Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1917/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi X4 Cavabdeh qarşı ilkin və iddiaçı Cavabdeh İddiaçı hüquqi varisi X6 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: “renta müqaviləsinin ləğv edilməsi, əmlakın geri qaytarılması, renta müqaviləsinin şərtlərinin tam yerinə yetirilmiş hesab edilməsi və mənzildən əşyaların çıxarılması” tələbləri) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisi X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı hüquqi varisi X4 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı hüquqi varisi X6 qarşı “renta müqaviləsinin şərtlərinin tam yerinə yetirilmiş hesab edilməsi və mənzildən əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İlkin iddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış ömürlük renta müqaviləsinin ləğv edilməsi, müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə ona məxsus olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan 1 (bir) otaqlı mənzilin ona qaytarılması və adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılması barədə qərar qəbul edilməsini, həmçinin cavabdehin (renta ödəyicisi) çəkdiyi bütün xərclərin ondan tutulmasına heç bir etirazının olmayacağının nəzərə alınmasını xahiş etmişdir.
2. Məhkəmə araşdırması zamanı İddiaçı vəfat etdiyindən X9 onun hüquqi varisi kimi tanınmışdır.
İlkin iddia tələbinin əsaslandırıldığı hallar:
3. İlkin iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olub. Hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Həmin mənzilin ümumi sahəsi 29,42 kv.metr olmaqla 1 (bir) otaqdan ibarətdir və xx.xx.2022-ci il tarixədək tam mülkiyyət hüququ üzrə ona məxsus olub. Nəzərə çatdırır ki, təxminən 2021-ci ilin sonlarından özünü pis hiss etməyə başlayıb və səhhətinin durumu ciddi şəkildə pozulub. Həkim müayinəsi zamanı bədəninin aşağı hissələrində (qadın cinsiyyət üzvlərində) xərçəng xəstəliyi aşkar olunub. Bundan sonra həkim nəzarətinə alınaraq öz hesabına onkoloji xəstəliyə qarşı özəl tibb müəssisələrində müalicələr almağa başlayıb. Həmin vaxtlarda xəstəliyinin şiddətlənməsinin və yayılmasının qarşısının alınması üçün ağır kimya terapiya müalicəsi tətbiq olunub. Müalicə aldığı vaxtlarda əvvəlcədən tanımadığı, lakin onun kimi milliyətcə rus olan eyni binanın qonşu blokunda yaşayan Olqa Novikova öz arzusu ilə bir qonşu kimi onunla maraqlanmağa və qayğı göstərməyə başlayıb. Qonşuluqda yaşayan Olqa Novikovanın onunla maraqlanmasını və qayğı göstərməsini xeyirxahlıq, insansevərlik və mərhəmət hissi ilə əlaqələndirib, tənha yaşadığından onun lazım olduqda evinə gəlibgetməkdə, qulluq göstərməkdə imtina etməyib. Onun müalicə alıb, tam sağalması üçün mənəvi dəstək olacağını, hər zaman qulluq göstərəcəyini və hər cür maddi və qeyri-maddi köməklik göstərməyə hazır olacağını bildirib. Bir müddət sonra göstərdiyi yardımların, qulluqların davamlı olacağını anlayıb vicdanlı və ədalətli bir şəxs kimi bu vəziyyətdən suiistifadə etməmək üçün istədikləri müqaviləyə etiraz etməyəcəyini və onu bağlamağa razı olacağını təklif edib. Əvvəldən bütün razılaşmaları onunla olsa da, notariusa müqavilə bağlamağa qızı Cavabdeh gəlib. Əlavə olaraq bildirir ki, onunla Svetlana müqavilə bağlasa da, evinə gələn və yemək gətirən Olqa Novikova olub. Svetlana isə bu 2 il ərzində qapısını bəlkə heç 5 dəfə də açmayıb. Məlumat üçün bildirir ki, onkoloji xəstəliklər zamanı tətbiq olunan ağır kimyaterapiya müalicəsi sonrası xərçəng xəstələrinin fizioloji və psixoloji durumlarında mənfiyə doğru müəyyən dəyişikliklər baş verir. Həmin vaxt xəstəliyi ilə mübarizə və yalnız sağalması maraqlı olduğundan, Olqa Novikova etibarını və güvənini qazandığından onun qızı Cavabdeh da etibar edib və müqavilə bağlamağa razı olub. Beləliklə, Cavabdeh onun ağır vəziyyətə düşməyindən istifadə edərək, onunla xx.xx.2022ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisində ömürlük renta müqaviləsi bağlayıb. Azərbaycan dilini və latın qrafikasını çox zəif bilir. Həmçinin, xəstəliklə əlaqədar aldığı kimyaterapiyanın nəticəsi olaraq özünü yaxşı hiss etməyib (red. maraqlanmaq kifayət edər ki, onkoloji xətəliklər zamanı tətbiq olunan kimyaterapiyanın nəticələri necə olur). Notarius rus dilində danışa bilsə də, müqavilə Azərbaycan dilində tərtib edilib, ona tam şəkildə tərcümə edilməyib. Sadəcə cavabdehin də onun kimi rus olduğuna və ona maddi yardım etdiyinə görə güvənib onunla bütün sənədlərə imza atıb. Ancaq sonradan güvənməyi ilə səhv etdiyini anlayıb. Belə ki, notarius bildirib ki, ona qulluq edilməli, kommunal-təmir xərcləri ilə və müalicəsi ilə bağlı bütün təminat həyata keçirilməlidir, lakin evi ilə bağlı heç bir məlumat verilməyib, sadəcə müqavilə üçün çıxarışa ehtiyac olduğu deyilib. Renta müqaviləsi üzrə renta ödəyicisinin öhdəlikləri aşağıdakı kimi müəyyən edilir: Renta alana qulluq etmək, müalicə etdirmək, bunula bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; Mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; Renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək. Müqavilənin 10-cu bəndinə əsasən renta alan renta ödəyicisinin öhdəliyinin təminatından ötrü özgəninkiləşdirilən əmlaka girov hüququ əldə edib. Müqavilə bağlandıqdan sonra renta ödəyicisi bir müddət onun dərman preparatları və ərzaq məhsulları ilə təmin olunmağında üzərinə düşən xərcləri ödəyib, qayğı və qulluq göstərib, öhdəliklərini könüllü icra edib. Lakin sonra, təxminən 2023-cü ilin yay aylarında ağ ciyərlərində problem yaşayıb və nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Nəfəs almaqda çətinlik çəkdiyini, hətta boğulma dərəcəsinə kimi çatması barədə renta ödəyicisinə bildirdikdə, ona Bakı şəhərində yay aylarında havanın həddən artıq isti keçməsi ilə əlaqələndirib, hətta özünün də nisbətən cavan olmağına baxmayaraq yayı ağır keçirdiyini, buna görə ciddi narahat olmamağını, bir müddət sonra keçib gedəcəyini söyləyib. Beləliklə, onun tibbi yardım almağının qarşısını alıb və Cavabdeh üzərinə düşən öhdəliyin icrasından qəsdən yayınıb. 2023-cü ilin sentyabr-oktyabr aylarında həkimə müraciət edərək müayinələrdən keçib, müayinə zamanı xərçəng xəstəliyi bu dəfə ağ ciyərlərində aşkar olunun. Həkimlərin tövsiyəsi ilə onun yenidən stasionar qaydada tibb müəssisəsinə yatırılmağı və 6 kimyaterapiyanın qəbul edilməsi məsləhət görülüb. Həmin vaxt Cavabdeh bu barədə bildirdikdə, sonuncu sadəcə ona pul verməklə kifayətlənmiş və digər heç bir qulluq göstərməyib. Bu dəfə ağ ciyərlərimə görə Milli Onkologiya Mərkəzində yenidən kimyaterapiya alıb özünü nisbətən yaxşı hiss etdikdən sonra yaşadığı mənzilə qayıdıb. Onun xəstəliyə bir daha güc gəlib sağalmağı heç də qarşı tərəfin maraqlarına uyğun gəlmirdi və bu hal onlarda get-gedə qıcıq doğururdu. Zamanla Cavabdeh ilə aralarında gərginlik daha da artırdı, əvvəlki kimi maraqlanmırdı, bank kartı verərək bildirib ki, ona həmin kart vasitəsilə pul yükləyəcək ki, xərclərini qarşılaya bilsin. Kommunal, təmir və digər xərclərdən boyun qaçırıb, internetteleviziya xidmətlərinin ödənişini üzərinə ataraq, onların onun şəxsi əyləncə ehtiyacları olması kimi bəhanələr gətirirdi. Bəzən onu bu ahıl yaşda, xəstə vəziyyətdə heç bir məlumat vermədən aylarla tək qoyub gedirdilər və onlarla heç bir əlaqəsi olmurdu. Təbii ki, bu ona çox pis təsir edirdi, amma yenədə göz yumurdu. Sonda 2024-cü ilin mart ayında qeyd olunan məsələlər ilə bağlı Cavabdeh qulluq göstərməklə bağlı onun öhdəliklərinin hər ay karta 250-350 manat pul yükləməsi ilə bitməsindən ibarət olmadığını şifahi bildirdikdə, o, qulluq xərclərini çatdırmadığını və artıq bezdiyini, bu işdə öz pensiya kartından da istifadə etməyini anası ilə birgə tələb ediblər. Buna o etiraz edəndə isə Svetlana bildirib ki, “Bundan sonra aramızda heç bir insani münasibət olmayacaq!” Anası tərəfindən xəstəliyinin ağırlaşması nəticəsində gələcəkdə olacaq mənfi hallarla bağlı ona psixoloji təzyiqlər edilirdi və bu onu çox qorxudurdu. Ona qarşı bu qədər hörmətsizlik, vecsizlik, qayğısızlıq göstəriləndən sonra, ona qulluq etməli olduğu halda heç bir xəbər etmədən aylarla yoxa çıxan, ayda heç olmasa 2-3 dəfə zəng edib halını-vəziyyətini soruşmayan (tək qadın olduğu üçün) və sonda gəlib xərclərin çox olduğundan pensiya kartını da tələb edən, imtina etdiyi halda ona təzyiq göstərib, bundan sonra heç bir insani münasibətlərinin olmayacağı barədə xəbərdarlıq edən bir ailədən imtina edir. Əlavə olaraq bildirir ki, 30 illik münasibəti olan və son 1 ildə ona dayaq olub, bütün xərclərini ödəyən və ehtiyaclarını qarşılayan Tahir Mirzəyevə vəsiyyətnamə də yazıb (bu ona olan etibarının və inamının ifadəsidir). İddia ərizəsinə vəsiyyətnamənin surəti əlavə ediləcək. Renta müqaviləsindən fərqli olaraq onun rus olmağını nəzərə alaraq, notarius tərəfindən vəsiyyətnamənin öz dilində (rus dilində) yazılmasına şərait yaradılıb, halbuki renta da bu dildə tərtib edilməliydi. Tahir Mirzəyevin övladı Türkiyə Respublikasında təhsil aldığı üçün bəzən orada olur və o, mobil nömrəsini dəyişdiyi üçün onunla əlaqəsini itirmişdi. Lakin onun özü gəlib onu axtardı və vəziyyətini gördü. Sanki onu bu çətin və gərgin vəziyyətdə o, tənha qadına arxa-dayaq olmaq üçün Tanrı göndərdi. Əvvəlcə o da bildirdi ki, “tələsmə, insandı əziyyəti varsa nəzərə al”. Lakin zamanla özü baş verən gərginliklərin şahidi olub. Hər şey Tahir Mirzəyevin gözlərinin önündə baş verirdi və ondan sonra özü də, ailəsi də onun hər bir ehtiyacına dayaq durdular və onu tək qoymadılar. İlk öncə ondan, mənzilinin sənədləri notariat ofisində qaldığından onları ordan götürməyə köməklik göstərməsini xahiş edib. O isə izah eləyob ki, notariusda heç bir sənəd qala bilməz, çox güman ki, əks tərəf öz adına keçirib. Onlara hədiyyə etməyib ki, sağlığında sənədini öz adlarına keçirsinlər. Notariusda bu barədə ona bir söz belə deyilməyib. Onların bu davranışlarından sonra başa düşüb ki, renta ödəyicisi və onun anası ilk əvvəl onun etibarını qazanaraq müqavilə bağlayarkən, onlar bu əməllərini heç də insansevərlilik, mərhəmət və sonunda xeyirxahlıq məqsədi ilə deyil, sadəcə xəstəlik səbəbindən ağır vəziyyətə düşməyindən, eyni zamanda yaşlı və tənha qadın olduğu üçün bu cür ağır onkoloji xəstəliklər nəticəsində çox tez bir zamanda həyatını itirəcəyini güman edib bu halımdan istifadə edərək sonunda onu aldadaraq mənzilini ələ keçirmək (mənimsəmək) üçün etdikləri aydın olub, ötən ildən onlardan 1 manat belə almayıb, onları bağışlamır və bundan sonra da görmək istəmir. Son olaraq bildirir ki, cavabdehdən rəsmi imtina edib və onun çəkdiyi xərcləri vicdanlı şəkildə qaytarmağa razıdır, baxmayaraq ki, sonradan tərcümə etdirdiyi renta müqaviləsinin bəndləri də tam şəkildə icra edilməyib, lakin onun etibarından sui-istifadə edilərək ona izah edilmədən ondan alınan çıxarışını geri tələb edir, bu əmələ görə cavabdehi bağışlamır və müqavilənin məhkəmədə ləğv edilməsi faktına nail olmaq niyyətindədir.
Cavabdehin ilkin iddiaya etirazı və ona dəlilləri:
4. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında Bakı şəhəri 30 saylı Notariat Kontorunda ömürlük renta müqaviləsi bağlanıb. Həmin müqavilənin 4-cü bəndinə əsasən, iddaçı İddiaçı Georgyevna - renta alan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m, yaşayış sahəsi 16,22 kv.m olan 1 (bir) otaqlı mülkiyyətində olan mənzilini renta ödəyicisi - Cavabdeh mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə renta ödəyicisinin öhdəlikləri aşağdaki kimi müəyyən edilir: 1.Renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; 2. Mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; 3. Renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək. Müqavilə bağlandıqdan sonra renta ödəyicisi o, müqavilə üzrə öz üzərinə düşən bütün öhdəlikləri icra edib. Renta müqaviləsində yalnız müayinə və müalicə ilə bağlı qida məhsularını və zəruri dərmanlarına alınması nəzərdə tutulmasına baxmayaraq, o, könüllü olaraq hər dəfə evə lazım olan bazarlığı edib, qida məhsulların ən yaxşısı ilə iddiaçını təmin edib, müalicə üçün lazım olan dərmanlardan başqa könüllü olaraq iddiaçının immunitetini gücləndirəcək vitaminlər, ayaqlarını isti saxlacaq termocorablar (qiyməti 119 manat), istifadə etmək üçün yeni mobil telefon alıb, İddiaçı hər dəfə iynə vurdurmaq üçün onun evinə tibb bacısını dəvət edib. Bütün bunlardan əlavə, o, İddiaçı hər ay şəxsi ehtiyaclarına xərcləmək üçün 300-400 manat məbləğində pul verib. Beləliklə, o, iddiaçının müalicəsi və dərmanları üçün pul xərcləməsini, kommunal xidmətlər üzrə ödənişlər etməsini, lazımi qida məhsullarını almasını, bundan əlavə İddiaçı 300-400 manat məbləğində pulun verilməsini nəzərə alınsa, hər ay həmin məbləğ 1000 (bir min) manata yaxın olub. İlk əvvəl qeyd edilən məbləğ 300-400 manat hər ay iddiaçıya şəxsən verilib, 2023-cü ilin yanvar ayından isə iddiaçının adına bank kartı açaraq həmin karta köçürülüb. Lakin məhkəməyə iddia ərizəsi daxil olduğu gündən İddiaçı Konstantinovna qeyd edilən məbləğdə pulu qəbul etməkdən imtina edib. Bundan başqa, İddiaçı öz adına olan kartı isə deaktiv edibş və bununla da iddiaçı renta müqaviləsi üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə ona maneəçilik törədib. Bundan əlavə, o, İddiaçı yaşayış səviyyəsini yaxşılaşdırmaq niyyəti ilə onun sağlamlığına yaxşı təsirər edəcək dəniz kənardında bağ evi almaq istəyib. Bağ evinə İddiaçı ilə onun ailəsi ilə birlikdə baxış da keçirib, lakin iddiaçı həmin bağ evinin balaca olduğunu əsas gətirərək həmin evdə yaşamaqdan imtina edib (foto və videogörüntü ərizəyə əlavə edilib). Qeyd edir ki, o, şəxsi bizneslə məşğul olur, gəliri də yaxşıdır. O, İddiaçı üçün qidanın ən yaxşısını alırdı, balıqların ən bahalısını, süd məhsulların seçilmişlərini alırdı. Bundan əlavə, o, İddiaçı üçün dərman vasitələni və vitaminləri Amerika və Türkiyədən sifariş edirdi ki, iddiaçının immuniteti güclənsin və o, sağlamlığına qovuşsun (alınmış dərmanların fotoşəkilləri ərizəyə əlavə edilib). Bundan əlavə, İddiaçı ona qarşı Bakı şəhəri Nizami rayon Məkhəməsinə “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 30 saylı Notariat ofisində bağlanmış ömürlük renta müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan 1 (bir) otaqlı mənzilin sonuncuya qaytarılması və onun adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılması barədə qərar qəbul edilməsini xahiş edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Məhkəmə icclasında çoxsaylı sübutlar tədqiq edilmiş və şahidlər dindirilib. Əvvəlki məhkəmə iclaslarında İddiaçı tərəfindən dəvət olunmuş şahid X9 ifadəsində bildirib ki, o, renta müqaviləsi ilə tanış olduqdan sonra onun şərtləri ilə razılaşmayıb və qəbul etməyib. Oğlu hüquqşünasdır və o da, öz növbəsində renta müqaviləsi ilə tanış olub və öz tövhələrini verib. Məhkəmə iclasında şahid dəfələrlə bildirib ki, İddiaçı ilə 30 ildən çoxdur ki, ailəvi dostluq münasibətindədir. Halbuki, şahidin ailəsi İddiaçı tanımır. Bundan başqa, şahid qismində dindirlmiş X9 öz ifadəsində qeyd edib ki, İddiaçı qayğısına yalnız o qalıb və onun qulluğunda durub, onun maddi ehtiyaclarının qarşılayıb. Lakin şahid elementar suallara cavab verə bilməyib, blokun girişində kamera quraşdrılıb ya yox? Əgər quraşdırılıbsa hansı tərəfdən quraşdırılıb və sair. Bundan başqa şahid X9 “bu işi boş buraxmayacağını, lazım gəlsə apellyasiya və kassasiya şikayətlərini verəcəyini” bildirərək məhkəməyə təzyiq etməyə çalışıb. Bütün bu hallar onu sübut edir ki, iddia ərizəsi İddiaçı tərəfidnən deyil, məhz şahid X9 tərəfindən qaldırılır və onun tərəfindən maliyyələşdirilir. Renta müqaviləsinin etibarsız hesab edilməsi üçün iddia müddəti buraxıldığı üçün hazırda İddiaçı “renta müqaviləsinin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət edib. Qeyd edir ki, müqavilənin ləğv edilməsi üçün mötəbər sübutlar təqdim edilməlidir. Bu sübutlar iddiaçı tərəfindən təqdim edilməyib. Onun tərəfindən renta müqaviləsinin heç bir bəndi pozulmayıb. Lakin renta müqaviləsi bağlandıqdan müəyyən müddət sonra müqavilənin şərtlərinin yerinə yetirilməməsi üçün İddiaçı tərəfindən maneələr törədilib, əlaqə kəsili, müəyyən məbləğdən pul köçürmək üçün bank kartı bloklanıb, bank kartı bloklandıqdan sonra pulun nağd şəkildə qəbul edilməsindən imtina edilib və sair. Bir daha qeyd edir ki, bütün bu hallar X9 renta müqaviləsi ilə tanış olduqdan sonra baş verib. Bu bir daha onu sübut edir ki, X9 renta müqaviləsinin ləğv edilməsində şəxsi marağı vardır. Əvvəlki məhkəmə iclasında bunu açıq aşkar öz ifadələrindən də qeyd edib. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia tələbi:
5. İddiaçı Cavabdeh İddiaçı qarşı “renta müqaviləsinin şərtlərinin tam yerinə yetirilmiş hesab edilməsi və mənzildən əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərini yerinə yetirilməsinə məneəçiliyin törədilməsinin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərinin tam şəkildə yerinə yetirilmiş (icra edilmiş) hesab edilməsi, eyni zamanda Cavabdeh xx.xx.2022-ci il tarixli renta müqaviləsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzildən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 məxsus olan bir neçə ədəd qab-qacaq; bir ədəd modem; bir ədəd əl-üz yuyan; bir ədəd güzgü; bir ədəd kombi; bir ədəd duş; iki ədəd paspas; dörd ədəd dolab; bir ədəd böyük şkaf içi dolu əşyalarla; iki ədəd nalça; bir ədəd ev çəkməyi; bir ədəd yataq; iki ədəd şkaf; bir ədəd sərinkeş; bir ədəd dörd-gözlü şkaf; iki ədəd plastik qab; bir ədəd dəmir qab; bir ədəd zənbil; bir ədəd oyuncaq (mişqa); bir ədəd ütü üçün alət; bir ədəd televizor; dörd ədəd stol; bir ədəd ev xətti telefonu; altı ədəd stul; bir ədəd yataq, yastığı ilə birlikdə; bir ədəd uzadıcı; beş ədəd gül qabı; iki ədəd xalça; stul üzərində xırda əşyalar; bir ədəd divardan asılı foto; bir ədəd asma əşya qabı; bir ədəd stul üzərində xalça; bir ədəd divardan asılı saat; üç ədəd pərdə və digər xırda birdəfəlik istifadə olunan əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar:
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Məkhəməsinə “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Tərəflər arasında Bakı şəhəri 30 saylı Notariat Kontorunda ömürlük renta müqaviləsi bağlanıb. Həmin müqavilənin 4-cü bəndinə əsasən, iddaçı İddiaçı Georgyevna - renta alan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv/m, yaşayış sahəsi 16,22 kv/m olan 1 (bir) otaqlı mülkiyyətində olan mənzilini renta ödəyicisi - Cavabdeh mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə renta ödəyicisinin öhdəlikləri aşağdaki kimi müəyyən edilir: 1. Renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; 2. Mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; 3. Renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək. Müqavilə bağlandıqdan sonra renta ödəyicisi o, müqavilə üzrə öz üzərinə düşən bütün öhdəlikləri icra edib. Renta müqaviləsində yalnız müayinə və müalicə ilə bağlı qida məhsularını və zəruri dərmanlarına alınması nəzərdə tutulmasına baxmayaraq, o, könüllü olaraq hər dəfə evə lazım olan bazarlığı edib, qida məhsulların ən yaxşısı ilə iddiaçını təmin edib, müalicə üçün lazım olan dərmanlardan başqa könüllü olaraq iddiaçının immunitetini gücləndirəcək vitaminlər, ayaqlarını isti saxlacaq termocorablar (qiyməti 119 manat), istifadə etmək üçün yeni mobil telefon alıb, İddiaçı hər dəfə iynə vurdurmaq üçün onun evinə tibb bacısını dəvət edib. Bütün bunlardan əlavə, o, İddiaçı hər ay şəxsi ehtiyaclarına xərcləmək üçün 300-400 manat məbləğində pul verib. Beləliklə, o, iddiaçının müalicəsi və dərmanları üçün pul xərcləməsini, kommunal xidmətlər üzrə ödənişlər etməsini, lazımi qida məhsullarını almasını, bundan əlavə İddiaçı 300-400 manat məbləğində pulun verilməsini nəzərə alınsa, hər ay həmin məbləğ 1000 (bir min) manata yaxın olub. İlk əvvəl qeyd edilən məbləğ 300-400 manat hər ay iddiaçıya şəxsən verilib, 2023-cü ilin yanvar alından isə iddiaçının adına bank kartı açaraq həmin karta köçürülüb. Lakin məhkəməyə iddia ərizəsi daxil olduğu gündən İddiaçı Konstantinovna qeyd edilən məbləğdə pulu qəbul etməkdən imtina edib. Bundan başqa, İddiaçı öz adına olan kartı isə deaktiv edib və bununla da iddiaçı renta müqaviləsi üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə ona maneəçilik törədib. Bundan əlavə, İddiaçı onun adına açılmış bank kartını qəsdən bloklayıb və bütün münasibətləri kəsib ki, onun üzərinə düşən öhdəlikləri, yəni renta müqaviləsinin 1-ci və 2-ci bəndinin şərtlərini yerinə yetirə bilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra o, bir neçə dəfə İddiaçı barışıq təklif edib və renta müqaviəlsi üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün səy göstərib. Lakin buna bamayaraq, İddiaçı onun tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərini yerinə yetirməyə maneəçilik törədir.
8. Daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə qeyd edilmişdir ki, Cavabdeh iş adamı olaraq bütün günü mərhum Alisanın yanında qala bilməzdi. İddiaçıda sözügedən xəstəliyin aşkar olunmasında onun anasının əvəzsiz rolu olub, çünki Svetlananın anası həkimdir. Cavabdeh öz hesabına iddiaçını dəfələrlə həkimə aparıb. İddiaçının pensiya məbləği aşağı olub. Heç nəyə gücü çatmayıb. Tək və kimsəsiz olduğu üçün təmənnasız ona kömək edilib. İddiaçı Cavabdeh ilə aralarında olan tanışlığa əsasən deyib ki, “siz mənə baxın, mən isə evi bunun əvəzində adınıza keçirəcəyəm”. Bütün bunların qarşılığında Svetlana iddiaçının kartına dəfələrlə 250, 300, 340, 350 manat pul göndərib. Bazarlığını edib. Aralarında heç bir mübahisə olmayıb. Əvvəl münasibətləri çox yaxşı olub və Cavabdeh üzərinə düşən öhdəliklərini vaxtı-vaxtında yerinə yetirib. 2024-cü ilin dekabr ayına qədər iddiaçıya aid olan bütün xərclərini ödəyib. Kommunal xərcləri, şüa terapiya nəticəsində əmələ gələn xəstəliklə bağlı ödənişləri tam ödəyib. Hətta iddiaçıya telefon və digər hədiyyələr də alıb. Bunlarla bağlı ödəniş qəbzləri mövcuddur. Cavabdeh bağ evi almaq istəyib ki, geniş olsun, mərhum Alisa xanım da onlarla birgə yaşasın, lakin Alisa xanım istəməyib. Bütün bunların fonunda, mərhuma təklif edilib ki, baxıcı tutulsun, lakin Alisa xanım onu da istəməyib, ancaq iddiaçının gəlib baxmasını istəyib. Onun iynələrini, dərmanlarını ya anası, ya da xüsusi tibb bacısı edib. Cavabdeh Alisa xanımın iynələrinin vurulması üçün əlavə ödəniş edərək hər dəfə tibb bacısı çağırıb. O, bütün günü Cavabdeh yanında qalıb yaşaya bilməzdi, çünki Svetlana Konstantinovna işləyir. Svetlana Konstantinovnanın anası Alisa xanımın qonşuluğunda yaşayırdı və münasibət soyuyana qədər daha doğrusu Alisa xanım onu evə buraxana qədər ona daim qulluq edib. Mərhum iddiaçı əvvəl mübahisələndirilən işdə (hansı ki Alisa xanım özü onda sağ idi və məhkəmə prosesində iştirak edib) də özü etiraf edib ki, Cavabdeh və anası daim onun qulluğunda olublar, həmişə onlardan razı qalıb və qarşılqılı razılıq əsasında aralarında renta müqaviləsi bağlanıb. Tərəflər arasında bağlanmış ömürlük renta müqaviləsinin 4-cü bəndinə əsasən, İddiaçı Georgyevna - renta alan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m, yaşayış sahəsi 16,22 kv.m olan 1 (bir) otaqlı mülkiyyətində olan mənzilini renta ödəyicisi - Cavabdeh mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə renta ödəyicisinin öhdəlikləri aşağdaki kimi müəyyən edilir: 1. Renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; 2. Mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; 3. Renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək. Müqavilə bağlandıqdan sonra renta ödəyicisi Cavabdeh müqavilə üzrə öz üzərinə düşən bütün öhdəlikləri icra edib. Renta müqaviləsində yalnız müayinə və müalicə ilə bağlı qida məhsularını və zəruri dərmanlarına alınması nəzərdə tutulmasına baxmayaraq, Cavabdeh könüllü olaraq hər dəfə evə lazım olan bazarlığı edib, qida məhsulların ən yaxşısı ilə iddiaçını təmin edib, müalicə üçün lazım olan dərmanlardan başqa könüllü olaraq iddiaçının immunitetini gücləndirəcək vitaminlər, ayaqlarını isti saxlacaq termocorablar (qiyməti 119 manat), istifadə etmək üçün yeni mobil telefon alıb, İddiaçı hər dəfə iynə vurdurmaq üçün onun evinə tibb bacısını dəvət edib. Bütün bunlardan əlavə, Cavabdeh İddiaçı hər ay şəxsi ehtiyaclarına xərcləmək üçün 300-400 manat məbləğində pul verib. Beləliklə, Cavabdeh Georgiyevna iddiaçının müalicəsi və dərmanları üçün pul xərcləməsini, kommunal xidmətlər üzrə ödənişlər etməsini, lazımi qida məhsullarını almasını, bundan əlavə İddiaçı 300-400 manat məbləğində pulun verilməsini nəzərə alınsa, hər ay həmin məbləğ 1000 (bir min) manata yaxın olub. İlk əvvəl qeyd edilən məbləğ 300-400 manat hər ay iddiaçıya şəxsən verilib, 2023-cü ilin yanvar alından isə iddiaçının adına bank kartı açaraq həmin karta köçürülüb. Lakin məhkəməyə iddia ərizəsi daxil olduğu gündən İddiaçı Konstantinovna qeyd edilən məbləğdə pulu qəbul etməkdən imtina edib. Bundan başqa, İddiaçı öz adına olan kartı isə deaktiv edib və bununla da iddiaçı renta müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə ona maneəçilik törədib. Bundan əlavə, İddiaçı onun adına açılmış bank kartını qəsdən bloklayıb və bütün münasibətləri kəsib ki, Cavabdeh onun üzərinə düşən öhdəlikləri, yəni renta müqaviləsinin 1-ci və 2-ci bəndinin şərtlərini yerinə yetirə bilməsin. Həmçinin qeyd edir ki, hələ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami Rayon Məkhəməsinə "renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 30 saylı Notariat ofisində bağlanmış ömürlük renta müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv/m olan 1(bir) otaqlı mənzilin sonuncuya qaytarılması və onun adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılması barədə qərar qəbul edilməsini xahiş edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Həmin qətnamə qəbul edildikdən sonra Cavabdeh bir neçə dəfə İddiaçı barışıq təklif etmişdir və renta müqaviləsi üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün səy göstərib. Lakin buna baxmayaraq, İddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərini yerinə yetirməyə maneəçilik törədib. Lakin xüsusi şəkildə qeyd edək ki, xx.xx.2025-ci il tarixində İddiaçı vəfat etdikdən sonra Cavabdeh aralarında olan renta müqaviləsinə uyğun olaraq sonuncu öhdəliyi olan mərhumun dəfn xərclərini də qarşılayıb (bu faktı təsdiq edən AR Bakı şəhəri, Nizami Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı ərizəyə əlavə olunur). Göründüyü kimi Cavabdeh renta müqaviləsi üzrə bütün öhdəliklərini - renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; Mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; Renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək öhdəliklərini tam şəkildə yerinə yetirib. Ona görə də, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtləri yerinə yetirilmiş (icra edilmiş) hesab edilməlidir. Yuxarıda qeyd edildiyi kimi ərizəni ikinci istiqamət üzrə davam etdirsə, qeyd etmək lazımdır ki, İddiaçı vəfat etdikdən sonra onun vərəsəsi X9 hazırda məhkəməyə ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş edib. Hansı ki, göstərdiyi kimi X1 Respublikasından qayıdandan sonra aralarında olan səmimiyyətdən istifadə edərək İddiaçı yanında olmub, renta müqaviləsi üzrə Cavabdeh verilmiş həmin bir otaqlı mənzilin ələ keçirilməsi üçün bütün imkanlarından istifadə edib, məhkəmə mübahisələri qaldırıb. Tərəflərindən verilən qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi hər cür vəchlə Cavabdeh renta müqaviləsinin icra edilməsinə mane olmağa çalışıb. Beləliklə, X9 bir müddət Cavabdeh mülkiyyətində olan bir otaqlı mənzildə İddiaçı yanında olmuş və orada gündəlik lazım olunan əşyalardan istifadə edib. Həmin əşyalara aşağıdakılar daxildir: bir neçə ədəd qab-qacaq; bir ədəd modem; bir ədəd əl-üz yuyan; bir ədəd güzgü; bir ədəd kombi; bir ədəd duş; iki ədəd paspas; dörd ədəd dolab; bir ədəd böyük şkaf içi dolu əşyalarla; iki ədəd nalça; bir ədəd ev çəkməyi; bir ədəd yataq; iki ədəd şkaf; bir ədəd sərinkeş; bir ədəd dörd-gözlü şkaf; iki ədəd plastik qab; bir ədəd dəmir qab; bir ədəd zənbil; bir ədəd oyuncaq (mişqa); bir ədəd ütü üçün alət; bir ədəd televizor; dörd ədəd stol; bir ədəd ev xətti telefonu; altı ədəd stul; bir ədəd yataq, yastığı ilə birlikdə; bir ədəd uzadıcı; beş ədəd gül qabı; iki ədəd xalça; stul üzərində xırda əşyalar; bir ədəd divardan asılı foto; bir ədəd asma əşya qabı; bir ədəd stul üzərində xalça; bir ədəd divardan asılı saat; üç ədəd pərdə və digər xırda birdəfəlik istifadə olunan əşyalar. Qeyd olunan yuxarıdakı əşyalar X6 məxsus olub. Cavabdeh tərəfindən dəfələrlə Mirzəyev Tahirə məlumat verilib ki, həmin əşyaları onun mülkiyyətində olan mənzildən çıxarsın. X19 bundan imtina edib, həmin əşyaları Svetlananın xüsusi mülkiyytəində olan mənzildən çıxarmamaqla sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmaqda davam edir. Bu barədə Svetlana tərəfindən AR DİN “102” qaynar xəttinə zəng edilib, həmin əşyaların çıxarılmasının təmin edilməsi xahiş edilib. X19 polisə verdiyi izahatında həmin əşyaları istəmədiyini vurğulayıb (polis əməkdaşı tərəfindən tərətib edilmiş həmin protokol ərizəyə əlavə olunur). Göründüyü kimi, X9 ona məxsus əşyaları bütün müraciətlərə baxmayaraq, Cavabdeh xüsusi mülkiyyətində olan mənzilində qəsdən və məqsədli şəkildə saxlamaqla sonuncunun xüsusi mülkiyyət hüququnu kobud şəkildə pozmağa davam edir.
İş materialları:
9. Renta alan İddiaçı ilə renta ödəyicisi Cavabdeh arasında bağlanmış Bakı şəhər 30 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 4Ə-14 reyestr nömrəli renta müqaviləsindən görünür ki, renta alan ünvan 4 ünvanında yerləşən əmlakını ömürlük renta üçün renta ödəyicisinin mülkiyyətinə pulsuz verir. Həmin müqavilənin 4-cü bəndinə görə renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək renta ödəyicisinin öhdəlikləridir. Müqavilənin 8-ci bəndinə əsasən renta müqaviləsi təsdiq olunduqdan sonra renta alan daşınmaz əmlaka aid sənədləri renta ödəyicisinə verməyə borcludur. Müqavilənin 19-cu bəndinə əsasən müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirirlər.
10. İddiaçı tərəfindən tərtib edilmiş və Bakı şəhər 9 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2025-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı harada yerləşməsindən asılı olmayaraq ölüm anında onun mülkiyyətində olan ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı Tahir Mirzəyeva vəsiyyət etmişdir.
11. Bakı şəhəri Nizami rayon prokurorunun “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ölməsi faktı üzrə aparılmış araşdırma nəticəsində ciayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
12. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli 2-2-316-546Ş-25 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə yaşadığı mənzildə xəstəlikdən ölməsi faktı üzrə Bakı şəhəri, Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən 15 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39-cu maddəsinə əsasən toplanmış nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və araşdırma zamanı mərhum İddiaçı məxsus əmlakların Tahir Mirzəyevəməxsus olması ilə bağlı göstərilən xüsusatlar mülki xarakter olduğundan məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Araşdırma zamanı mərhum İddiaçı yaşadığı mənzilin açarları həmin mənzilin rəsmi sahibi Cavabdeh təhvil verilmişdir.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan mənzil Cavabdeh tam payda xüsusi mülkiyyətindədir, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
15. AZ-İİ № 460368 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci ildə 494 nömrə ilə qeyd edilmişdir.
16. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli02-544-1 saylı arayışının surətindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında yaşayır. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli AZ-İİ № 460368 saylı ölüm haqqında şəhadətnməyə əsasən xx.xx.2025-ci il tarixində İddiaçı vəfat etmişdir. Həqiqətən dəfn mərasim xərci tanışı Cavabdeh tərəfindən çəkilmişdir.
17. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə fotoşəkillərin surətləri təqdim edilmişdir.
Tərəflərin izahatları:
18. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisi X9 ilkin iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı 1990-cı illərin sonlarından tanıyır. Qaraçuxur qəsəbəsində yaşayarkən, rəhmətlik qapı qonşusu olmuş Sultan dayı gilə tez-tez gələrdi və o vaxtdan ailəvi münasibətləri yaranıb. Özü rus dilində ibtidai sinif uşaqları hazırladığı üçün, onun da övladlarına hazırlıq keçib və övladlarının rus dilin öyrənməsində zəhməti olub, uşaqları rus bölməsində təhsil alıb. Həmişə gediş-gəlişləri olub, tənha qadın olduğu uçün çətinliyi olduqda hər zaman imkanı daxilində yardım əli uzadıb. Pandemiyaya qədər tam sağlam formada idi və həmişə yaşından cavan görsənərdi. Ona təklif edərdi ki, heç kimi yoxdur, onu həmişə diqqətdə saxlayın, bu evi də onlara qalar. O isə əvəzində bildirərdi ki, nə lazımdırsa onun üçün edir və evlə bağlı narahatçılığa ehtiyac yoxdur. 2020-ci ilin əvvəllərinə qədər daim əlaqədə olublar. Pandemiya dövründə bir tərəfdən qapanmalar, digər tərəfdən bəzi şəxsi çətinliklər səbəbindən, bir tərəfdən insult keçirən bir şəxs kimi (yəni, beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunan xəstəlik) özünü koronavirus infeksiyasından tam qorumalı idi, digər tərəfdən anasının, sonra isə qardaşının dünyalarını dəyişmələri ağır psixoloji sarsıntılara səbəb olub. Əlavə olaraq, Türkiyə Respublikasında təhsil alan qızının, oradakı bəzi problemləri ilə əlaqədər Alisa xanımla əlaqələrində fasilələr yaranıb. Yalnız 2023-cü ilin sonları-2024-cü ilin əvvəllərində (yeni il ərəfəsində) arvadı təklif edib ki, uzun müddətdir ki, nəsə aparmırlar, tənha qadındır, ehtiyacı ola bilər, diqqətdən kənar qoymayaq. Beləliklə, həmişəki kimi onun üçün bazarlıq edib, Alisa xanımın evinə yollanıblar. Həmin gün yanında bir yaşlı xanım da var idi. Ona deyib ki, nömrəsi yanıb, yenisin çıxartdırıb, nömrələrinin çoxu silinib. Onunla təcili əlaqə saxlamağını xahiş edib, onunla təklikdə söhbəti olacaq. Həmin xanımın narahat olduğunu görüb. Bir gün sonra əlaqə saxlayıb vəziyyəti öyrənəndə ona bildirib ki, cavabdehlə (ana və qızı ilə) müqavilə bağlayıb, amma razı deyil, ona olan münasibətdən, tək olduğu üçün qorxur. Əlavə olaraq qeyd edib ki, Qaraçuxura qədər gəlib, lakin onu tapa bilməyib. O, 1980-ci illərdən orada yaşasa da, 2019-cu ildən artıq başqa ünvana köçüb. Bildirdi ki, cavabdehlər mənə qulluq etməli, müalicə etdirməli, qida, zəruri dərmanlarla və digər ehtiyacları ilə təmin etməlidirlər və sonda tam razı qalarsa, həyatdan köçəndən sonra mənzili onlara qala bilər. Lakin zamanla ona qarşı olan qeyri-insani münasibət, xəstəliyinin ağırlaşması nəticəsində gələcəkdə olacaq mənfi hallarla bağlı ona psixoloji təzyiqlər və hörmətsizlik, müalicəsində ona göstərilən laqeydsizlik və qayğısızlıq nəticəsində imtina etməyə qərara gəlib. Alisa xanım bildirirdi ki, tibbi müayinələrində əks olunan sənədlərə və həkim baxışında söylənilənlərə əsasən, o, 2023-cü ilin yay aylarında ağ ciyərlərində yaranmış onkoloji xəstəliyin heç bir tibbi yardım almadan zərərli təsirlərinə məruz qalıb və həyatı üçün təhlükə yaranıb. 2023-cü ilin iyul-avqust aylarında nəfəs almaqda çətinlik çəkdiyi vaxtda (hətta boğulma dərəcəsinə kimi çatıb) cavabdehə dəfələrlə onu həkimə aparması barədə xahişlər etməsinə baxmayaraq, cavabdehin anası tərəfindən yay aylarında havanın həddən artıq isti keçməsini, hətta özünün də nisbətən cavan olmağına baxmayaraq yayı ağır keçirdiyini, buna görə ciddi narahat olmamağını, bir müddət sonra keçib gedəcəyini söyləməklə bəhanələr gətirilib, beləliklə Alisa xanımın vaxtında tibbi yardım almağının qarşısını alıb və nəticə olaraq, Cavabdeh üzərinə düşən öhdəliyin icrasından yayınıb. Yalnız Alisa xanımın təkidi nəticəsində həkimə çox sonra müraciət edilib. Tibbi sənədlər buna əyani sübutdur. Alisa xanım bildiririb ki, razılaşma anası ilə olub, amma qızı onunla notariusa gedib müqavilə bağlayıb, lakin qızı çox gec-gec görür. Bildirib ki, mənzilinin sənədləri notariat ofisində girov müqabilində qalıb, onları ordan götürməyə köməklik göstərsin. Əvvəlcə izah eləyib ki, insandır, əziyyəti varsa, nəzərə alsın, qərar verməyə tələsməsin. Lakin bildirib ki, notariusda heç bir sənəd qala bilməz, çox güman ki, əks tərəf öz adına keçirib. Alisa xanım onun sözləri ilə razılaşmayıb, emosional qadın olduğu üçün tez özündən çıxardı. Ondan kömək istədiyini, cavabdehlə vəkillik etməyini istəmədiyini, cavabdehlərə sağlığında sənədi öz adlarına keçirmələri üçün hədiyyə etmədiyini bildirib. Sonra müqaviləsi ilə tanış olub və tam mahiyyətin ona izah edib. Buna etiraz edərək bildirib ki, evi onların adına keçə bilməz, bu barədə ona bir kəlmə belə deyilməyib, müqavilə isə rus dilində tərtib edilməyib ki, özü oxuyub hər bir şeyi anlasınş. Sadəcə onun kimi rus olduqları üçün və maddi yardım etdikləri üçün onlara güvənib və bütün sənədlərə imza çəkib. Sonradan güvənməklə səhv etdiyini və aldadıldığını anlayıb. Ondan onların pulların qaytarıb, müqaviləni ləğv edib və evi geri qaytarmaq üçün köməklik göstərməyini, onu tək qoymamağını xahiş edib. Ona bildirib ki, narahat olmasın, bütün qida məhsulları ilə, ürəyi istədiyi hər bir şeyi təmin edəcək və onu tək qoymayacaq. Zamanla gərginliyin artdığını görüb. Alisa xanıma dayaq yoxdur, heç bir çətinliyi ilə maraqlanmaq istəmirlər və Alisa xanımın sözlərində həqiqət var. Cavabdeh və anası tərəfindən xərclərin çox olduğu bəhanə gətirilib, gah pensiya kartına görə təzyiq göstərilirdi, gah da qayğı, dəstək əvəzinə psixoloji təzyiqlər və hörmətsizlik nümayiş etdirilib, bundan sonra heç bir insani münasibətlərin olmayacağı barədə xəbərdarlıqlar edilirdi. Öhdəliyi olan xırda təmir işlərin belə başdan ediblər, məcbur olub özü təmir-bərpa işlərin təşkilini həyata keçirib, pəncərə, soyuducu və digər təmir işləri icra edib. İnternet və TV xidmətlərinin ödənişlərindən də yayınıb, onu da Alisa xanımın üzərinə qoyublar ki, bu sonun əyləncə maraqları olduğu üçün ödənişi də özü etməlidir. Yalnız dərman pulu göndərilib. Müqavilə ilə tərəflərin üzərinə qoyulan vəzifə və öhdəliklər vaxtında və tam həcmdə yerinə yetirilməli, davamlı xarakter daşımalıdır. Renta müqaviləsinin qüvvədə olma müddəti ərzində renta borclusu öz vəzifəsini müntəzəm və mütəmadi olaraq yerinə yetirməyə borcludur. Renta müqaviləsi öz hüquqi təbiətinə görə birtərəfli müqavilə olduğuna görə renta alan yalnız hüquqa malikdir. O, müqavilə üzrə vəzifə daşımır. Renta müqaviləsi üzrə vəzifəni yalnız renta ödəyicisi daşıyır. Renta alandan fərqli olaraq o, müqavilə üzrə hüquqa malik deyil. Bu, renta müqaviləsinin birtərəfli olması ilə izah edilir. Renta ödəyicisinin vəzifələrini yerinə yetirməməsi renta alana müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ da verir. Əlavə olaraq qeyd edir ki, renta müqaviləsindən fərqli olaraq Alisa xanımın milliyətcə rus olmağı nəzərə alınaraq, notarius tərəfindən onunla öncədən söhbət aparılıb, bu söhbət zamanı onun Azərbaycan dilini çox zəif bilməsi, latın qrafikasının ümumiyyətlə bilməməsi, vəsiyyətnamənin onun öz dilində (rus dilində) yazdırması üçün şərait yaradılmasına səbəb olub. Halbuki renta da mütləq səkildə notarius tərəfindən Azərbaycan dili ilə yanaşı, rus dilində də tərtib edilməliydi. Mübahisələndirilən müqavilədə renta ödəyicisinin cəmi 3 bənddən ibarət əsas öhdəlikləri müəyyən olunub ki, onların da icrası vaxt baxımından davamlı xarakter daşımayıb. Belə ki, müqavilədə öhdəliklərin birinci bəndində birbaşa nəzərdə tutulan “Renta alana qulluq etmək, müalicə etdirmək, bunula bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək” kimi hərəkətləri renta ödəyicisi 2022-ci il boyu renta alana şəxsən qulluq etməsə də, qida məhsulları və zəruri dərman vasitələri ilə təmin edib. Lakin bu öhdəliklərin yerinə yetirilməsi müddəti çox qısa olub, cəmi bir il çəkib və növbəti illərdə azalan xətt üzrə davam edib. Artıq 2023-cü ilin fevral ayından renta ödəyicisi olan Cavabdeh müalicə, qida məhsulları və dərman vasitələri ilə bağlı nəzərdə tutulan öhdəliklərini renta alan İddiaçı daha çox alış-verişdə istifadə olunan “Kapital Bank”a məxsus plastik bank kartı verməklə əvəzləyib və hər ay həmin kartın hesabına “renta alan ilə razılaşdırmadan” dəqiq və müəyyən bir məbləğ yox, öz şəxsi mülahizəsindən və istəyindən asılı olaraq, hər ay üçün dəyişən 200-400 aralığında pul məbləği yükləməklə icra etmiş hesab edib. Halbuki, Alisa xanımın yaşlı və köməksiz olduğunu və daima müalicəyə ehtiyaclı biri kimi olduğunu unutmaq olmaz. Digər tərəfdən, müqavilədə öhdəliklərin ikinci bəndində nəzərdə tutulan “Mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək” öhdəliklərinə nəzər saldıqda, icrası çox sadə olan bu öhdəlikləri də 2 il ərzində axıra kimi yerinə yetirilməyib və az öncə yuxarıda göstərilən qida və dərman vasitələri alınması üçün renta alanın kart hesabına yüklənən pula daxil edilib. Kommunal xərclər dedikdə, bura qaz təchizatı, elektrik enerjisi, su təchizatı, istilik enerjisi istifadəsinə görə xərclər, o cümlədən evdə mövcud olan stasionar telefon və internet şəbəkəsindən istifadəyə görə xərclər başa düşülür. Məlumdur ki, mənzilin istifadəsinə görə kommunal ödənişlərin illər üzrə tariflərində ölkə üzrə iqtisadi göstəricilərə uyğun olaraq daima dəyişiklik olunduğunu, eyni zamanda təqvim ilinin fəsillərinə müvafiq olaraq vətəndaşların işıq, qaz və istilik enerjisinin və su istehlakının həcminin dəyişməsi də baş verir. Belə ki, qış aylarında yuxarıda göstərilən kommunal xərclərin məbləğində əhəmiyyətli dərəcədə artım baş verir. “Mənzilin istifadəsinə görə digər xərcləri ödəmək” kimi öhdəlik isə bu müddət ərzində ümumiyyətlə yerinə yetirilməyib. Mənzilin istifadəsinə görə digər xərclər dedikdə, həmin mənzilin yaşayışa yararlı vəziyyətdə saxlanması üçün həmin mənzilin cari və ya əsaslı təmiri, mənzildə mövcud və istifadə olunan kommunikasiya xətlərinin yenisi ilə əvəz olunması baş verməyib. Qeyd edir ki, 2024-cü ilin mart ayından Alisa xanımın həyatda olduğu son günə kimi həftədə 3-4 dəfə olmaqla bütün yemək (qida) ehtiyaclarını, ürəyi istədiyi hər bir şeyi evində ailəsi hazırlayıb. Ehtiyac olduqca bütün xəstəxanalara və həkim qəbullarına da o və övladları aparıblar. Əlavə olaraq bütün bazarlıqlarını edib, kommunal və təmir xərclərin ödəyib, tibbi ləvazimat ehtiyacları ilə də təmin edib. Alisa xanım əməliyyat olunanda 3 gün xəstəxanada özü və ailəsi qulluğunda durub, onun rəfiqələri də təsdiq edə bilər. Onkoloji və şəkər xəstəsi olduğu üçün göz əməliyyatı və ondan sonrakı bərpası çox ağır keçib. Sübut olaraq əməliyyat kağızının surətin təqdim edəcək. Əlavə edir ki, Alisa xanım heyvansevər olduğu üçün məhlədəki pişiklərin böyük əksəriyyətini qida ehtiyacları ilə təmin edirdi, həm də özü evdə ev heyvanı saxladığı üçün, öz pensiyasın əhəmiyyətli hissəsin onların qida və digər təminat xərclərinə sərf edirdi, bu onun hobbisi idi. Əlavə edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) 3 saylı Bakı Dost Mərkəzi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada evdə (səyyar) sosial xidmətlər göstərilib (əsasən mənzil daxili təmizlik işləri). Sübut olaraq sənədin surətin təqdim edəcək. 2024-cü ilin mart ayından sonra cavabdeh tərəf 1 dəfə də olsun, gəlib Alisa xanımın qapısın açmayıb, yalnız ayda 1 dəfə kartına pul köçürüb və qəbzi “WhatsApp” tətbiqi ilə göndərməklə kifayətlənib, halbuki, blok qonşusu olaraq, minimum öhdəlik kimi hər gün ondan xəbər tutmalı və gündəlik qida tələbatı ilə təmin etməli idi. 2024-cü ilin noyabr ayından sonra isə 2025-ci ilin mayına kimi cavabdeh tərəfindən ümumiyyətlə 1 manat belə yardım edilməyib. Nəzərə alınsa ki, onkoloji xəstələrin son 6 ayı daha ağır keçdiyi üçün, gündəlik qida tələbatı və standart dərmanlarından əlavə olaraq, həkim reseptləri ilə yazılmış kimyaterapiya üçün xüsusi “Kapeda” həbləri (qəbulu gündə 4-6 dəfə olmaqla, 120-lik həb qutusu apteklərdən asılı olaraq təxmini 135-200 AZN civarında olurdu), əlavə olaraq ağır dərmanların fəsadlarına qarşı xüsusi nevroloji təyinatlı “Gabaqamma” həbləri (xüsusi olaraq 3 möhürlü qəbzlə verilirdi və Səhiyyə Nazirliyinin qərarına əsasən dərman alınarkən, resepti aptekə təhvil verilirdi), xüsusi reseptli ağrıkəsicilər, onkoloji xəstələr üçün olan qida əlavəsi hesab edilən “Nutrien” 200ml (gündə 2 qutu qəbul edilirdi, Milli Onkologiya Mərkəzinin aptekində 6 AZN, digər apteklərdən alınarkən 8-10 AZN civarında) və əlavə olaraq vitamin və mineral kompleksli məhlul hesab edilən Powermix 10 ml (gündə 2 flakon qəbul edilirdi, 1 flakonun dəyəri 4 AZN civarında) kimi ləvazimatlarla təmin edib. Mövcud resept və qəbzlərin bir hissə surətləri məhkəməyə təqdim ediləcəkdir. Son bir ay - bir ay yarım da isə sutka ərzində (bəzən hətta gecə yarısı və ya səhər 5-6 radələrində) ən azı 2-3 dəfə Respublika Təcili və X8 Mərkəzinin "103" Çağrı xidmətinə onun mobil nömrəsi ilə çağırış edilib. Çağırışa gələn həkim heyətləri də təsdiq edəcək ki, cavabdeh tərəf 1 dəfə də olsun çağırış etməyib və o mənzildə olmayıb. Bunu görən cavabdeh tərəflər bir dəfə də olsun gəlib qapını döyüb, maraqlanmayıblar. Bu Alisa xanıma qarşı olan hörmətsizlik, vecsizlik və qayğısızlığın təcəssümüdür. Əlavə olaraq ona son 3 ayda baxıcı qadında tutub. Qeyd edir ki, cavabdeh tərəfə pulunu qaytarmağa hazır olduğunu bildirəndə, ondan 30000 (otuz min) AZN pul istəyib. Lakin Alisa xanım buna etiraz edərək bildirirdi ki, bütün xərcləri yazıb və ümumi məbləğ 12000 (on iki min) manata yaxındır. Son vaxtlar Alisa xanımın vəziyyəti daha da kəskinləşirdi və istəyirdi ki, nə qədər həyatdadır tərəfləri barışdırsın, Alisa xanımın sənədlərin qaytarsın və cavabdehin ziyanını ödəsin. Svetlana xanıma təklif edib ki, onun istədiyini versin, əvəzində Alisa xanımın sənədlərin qaytarsın. Svetlana xanım bir müddət, gah onun zənglərinə cavab verməyib, gah da nömrəsini söndürüb. Sübut olaraq öz mobil telefonunda ona etdiyi zənglərin sayın göstərə bilər. Görəndə ki, o, əl çəkmir, yeni bir bəhanə tapıb bildirib ki, ondan əlavə anasına da 30000 (otuz min) manat hazırlasln, Alisa xanımı isə görmək belə istəmir. Bir daha əmin olub ki, bu insanların əvvəldən niyyəti xeyirxahlıq və mərhəmət deyil, məhz mənzili mənimsəyib, sonra isə öz istədikləri qayda və şərtləri tətbiq etmək olub. Əlavə olaraq bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində ağır 4-cü dərəcəli ağciyər xərçəngi (Milli Onkologiya Mərkəzində qeydiyyatda olan), İddiaçı dünyasın dəyişib. Ölüm hadisəsi evdə baş verdiyindən, Təcili və X8 (TTTY) çağırılıb, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqlənməsi barədə “xəbərdarlıq vərəqəsi” doldurulub və ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verilib. Həmin gecə Nizami rayon prokurorluğunun böyük köməkçisi Cavad Kürəbəyov gələrək bildirib ki, meyiti morqa göndərməlidir. Ona izah edib ki, xanım ağır xərçəng xəstəsidir, ölümün səbəbi məlumdur, qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsində də qeydiyyatdadır. Əgər ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib), o zaman Məhkəmə-Tibbi Ekspertiza və X7 göndərilməlidir. Əlavə olaraq bildirib ki, burada 3-cü şəxs qismində Cavabdeh da var və Alisa xanım ilə aralarında məhkəmə çəkişməsi davam edir. Ona vəsiyyət edib ki, onu Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda, 40 illik rəfiqəsinin yanında ayrılmış yerdə dəfn etsin və Svetlana xanım bu məsələyə müdaxilə etməsin, ona toxunmasın. Bunların hamısını Cavad Kürəbəyova bildirib və ona deyib ki, ona güvənsin, 1-ci gün gəlsin, xanımı apararaq dəfn eləsin. Polislərin köməyi nəticəsində cənazə avtomobili ilə meyiti Məhkəmə-Tibbi Ekspertiza və X7 təhvil veriblər. Zənglərinə cavab verməyən Svetlana xanım həmin gecə gəlib ki, açarlar verilsin, ev onundur. xx.xx.2025-ci il tarixdə səhər saat 09 radələrində Nizami rayon prokurorluğunun inzibati binasına yaxınlaşıb, vəsiyyətnamə və baş etibarnamənin nüsxəsin təqdim edib. Cavad Kürəbəyov ona bildirib ki, Svetlana xanımın renta müqaviləsi olduğu üçün o dəfn etməyə borcludur, əlavə olaraq Alisa xanımın ona qarşı verdiyi iddia məhkəmə tərəfindən rədd edilib. İddia ərizəsi düzgün tərtib edilmədiyindən, qətnamədə iddia müddəti ötürülməsi göstərildiyindən ona yeni iddia ərizəsinin düzgün formada tərtib edilməsi, müqavilənin etibarsız hesab edilməsi deyil, ləğv edilməsi iddiasının verilməsi izah edilib, sonradan icraata qəbul edilib. Hazırda məhkəmədə icraatdadır. Bunu, Cavad Kürəbəyov bir hüquqşünas kimi anlaya bilməyib. Sonradan səbəbsiz yerə onu 6-7 saat Nizami rayon prokurorluğunun həyətində saxlayıb bildirib ki, birgə mənzilə getməlidirlər və oranı yerbəyer edib evi Svetlana xanıma təhvil verməlidirlər. Əvvəlcə ona sərt etirazını bildirib, lakin sonradan özü ilə əlavə 1 nəfər də götürüb mənzilə getməli olduqlarını və qanunun bunu tələb etdiyini bildirib. Oraya Svetlana xanımı dəvət edib ona deyib ki, mənzilin açarların ona təhvil verməlidir və vəsiyyətnaməsi olduğu üçün bir neçə günə təcili evin bütün əşyaların oradan çıxarıb, evi boşaltmalıdır, bir növ üzərinə öhdəlik qoymağa çalışdı. X12 təkidi ilə məcbur təhvil versə də, evdə mebel və məişət avadanlıqları çox olduğu üçün və bunlara ehtiyacı olmadığı üçün əşyaları çıxarmayıb. Sonradan ərazi üzrə bölmənin sahə rəisinin əli ilə bunu etmək istəsə də, 102 xidmətinə şikayət etdikdən sonra, onu daha narahat etməyiblər. X17 zənglərinə cavab verməyib. Ona mesaj da yazıb və telefonunun yaddaşındadır. Nə vaxtdan prokurorluq əməkdaşı məhkəmə işinə müdaxilə edib, iddiaçı və cavabdeh arasında münasibətləri tənzimləmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra xidmətinin səlahiyyətlərini mənimsəyib fəaliyyət göstərir?! Məhkəmə qərarı olmadan kim ona icazə verib ki, evin boşaldılıb təhvil verilməsi öhdəliyin vətəndaşın üzərinə qoysun?! və ən əsası, mərhum qadını vəsiyyət etdiyi yerdə torpağa tapşırmağa imkan verməyib, onunla düşmən münasibətdə olduğu şəxsə təhvil verib. 2025-ci ilin iyun ayında Elməddin adlı şəxs tərəfindən ona zəng gəlib, özünü Svetlana xanımın nişanlısı kimi təqdim edib, bu işdə nəticənin olmayacağını bilib, məhkəməni varis kimi davam etdirməyin əhəmiyyətsiz olduğuna onu inandırmağa çalışıb və bunu çıxarışın artıq Svetlana xanımın adında olması ilə əsaslandırıb. Görünür bu şəxs, ədalət mühakiməsini həyata keçirən, haqqın, ədalətin təntənə çalmasına xidmət edən, dövlətin ali hakimiyyət orqanı olan məhkəmə haqqında heç bir təsəvvürü yoxdur. Mübahisə üzrə cavabdeh tərəf isə baş verən bütün pozuntuları gizlətmək və onlara qanuni don geyindirmək üçün müxtəlif vasitələrdən istifadə etməsi də göz qabağındadır. Cavabdeh əvvəlcə 30000 AZN, sonra isə anası ilə birgə 60000 AZN istəməsi çox əsassız bir amildir. Alisa xanımın bütün xərcləri qeyd etdiyi öz əlyazmalarından (surəti təqdim ediləcək) və karta köçürülən orta aylıq hesabdan açıq-aşkar görünür ki, ümumi hesab 11000-12000 AZNdir. Bir yaşlı qadına 2 il ərzində 30000 və daha yüksək məbləğdə pul xərcləmək real deyil və nəzərə alınmalıdır ki, xəstə qadının xərcləri son 8-10 ayda daha yüksək olub və bu da onun üzərinə düşüb. Ancaq sonradan cavabdehin anası ilə birləşib 60000 manatadək pul istəməsi və heç bir tutarlı səbəb göstərməməsi, bu şəxslərin növbəti dəfə ilkin niyyətlərinin nə olduğunun aşkar edilməsi ilə nəticələnib. Ədalətli insan xərclədiyi pulu geri istəyib, sülh ilə bu işi bitirərdi. Lakin xərclədiyi puldan qat-qat daha çox pul istəyib işi uzatmaq ondan xəbər verir ki, cavabdeh şəxs əvvəldən evi ələ keçirib və onu özündə saxlamaq məqsədi güdüb. Bu isə müqavilənin ümumi mahiyyətinə ziddir. Yekun olaraq bildirir ki, yuxarıda göstərilən bütün bu hallar renta ödəyicisi olan Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərin məzmununu birtərəfli qaydada dəyişməsi və özünə uyğunlaşdırılması, müqavilədən irəli gələnlərə əsasən şəxsən özü tərəfindən icra olunmalı olan hərəkətləri bank kartına yüklənən pul ilə əvəzləşdirərək bitmiş hesab etməsi, əlavə olaraq xərclərin çox olmasını bəhanə gətirərək pensiya kartının tələb edilməsi, müqavilənin iddiaçıya tam, geniş və hərtərəfli izah edilməməsi (müqavilə rus dilində tərtib edilmədiyindən), satınalma qiymətinin sıfır təyin edilməsi və digər məqamlar əqdin ləğvinə səbəb olan əhəmiyyətli pozuntulardır. Cavabdeh tərəfin sübutlarla təqdim edəcəyi bütün xərcləri qaytarmağa hazırdır.
19. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı Geogiyevna “renta müqaviləsinin ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış ömürlük renta müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzilin sonuncuya qaytarılmasına və onun adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehin (renta ödəyicisi) çəkdiyi bütün xərclərin ondan tutulmasına heç bir etirazının olmayacağını nəzərə alınmasını xahiş edib. Daha sonra tərəflərindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə maneçiliyin törədilməsi ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qadağan edilməsi xahiş edilib. İddiaçı məhkəməyə sözü gedən iddia tələbi ilə müraciət etsə də, onun təqdim etdiyi iddia ərizəsi bir sıra ziddiyyətlərlə dolu olduğu üçün məhkəmənin hazırlıq iclasında təqdim etdiyi faktları və sübutları bir daha diqqətə çatdırıb aşağıdakı ümumiləşdirməni aparır. Belə ki, qeyd olunan mübahisə üzrə iddiaçının müqavilə üzrə təqdim etdiyi faktlar tamamilə əsassızdır. Hansı ki, onların təqdim etdiyi və qeyd edəcəyi sübutlara əsasən tərəflərindən renta müqaviləsinin şərtləri tamamilə yerinə yetirilib. Belə ki, Cavabdeh iş adamı olaraq bütün günü mərhum Alisanın yanında qala bilməzdi. İddiaçıda sözügedən xəstəliyin aşkar olunmasında onun anasının əvəzsiz rolu olub, hansı ki, Cavabdeh öz hesabına iddiaçını dəfələrlə həkimə aparıb. İddiaçının pensiya məbləği aşağı olub. Heç nəyə gücü çatmayıb. Tək və kimsəsiz olduğu üçün təmənnasız ona kömək edilib. İddiaçı Cavabdeh ilə aralarında olan tanışlığa əsasən deyib ki, “siz mənə baxın, mən isə evi bunun əvəzində adınıza keçirəcəyəm”. Bütün bunların qarşılığında Svetlana xanım iddiaçının kartına dəfələrlə 250, 300, 340, 350 manat pul (bütün qəbzlər ərizəyə əlavə olunur) göndərib, bazarlığını edib. Aralarında heç bir mübahisə olmayıb. Əvvəl münasibətləri çox yaxşı olub və Cavabdeh üzərinə düşən öhdəliklərini vaxtı-vaxtında yerinə yetirib. 2024-cü ilin dekabr ayına qədər iddiaçıya aid olan bütün xərclərini ödəyib. Kommunal xərcləri, şüa terapiya nəticəsində əmələ gələn xəstəliklə bağlı ödənişləri tam ödəyibr. Hətta iddiaçıya telefon və digər hədiyyələr də alıb. Bunlarla bağlı ödəniş qəbzləri mövcuddur. Bütün ödəniş qəbzləri ərizəyə əlavə olunur. Hanı ki, ödəniş qəbzlərinə baxdıqda xərclənən vəsaitlərin miqdarına aydın görünür ki, Cavabdeh renta müqaviləsi üzərinə götürdüyü bütün şərtləri tam şəkildə yerinə yetirib. Bir daha tərəflər arasında bağlanmış ömürlük renta müqaviləsinin 4-cü bəndinə diqqət yetirirlsə görünür ki, İddiaçı - renta alan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m, yaşayış sahəsi 16,22 kv.m olan 1(bir) otaqlı mülkiyyətində olan mənzilini renta ödəyicisi - Cavabdeh mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə renta ödəyicisinin öhdəlikləri aşağdaki kimi müəyyən edilir: 1. Renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; 2. Mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; 3. Renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək. Müqavilə bağlandıqdan sonra renta ödəyicisi Cavabdeh müqavilə üzrə öz üzərinə düşən bütün öhdəlikləri icra edib. Renta müqaviləsində yalnız müayinə və müalicə ilə bağlı qida məhsularını və zəruri dərmanlarına alınması nəzərdə tutulmasına baxmayaraq, Cavabdeh könüllü olaraq hər dəfə evə lazım olan bazarlığı edibr, qida məhsulların ən yaxşısı ilə iddiaçını təmin edib, müalicə üçün lazım olan dərmanlardan başqa könüllü olaraq iddiaçının immunitetini gücləndirəcək vitaminlər, ayaqlarını isti saxlacaq termocorablar (qiyməti 119 manat), istifadə etmək üçün yeni mobil telefon alıb, İddiaçı hər dəfə iynə vurdurmaq üçün onun evinə tibb bacısını dəvət edibr. Bütün bunlardan əlavə, Cavabdeh İddiaçı hər ay şəxsi ehtiyaclarına xərcləmək üçün 300-400 manat məbləğində pul verib. Beləliklə, Cavabdeh Georgiyevna iddiaçının müalicəsi və dərmanları üçün pul xərcləməsini, kommunal xidmətlər üzrə ödənişlər etməsini, lazımi qida məhsullarını almasını, bundan əlavə İddiaçı 300-400 manat məbləğində pulun verilməsini nəzərə alınsa, hər ay həmin məbləğ 1000 (bir min) manata yaxın olubr. İlk əvvəl qeyd edilən məbləğ 300-400 manat hər ay iddiaçıya şəxsən verilib, 2023-cü ilin yanvar alından isə iddiaçının adına bank kartı açaraq həmin karta köçürülüb. Göründüyü kimi Cavabdeh məhkəmə mübahisənin başlandığı günə qədər nəinki üzərinə düşən öhdəlikləri, hətta əlavə öhdəlikləri də icra edib. Hansı ki, ərizə əlvə etdiyi fotodan da görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində mərhum Alisa xanıma hədiyyə telefon da alıb. Mərhumun dərman xərcləri üçün zəruri olan bütün ödənişlər edilib. Bütün ödənişlərin qəbzləri ərizəyə əlavə olunur. Lakin burada xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, məhkəməyə iddia ərizəsi daxil olduğu gündən İddiaçı Konstantinovna qəsdən öz adına olan kartı isə deaktiv edib və bununla da iddiaçı renta müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə ona maneəçilik törədib. Bundan əlavə, İddiaçı onun adına açılmış bank kartını qəsdən bloklayıb və bütün münasibətləri kəsib ki, Cavabdeh onun üzərinə düşən öhdəlikləri, yəni renta müqaviləsinin 1-ci və 2- ci bəndinin şərtlərini yerinə yetirə bilməsin. Lakin iddiaçı bütün bunlara baxmayaraq əlavə olunan sübutlardan da göründüyü kimi üzərinə düşdüyündən də artığını edib, baxmayaraq ki, qarşı tərəf müqavilənin yerinə yetirilmə şərtləri cəhdləri olub. Həmçinin qeyd edir ki, hələ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Məkhəməsinə "renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025- ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Həmin qətnamə qəbul edildikdən sonra Cavabdeh bir neçə dəfə İddiaçı barışıq təklif edib və renta müqaviləsi üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün səy göstərib. Lakin buna bamayaraq, İddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərini yerinə yetirməyə maneəçilik törədib, lakin sonda buna nail olmayıb. Hazırda iddiaçı statusunda olan Mirzəyev Tahirə münasibətdə digər bir məqamı da qeyd etmək vacibdir. Belə ki, ilk məhkəmə iclası zamanı şahid qismində çıxış edən Mirzəyev Tahir iclasda açıq şəkildə bildirib ki, o, Cavabdeh renta müqaviləsindən imtina etməsi üçün pul ödəməyə hazırdır və bu ödənişi də guya İddiaçı məxsus mənzili satmaqla həyata keçirəcəkdir. 2(007)-473/2025 saylı iş üzrə məhkəmənin “Bəs, müqavilə ləğv ediləcəyi təqdirdə, iddiaçı Alisa harada yaşayacaq?” sualına Mirzəyev Tahir cavab verib ki, guya o, özü ilə birlikdə onların evində yaşayacaqdır. Bu açıqlama məhkəmədə haqlı təəccüb doğurub. Eyni zamanda Mirzəyev Tahir son dərəcə əsəbi davranıb, kobud ifadələr işlədib, məhkəmədə səsini qaldırıb. Məhkəmə isə ona bir sıra dəqiqləşdirici və həm də ifşaedici suallar verib, onun İddiaçı kim olduğu, niyə üç il ərzində onun yanında olmadığı, yalnız məhkəmə prosesi başladıqdan sonra ortaya çıxması səbəbləri barədə suallar verib. Bu suallar birbaşa və dolayı yolla şahidin yalnız merkantil məqsədlərlə hərəkət etdiyini göstərib. Onun emosional reaksiyası nəticəsində məhkəmə Mirzəyev Tahirdən məhkəmə zalını tərk etməyi tələb edib. Sonradan məlum olub ki, 2025-ci ilin fevral ayında, yəni iş məhkəmədə baxıldığı dövrdə İddiaçı Mirzəyev Tahirin xeyrinə notariat qaydasında bağışlama (etibarnamə) tərtib edib. Həmin sənədə əsasən, onun ölüm anında qalan bütün əmlakı harada olursa-olsun Mirzəyev Tahirə keçməli idi. Halbuki, faktiki olaraq istinad edilən mənzil İddiaçı mülkiyyətində deyil, çünki 2022-ci ilin yanvar ayında bağlanmış renta müqaviləsinə əsasən, həmin mənzil artıq Cavabdeh adına rəsmiləşdirilib. Vərəsəlik (bağışlamanın) tərtib edildiyi dövrdə İddiaçı yalnız ev əşyaları və məişət avadanlıqları üzərində mülkiyyət hüququ olub, lakin mənzilin özü yox. Beləliklə, Mirzəyev Tahirin mənzili əldə etməsi üçün yeganə yol renta müqaviləsinin ləğv edilməsinə nail olmaq idi ki, bundan sonra mənzil avtomatik olaraq həmin bağışlama əsasında ona keçsin. Əslində bu, qanuni sahibindən mənzili aldatma yolu ilə almaq cəhdi idi. Daha da əhəmiyyətlisi, İddiaçı iddiası təmin olunmadıqdan sonra Mirzəyev Tahir Cavabdeh renta müqaviləsindən imtina etməsi üçün 20000–30000 manat məbləğində pul təklif edib. Göründüyü kimi, ilk məhkəmə iclasında şahid qismində çıxış edən Mirzəyev Tahir açıq şəkildə bildirib ki, guya mənzili satmaqla cavabdehə pul ödəyəcək və onu renta müqaviləsindən imtina etdirməyə çalışacaq. Məhkəmə tərəfindən verilən suallara aqressiv və kobud cavab verib, səsini qaldıraraq məhkəmə zalını tərk etməsi tələb olunub. Bu fakt bir daha göstərir ki, Mirzəyev Tahir məhkəmədə “şahid” qismində çıxış etsə də, əslində bilavasitə maraqlı tərəf olub və mövqeyini gizlədərək məhkəməni aldatmağa cəhd edib. Onun hərəkətlərində açıq-aşkar merkantil məqsədlər dayanıb. Hətta iddia rədd edildikdən sonra belə cavabdehə 20000– 30000 manat manat təklif edərək, onu renta müqaviləsindən imtina etməyə vadar etməyə çalışıb. Əlavə olaraq, İddiaçı vəfatı günü cavabdeh dəfnlə məşğul olduğu bir vaxtda prokurorluq əməkdaşlarının iştirakı ilə Mirzəyev Tahir mərhumun evindən mobil telefon, noutbuk və digər qiymətli əşyaları aparıb. Bu fakt rəsmi aktla təsdiqlənib. Sonradan da o, soyuducu və digər əşyaları çıxarıb, yalnız köhnə mebel qalıb ki, bundan da imtina etdiyini yazılı şəkildə bildirib. Bununla belə, yenidən məhkəməyə müraciət edərək, işi bərpa etdirməyə çalışıb. Yuxarıda göstərilənlərə və təqdim olunmuş sübutlara əsasən, Cavabdeh renta müqaviləsi üzrə bütün öhdəlikləri tam icra etdiyi, Mirzəyev Tahirin isə məhkəməni aldatmağa çalışaraq şahi qismində çıxış etdiyi halda əslində bilavasitə maraqlı tərəf olduğu sübut olunduğuna görə, hazırda məhkəmə mübahisəsinin kimin maraqları müqabilində mövcud olduğu hava-su kimi aydındır. Hazırki məhkəmə prosesi birbaşa Mirzəyev Tahirin maddi nemətləri vicdansızcasına almaq niyyətinin üzərində qurulub. Qeyd edir ki, xx.xx.2025-ci il tarixində İddiaçı vəfat etdikdən sonra Cavabdeh aralarında olan renta müqaviləsinə uyğun olaraq sonuncu öhdəliyi olan mərhumun dəfn xərclərini də qarşılayıb, bu faktı təsdiq edən Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı ərizəyə əlavə olunur. Göründüyü kimi Cavabdeh renta müqaviləsi üzrə bütün öhdəliklərini - Renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; Mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; Renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək öhdəliklərini tam şəkildə yerinə yetirib. Ona görə də, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtləri yerinə yetirilmiş (icra edilmiş) hesab edilməlidir. Göründüyü kimi Cavabdeh müqavilənin tərəfi olaraq o qədər vicdanlı tərəf olub ki, hətta mərhum rəhmətə getdikdən sonra, baxmayaraq ki, o üçüncü şəxslər tərəfindən məqsədli şəkildə öyrədilirək, maneçilik cəhdləri olub, müqavilənini sonuncu şərtini də yerinə yetirib. Həmçinin, X16 renta müqaviləsinin tərəfi olmadığından o, həmin müqaviləsinin ləğv edilməsini tələb edə bilməz. Onun subyektiv hüququ yoxdur.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 864.1-ci maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür; 864.2-ci maddəsinə görə renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir; 879.1-ci maddəsinə əsasən renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər; 879.2-ci maddəsinə əsasən əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər.
İşin faktiki halı:
23. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, renta alan İddiaçı ilə renta ödəyicisi Cavabdeh arasında bağlanmış Bakı şəhər 30 saylı Notariat Ofisində təsdiqlənmiş 26.01,2022-ci il tarixli 4Ə-14 reyestr nömrəli renta müqaviləsinə əsasən renta alan ünvan 4 ünvanında yerləşən əmlakını ömürlük renta üçün renta ödəyicisinin mülkiyyətinə pulsuz verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən:renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək renta ödəyicisinin öhdəlikləridir. Müqavilənin 8-ci bəndinə əsasən: renta müqaviləsi təsdiq olunduqdan sonra renta alan daşınmaz əmlaka aid sənədləri renta ödəyicisinə verməyə borcludur. Müqavilənin 19-cu bəndinə əsasən: müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane olan bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirirlər. Hazırda iddiaçı xx.xx.2022-cı il tarixində Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış ömürlük renta müqaviləsinin ləğv edilməsi, müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzilin sonuncuya qaytarılmasına və onun adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılmasını xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, onun tərəfindən xx.xx.2022ci il tarixli renta müqaviləsinin şərtlərinin tam şəkildə yerinə yetirilmiş (icra edilmiş) hesab edilməsi, mənzildə olan əşyaların çıxarılması xahiş etmişdir. İddiaçı məhkəmə araşdırması davam edən zaman, yəni xx.xx.2025-ci il tarixdə vəfat edib və onun hüquqi varisi kimi X9 mülki işə cəlb edilib.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin iddia təmin edilməməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir.
25. Məhkəmə ilk öncə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Elnur X2 tərəfindən renta müqaviləsinin mübahisələndirmək səlahiyyətinin olmadığını bildirmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, hazırda ilkin iddia İddiaçı tərəfindən qaldırılmış, lakin xx.xx.2025-ci ildə ölümündən sonra X9 iddiaçı kimi deyil, mərhumun hüquqi varisi kimi işə cəlb edilmişdir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
27. Bu səbəbdən məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 həmin dəlillərini əsassız hesab edir.
28. Mülki qanunvericiliyə əsasən müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir.
29. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).
30. İşin faktiki hallarından müəyyən olunur ki, burada, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin müqavilə öhdəliklərinə əməl etməməklə müqavilənin şərtlərini pozduğunu əsas gətirməklə, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının ərizəsində göstərdiyi hallar sübuta yetirilməmiş, cavabdehin renta ödəyicisi kimi ömürlük renta müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozması hallarına yol verməsi hazırki araşdırma zamanı öz təsdiqini tapmamışdır, iddiaçı isə bunun əksini təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli renta müqaviləsinin: 4-cü bəndinə əsasən, renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək renta ödəyicisinin öhdəlikləridir. 16-cı bəndinə əsasən, bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, eləcə də ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.
31. Məhkəmə araşdırması zamanı Cavabdeh iddiaçının ərizəsində göstərdiklərinin həqiqətə uyğun olmadığını, qeyd olunan müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş öhdəliklərinə tam şəkildə əməl etdiyini, yəni iddiaçıya hər ay onun adına açılmış kartına pul köçürdüyünü, səhhətində problem yarandığı hallarda dəfələrlə iddiaçını həkimə apardığını, dərman preparatları alıdığını, evinə iynə vurulması üçün tibb bacısı göndərdiyini, o cümlədən mütəmadi olaraq iddiaçıya ərzaq aldığını və s. bildirmişdir. Qeyd edilməlidir ki, iddiaçı özü də iddia ərizəsində cavabdeh tərəfindən öhdəliklərin icra edildiyini, onun həkimə aparıldığını, kartına hər ay pul köçürüldüyünü etiraf etsə də, öhdəliklərin tam şəkildə icra edilmədiyini, zamanla cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməsində imtina olunduğunu, səhhətinin daha da pisləşdiriyini qeyd etmişdir. Məhkəmənin icraatında olmuş 2(007)-473/2025 iş üzrə izahat verənkən xx.xx.2022-ci ildən 2024-cü ilin mart ayınadək kommunal ödənişlərin cavabdeh tərəfindən edildiyini, 2023-cü ilin yay aylarına qədər müqavilənin tam şərtlərinə əməl edildiyini qeyd etmişdir.
32. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ilə xx.xx.2024-cü ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib və məhkəmənin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, həmin iddianın rədd edilməsi qət edilmişdir. Həmin iş üzrə araşdırma davam edən müddət ərzində renta müqaviəsinin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə həmin müddət ərzində tərəflər arasında məhkəmə mübahisəsinin olduğunu nəzərə alır. Belə ki, iddiaçı həmin müddət ərzində renta müqaviləsinin icra edilməsinə şərait yaratmamışdır. Həmin iş üzrə şahid kimi dindirilən və tərəflərin qonşuları olan X13, X5, X3 Svetlana Konstantinovna tərəfindən iddiaçıya kömək edildiyi, həkimə aparıldığı, ərzaq məhsulları ilə təmin edildiyi bildirilmişdir. Yəni tərəflər ilə qonşu olan adıçəkilən şəxslər cavabdeh tərəfindən iddiaçıya köməklik göstərildiyinin şahidi olublar.
33. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci ildə İddiaçı vəfat etdikdən sonra Cavabdeh tərəfindən onun dəfni həyata keçirilib.
34. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.
35. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Məhkəmə qeyd edir ki, renta müqaviləsinin ləğv edilməsinin mühüm şərti renta ödəyicisinin ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu anla əlaqələndirilir. Hansı ki, iddiaçı bu əhəmiyyətli dərəcədə pozuntunu təsdiq edəcək sübutunu təqdim edilməmiş, iddia tələbini əsaslandırmamışdır. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, renta müqaviləsinin tərəfi olan cavabdeh renta müqaviləsinin şərtlərinə, bundan irəli gələn öhdəliklərinə, onların yerinə yetirilməsinə əməl etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.
38. Həmçinin “müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə ona məxsus olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan 1 (bir) otaqlı mənzilin ona qaytarılması və adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılması” tələbi, ilkin tələbdən törəmə tələb olduğundan və ilkin hissədə iddia təmin edilmədiyindən digər hissələrdə də təmin edilməməlidir.
39. Məhkəmə qarşılıqlı iddianın “qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərinin tam şəkildə yerinə yetirilmiş (icra edilmiş) hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən hallarına əsasən renta müqaviləsinin tərəfi olan Cavabdeh tərəfindən renta müqaviləsinin şərtlərinə, bundan irəli gələn öhdəliklərinə, onların yerinə yetirilməsinə əməl edildiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə iddianı həmin hissədə əsaslı hesab edir.
40. Məhkəmə qarşılıqlı iddianın “Cavabdeh xx.xx.2022-ci il tarixli renta müqaviləsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzildən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 məxsus olan bir neçə ədəd qab-qacaq; bir ədəd modem; bir ədəd əl-üz yuyan; bir ədəd güzgü; bir ədəd kombi; bir ədəd duş; iki ədəd paspas; dörd ədəd dolab; bir ədəd böyük şkaf içi dolu əşyalarla; iki ədəd nalça; bir ədəd ev çəkməyi; bir ədəd yataq; iki ədəd şkaf; bir ədəd sərinkeş; bir ədəd dörd-gözlü şkaf; iki ədəd plastik qab; bir ədəd dəmir qab; bir ədəd zənbil; bir ədəd oyuncaq (mişqa); bir ədəd ütü üçün alət; bir ədəd televizor; dörd ədəd stol; bir ədəd ev xətti telefonu; altı ədəd stul; bir ədəd yataq, yastığı ilə birlikdə; bir ədəd uzadıcı; beş ədəd gül qabı; iki ədəd xalça; stul üzərində xırda əşyalar; bir ədəd divardan asılı foto; bir ədəd asma əşya qabı; bir ədəd stul üzərində xalça; bir ədəd divardan asılı saat; üç ədəd pərdə və digər xırda birdəfəlik istifadə olunan əşyaların çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh tərəfindən həmin ünvanda olan əşyaların fotoşəkilləri məhkəməyə təqdim edilmişdir.
41. Belə ki, İddiaçı tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən o, harada yerləşməsindən asılı olmayaraq ölüm anında onun mülkiyyətində olan ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı Tahir Mirzəyeva vəsiyyət etmişdir. İddiaçı edilən əşyalar isə İddiaçı məxsus olmaqla, onun ölümündən sonra Tahir Mirzəyevə miras qalmışdır. Tahir Mirzəyev məhkəməyə təqdim etdiyi mülahizədə mənzilin açarlarını təhvil versə də, mənzildə olan mebel və məişət avadanlıqları çox olduğu üçün və bunlara ehtiyacı olmadığı üçün əşyaları çıxarmadığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami rayon prokurorunun böyük köməkçisi Cavad Kürəbəyov tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mənzilin açarı renta müqaviləsi üzrə Cavabdeh təhvil verilməklə, həmin mənzildə olan əşyalar Tahir Mirzəyevə təhvil verilmişdir. Göründüyü kimi, mənzildə olan bir neçə əşya Tahir Mirzəyevə təhvil verilmiş, lakin qarşılıqlı iddia tələbində qeyd edilən əşyalar çıxarılmamışdır.
42. Məhkəmə qeyd edir ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan mənzil hazırda Cavabdeh mülkiyyətindədir.
43. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları).
44. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
45. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir.
46. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar.
47. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
49. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
50. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
51. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh İddiaçı ölümündən sonra X6 miras qalmış bir neçə ədəd qab-qacaq; bir ədəd modem; bir ədəd əl-üz yuyan; bir ədəd güzgü; bir ədəd kombi; bir ədəd duş; iki ədəd paspas; dörd ədəd dolab; bir ədəd böyük şkaf içi dolu əşyalarla; iki ədəd nalça; bir ədəd ev çəkməyi; bir ədəd yataq; iki ədəd şkaf; bir ədəd sərinkeş; bir ədəd dörd-gözlü şkaf; iki ədəd plastik qab; bir ədəd dəmir qab; bir ədəd zənbil; bir ədəd oyuncaq (mişqa); bir ədəd ütü üçün alət; bir ədəd televizor; dörd ədəd stol; bir ədəd ev xətti telefonu; altı ədəd stul; bir ədəd yataq, yastığı ilə birlikdə; bir ədəd uzadıcı; beş ədəd gül qabı; iki ədəd xalça; stul üzərində xırda əşyalar; bir ədəd divardan asılı foto; bir ədəd asma əşya qabı; bir ədəd stul üzərində xalça; bir ədəd divardan asılı saat; üç ədəd pərdə və digər xırda birdəfəlik istifadə olunan əşyalar xüsusi mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh məxsus olan mənzildədir. Bu səbəbdən iddiaçı həmin mənzildən maneəsiz istifadə edə bilmir və bununla da mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuş olur. Bu səbəbdən məhkəmə iddianı həmin hissədə də əsaslı hesab edir.
52. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əşyalarının adını özünə məlum olan adlarla təsvir etdiyindən, hazırda isə ərizəsinə dəqiqləşdirmə vermədiyindən qətnamədə həmin əmlakların adı ərizədə göstərilən qaydada ifadə edilməlidir.
Nəticə:
53. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı hüquqi varisi X4 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərinin tam şəkildə yerinə yetirilmiş-icra edilmiş hesab edilməli, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzildən qab-qacaqlar, bir ədəd modem, bir ədəd əl-üz yuyan, bir ədəd güzgü,bir ədəd kombi, bir ədəd duş, iki ədəd paspas, dörd ədəd dolab, bir ədəd böyük şkaf içi dolu əşyalarla,iki ədəd nalça, bir ədəd ev çəkməyi, bir ədəd yataq, iki ədəd şkaf, bir ədəd sərinkeş, bir ədəd dörd-gözlü şkaf, iki ədəd plastik qab, bir ədəd dəmir qab, bir ədəd zənbil, bir ədəd oyuncaq (mişqa), bir ədəd ütü üçün alət, bir ədəd televizor, dörd ədəd stol, bir ədəd ev xətti telefonu, altı ədəd stul, bir ədəd yastığı ilə birlikdə yataq, bir ədəd uzadıcı, beş ədəd gül qabı, iki ədəd xalça, stul üzərində xırda əşyalar, bir ədəd divardan asılı foto, bir ədəd asma əşya qabı, bir ədəd stul üzərində xalça, bir ədəd divardan asılı saat, üç ədəd pərdə və digər xırda birdəfəlik istifadə olunan əşyalar İddiaçı hüquqi varisi X9 tərəfindən çıxarılmalıdır.
54. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilmədiyindən və qarşılıqlı iddia üzrə iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu tərəflərə edilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı hüquqi varisi X4 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərinin tam şəkildə yerinə yetirilmiş-icra edilmiş hesab edilsin. Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzildən qab-qacaqlar, bir ədəd modem, bir ədəd əl-üz yuyan, bir ədəd güzgü,bir ədəd kombi, bir ədəd duş, iki ədəd paspas, dörd ədəd dolab, bir ədəd böyük şkaf içi dolu əşyalarla,iki ədəd nalça, bir ədəd ev çəkməyi, bir ədəd yataq, iki ədəd şkaf, bir ədəd sərinkeş, bir ədəd dörd-gözlü şkaf, iki ədəd plastik qab, bir ədəd dəmir qab, bir ədəd zənbil, bir ədəd oyuncaq (mişqa), bir ədəd ütü üçün alət, bir ədəd televizor, dörd ədəd stol, bir ədəd ev xətti telefonu, altı ədəd stul, bir ədəd yastığı ilə birlikdə yataq, bir ədəd uzadıcı, beş ədəd gül qabı, iki ədəd xalça, stul üzərində xırda əşyalar, bir ədəd divardan asılı foto, bir ədəd asma əşya qabı, bir ədəd stul üzərində xalça, bir ədəd divardan asılı saat, üç ədəd pərdə və digər xırda birdəfəlik istifadə olunan əşyalar İddiaçı hüquqi varisi X9 tərəfindən çıxarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva