Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1893/2023 11.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygü Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2593 məhəllə. 42 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evin kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən evə təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfıyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişdir. Cavabdeh əməkdaşları aprel ayında qaz sayğacının yenisi ilə əvəz olunması ilə bağlı ona müraciət etmişdir. 25 aprel 2023-cü ildə isə həmin sayğacı sökərək yenisi ilə əvəz etmişlər və köhnə sayğacın yoxlanması üçün laboratoriya göndərmişlər. Həmin sayğacı sökərkən də akt tərtib edmişlər və həmin aktda isə sayğaca laboratoriyada yoxlanılarkən abonentin iştirakının mütləq təmin olunmasını qeyd etmişlər. Onun xəbəri olmadan cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2593 məhəllə, 42 saylı evə dair “Qaz sayğacının yoxlanması barədə” xx.xx.2023-cü il tarixdə MSK-14-2-2/3-5-4561/Q002 nömrəli Akt tərtib edilmişdir. Aktda isə sayğaca müdaxilə olunması qeyd olunmuşdur. Nəticədə isə ona 2592 manat borcu yaranmışdır. Cavabdeh təşkilatı tərəfindən tərtib edilmiş həmin Akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Bir daha bildirir ki, nə o, nə də ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə olunmamış, habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifahi qaydada ona bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2593 məhəllə, 42 saylı evə dair “Qaz sayğacın yoxlanması barədə” tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-4561/Q002 nömrəli Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 2592 manat borcum silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə1 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Bu barədə istehlakçının iştirakı ilə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2023-cü il tarixli Akt tərtib olunmuş və iddiaçı aktı imzalamışdır. Bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək 2592 manat dəyərində faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onların evi həyət evidir və sayğac evdən kənarda, küçədə yerləşir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişdir. Belə ki, Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Sayğaca müdaxilə olunmuş və bu barədə akt tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, mənzilin qaz xəttinin üzərində quraşdırılmış G6 markalı mexanika tipli 40383940 zavod nömrəli qaz sayğacı (işçi qrupunun yoxlamasına əsasən müdaxilə sübhəsi var) dəyişdirilərək yeni Zenner G6T Mexanika markalı, **********2 saylı qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. - Cavabdeh MSK-14-2-2/3-5-4561/Q002 saylı aktından görünür ki, qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2023-cü il tarixdə aparılmış yoxlama zamanı Nizami rayonunda yerləşən 40383940 zavod nömrəli qaz sayğacında müəyyən edilmişdir: Sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqçıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yarasızdır; - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4561/Q002-ya əsasən 40383940 saylı sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizmi qapağı yan tarafdan əzilib və daxili qulaqcıqlarına əzik-cızıq izləri var. Dəymiş ziyan hesablansın və ödənilsin. - Bakı RQSD-nin QB və SŞ-nin Nizami XS-i üzrə qrup rəhbəri Şeyidov Vüsal, mühəndis Qəhrəmanov Vüsal, çilingər Abdullayev Səməndər tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanına quraşdırılmış G-6 markalı 40383940 №-li Elster tipli qaz sayğacı (AKT № 6975703) xx.xx.2023-cü il tarixində xətdən çıxarılmış növbəti dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2023-cü il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğac yoxlanılmış əhali qaz sayğacının yoxlanması haqqında AKT № 14-2-2/3-5-4561/Q002 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunan akta əsasən İddiaçı məxsus ünvan 2 ünvanına (kod: **********00420) Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li akt tərtib olunaraq 21600 m3 dəymiş ziyan hesablanmışdır. Lakin İddiaçı tərtib olunan aktla tanış olmaqdan və imzalamaqdan imtina etdi. - Abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında İddiaçı adlı abonentə xx.xx.2023-cü il tarixdə Zenner G6T Mexanika markalı, **********2 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00420-dir. Abonentə 2592 manat borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı məxsus Nizami rayonu, E.Suleymanov küçəsi, 2593-cü məhəllə, ev 0, mənzil 42 ünvanına quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Bundan başqa, MSK-14-2-2/3-5-4561/Q002 saylı aktına əsasən məişət qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2023-cü il tarixdə aparılmış yoxlaması zamanı Nizami rayonunda yerləşən Elster G6 markalı qaz sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu, sayğacın istismara yarasız olduğu müəyyən edilmişdir. İddiaçıya 21600 m3 qaz sərfiyyatına görə borc kimi 2592 manat hesablanmışdır. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4561/Q002 saylı aktın ləğv edilməsi və borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.7-ci bəndinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır; 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının sayğacı evdən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyrimümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb olunmur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinin 1-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh yaranmış borcun əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz qüsurlu qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və hesab edir ki, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4561/Q002 nömrəli akt üzrə İddiaçı borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanı üzrə (Abonent kodu: **********00420) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli (MSK-14-2-2/3-5-4561/Q002) akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 2592 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanı üzrə (Abonent kodu: **********00420) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli (MSK-14-2-2/3-5- 4561/Q002) akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 2592 manat borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1893/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1893/2023
11.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver