Məhkəmə qərarları › İş №2(007)-1937/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1937/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1937/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 16.09.2018-ci il və 22.03.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə İMEİ kodu **********00682 olan “Samsung Galaxy A8 markalı telefon, HOFFMAN markalı soba SAMSUNG markalı tozsoran HOFFMANN markalı plitə, BOSCH markalı aspirator verilmiş və nəticədə 321 manat borc yaranmışdır. Cavabdeh 16.09.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1481 manat olan HOFFMAN markalı soba, SAMSUNG markalı tozsoran, HOFFMANN markalı plitə, BOSCH markalı aspirator üçün ümumilikdə, 77 manat olmaqla ondan 70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 7 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh 22.03.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 945 manat İMEİ kodu **********00682 olan “Samsung Galaxy A8 markalı telefon üçün 222 manat ödənilməmiş hissə , 22 manat cərimə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2134 manat təşkil edir. Qeyd olunanlara əsasən 16.09.2018-ci il tarixli müqaviləyə əsasən, HOFFMAN markalı soba, SAMSUNG markalı tozsoran, HOFFMANN markalı plitə, BOSCH markalı aspirator üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə, 22.03.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********00682 olan “Samsung Galaxy A8 markalı telefon üçün 222 manat ödənilməmiş hissə , 22 manat cərimə, ümumilikdə 321 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 341 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.09.2018-cu il tarixli 00298010 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Qənbərov Rauf Firuz oğlunun sahibliyinə və istifadəsinə HOFFMAN markalı soba, SAMSUNG markalı tozsoran, HOFFMANN markalı plitə, BOSCH markalı aspirator verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 16.09.2018-ci il tarixli 00298010 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 20-dən gec olmayaraq 18 ay müddətinə 71 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 19.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 16.09.2018-cu il tarixli 00298010 nömrəli kredit müqavilə üzrə 70 manat ödənilməmiş hissə, 7 manat cərimə , cəmi 77 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.03.2019-cu il tarixli 00576751 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********00682 olan “Samsung Galaxy A8 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 22.03.2019-cu il tarixli 00576751 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 31-dən gec olmayaraq 12 ay müddətinə 74 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 19.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 22.03.2019-cu il tarixli 00576751 nömrəli kredit müqavilə üzrə 222 manat ödənilməmiş hissə, 22 manat cərimə, cəmi 244 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 04.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 20.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 20,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 16.09.2018-ci il tarixli 00298010 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə HOFFMAN markalı soba, SAMSUNG markalı tozsoran, HOFFMANN markalı plitə, BOSCH markalı aspirato verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 16.09.2018-cu il tarixli 00298010 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh hər 20-dən gec olmayaraq 18 ay müddətinə 71 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. 22.03.2019-cu il tarixli 00576751 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə kodu **********00682 olan “Samsung Galaxy A8 markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 22.03.2019-cu il tarixli 00576751 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh hər ayın 31-dən gec olmayaraq 12 ay müddətinə 74 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 16.09.2018-ci il tarixli müqaviləyə əsasən, HOFFMAN markalı soba, SAMSUNG markalı tozsoran, HOFFMANN markalı plitə, BOSCH markalı aspirator üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə , 22.03.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********00682 olan “Samsung Galaxy A8 markalı telefon üçün 222 manat ödənilməmiş hissə , 22 manat cərimə, ümumilikdə 321 manat borc , 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 341 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar