Məhkəmə qərarları › İş №2(007)-1940/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1940/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1940/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 may 2018-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı aspirator və “HOFFMANN” markalı plitə üçün 397 (üç yüz doxsan yeddi) manat əsas borcun, 39 (otuz doqquz) manat cərimənin, 14 iyul 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********70466 olan “Samsung Galaxy A6” markalı telefon üçün 900 (doqquz yüz) manat əsas borcun, 90 (doxsan) cərimənin, ümumilikdə isə 1426 (min dörd yüz iyirmi altı) manat borc, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1456 (min dörd yüz əlli altı) manat pulun Cavabdeh alınaraq, “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 14 may 2014-ci il və 14 iyul 2018-ci il tarixli müqaviləsinə əsasən, “HOFFMANN” markalı aspirator, “HOFFMANN” markalı plitə və İMEİ kodu **********70466 olan “Samsung Galaxy A6” markalı telefon almış və nəticədə 1426 (min dörd yüz iyirmi altı) manat borc yaranmışdır. Cavabdeh 14 may 2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1010 (min on) manat (yəni 12 ay x 84 manat + 2 manat ilkin ödəniş), “HOFFMANN” markalı aspirator, “HOFFMANN” markalı plitə üçün ümumilikdə 436 (dörd yüz otuz altı) manat olmaqla, ondan 397 (üç yüz doxsan yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 14 iyul 2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1080 (min səksən) manat (yəni 24 ay x 45 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********70466 olan “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 990 (doqquz yüz doxsan) manat olmaqla ondan 900 (doqquz yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 90 (doxsan) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 793 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2018-ci il tarixli, 00141007 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1010 manat olan “HOFFMANN” markalı aspirator, “HOFFMANN” markalı plitə satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2018-ci il tarixli, 00213022 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1080 manat olan İMEİ kodu **********70466 olan “Samsung Galaxy A6” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 01 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 may 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 397 manat, cərimə borcu üzrə 39 manat olmaqla, ümumilikdə 436 manat borcu vardır. Cavabdeh 14 iyul 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 900 manat, cərimə borcu üzrə 90 manat olmaqla, ümumilikdə 990 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 1426 manat borcu vardır. İşə əlavə olunmuş 02 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 14 may 2018-ci il tarixli və 14 iyul 2018-ci il tarixli müqavilələr əsasında “xxxx” MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 14 may 2018-ci il tarixli müqavilə üzrə 397 (üç yüz doxsan yeddi) manat əsas borc, 39 (otuz doqquz) manat cərimə borcu və 14 iyul 2018-ci il tarixli müqavilə üzrə 900 (doqquz yüz) manat əsas borc, 90 (doxsan) manat cərimə borcu olmaqla, ümumilikdə 1426 (min dörd yüz iyirmi altı) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar