 000 manat ödəmiş olardı, həmdə əlavə qazandığı 3000 manatı ailəsinə sərf edərdi. Bundan əlavə, nəzərə alınmalıdır ki müqavilə bağlandıqdan sonra, onun bağlanması üçün əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, o, müqavilə bağlayarkən ümid etmişdir ki, icarə götürdüyü avtomobil onun mülkiyyətinə keçəndən sonra o həmin avtomobili taksi kimi istifadə etməyi davam edəcəkdir. Lakin gözlənilmədən taksi faəliyyətinin həyata keçirilməsi haqqında yeni qaydalar müəyyən olundu və həmin qaydalara görə istehsal -buraxılış tarixi 7 ildən cox olan avtomobillərin sürücülərinə taksi fəaliyyətinə məşğul olmaq 01 iyun 2024-cü il tarixdən qadağa edildi. Göstərilən qaydalar qəbul edildkdən sonra, taksi kimi istifadə olunan yaşı 7 ildən artıq olan, əsasən qibrid motorlu avtomobillərin (Prius, Honda) bazar qiyməti əhəmiyyyətli dərəcədə (bəzi hallarda 50%) aşağı düşdü. Müqavilə bağlayan zaman o bunu görə bilməzdi və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə o ciddi ziyana düşmüşdür. Bildirir ki, müqavilə şərtlərin dəyişdirilməsi barədə razılığa gəlmək üçün o, cavabdehin ünvanına təklif göndərmiş, həmin təklif ona xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, lakin cavab daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq, şəraitin dəyişməsi ilə bağlı ona dəyən ziyanın ödənilməsi şərti ilə müqavilənin şərtəri dəyişdirilməli və dəyişmiş şəraitə uyğunlaşdırlmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, avtomobilin cavabdehin mülkiyyətində alınaraq onun mülkiyyətinə verilməsi və ya avtomobilin real bazar qiymətini nəzərə alaraq onun dəyərini cavabdehdən tutularaq ona ödənilməsi, cavabdeh, mülki hüquqlarından sui-istifadə edərək, müqavilənin şərtlərini birtərəfli qaydada pozduğuna və bu hərəkətləri ilə digər tərəfə vurduğu ziyana görə əldən çıxmış fayda kimi 6 000 (altı min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə cavabdeh İddiaçı qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair qaşrılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına qəbul edilərək baxılmaqdadır. Cavabdeh mülkiyyətindəki ''HONDA İNSİGHT" markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobili cavabdeh İddiaçı gündəlik 20 manat olmaqla, aylıq 600 manat icarəyə verilmişdir. Razılaşma ondan ibarət olmuşdur ki, 43 ay yarımdan sonra avtomobilin icarəsinə görə yekun olaraq 26.000 manat pul cavabdeh tərəfindən ödəniləcək və həmin avtomobil cavabdehin mülkiyyətinə keçiriləcəkdir. Buna görə cavabdehə idarəetmə ilə bağlı etibarnamə verilmişdir. Lakin cavabdeh avtomobili pis istismar etmiş, qəza törətmiş, lakin təmir etdirməmiş, 2024-cü ilin fevral ayının ortalarından sonra isə gündəlik icarə haqqını ödəməmişdir. Avtomobil hazırda cavabdehin sahibliyindədir. Cavabdeh avtomobili qaytarmaq istəmir. Bir çox qayda pozuntuları etdiyindən inzibati qaydada cərimələr tətbiq edilib, həmin məbləğlər ödənilmədiyindən avtomobil axtarışdadır. Eyni zamanda bütün inzibati protokollar mülkiyyətçi kimi ərizəçi barəsində tərtib edilmişdir. Ərizəçinin tələb etməsinə baxmayaraq cavabdeh avtomobili təhvil verməkdən boyun qaçırmış və avtomobili gizlətmişdir. Əldə etdiyi foto şəkillərdən aydın olur ki, avtomobil yararsız hala salınmışdır. Avtomobil cavabdeh tərəfindən ələ keçirildiyindən mülkiyyətçiyə verilməsindən imtina edildiyindən dəymiş zərəri müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən “Honda İnsight” markalı, **-RY-*** dövlət nömrə nişanlı (mühərrik 2013733, ban JHMZE2H32BS005922) minik avtomobilinin İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İlkin iddia üzrə İddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, işin hallarından müəyyən olunur ki tərəflər özlərinin qarşılıqlı iradə ifadəsinin nəticəsi olaraq mülki münasibətlərə daxil olmuşlar. Müqavilənin şərtlərinə əsasən cavabdeh öz vəsaiti hesabılna minik avtomobili əldə edir və onu iddiaçının istifadəsinə veirir. İcarə müqaviləsinin şərtlərə görə iddiaçı 43 ay ərzində cavabdehə hər ay 600 manat icarə haqqı ödəyir. Bu müddət ərizndə ödənişlər həyata keçrirkdikdən sonra, yəni ümumi məbləğdə 25800 manat cavabdehə ödənildikdən sonra o avtomobili iddiaçını mülkiyyətinə keçir. Hesab edir ki, bu şərtlərin müəyyən edilməsi mülki qanunvericiliyi prinsiplərinə zidd deyil: əqdin subyektiv tərkibinə, iradı sərbəstliyinə, məzmununa və formasına dair bütün şərtlərə əməl edilmişdir. Həmdə qeyd edilməlidir ki, əmlakın istifadə verilməsinə dair müqavilələrin yazılı formada riayət edilməsi məcburi deyil, Mülki Məcəllədə belə bir imperativ norma mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 189 mart 2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, əqdi təfsir edərkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Azərbaycan Respublikası MPM -nin 218-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yüxarıda qeyd edilən maddi normalarının kentekstində tərəflər arasında mülki müqavilənin baş tutmuş və bu fakt işin bütün halları sübut olunur: cavabdeh özünə məxsus avtomobili etibarnamə üzrə iddiaçının istifadəsinə təhvil vermişdir, iddiaçı avtomobildən istifadə etməklə cavabdehə hər ay 600 manat ödənişdir Tərəflər, məhkəmədə etiraf etdilər ki müqavilə üzrə iddiaçı cavabdehə ümumi məbləğdə 19 300 manat pul ödəmiş və avtomobilə mülkiyyət hüquq əldə etmək üçün iddiaçının cavabdehə 6 500 manat borcu qalmışıdır. Lakin, 2023-cü ilin aprel ayında cavabdeh əsassız bəhanələr gətirməklə avtomobili geri tələb etmişdir və müqavilənin şərtləri pozaraq iddiaçıya veridiyi etibarnaməni ləğv etmiş və müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir , Cavabdeh iddiaçını xəbərdar etmədən müqaviləni birtərəfli qaydada ləğv etmiş və bu hərəkətləri ilə MM-nin 704-cü maddəsini pozmuşdur. Hüquqları pozulduğu üçün, iddiaçı müqavilənin ləğv edilməsi, hüquqlarının bərpa edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi vermişdir. Göründüyü kimi, müqavələnin vaxtından əvvəl ləğv edilməsi cavabdehin təqsiri üzündən baş vermişdir. Müəyyən olunur ki, iddiaçı avtomobil üçün ümumi məbləğdə 19 300 manat ödəmişdir və 6 500 manat borclu qalmışdır. Deməli, ödədiyi pulların həcminə mütənasib hissədə iddiaçının avtomobil üzərində mülkiyyət hüququ yaranmış, ödənilməmiş hissədə isə cavabdehin mülkiyyət hüququ saxlanılır. Ona görə ödənilmiş və ödənilməmiş pulların həcminə mütənasib olaraq avtomobilin üzərində tərəflərin mülkiyyət pay hissisi müəyyən edilməli,mübahisəli avtomobil hərracdan satılmalı və əldə edilmiş pullar paylarına mütənasib olaraq tərəflər arasında bölünməlidir. Müəyyən olunur ki, iddiaçın avtomobil üçün ödənilməli olduğu pulun ümumi məbləği 25 800 manat təşkil, iddiaçı faktiki olaraq 19 300 manat ödəmiş və borclu qaldığı məbləğ 6 500 təşkil edir. Göstərilən məbləğləri nəzərə almaqla müəyyən olunur ki, mübahisəli əmlak üzərində iddiaçının pay hüququ (hissəsi) - 82 % təşkil edir ( 19 300 manat * 100% : 25 800 = 74.8 % ) . Cavabdehin pay hisəsi isə qalan 25.2 % təşkil edir. Ona görə məhkmədən xahiş edirik ki, mübahisəli əmlakda iddianın 3/4 hissədə pay hüququn tanınması barədə qərar qəbul edəsiniz. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır.Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. İşin hallarında müəyyən olunur ki, cavabdeh mülki hüquqlarından sui-istifadə edərək məhkəməyə qarşılıqlı iddia ərizəsi vermiş , avtomobilin qaytarılmasını tələb edir, özüdə əvəzsiz olaraq. Hesab edir ki, cavabdehin bu hərəkətləri Mülki Məcəllədə təsbit edilmiş vicdanlılıq prinsipinə ziddir. Göstərilənləri nəzərə alaraq, tərəflər arasında bağlanmış şifahi müqavilənin ləğv edilməsi, mübahisəli əmlak üzrəndə iddiaçının ¾ hisssədə, cababdehin isə 1/4 hissədə mülkiyyət müəyyən edilməsi, avtomobilin hərrac vasitəsilə satılması və əldə edilmiş puların tərəflərin pay hissəsinə mütanasib olaraq tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, o əvvəlki iclasda dəqiqləşmə təqdim etmişdir. İlkin iddia üzrə cavabdeh 12000 manata avtomobil almış və 43 ay ərzində ayda 600 manat qaytarmaq şərtilə 24000 manata iddiaçıya satmışdır. 19000 manat qazanc əldə etdikdən sonra etibarnaməni vaxtından əvvəl ləğv etmişdir. Beləliklə şəxsin hüquqlarını pozmuşdur. Digər tərəf məhkəmə iclasında gah müqavilənin mövcud olmadığını, gah da icarə müqaviləsi olduğunu demişdir. Əgər müqavilə yoxdursa, bu münasibətlər haradan əmələ gəlmişdir?! Burada müqavilə olub, icrası da yerinə yetirilib. Qanun 1 ildən artıq müddətə olan müqavilənin yazılı olmalı olduğunu deyir. Tərəflər müqaviləni yazılı formada tərtib olunmasına riayət etməmişlər. Bu müqavilənin etibarsızlığına səbəb ola bilər. Bu müqavilə etibarsız sayılsa, 339.4-cü maddənin tələbləri tətbiq olunmalıdır. Bu halda hər iki tərəf aldıqlarını geri qaytarmalıdır. İkinci variantda konkret şifahi razılaşma olmuşdur. Bu halda ¾ hissənin pulunu ödədiyi üçün avtomobil iddiaçının mülkiyyətinə keçməlidir. Birinci variantda əmlakın üzərində ¾ hissədə ilkin iddia üzrə iddiaçının, ¼ hissədə cavabdehin mülkiyyət hüququ tanınmalı, əmlak hərracda satılaraq pul paylara mütənasib bölünməlidir. İkinci variantda müqavilə etibarsız sayılmalı, hər biri aldıqlarını digər tərəfə qaytarmalıdır. O, iki tələb qoymuşdur. Hansı qanuna uyğundursa, məhkəmədən onu təmin etməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə etdi və əlavə olaraq bildirdi ki, Mülki Prosessual Məcəllədə göstərilir ki, cavabdehə yönəlmiş tələb dəqiq, konkret olmalıdır. O bildirir ki, avtomobil gündəlik 20 manata olmaqla icarəyə verilmişdir. İcarə haqqı ödənmədiyi üçün etibarnamə ləğv edilmişdir. Bugünədək icarə haqqı ödənilməmişdir. Əgər ilkin iddia üzrə iddiaçı gündəlik 70 manat qazanmışdırsa, 20 manatı icarəyə verilmiş, 50 manatı özünə qazanc qalmışdır. Göstərilənlərə əsasən, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2021-ci il 15 iyul tarixdə cavabdehlə aralarında olan razılaşmaya əsasən 43 ay müddətinə hər gün 20 manat ödəməklə avtomobili icarəyə götürmüşdür. İlk vaxtlar pulu əlbəəl ödəsə də, sonradan kart vasitəsilə ödənişlər etmişdir. Rabitəbank tərəfindən verilmiş kart vasitəsilə ödəmələrində 2-3 gün gecikmələr olmuşdur. O, 2024-cü ilin aprel ayına qədər ödənişlər etmişdir. Bu ilin fevral ayında cavabdeh ona avtomobili satışa hazırlamasını və mart ayına qədər ödəniş etməməsini demişdir. Sonra birlikdə avtomobili qiymətləndirməyə aparmışlar. O zaman, o, bilmişdir ki, cavabdeh avtomobili satıb pulunu götürmək istəmişdir. O, isə cavabdehdən avtomobilin dəyərinin yarısını, yəni 3500 manat hissəsini istəmişdir. Cavabdeh isə bir il qabaqdan pulun hamısını istəmişdir. Buna görə də aralarında anlaşmazlıq olmuşdur. O, cavabdehə hissə-hissə 19000 manat pul vermişdir və hazırda bu pulu geri istəyir. O, mart ayında ödəniş etməsə də, apreldən etibarən ödəniş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə əvvəldən ödənişlərdə gecikmələr olarsa, etibarnamənin ləğv edilməsi barədə razılıq əldə etmişlər. Avtomobilin satışı üçün danışıqlar aparılan zaman digər şəxslər və iddiaçı ilə danışıqlar aparılmışdır ki, qiymətləndirmənin 85% hissəsi onun özünün olacaq. Satış məsələsini dedikdən sonra fevralın 20-dən martın axırına kimi qarşı tərəf ona pul ödəməmişdir. Səbəbini soruşduqda isə o, avtomobili təmir etdirdiyini bildirmişdir. 30 ay ərzində avtomobili 2 şəxs idarə etmişdir. İddiaçı isə demişdir ki, avtomobil pis vəziyyətdədir. Avtomobilin təmir edilməsi üçün sığorta ona 1400 manat vermiş, o isə həmin pulu Vüsala vermişdir. Lakin Vüsal pulu özü üçün xərcləmiş və avtomobili təmir etdirməmişdir. Onun mülkiyyətində olan əmlak tamamilə yararsız vəziyyətə düşmüşdür. Bundan başqa avtomobilin xeyli cərimələri olmuşdur. Vüsal 20 aydan artıq müddətə təxminən 10000 manatdan artıq pul ödəmişdir. Əgər iddiaçı razılaşmaq istəyərsə, avtomobilin yalnız 1/3 hissəsini ona verməyə razıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -BA seriyalı, 103686 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Honda” minik markalı, “İnsight” model, ketçbek tipli, 2011 buraxılışlı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən Cavabdeh adına qeydiyyata alınmışdır. -ƏN-V seriyalı, 673582 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh “Honda İnsight” minik markalı, 2011 buraxılışlı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil üçün İddiaçı etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. Etibarnamə xx.xx.2021-ci ildən 8 il, 1 ay, 11 gün müddətinə, xx.xx.2029-cu il tarixədək verilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, BA seriyalı, 103686 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Honda” minik markalı, “İnsight” model, ketçbek tipli, 2011 buraxılışlı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən Cavabdeh adına qeydiyyata alınmış, həmin avtomobil xx.xx.2021-ci il tarixdə ƏN-V seriyalı, 673582 nömrəli etibarnamə ilə Cavabdeh tərəfindən 8 il, 1 ay, 11 gün müddətinə, xx.xx.2029-cu il tarixədək İddiaçı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış şifahi müqavilənin ləğv edilməsi, mübahisəli əmlak üzrəndə iddiaçının ¾ hisssədə, cababdehin isə 1/4 hissədə mülkiyyət müəyyən edilməsi, avtomobilin hərrac vasitəsilə satılması və əldə edilmiş puların tərəflərin pay hissəsinə mütanasib olaraq aralarında bölünməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə “Honda İnsight” markalı, **-RY-*** dövlət nömrə nişanlı (mühərrik 2013733, ban JHMZE2H32BS005922) minik avtomobilinin İddiaçı alınaraq Cavabdeh verilməsini tələb edir. Məhkəmə ilk növbədə ilkin və qarşılıqlı iddia tələblərinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 181.4-ci maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 365.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 1) etibarnamənin müddətinin bitməsi; 2) etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 3) etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 4) etibarnamə verilmiş şəxsin imtinası; 5) adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 6) adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 7) etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 8) etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 647-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. İlkin iddia üzrə iddiaçının iddiasının əsasını təşkil edən hal ondan ibarətdir ki, onunla ilkin iddia üzrə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən o, mübahisə predmeti olan avtomobil onun istifadəsinə aylıq 600 manat icarə haqqı ödənilməklə verildikdən 43 ay sonra, bu müddət başa çatdıqda 25800 manatı ödəyəcək və həmin avtomobil onun mülkiyyətinə veriləcəkdir. Məhkəmə iclasında verilmiş izahatlara əsasən İddiaçı Cavabdeh hər gün 20 manat olmaqla, aylıq 600 manat pul ödəməsi müəyyən edilmişdir. Tərəflər həmin pul vəsaitinin ilkin iddia üzrə İddiaçı Cavabdeh mülkiyyətində olan avtomobili etibarnamə əsasında idarəetməsi və taksi fəaliyyəti göstərməsi ilə bağlı ödədiyi pul olduğunu təsdiq etmişlər. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin mülkiyyətçisi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilkin iddia üzrə İddiaçı arasında nəqliyyat vasitəsinin alqı-satqına dair hər hansı müqavilə bağlanmamışdır, həmin nəqliyyat vasitəsi hal-hazırda da qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir, mülkiyyətçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş etibarnaməni İddiaçı ona pul ödəməməsi səbəbindən ləğv etmişdir. İlkin iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinə dair tərəflər arasında olan şifahi müqavilənin ləğv edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə iclası zamanı tərəflərin izahatlarında icarə haqqı ödənildikdən 43 ay sonra avtomobilin İddiaçı mülkiyyətinə keçməsi barədə şifahi razılıq əldə etmələri bildirilsə də, bununla bağlı hər hansı bir müqavilə məhkəməyə təqdim edilməmiş, habelə qeyd edilən razılaşmaya əsasən nəzərdə tutulan pul vəsaitinin mülkiyyətçiyə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməlidir. Lakin mübahisə predmeti olan avtomobilin alqı-satqısına dair hər hansı müqavilə mövcud deyil. Məhkəmə iddia tələbinin “avtomibilə tərəflərin paylarının müəyyən edilməsi, həmin avtomobilin hərracdan satılaraq tərəflər arasında paylara mütənasib olaraq bölünməsi” hissələrinə münasibətdə isə qeyd edir ki, həmin tələblər “tərəflər arasında olan şifahi müqavilənin ləğvi” tələbindən törəmə tələblərdir, tərəflər arasında olan şifahi müqavilənin ləğvi hissəsində iddia tələbinin əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbləri də təmin edilə bilməz, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddianın dəlillərini və qarşılıqlı iddia tələbinə münasibətdə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh mülkiyyətindədir, sonuncu nəqliyyat vasitəsini şifahi qaydada icarə haqqı barədə razılıq əldə edərək İddiaçı etibarnamə ilə vermiş, sonuncu həmin etibarnamə əsasında ona verilmiş avtomobil üçün icarə haqlarını vaxtında ödəməmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə həmin etibarnaməni ləğv etdirmişdir. Qarşılıqlı iddia tələbinə aid hissədə qeyd edilməlidir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi hal-hazırda qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir və həmin nəqliyyat vasitəsinin ilkin iddiaçı tərəfindən qaytarılmaması mülkiyyətçinin qanunla müəyyən olunmuş qaydada əmlakına, öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına səbəb olur. Buna görə də, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, mübahisə predmeti olan “Honda İnsight minik” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı, JHMZE2H32BS005922 ban nömrəli, XETÇBEK ban tipli, buraxılış ili 2011, mühərrik nömrəsi 2013733, mühərrik həcmi 1339 olan avtomobil mülkiyyətçisi olan qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmalıdır. Qanunvericiliyin mənasına əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilkin iddia üzrə iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli “Honda İnsight minik” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı, JHMZE2H32BS005922 ban nömrəli, XETÇBEK ban tipli, buraxılış ili 2011, mühərrik nömrəsi 2013733, mühərrik həcmi 1339 olan avtomobil İddiaçı alınaraq Cavabdeh verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "şifahi müqavilənin ləğv edilməsi, əmlak üzərində iddiaçının ¾ hissədə, cavabdehin ¼ hissədə payının müəyyən edilməsi, avtomobilin hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi" tələbinə dair iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair iddia tələbi təmin edilsin. “Honda İnsight minik” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı, JHMZE2H32BS005922 ban nömrəli, XETÇBEK ban tipli, buraxılış ili 2011, mühərrik nömrəsi 2013733, mühərrik həcmi 1339 olan avtomobil İddiaçı alınaraq Cavabdeh verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-189/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-189/2025
06.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver