Məhkəmə qərarları › İş №2(007)-1945/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1945/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1945/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X3 Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehiddiaçı X2 xeyrinə ümumilikdə 112 (yüz on iki) manat borc, 50 (əlli) manat cərimə borcu, 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 182 (yüz səksən iki) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Smart Telecom” mağazasının sahibi, fiziki şəxs X3 ilə Cavabdeh arasında 18 aprel 2018-ci il tarixdə “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 18.04.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 732 (yeddi yüz otuz iki ) manat olan 1 ədəd “Acer Cxtcnsa EX2519” markalı kompyuter almış, nəticədə 112 (yüz on iki) manat borc yaranmışdır.Bugünədək cavabdehə etdikləri müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və alqı-satqı qiyməti 732 (yeddi yüz otuz iki) manat olan 1 ədəd “Acer Extensa EX 2519” markalı kompyuter üçün ümumilikdə 112 (yüz on iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu (yəni 3 ay x 30 gün x 0.56 manat), (hər gün üçün ödənilməmiş məbləğin 3 % dəyərində cərimə) yaranmışdır.Borclu axırıncı ödənişi 09.05.2019-cu il 70 (yetmiş) manat olmaqla cəmi 620 (altı yüz iyirmi) (10 ay x 56 azn + 60 azn ilkin ödəniş) manat ödəniş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş X3 ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2018-ci il tarixlinisiyə satış müqaviləsindən görünür ki, X3 tərəfindən Cavabdeh 732 manat məbləğində olan “Acer Cxtcnsa EX2519” markalı kompyuter satılmışdır. Cavabdeh isə aldığı kompyuterin dəyərini müqavilədə müəyyən olunmuş qaydada ödəməyi, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 3%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 10 iyun 2020-ci il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh, 18 aprel 2018-ci il tarixli nisiyə satış müqaviləsi üzrə əsas borc üzrə 112 manat, cərimə borcu üzrə 50 manat olmaqla, ümumilikdə 162 manat borcu vardır. İşə əlavə olunmuş 06 iyun 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün X3 tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh18 aprel 2018-ci il tarixli nisiyə satış müqaviləsi əsasında “X1 əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 18 aprel 2018-ci il tarixli nisiyə satış müqaviləsi üzrə 112 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 162 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh X2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar