Məhkəmə qərarları › İş №2(007)-1890/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1890/2021

06.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1890/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, X3 Qurbanovun katibliyi, İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1,onun vəkili Vəkil4 iştirakı ilə İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı müqavilənin ləğv olunması və borc tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Bakı şəhəri 37 saylı Dövlət Notariat kontoruna qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh1 cavabdeh İddiaçı qarşı müqavilənin ləğv olunması və borc tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunmamışdır. Məhkəmənin həmin tarixli qərardadı ilə qarşılıqlı iddia pretenziya qaydasına əməl olunmadığı üçün baxılmamış saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3301/2021 saylı iş üzrə qəbul etdiyi 22.02.2021-ci il tarixli qərardadla qarşılıqlı iddianın baxılmamış saxlanmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərardadı ləğv olunmuş və Cavabdeh1 cavabdeh İddiaçı qarşı müqavilənin ləğv olunması və borc tələbinə dair qarşılıqlı iddia ərizəsinə yenidən baxılması üçün işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırdı ki, onunla İddiaçı ilə arasında bağlanmış 06 fevral 2017-ci il tarixli Kredit müqaviləsi əsasında sonuncuya 6 (altı) ay müddətinə 25 000 (iyirmi beş min) manat borc pul vermişdir. Həmin müqavilə Bakı şəhəri 37 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. Cavabdeh ondan aldığı kredit borcunun müqabilində, borcun təminatı kimi ünvan 1 ünvanda mülkiyyətində olan 0.02620 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m, 46 v saylı 3 (üç) otaqlı fərdi yaşayış evini və 0.02620 ha torpaq sahəsini borcverənin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi Bakı şəhəri 37 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. AR ƏMDK yanıda DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Çıxarışa əsasən ipoteka predmeti onun xeyrinə yüklü edilərək 27.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ondan aldığı borc məbləğini 6 (altı) ay müddətinə qaytarmağı öhdəsinə götürsə də o, müqavilə öhdəliyini yerinə yetirməmiş və bu gündək borcunu ödəməmişdir. Əksinə hər dəfə möhlət istəsə də müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Sonradan İddiaçı təşəbbüsü ilə Bakı şəhəri 37 saylı notariat kontorunun təsdiq etdiyi 12.11.2019-cu il tarixli kredit müqaviləsinə əlavəyə əsasən kredit öhdəliyinin icra miiddəti 22.05.2020-ci il tarixə kimi uzadılmışdır. Lakin, buna baxmayaraq cavabdeh borcunu yenə də 22.05.2020-ci il tarixə kimi ödəməmişdir. Əksinə əlavə vaxt qazanmaq üçün aralarında digər cavabdeh Bakı şəhəri 37 saylı notariat ofisində bağlanmış 3M-43 nömrəli, 06.02.2017-ci il tarixli kredit və 3M-37 nömrəli 07.02.2017-ci il tarixli ipoteka müqavilələrinin, habelə həmin kredit müqaviləsinə edilmiş 22.11.2019-cu il tarixli, 3M-249 nömrəli əlavənin etibarsız hesab edilməsi, habelə cavabdehlərdən ödənilmiş 10 manat dövlət rüsumunun onun xeyrinə tutulması tələbi ilə Nizami rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Göründüyü kimi cavabdeh İddiaçı aldığı borc məbləğini qaytarmamaq üçün bütün imkanlardan istifadə etsə də buna nail olmadığından sonda hüququn ona verdiyi imkandan sui-istifadə edərək məhkəməyə kredit müqaviləsinin və ipoteka müqaviləsinin o cümlədən poteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət elmişdir. Cavabdeh İddiaçı ondan borc olaraq aldığı 25 000 (iyirmi beş min) manat pulu vaxtında qaytarmamaqla özündə saxladığı 06.08.2017ci ildən iddia verilən tarixədək Mərkəzi Bankın faiz uçot dərəcəsinə uyğun olaraq ümumi məbləğin 5% həddində cərimə məbləğinin yəni (25 000 x 5%= 1250 manat x 36 aya = 3 750 manat) 3 750 manat da ona ödəməlidir. Qeyd olunanlara əsasən cavabdeh İddiaçı ilə onun arasında bağlanmış və Bakı şəhəri, 37 saylı dövlət Notariat ofisi tərəfindən təsdiq olunmuş 06 fevral 2017-ci il tarixli kredit müqaviləsinin, 07 fevral 2017-ci il tarixli İpoteka müqaviləsinin, 22 noyabr 2019-cu il tarixli X1 ləğv edilməsi və cavabdehdən 25 000 (iyirmi beş min) manat borcun, 25 000 manat borc məbləğini vaxtında qaytarmamaqla özündə saxladığı (06.08.2017-06.08.2020-ci il) dövr ərzində ona vurduğu Mərkəzi Bankın faiz uçot dərəcəsinə uyğun olaraq (5 %) 3 750 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cəmi 28 780 (iyirmi səkkiz min yeddi yüz səksən) manat pulun alınaraq ona qaytarılması, tutmanın 07 fevral 2017-ci il tarixli ipoteka müqaviləsi və 22 noyabr 2019-cu tarixli ipoteka müqaviləsinə əlavə əsasında 27.11.2019-cu il tarixdə, **********03- 10301 reyester nömrəsi ilə yüklü edilmiş ünvan 2 ünvanda cavabdehin mülkiyyətində olan 0.02620 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m, 46v saylı 3 (üç) otaqlı fərdi yaşayış evinə və 0.02620 ha torpaq sahəsinə yönəldilərək həmin əmlakın hərrac yolu ilə satılaraq satışdan əldə edilən vəsaitə yönəldilməsi və həmin əmlakın satışından əldə edilən vəsait hesabına borc məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil4 eyni məzmunlu izahat verərək,qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin təkləblərini rəhbər tutaraq işə qarşılıqlı iddia üzrə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan 06.02.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən Cavabdeh1 borcalan İddiaçı ümumilikdə 25000 manat məbləğində pul borc vermişdir. Həmin məbləğin 2800 manatını əvvəlcədən vermiş, 18000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsilə, qalan 4200 manatını isə müqavilə rəsmiləşdirilən zaman nağd olaraq borcalana vermişdir. İş materiallarında olan 07.02.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 06.02.2017-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 0,02620 ha torpaq sahəsi və həmin ünvanda yerləşən 117,8 kv.metrdən ibarət 3 otaqlı 46V saylı fərdi yaşayış evi Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 22.11.2019-cu il tarixli ipoteka müqaviləsinə əlavədən görünür ki, tərəflər arasında bağlanmış 06.02.2017-ci il tarixli kredit müqaviləsinin üzrə yüklülüyün müddəti 22.05.2020-ci il tarixdək uzadılmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 3 46V saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil onun adına 04.08.2015-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan 06.02.2017-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh1 18000 manat məbləğində pulu "xxxx" ASC-nin Bakıxanov filialına təhvil vermişdir. İş materiallarında olan 07.02.2016-cı il tarixli 295136 nömrəli qəbdən görünür ki, İddiaçı 18000 manat pulu təhvil almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,tərəflər arasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmiş borc və ipoteka müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsini üzrə götürdüyü öhdəliklərə əməl edərək razılaşdırılmış məbləğdə pulu İddiaçı versə də,sonuncu nə ilk borc müqaviləsi,nə borcun qaytarılması müddətinin uzadılmasınd dair müqaviləyə əlavə ilə müəyyənləşdirilmiş müddət ərzində borcu qaytarmamışdır. Ona görə də məhkəmə qarşılıqlı iddianı kredit müqaviləsinin,ipoteka müqaviləsinin və ona əlavənin ləğv olunması,25000 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı hesab edir. Məhkəmə 25 000 (iyirmi beş min) manat pulu vaxtında qaytarmamaqla özündə saxladığı 06.08.2017-ci ildən iddia verilən tarixədək Mərkəzi Bankın faiz uçot dərəcəsinə uyğun olaraq ümumi məbləğin 5% həddində cərimə məbləğinin yəni (25 000 x 5%= 1250 manat x 36 aya = 3 750 manat) 3 750 manat pulun İddiaçı tələb olunması hissəsinə qiymət verərkən hesab edir ki,həmin hissədə qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki,kredit müqaviləsinin 3-cü bəndində qeyd olunmuşdur ki, “tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər” Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,qarşılıqlı iddia qismən təmin olunmalı, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 06 fevral 2017-ci il tarixli kredit müqaviləsi,07 fevral 2017-ci il tarixli ipoteka müqaviləsi və 22 noyabr 2019-cu il tarixli ipoteka müqaviləsinə əlavə ləğv olunmalı, İddiaçı Cavabdeh1 xeyrinə 25000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı,tutma İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 0,02620 ha torpaq sahəsində yerləşən 117,8 kv.metrdən ibarət 3 otaqlı 46V saylı fərdi yaşayış evinə və 0,02620 ha torpaq sahəsinə yönəldilməli,həmin əmlak və torpaq sahəsi açıq hərracdan satılmaqla əldə olunan vəsait hesabına İddiaçı Cavabdeh1 olan borcu ödənilməli,qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Qarşılıqlı iddia qismən təmin olunsun. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 06 fevral 2017-ci il tarixli kredit müqaviləsi,07 fevral 2017-ci il tarixli ipoteka müqaviləsi və 22 noyabr 2019-cu il tarixli ipoteka müqaviləsinə əlavə ləğv olunsun. İddiaçı Cavabdeh1 xeyrinə 25000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Tutma İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 0,02620 ha torpaq sahəsində yerləşən 117,8 kv.metrdən ibarət 3 otaqlı 46V saylı fərdi yaşayış evinə və 0,02620 ha torpaq sahəsinə yönəldilsin,həmin əmlak və torpaq sahəsi açıq hərracdan satılmaqla əldə olunan vəsait hesabına İddiaçı Cavabdeh1 olan borcu ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar