Məhkəmə qərarları › İş №2(007)-1957/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1957/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1957/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2019-cu il tarixli və 14 fevral 2019-cu il tarixli müqavilələrə əsasən ona satdığı “X1 8” markalı telefon və məhsulun təmiri üçün yaranmış ümumi 366 manat dəyərində borcun və 20 manat ödənilmiş dövlət rüsumun, cəmi 386 manat məbləğindən vəsaitin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 10 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 530 manat (12 ay x 44 manat + 2 manat ilkin ödəniş) olan “X1 8” markalı mobil telefon üçün ümumilikdə 242 manat olmaqla, ondan 220 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olaraq 22 manat cərimə pulu borcu yaranmışdır. 10 dekabr 2019-cu il tarixli həmin müqaviləyə əsasən cavabdeh aldığı “X1 8 markalı” həmin mobil telefonu 28.09.2020-ci il tarixə qədər istifadə etdikdən sonra, geri qaytarmış və məhsulun qiyməti 220 manat qiymətləndirilərək, onun borcundan silinmişdir. Bundan əlavə, 14 fevral 2019-cu il tarixli müqaviləsinə əsasən, həmin məhsulun təmiri 187 manat (02 ay x 62 manat + 63 manat ilkin ödəniş) olan müqavilənin şərtlərini pozmuş ümumillikdə 124 manat olmaqla, ondan 124 manat ödənilməmiş hissə borcu yaranmışdır.Hər iki müqavilələr üzrə, cavabdeh ona 373 manat məbləğində ödəmə etmiş və 366 manat ödənilməmiş əsas borcu qalmışdır. Beləliklə, iki müqavilələr üzrə cavabdehin ona 344 manat əsas borcu və 22 manat cərimə olmaqla, cəmi 366 manat borcu qalmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli,01114973 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 530 manat olan “X2 8” markalı mobil telefon satılmışdır. Eləcə də, işə əlavə olunmuş 14 fevral 2020-ci il tarixli, 20100402 nömrəli razılaşmadan və ona əlavə edilmiş sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh onun əldə etdiyi “X1 8” markalı telefonuna təmir etmək üçün xidmət göstərilmişdir. Hər iki müqavilələr üzrə Cavabdeh həmin müqavilələrə əlavə olunmuş ödəniş cədvəllərində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 11 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 dekabr 2019-cu il tarixli 01114973 nömrəli müqavilə üzrə əsas borcu 220 manat, cərimə borcu 22 manat olmaqla, cəmi 242 manat borcu qalmışdır.Eləcə də, 14 fevral 2020-cu il tarixli 20100402 nömrəli müqavilə üzrə əsas borcu 124 manat, cərimə borcu 0 manat olmaqla, cəmi 124 manat borcu qalmışdır. Beləliklə hər iki müqavilələr üzrə Cavabdeh MMC-yə cəmi 366 manat məbləğində borcu qalmışdır. İşə əlavə olunmuş 12 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 10 dekabr 2019 il tarixli ********* nömrəli və 14 fevral 2020-ci il tarixli 20100402 nömrəli müqavilələr əsasında "xxxx" MMCdən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 10 dekabr tarixli ********* nömrəli və 14 fevral 2020-ci il tarixli 20100402 nömrəli müqavilələr üzrə 344 manat əsas borc, 22 manat cərimə borcu olmaqla, cəmi 366 manat və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar