Məhkəmə qərarları › İş №2(007)-1958/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1958/2023

17.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1958/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X6 cəlb edilməklə Cavabdeh qarşı “torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X6 cəlb edilməklə Cavabdeh qarşı “torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu, Pirəli kəndində yerləşən 0,068 ha torpaq sahəsi 29 mart 2017-ci il tarixli **********89 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Qeyd olunan ərazi mütəmadi olaraq onun istifadədir. Maddi vəziyyəti ilə bağlı pula ehtiyacı olduğundan yuxarıda qeyd etdiyi torpaq sahəsini tanışları vasitəsilə satmaq niyyətində olduğunu bildirdi. May ayının əvvəllərində müştəri qismində ona yaxınlaşan X7 ilə həmin torpaq sahəsini 16000 (on altı min) manata qiymətləndirərək alqı-satqısına razılaşmışlar. Yekun olaraq 12 may 2023-cü il tarixdə onların tanışı olan Bakı şəhəri 18 saylı DNK-nun xüsusi notariusu X2 yanına gəlmişlər. Notariusun yanında belə razılaşmışlar ki, torpağın alqı-satqısı 16000 manata razılaşdırılsa da, 10000 manatı bank vasitəsi ilə qalan 6000 manatı isə alqı-satqıdan dərhal sonra ona verəcəklər. Beləliklə 12 may 2023-cü il tarixdə onların razılaşdıqları kimi alqı-satqı X3 adına deyil, etibarnamə əsasında Cavabdeh adına rəsmiləşdirildi. Rəsmiləşmə yekunlaşdıqdan sonra notariusun göstərişi ilə ona alacağı 10000 manat pula aid çekə qol çəksə də, həmin pulu X5 verdilər. Razılaşdıqları kimi nəinki əlavə verəcəyi 6000 manatı verməmiş, hətta kassadan alınan 10000 manatı da götürüb ona hədə-qorxu gələrək notariat kontorundan uzaqlaşmışdır. Bu barədə bütün hərəkətlər Notariat kontorunda quraşdırılmış kameralarda əks olunmalıdır. O, dərhal əqdi rəsmiləşdirən Bakı şəhəri 18 saylı DNK-nun xüsusi notariusu X4 yanına qayıdaraq X3 bu özbaşınalıq və dələduzluq əməlini ona bildirdikdə o polisə müraciət etməyini məsləhət bildirməklə işini bitmiş hesab etmişdir. Əlbəttə o, dərhal AR DİN-nin “102” xəttinə zəng edib ohmuş vəziyyəti onlara rəsmən bildirmişdir. Hələ ki, polis araşdırması getməsi ilə yanaşı o, olmuş vəziyyəti onlara rəsmən bildir. Hələ ki, polis araşdırması ilə yanaşı o, pozulmuş hüquqlarını məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Belə ki, yuxarıda qeyd etdiyi hallardan görünür ki, bu 12 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi X7 və Cavabdeh əvvəlcədən qurduqları plan əsasında onu aldatmaq niyyəti ilə atılmış bir addım olmuşdur. Bu səbəbdən bu 12 may 2023-cü il tarixli AN-1158085 saylı Daşınmaz Əmlakın Alqı-Satqısına dair müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh ilə onun arasında bağlanmış Qəbələ rayonu, Pirəli kəndində yerləşən, 29 mart 2017-ci il tarixli **********89 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarış əsasında ona məxsus olmuş 0,068 ha torpaq sahəsinin Daşınmaz Əmlakın alqı-satqısına dair 12 may 2023-cü il tarixli AN-1158085 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər torpağın alqı-satqısını 16000 manata razılaşsalar da, 10000 manatı bank vasitəsi ilə ödənilən pul alıcının özü tərəfindən təhvil alınmış, qalan 6000 manat isə ümumiyyətlə verilməmişdir. Bundan sonra iddiaçı notariusa yaxınlaşaraq müqaviləni ləğv etdirmək istəsə də, notaius bununla bağlı artıq heç nə edə bilməyəcəyini demişdir. Bundan sonra iddiaçı hüquq-mühafizə orqanına müraciət etmiş, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən cinayət işinin başlanması rədd edildikdən sonra məhkəməyə müraciət etmişdir. Polisdə aparılmış araşdırmada alqı-satqı zamanı 10000 manat pulun alıcı tərəfindən alındığı təsdiq edilmişdir. Hesab edir ki, iddia əsaslıdır. Həmçinin, polisdə izahat verən zaman Həşim Rəfiyev iddiaçı ilə arasında borc münasibətlərinin olduğunu və hazırda mübahisələndirillən əqdin borcun əvəzində bağlandığını qeyd etsə də, tərəflər arasında borc münasibətlərinin olub-olmaması hazırkı iddianı predmeti deyil. Həşim Rəfiyev borcla bağlı hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər. Məhkəmə Həşim Rəfiyevin polis orqanında verdiyi izahatını hazırkı iddianın etirafı kim qəbul etməlidir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X6 məhkəmə iclasının iştrakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********8 qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın kserosurətindən görünür ki, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,068 ha olan torpaq sahəsi İddiaçı tam pay üzrə xüsusi mülkiyyətindədir; - İddiaçı ilə Cavabdeh (əvəzinə X7) arasında 16 may 2023-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-374 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləsindən görünür ki, İddiaçı ƏMDK-nın yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda əsasən tam mülkiyyə üzrə ona məxsus ünvan 1i ünvanında yerləşən, 0,068 ha torpaq sahəsini Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcılar mənzili 10000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; - Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı mübahisə predmeti olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,068 ha olan torpaq sahəsi İddiaçı tam pay hüququ üzrə mülkiyyətində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 16 may 2023-cü tarixli alqı-satqı müqaviləsi ilə iddiaçı həmin əmlakı cavabdehə satmış, cavabdeh isə 10000 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilədə nəzərədə tutulan 10000 manatın və şifahi razılıq üzrə ona ödənilməli olan 6000 manatın ödənilməməsi, aldanılması əsası ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2-cü maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Belə ki, iş materiallarında olan və iddiaçının müraciəti əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsində aparılmış araşdırma ilə müyyən edilir ki, İddiaçı Həşim Rəfiyev adlı şəxs tərəfindən 16000 manat pul vəsaitinin ələ keçirilməsi ilə bağlı sənədləşmə prosesi aparılan 18 saylı Notariat kontorununun müşahidə kameralarından görünülər göürülərək diskə yazılmışdır. Diskə baxış keçirən zaman videogörüntündə iki nəfər şəxs İddiaçı və Həşim Rəfıyevin alqı-satqı işləri həyata keçirdiyi, 3-cü dəqiqə 11-ci saniyədə kassir tərəfindən təqdim edilən pulun Həşim Rəfiyev tərəfindən götürüldüyü görünür. Həmçinin, Həşim Rəfıyev vermiş olduğu izahatında 10000 manat pulun kassada onun tərəfindən götürüldüyünü, lakin iddiaçının ona borcu olduğunu və müqaviləni borcun əvəzində əmlakın onların adına rəsmiləşdirmək üçün bağlanıldığını qeyd etmişdir. Yuxarıda vurğulandığı kimi, hazırkı işdə iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığını irəli sürərkən həmin əqdin aldatma yolu ilə bağlandığını iddia etmişdir. Bu baxımdan, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 339.2-ci və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,068 ha olan torpaq sahəsini Cavabdeh satmış, alıcı isə satıcıya 10000 manat məbləğində pulu ödənilməsini öhdəsinə götürmüşdür. Yəni, iddiaçının əmlakını satmasının müqabilində 10000 manat pulun əldə etmək məqsədi olmuşdur. Notariusda isə 10000 manat məbləğində pul alıcı (əvəzində X7) tərəfindən təhvil alınmışdır. Hazırkı mülki işdə iddiaçı, alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanmasına istinad etmiş, cavabdeh tərəfindən ona ümumilikdə 10000 manat pulun verilməsi ilə bağlı aldadıcı davranış etməsi, mübahisə edilən alqı-satqı müqaviləsinin məhz bu aldadıcı hərəkət nəticəsində bağlanıldığını sübuta yetirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis X1 izahatında göstərdiyi hallar (tərəflər arasında borc münasibətlərinin olması, iddiaçının ona borclu olması) mövcuddursa, o, borcun ödənilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,068 ha olan torpaq sahəsinin alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı, 16 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu tələb etmədiyindən, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,068 ha olan torpaq sahəsinin alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı, 16 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar