Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1919/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.N97N-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. ünvan N ünvanında yaşayır. xx.xx.N989-xx.xx.NN-ci il tarixlərində Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. Ermənistan Respublikasının Azərbaycan Respublikasına əsassız ərazi iddiaları ilə bağlı başladığı müharibə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Ordusunun komplektləşdirilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon Hərbi Komisarlığının çağırışı ilə bağlı o, xx.xx.N2-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində müqavilə əsasında, şəxsi heyətin siyahılarına daxil edilərək və bütün növ təminatlarla təmin olunaraq manqa komandiri vəzifəsinə təmin edilmişdir. Xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə Komandirinin xx.xx.N2-ci il tarixli 7 №-li əmri ilə o, döyüş əməliyyatları bölgəsinə, Füzuli rayonuna ezam olunmuşdur. Bununla yanaşı Qubadlı rayonunun müdafiəsində də iştirak etmiş, lakin rəsmi qeydləri aparılmamışdır. Daha sonra xx.xx.N2-ci il tarixli 36 №-li əmri ilə N saylı hərbi hissənin şəxsi heyyətin siyahılarından çıxarılaq, bütün növ təminatlardan azad edilməsi və qeydiyyata durmaq üçün RHK-a göndərilmişdir. Lakin o, hərbi hissə komandirinin şəxsi təşəbbüsü ilə o dövr üçün hərbi kadırların çatışmazlığı ilə əlaqədar onu N saylı hərbi hissədə gənc çağırışçıların hərbi təlimlərinə rəhbərlik etmişdir. Qeyd edir ki, N5-ci ildə N saylı hərbi hissə komandirinin N №-li əmrilə ehtiyata buraxılmışdır. XN xx.xx.20N2-ci ildə “ürəyinin dayanması” səbəbindən vəfat etmişdir (əsas: AZ-İ № 572783 ölüm haqqında şəhadətnamə). Yuxarıda qeyd etdiyi kimi, xx.xx.N989-xx.xx.NN-ci il tarixlərində Sovet Ordusunda həqiqi hərbi xidmət keçmiş və Ermənistan Respublikasının Azərbaycan Respublikasına əsassız ərazi iddiaları ilə bağlı başladığı müharibə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Ordusunun komplektləşdirilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon Hərbi Komisarlığının çağırışı ilə bağlı xx.xx.N2-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsində müqavilə əsasında, şəxsi heyətin siyahılarına daxil edilərək və bütün növ təminatlarla təmin olunaraq manqa komandiri vəzifəsində xidmət edərək N5-ci ildə N saylı hərbi hissə komandirinin N №-li əmrilə ehtiyata buraxılmışdır. Hərbi xidməti ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivində hərbi xidmətlərində bağlı müvafiq məlumatlar bazasında Ata adı “Məzahir” kimi qeyd edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivində ata adının səhv olaraq "MƏZAHİR” kimi qeyd edilməsi ona müharibə veteranı statusunun və vəsiqəsinin alınmasına hal-hazırda ciddi problemlər yaradır. Xüsusi olaraq qeyd edim ki, ona məxsus şəxsiyyət vəsiqəsində (əsas: AA № N94257N) Soyadı "Cəfərov”, adı "Mahmud”, Ata adı "Məzahim” kimi qeyd edilmişdir. doğum haqqında şəhadətnaməsində (əsas: İ-ЗЖ№ N04328) sovadı “Cəfərov”, adı "Mahmud”, ata adı “Məzahim” kimi qeyd edilmişdir. Mərhum atasının ölüm haqqında şəhadətnaməsində (əsas: AZ-İ №572783) soyadı "Cəfərov”, adı Məzahim”, ata adı "Cəfər” kimi qeyd edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivində hərbi xidmətləri ilə bağlı müvafiq məlumatlar bazasında ata adı “Məzahir” kimi qeyd edilməsi Müharibə Veteranı və müharibə veteranı vəsiqəsinin əldə edə bilməməyinə səbəb olmuşdur. Nəticədə, o, pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müraciət etmək məcburiууətində qаİmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-22N9 nömrəli arxiv arayışının, eyni zamanda N saylı hərbi hissənin komandirinin, xx.xx.N2-ci il tarixli N nömrəli əmrindən çıxarışın ona, AZE seriyalı 02439386 nömrəli, Bakı-Nizami RPİ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X5 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ərizə əsassız olduğundna təmin oluna bilməz. Ərizəçinin ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308, 3N0-cü maddələrində olan hüquqi əhəmiyyəti olan faktların tanınması üçün zəruri olan şərtlərə cavab vermir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini və məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri məhkəmə iclaslarına gəlməmişlər. Belə olan halda, məhkəmə maraqlı şəxslərinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İ-ЗЖ № N04328 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx N97N-ci il tarixdə anadan olmuşdur. XN, anası X3r. - AZ-İ № 572783 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 2N avqust 20N2-ci il tairxdə ölmüşdür. - Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-22N9 saylı arxiv arayışının surətindən görünür ki, N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N №-li əmrində həqiqi hərbi xidmət keçmək üçün 2 (iki) il müddətinə müqavilə yolu ilə hərbi komissarlıqdan gəlmiş serjant Ərizəçi hərbi hissəyə qəbul edilməsi, şəxsi heyət siyahılarına daxil edilərək və bütün növ təminatlarla təmin olunaraq manqa komandiri vəzifəsinə təyin edilməsi barədə məlumat vardır (əsas: § 5, sıra 5, əmrdə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 7 №-li əmrində serjant Ərizəçi döyüş əməliyyatları bölgəsinə ezam olunduğu üçün qazan təminatından çıxarılması barədə məlumat vardır (əsas: § N, sıra N55, əmrdə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 9 №-li əmrində serjant Ərizəçi döyüş əməliyyatları bölgəsinə ezam olunduğu üçün qazan təminatından çıxarılması barədə məlumat vardır (əsas’ § N, sıra 44, səh. N6, əmrdə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi nissə komandirinin 08 avqust N2-ci il tarixli 28 №-li əmrində serjant Ərizəçi döyüş əməliyyatları bölgəsindən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § 2. sıra 4N, səh. 28. əmrdə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi hissə komandirinin N avqust N2-ci il tarixli 35 №-li əmrində serjant Ərizəçi döyüş əməliyyatları bölgəsindən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § N. sıra 3, səh.32. əmrdə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi hissə komandirinin N avqust N2-ci il tarixli 36 №-li əmrində starşina Ərizəçi Məzahir oğlunun 57 maddənin “E" bəndinə əsasən hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılaraq, bütün növ təminatlardan azad edilməsi və qeydiyyata durmaq üçün RHK-a göndərilməsi barədə məlumat vardır (əsas: § 3, səh.32, əmrdə atasının adı Məzahir yazılıb). - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 4/3-5630 saylı məktubun surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində "serjant Ərizəçi" şəxsi heyətin siyahısına daxil edilməsi barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində “adı” və ata adı" göstərilmədiyinə, habelə hərbi biletində olan qeydlərlə (C4.06.N2-ci il) uyğunsuzluq təşkil etdiyinə, habelə N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 36 nömrəli əmrində şəxsi heyətin siyahısından çıxarılmağı barədə qeyd olduğuna (ata adı ilə uyğunsuzluq təşkil etdiyinə) görə və hərbi biletində olan qeydlər (xx.xx.N5-ci il əmr 3N7) qeyd olunan əmr ilə uyğunsuzluq təşkil etdiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirirlir ki, "Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - ASAN 5 tərəfindən xx.xx.202N-ci il tarixdə verilmiş AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx N97N-ci il tarixdə anadan olmuşdur. ünvan N ünvanında qeydiyyatdadır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 36 saylı arxiv çıxarışının surətindən görünür ki, hərbi qulluqçu çavuş Ərizəçi Məzahir oğlunun 57 maddənin “E" bəndinə əsasən hərbi hissəsinin siyahılarından çıxarılması əmr edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N saylı arxiv çıxarışının surətindən görünür ki, hərbi komisarlıqdan 2 il müddətinə müqavilə əsasənda hərbi xidmət keçmək üçün könüllü gələn çavuş Ərizəçi hərbi qulluqçular bölməsinin şəxsi heyətinin və bütün növ təminatlarının siyahısına daxil edilərək, xidmət vəzifəsinin icrasına buraxılmışdır. - Məhkəməyə Ərizəçi məxsus olan hərbi bilet təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.N97N-ci il tarixdə anadan olmuşdur və o, hazırda ünvan N ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-22N9 saylı arxiv arayışı ilə müəyyən edilir ki, N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N №-li əmrində həqiqi hərbi xidmət keçmək üçün 2 (iki) il müddətinə müqavilə yolu ilə hərbi komissarlıqdan gəlmiş serjant Ərizəçi hərbi hissəyə qəbul edilməsi, şəxsi heyət siyahılarına daxil edilərək və bütün növ təminatlarla təmin olunaraq manqa komandiri vəzifəsinə təyin edilməsi barədə, N iyun N2-ci il tarixli 7 №-li əmrində serjant Ərizəçi döyüş əməliyyatları bölgəsinə ezam olunduğu üçün qazan təminatından çıxarılması barədə, N iyun N2-ci il tarixli 9 №-li əmrində serjant Ərizəçi döyüş əməliyyatları bölgəsinə ezam olunduğu üçün qazan təminatından çıxarılması barədə, 08 avqust N2-ci il tarixli 28 №-li əmrində serjant Ərizəçi döyüş əməliyyatları bölgəsindən qayıtdığı üçün qazan təminatına qoyulması barədə, N avqust N2-ci il tarixli 35 №-li əmrində serjant Ərizəçi döyüş əməliyyatları bölgəsindən qayıtdığı üçün qazan təminatına qoyulması barədə, N avqust N2-ci il tarixli 36 №-li əmrində starşina Ərizəçi Məzahir oğlunun 57 maddənin “E" bəndinə əsasən hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılaraq, bütün növ təminatlardan azad edilməsi və qeydiyyata durmaq üçün RHK-a göndərilməsi barədə məlumat vardır. Həmin əmrlərdə şəxsin adı və atasının adı tam yazılmamışdır. Göründüyü kimi N nömrəli hərbi hissə komandiri tərəfindən Ərizəçi Məzahir oğlunun barəsində müxtəlif tarixli əmrlər verilmişdir. Ərizəçi isə həmin sənədlərin ona məxsus olduğuğu, sənədlərdə atasının adının “Məzahir” kimi göstərildiyini qeyd etmişdir. Bununla əlaqədar ərizəçi müharibə veteranı vəsiqəsini ala bilməmişdir. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.N.N-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.N-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 3NN-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N2 aprel 20N9-cu il tarixli qərarının: 6.N-ci maddəsinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2-ci maddəsinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən əmrlər ilə ərizəçinin hərbi biletində ola qeydlər ilə müəyyən uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində "serjant Ərizəçi" şəxsi heyətin siyahısına daxil edilməsi barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində “adı” və ata adı" göstərilməmiş, ərizəçinin hərbi biletində olan qeydlərdə əmrin tarixi xx.xx.N2-ci il kimi qeyd edilmiş, habelə N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 36 nömrəli əmrində şəxsi heyətin siyahısından çıxarılmağı barədə qeyddə ata adı “Məzahir” kimi göstərilmiş və hərbi biletdə əmrin tarixi və nömrəsi uyğun olaraq xx.xx.N5-ci il, 3N7 kimi qeyd edilmişdir. Məhkəmə Azrəbcaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində N nömrəli hərbi hissə komandirinin X6 barəsində olan əmrlərini, X2 hərbi biletində N nömrəli hərbi hissə komandirinin əmrləri ilə bağlı göstərilən qeydlərini və ərizəçinin N №-li hərbi hissədə xidmət etməsinin işinin mübahisəsiz halı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2- 22N9 nömrəli arxiv arayışının və N saylı hərbi hissənin komandirinin, xx.xx.N2-ci il tarixli N nömrəli əmrindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi müvafiq sənədlərin alınması üçün mühüm əhəmiyyət kəsb edir. N4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-22N9 nömrəli arxiv arayışının və N saylı hərbi hissənin komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrindən çıxarışın xx.xx.N97N-ci il təvəllüldü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin NN9.N-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2N6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-22N9 nömrəli arxiv arayışının və N saylı hərbi hissənin komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrindən çıxarışın xx.xx.N97N-ci il təvəllüldü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1919/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1919/2023
31.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver