Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1922/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2019-cu il tarixli və 22 dekabr 2019-cu il tarixli müqavilələrə əsasən ona satdığı “X2 7” markalı telefon və 2 ədəd “X4 8” markalı telefona, 2 ədəd qoruyucu üzlüklərə görə yaranmış ümumi 314 manat dəyərində borcun və 20 manat ödənilmiş dövlət rüsumun, cəmi 334 manat məbləğindən vəsaitin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 10 avqust 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 manat ( 06 ay x 84 manat + 0 manat ilkin ödəniş) olan 1 əədəd “X4 7” markalı telefon üçün ümumilikdə 184 manat olmaqla, ondan 168 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olaraq 16 manat cərimə pulu borcu yaranmışdır Bundan əlavə 22 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 756 manat (12 ay x 63 manat + 0 manat ilkin ödəniş) olan 1 ədəd “X4 8” markalı mobil telefon və 2 ədəd qoruyucu üzlük üçün ümumilikdə 130 manat olmaqla, ondan 119 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 11 manat cərimə borcu yaranmışdır.Hər iki müqavilələr üzrə, cavabdeh ona 973 manat məbləğində ödəmə etmiş və 287 manat ödənilməmiş əsas borcu qalmışdır. Beləliklə, iki müqavilələr üzrə cavabdehin ona 287 manat əsas borcu və 27 manat cərimə olmaqla, cəmi 314 manat borcu qalmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2019-cu il tarixli, 00836250 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 504 manat olan “X3 7” markalı mobil telefdon satılmışdır. Eləcə də, işə əlavə olunmuş 22 dekabr 2019-ci il tarixli, 01146883 nömrəli müqavilədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 756 manat olan bir ədəd “X4 8” markalı telefon və 2 ədəd qoruyucu üzlük satılmışdır. Hər iki müqavilələr üzrə Cavabdeh həmin müqavilələrə əlavə olunmuş ödəniş cədvəllərində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 02 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 avqust 2019-cu il tarixli 00836250 nömrəli müqavilə üzrə əsas borcu 168 manat, cərimə borcu 16 manat olmaqla, cəmi 184 manat borcu qalmışdır.Eləcə də, 22 dekabr 2019-cu il tarixli 01146883 nömrəli müqavilə üzrə əsas borcu 119 manat, cərimə borcu 11 manat olmaqla, cəmi 130 manat borcu qalmışdır. Beləliklə hər iki müqavilələr üzrə Cavabdeh MMC-yə cəmi 314 manat məbləğində borcu qalmışdır. İşə əlavə olunmuş 03 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh X1 10 avqust 2019-cu il tarixli 00836250 nömrəli və 22 dekabr 2019-cü il tarixli 01146883 nömrəli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 10 avqust 2019-cu il tarixli 00836250 nömrəli və 22 dekabr 2019-cü il tarixli 01146883 nömrəli müqavilələr üzrə ödənilməmiş məbləğ 287 manat, cərimə 27 manat olmaqla, cəmi 314 manat və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1922/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1922/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver