Məhkəmə qərarları › İş №2(007)-1935/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1935/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1935/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyul 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94390 olan “HUAWEİ P20” markalı telefon üçün 560 manat əsas borcun, 56 manat cərimənin, 07 avqust 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********71090 olan “X1 7” markalı telefon üçün 195 manat əsas borcun, 19 manat cərimənin, ümumilikdə isə 830 manat borc, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 860 manat pulun Cavabdeh alınaraq, “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 05 iyul 2019-cu il və 07 avqust 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********94390 olan “Huawei P20” markalı telefon, İMEİ kodu **********71090 olan “X1 7” markalı telefon almış və nəticədə 830 (səkkiz yüz otuz) manat borc yaranmışdır. Cavabdeh 05 iyul 2019cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 679 (altı yüz yetmiş doqquz) (yəni 12 ay x 56 manat + 7 manat ilkin ödəniş), İMEİ kodu **********94390 olan “Huawei P20” markalı telefon üçün ümumilikdə 616 (altı yüz on altı) manat olmaqla ondan 560 (beş yüz altmış) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat cərimə pulu (300 gün x 0.56 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 56 (əlli altı) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 07 avqust 2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 606 manat (altı yüz altı) (yəni 9 ay x 65 manat + 21 manat ilkin ödəniş), İMEİ kodu **********71090 olan X1 7 markalı telefon üçün ümumilikdə 214 (iki yüz on dörd) manat olmaqla ondan 195 (yüz doxsan beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə pulu (90 gün x 0.65 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 530 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2019-cu il tarixli, 00762588 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 679 manat olan , İMEİ kodu **********94390 olan “HUAWEİ P20” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, 00830345 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 606 manat olan İMEİ kodu **********71090 olan “X1 7” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 19 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 iyul 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 560 manat, cərimə borcu üzrə 56 manat olmaqla, ümumilikdə 616 manat borcu vardır. Cavabdeh 07 avqust 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 195 manat, cərimə borcu üzrə 19 manat olmaqla, ümumilikdə 214 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 830 manat borcu vardır. İşə əlavə olunmuş 20 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 05 iyul 2019-cu il tarixli və 07 avqust 2019-cu il tarixli müqavilələr əsasında “xxxx” MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 05 iyul 2019-cu il tarixli müqavilə üzrə 560 (beş yüz altmış) manat əsas borc, 56 (əlli altı) manat cərimə borcu və 07 avqust 2019-cu il tarixli müqavilə üzrə 195 (yüz doxsan beş) manat əsas borc, 19 (on doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 830 (səkkiz yüz otuz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar