Məhkəmə qərarları › İş №2(007)-1945/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1945/2024

19.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1945/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, işlədiyi müddət ərzində növbədə dayanmaqla, Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyətinin № 07-li sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyevküçəsi, məhəllə 2429, ev 3, mənzil 9 “A”-nı Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyətinin 11 yanvar 2005-ci il tarili, № 000872 saylı orderinə əsasən verilib. Vaxtı ilə ona order verilərkən, orderdə “ata qrafasında” adında Yəhya qeyd edilib, əslində isə şəxsiyyət vəsiqəsində və başqa sənədlərində “ata qrafasında” Yəhyə kimi keçir. Həmin vaxt order verilərkən diqqətindən yayınıb. Ona görə də, “ata qrafasında” adında bircə hərif səhvi yaranıb. Bu yaxınlıqda, o, həmin sözügedən, yəni 2 otaqdan ibarət olan, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, məhəllə 2429, ev 3, mənzil 9 “A”-nı özəlləşdirmək istədikdə bu problemlə üzləşib. Orderdə düzəliş edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə rəsmi ərizə ilə müraciət edib. Müraciətinə cavab olaraq, bildirilib ki, Xəzər rayon İcra Hakimiyyətinə daxil olmuş Əzizbəyov Hakimiyyənin xx.xx.2005-ci il tarixli, 000872 nömrəli orderində ata adına düzəliş edilməsi barədə ərizəsinə baxılıb, müraciətində qeyd edilən məsələ Xəzər Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan, hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunur. Yuxarıda göstərilənlərə əsasən, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 29 aprel 2024-cü il tarixli, № 5-12/2-İ- 28-092/2024 nömrəli imtinasını məsələnin Xəzər Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan və bununla bağlı məhkəməyə müraciət edilməsi ilə əsaslandırıb. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyətinin № 07 saylı sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, məhəllə 2429, ev 3, mənzil 9 “A”-nı Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyətinin 11 yanvar 2005-ci il tarixli, № 000872 saylı orderndə olan problemlə əlaqədar, sözügedən mənzilini özəlləşdirə bilmir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 29 aprel 2024-cü il tarixli, № 5-12/2-İ-28- 092/2024 nömrəli imtinasının əsası olaraq, belə işlərə məhkəmə qaydasında öz əksini tapır. İş materiallarında, yəni 09 aprel 1964-cü il tarixli, № 33 nömrəli doğum akt qeydindən görünür ki, Ərizəçi qeyd edilib. İş materiallarında, yəni Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyətinin № 07 saylı sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, məhəllə 2429, ev 3, mənzil 9 “A”-nı Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyətinin 11 yanvar 2005-ci il tarixli, № 000872-li orderində “ata qrafasında” adında Yəhya qeyd edilib, əslində isə şəxsiyyət vəsiqəsində “ata qrafasında” Yəhyə kimi keçir. Həmin sözügedən mənzilin onun üçün özəllədirilməsi onun üçün zəruridir. O, yuxarıda olan məhz ata adında olan yalnışlığa görə, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətində sənədləri verib sənədləşdirə bilmir. Hesab edir ki, irəli sürdüyü tələb tam qanuni əsaslarla əsaslanıb və ona görə də, tələbi təmin olunmalıdır. Ona görə də, bu işin həll olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Ümid edir ki, məhkəmə işin taktiki hallarına nəzər yetirərək, onun xeyrinə müsbət nəticəyə gələcək. Qeyd edilənlərə əsasən Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyətinin № 07 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, məhəllə 2429, ev 3, mənzil 9 “A”-nı Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyətinin 11 yanvar 2005-ci il tarixli, № 000872-li orderə dair sözügedən sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Oğuz rayonunun Zunud kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır. - AЗ № 561298 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İb.X8 xx xxxxx 1964-cü ildə Oğuz rayonunun Zunud kəndində anadan olmuşdur, Atası İb.X3, anası İb.X4r. - 141 saylı MKİS tərəfindən tərtib edilmiş 243 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayır. - Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 07 saylı xx.xx.2005-ci il tarixli “vətəndaş Ərizəçi iş yeri üzrə müstəsna hal kimi mənzillə təmin edilməsi haqqında” sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş Ərizəçi Yəhya oğlu 1984-cü ildən fasiləsiz olaraq 3 saylı İxtisaslaşdırılmış tikinti Quraşdırma və Təmir Filialında konstruk quraşdırıcı vəzifəsində isləyir. O, Əzizbəyov rayon XDS İK-nın xx.xx.1988-ci il tarixli 15 saylı qərarı ilə 1 nəfər ailə tərkibi ilə (ozü) iş yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir. Bu illər ərzində onun ailə tərkibi 4 nəfər olmuşdur (ozü, h/y, 2 uşağı). Vətəndaş Ərizəçi özü 1987-ci ildən “Neft Daşları” NQÇİ-nə məxsus 1 saylı yataqxanada pasport qeydiyyatındadır və oradada yaşayır. Ailəsinin isə Bakı şəhərində pasport qeydiyyatı yoxdur, lakin onların Bakı şəhərində faktiki yaşamalarını təsdiq edən sənədlər əlavə olunur. 3 saylı İTQTF-nin müdiriyyəti və Həmkarlar Təşkilatının birgə yığıncağının qərarı ilə (08.Xİİ.04-cü il tarixli, 15 saylı protokol) vət.Ərizəçi ailəsinin Bakı şəhərində pasport qeydiyyatının olmamasını nəzərə alaraq, ona müstəsna hal kimi 4 nəfər ailə tərkibi ilə (özü, yoldaşı, 2 uşağı) Bakı şəhəri, Nizami rayonu, 2429-cu məhəllə, Ə.Vəliyev küçəsi, 3 saylı evdə giriş qapısı 1, mərtəbə 5, yaşayış sahəsi-33,08 m2 olan 2 otaqlı 9 a saylı mənzil ayrılmışdır. Həmin mənzil idarəyə “Azneft” İB-nin 03.Xİİ.2004-cü il tarixli RZ-016/1875 saylı məktubu ilə ayrılmışdır. Vət.Ərizəçi ümumi mənzil növbəsində 2-ci, həmin mənzil sahəsini almağa 2-cidir. Ondan irəlidə duran Ş.B.Cəfərov bu bölgüdə mənzillə təmin olunur. RİH Başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiyası (xx.xx.2004.cü il tarixli 22 protokol) vət. Ərizəçi mənzil növbəsində ailə tərkibinin dəyişdirilməsi və onun mənzillə təmin edilməsi göstərilən qərarın təsdiq edilməsini təklif edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, vət.Ərizəçi Yəhya oğlunun 4 nəfər ailə tərkibi ilə (özü, h/y, 2 uşağı) olmasını nəzərə alaraq, ona müstəsna hal kimi Nizami rayonu, 2429-cu məhəllə, Ə.Vəliyev küçəsi, 3 saylı evin giriş qapısı-1, mərtəbə-5, yaşayış sahəsi-33,08 m2 olan 2 otaqlı 9 a saylı mənzilin verilməsi haqqında 3 saylı İTQTFnin müdiriyyəti və Həmkarlar Təşkilatının birgə yığıncağının qərarı (08.Xİİ.2004-cü il tarixli 15 saylı protokol) təsdiq edilsin. 2. Orderə daxil edilsin: 1. Ərizəçi Yəhya oğlu- özü; 2. X1 -h/y; 3. Nümayəndə – oğlu; 4. X2 – qızı. 3. Vət.Ərizəçi mənzil növbəsindən çıxarılsın. - Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 000872 saylı orderinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Yəhya oğlunun ünvan 1 ünvanında 3 nəfər ailə tərkibi ilə yaşamaq hüququ var.1. Ərizəçi Yəhya oğlu- özü; 2. X1-həyat yoldaşı; 3. Nümayəndə-oğlu; 4. X2-qızı. Orderinin verilməsi üçün əsas Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin 07 saylı xx.xx.2005-ci il tarixli sərəncamıdır. - Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının İ müavinin Ərizəçi 5-12/2-İ-28-092/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xəzər Rayon İcra Hakimiyyərinə daxil olmuş Əzizbəyob Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 000872 nömrəli orderində ata adında düzəliş edilməsi barədə ərizəsinə baxılmışdır. Müraciətində qeyd edilən məsələ Xəzər Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan hüquqi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Oğuz rayonunun Zunud kəndində anadan olub və o, hazırda ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla, yaşayır. Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 07 saylı xx.xx.2005-ci il tarixli sərəncamından görünür ki, Ərizəçi Yəhya oğlu 1984-cü ildən fasiləsiz olaraq 3 saylı İxtisaslaşdırılmış tikinti Quraşdırma və Təmir Filialında konstruk quraşdırıcı vəzifəsində isləyir. O, Əzizbəyov rayon XDS İK-nın xx.xx.1988-ci il tarixli 15 saylı qərarı ilə 1 nəfər ailə tərkibi ilə (ozü) iş yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir. 3 saylı İTQTF-nin müdiriyyəti və Həmkarlar Təşkilatının birgə yığıncağının qərarı ilə (08.Xİİ.04-cü il tarixli, 15 saylı protokol) Ərizəçi ailəsinin Bakı şəhərində pasport qeydiyyatının olmamasını nəzərə alaraq, ona müstəsna hal kimi 4 nəfər ailə tərkibi ilə (özü, yoldaşı, 2 uşağı) Bakı şəhəri, Nizami rayonu, 2429-cu məhəllə, Ə.Vəliyev küçəsi, 3 saylı evdə giriş qapısı 1, mərtəbə 5, yaşayış sahəsi-33,08 m2 olan 2 otaqlı 9 a saylı mənzil ayrılmışdır. Həmin mənzil idarəyə “Azneft” İB-nin 03.Xİİ.2004-cü il tarixli RZ-016/1875 saylı məktubu ilə ayrılmışdır. Qeyd edilənlərə əsasən Ərizəçi Yəhya oğlunun 4 nəfər ailə tərkibi ilə (özü, h/y, 2 uşağı) olmasını nəzərə alaraq, ona Nizami rayonu, 2429-cu məhəllə, Ə.Vəliyev küçəsi, 3 saylı evin giriş qapısı-1, mərtəbə-5, yaşayış sahəsi-33,08 m2 olan 2 otaqlı 9 a saylı mənzilin verilməsi haqqında 3 saylı İTQTF-nin müdiriyyəti və Həmkarlar Təşkilatının birgə yığıncağının qərarı (08.Xİİ.2004-cü il tarixli 15 saylı protokol) təsdiq edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 000872 saylı orderinə əsasən Ərizəçi Yəhya oğlunun ünvan 1 ünvanında 3 nəfər ailə tərkibi ilə yaşamaq hüququ verilmişdir. Lakin adıçəkilən sərəncam və orderdə Ərizəçi ata adı “Yəhya” kimi göstərilib. Bununla əlaqədar ərizəçi əmlakın sənədləşdirməsini apara bilməyib. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olub. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 07 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 000872 saylı orderinə əsasən Ərizəçi Yəhya oğlunun ünvan 1 ünvanında 3 nəfər ailə tərkibi ilə yaşamaq hüququ verilmişdir. Hazırda ərizəçi həmin ünvanda qeydiyyatda olmaqla, yaşayır. Lakin adıçəkilən orderdə ərizəçinin atasının adı “Yəhya” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 07 saylı xx.xx.2005-ci il tarixli “vətəndaş Ərizəçi iş yeri üzrə müstəsna hal kimi mənzillə təmin edilməsi haqqında” sərəncamı əsasında ünvan 1 ünvanında yerləşən mənzilin verilməsi barədə Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 000872 saylı orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 07 saylı xx.xx.2005-ci il tarixli “vətəndaş Ərizəçi iş yeri üzrə müstəsna hal kimi mənzillə təmin edilməsi haqqında” sərəncamı əsasında ünvan 1 ünvanında yerləşən mənzilin verilməsi barədə Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 000872 saylı orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar