Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1891/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 25 sentyabr 1990-cı il tarixli, 107 nömrəli Azərbaycan Neft və Kimya İnstitutu «Gülüstan» bağçılıq yoldaşlığı üzvlük kitabçasının ona, yəni Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1947-ci ildə anadan olmuşdur. Bütün sənədlərində adı Naidə kimi qeyd edilmişdir. Lakin 25 sentyabr 1990-cı il tarixli, 107 nömrəli Azərbaycan Neft və Kimya İnstitutu «Gülüstan» bağçılıq yoldaşlığı üzvlük kitabçasında adı «Nailə» kimi qeyd edilmişdir. Üzvlük kitabçasını alarkən adının düzgün yazılmamasına heç fikir verməyib. Lakin onun üçün ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 126 saylı bağ sahəsini özəlləşdirmək istəyərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən ona cavab gələrək adının “Nailə” kimi yazıldığı qeyd olunmuşdur. Hal hazırda bağ sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirmək məqsədilə qeyd olunan yanlışlığı aradan qaldırmaq üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verdi. Əlavə olaraq bidirdi ki, «Gülüstan» bağçılıq yoldaşlığı ləğv olunduğu üçün ora müraciət edə bilmir ki, yanlışlığı düzəltsinlər. Ona görə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş sahid X5 ifadəsində bildirdi ki, Ərizəçi bacısıdır Bacısının adı Naidədir. Bütün sənədlərində də Naidə yazılıb. İş yerindən torpaq ayrılmışdır bir o sənəddə Nailə yazıblar. Çoxdan qalıb sənədləşdirə bilməmişdi ində sənədləşdirmək istədi dedilər ad səhv yazılıb. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Neft və Kimya İnstitutu «Gülüstan» bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1990-cı ildə verilmiş 107 nömrəli üzvlük kitabçasından görünür ki, 126 saylı bağ sahəsi X3 verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlandığı 20 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin «Gülüstan-1» sahəsi üzrə arxiv qovluğunda mövcud olan siyahısında 126 saylı bağ sahəsi X1 adına qeyd edilmişdir. Həmçinin, bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd və 107 nömrəli üzvlük kitabçası arxiv qovluğunda aşkar olunmamışdr. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxx 1947-ci il tarixdə Kirovabad şəhərində anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında X6 qeyd edilmişdir. - 24 may 1966-cı il tarixli əmək kitabçasından görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd edilmişdir. - Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının İV-ЖГ seriyalı 557324 nömrəli pasportunun surətindən görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd olunmuşdur - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 111850 saylı vəsiqədən görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd edilmişdir. - S.M.Kirov adına X12 ordenli Azərbaycan Dövlət Unversiteti ixtisas artırma fakültəsi tərəfindən verilmiş 2825 nömrəli vəsiqənin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd olunmuşdur. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 101 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2023-cü il tarixli ADNSU-nun həmkarlar ittifaqı tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi üzv olduğu «Gülüstan» bağçılıq yoldaşlığı 25 ildən artıqdır ki, fəliyyətini dayandırıb. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Neft və Kimya İnstitutu «Gülüstan» bağçılıq yoldaşlığının 107 nömrəli üzvlük kitabçasına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 126 saylı bağ sahəsi Ərizəçi verilmişdir. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib bağ sahəsini adına rəsmiləşdirmək istəyən zaman üzvlük kitabçasında adı Məlikova ”Nailə” İsmayıl qızı kimi qeyd edilməsi müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlandığı 20 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, müraciətdə qeyd olunan bağ sahəsi X1 adına qeyd edilmişdir. «Gülüstan» bağçılıq yoldaşlığı 25 ildən artıqdır ki, fəliyyətini dayandırdığından kitabçanın ona məxsus olmasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ərizəçi tərəfindən təqdim olunmuş iş materiallarında olan sənədlərdən müəyyən olur ki, Ərizəçi adı “Naidə”dir. Odur ki, həqiqətən də Azərbaycan Neft və Kimya İnstitutu «Gülüstan» bağçılıq yoldaşlığının 107 nömrəli üzvlük kitabçasında Ərizəçi adı düz yazılmamışdır və yoldaşlıq fəaliyyətini dayandırdığından ərizəçi başqa qaydada həmin yanlışlığı aradan qaldıra bilmir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən oldu ki, «Gülüstan» bağçılıq yoldaşlığı tərəfindən verilmiş kitabça Ərizəçi məxsusdur. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, “Gülüstan” bağçılıq yoldaşlığı üzvülük kitabçasının eyni şəxsə, yəni xx xxxxxx 1947-ci il təvəllüdlü Gəncə şəhərində anadan olmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilməli, həmin qətnamə Ərizəçi məxsus olan “Gülüstan” bağçılıq yoldaşlığı üzvülük kitabçasında “Nailə” adının “Naidə” adı ilə əvəz olunması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Gülüstan” bağçılıq yoldaşlığı üzvülük kitabçasının eyni şəxsə, yəni xx xxxxxx 1947-ci il təvəllüdlü Gəncə şəhərində anadan olmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilsin. Həmin qətnamə Ərizəçi məxsus olan “Gülüstan” bağçılıq yoldaşlığı üzvülük kitabçasında “Nailə” adının “Naidə” adı ilə əvəz olunması üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1891/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1891/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver