Məhkəmə qərarları › İş №2(007)-1952/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1952/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1952/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair ərizə ilə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. Ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iş üzrə ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əməl etməmiş, cavabdehin şəxsiyyətini təsdiq edən sənəd təqdim etməmiş, onun qeydiyyat ünvanı göstərməmişdir. Belə ki,cavabdehin ünvanını “ünvan 1 podratçısı”kimi qeyd etmişdir.Halbuki,cavabdehin ünvanı onun özünün qeydiyyatda olduğu ünvan hesab olunur və iddianın cavabdehin işlədiyi müəssisənin yerləşdiyi ünvan üzrə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hakim işi icraata qəbul edərkən aidiyyət qaydalarına iddiaçı tərəfindən riayət olunmasını yoxlamalı, aidiyyət qaydalarına riayət edilmədiyini müəyyən etdiyi halda ərizəni geri qaytarmalıdır. Belə olan halda işin ərazi aidiyyətinin müəyyən olunması, cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılması mümkün deyil. Beləliklə hesab edirəm ki, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyatı üzrə müvafiq rayon məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar