Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1897/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, bağın icarəyə verilməsi haqqında 12 fevral 1982-ci il tarixli 6998 №-li müqavilənin atası X2 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 13 yanvar 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. 01 fevral 2014-cü ildə atam X5 vəfat etmişdir. Atasının adına ünvan 1 ünvanda yerləşən torpaq sahəsi qalmışdır. Lakin atası X1 adına 1982-ci ildə müqavilə bağlanarkən adı «X9» kimi göstərilmişdir. Həmin sənəd əldə olunarkən atasının ata adını düzgün yazılmamasına heç fikir verməmişdir. Lakin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsini özəlləşdirmək iətəyərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsindən ona cavab gələrək ünvan 2 ünvanda yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd (1982-ci il tarixli müqavilə) əsasında daşınmaz əmlakın dövlət reyestrində X7 adına ilkin qeydiyyat alınmış və X7 X5 ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafıq qaydada baxılacağı qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin ərizəsini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək əlavə olaraq izahatında bildirmişdir ki, atasının adı onun şəxsiyyət vəsiqəsində Əli, icarə müqaviləsində “Əli” kimi qeyd edilsə də, atasının adı, soyadı və ata adı “X5” olmuşdur. Həmin icarə müqaviləsində yazılmış Əli, onun atası “Əli İsgəndər”dir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həm qohumu, həm də qonşusudur. Uşaqlıqdan birlikdədirlər. 1965-ci ildən bəri Bakıda yaşayırlar, ərizəçinin atasını da tanıyır. Ərizəçinin atasının adı Əli İsgəndər idi və bunu təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır, atasının adı onun sənədlərində Əlisgəndər yazılıb. Təsdiq edir ki, atasının adı “Əli İsgəndər” olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli **********66 nömrəli məktubundan görünür ki, bildirir ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd (1982-ci il tarixli müqavilə) əsasında daşınmaz əmlakın dövlət reyestrində X7 adına ilkin qeydiyyata alınmışdır. Belə ki, X7 X5 ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. - Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş “Bağın icarəyə verilməsi haqqında” 12 fevral 1982-ci il tarixli 6998 №-li müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi (sahə 0.25) X8 verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1931-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1931-ci ildə doğulan X1 təvəllüdü qeyd olunur. - AZ-İ seriyalı 657360 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1991-ci ildə ölmüşdür. Bu barədə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci ildə 733 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi: “Beyin qan dövranının kəskin pozulması”. - V-JQ seriyalı 265905 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə doğulmuşdur, atası X3r. - Sürücülük vəsiqəsi və Hərbi biletin surətlərindən görünür ki, X5 xx.xx.1931-ci ildə doğulmuşdur. - Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin mərhum atası X1 adı- 12 fevral 1982-ci il tarixli, 6998 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilə “X9” kimi qeyd edilmişdir. Ərizəçi həmin sənəddə atasının adının düzəliş edilməsi ilə bağlı maraqlı şəxsə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən hazırda məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəçiyə zəruri sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 12 fevral 1982-ci il tarixli, 6998 nömrəli ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə dair “Bağın icarəyə verilməsi haqqında” müqavilənin 13 yanvar 1931-ci ildə Bakı şəhərində doğulmuş X2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 12 fevral 1982-ci il tarixli, 6998 nömrəli ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə dair “Bağın icarəyə verilməsi haqqında” müqavilənin 13 yanvar 1931-ci ildə Bakı şəhərində doğulmuş X2 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1897/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1897/2024
05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver