Məhkəmə qərarları › İş №2(007)-1959/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1959/2024

19.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1959/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X3 xx.xx.1999-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olub və ünvan 1 qeydiyyatdadır. X3 44 günlük Qarabağ müharibəsində bədən xəsarəti alıb və “mikrositoz, funksiyanın pozulması, mülayim dərəcədə ifadə olunmuş psixotabənzər davranış, yaddaş pozuntuları, poztkontuzion sindromu” xəstəliyindən əziyyət çəkir və ona 3-cü dərəcəli əlillik verilib. X3 həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Qardaşı özü-özünü müstəqil idarə etmək iqtidarıda malik deyil, etdiyi hərəkətlərin mənasını dərk etmir. Ona görə, hesab edir ki, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X5 faktiki olaraq fəaliyyət qabilyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X9 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyini nəzərə almaqla müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X2 edənin suallarına cavab olaraq bildirmişdir ki, onun vəziyyəti normaldır, 29 yaşı var, ayın 12-si onun ad günüdür, dərman içir, dərmanları ona bacısı verir. O, evdə olur, küçəyə çıxmır, “Qarabağ döyüşləri”ndə iştirak edib, ərizəçi onun qohumudur, qohumlarından onunla yaşayan başqa heç kim yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur, Qazax rayonunun Çaylı kəndində qeydiyyatdadır; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1999cu il tarixində Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında arayışının surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X8 Azərbaycan Respublikasınmın Ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluunun müdafiəsi ilə əlaqədar əlildir. Əlilliyin müddəti 5 ildir. Əlillik qrupu: 2.3 üçüncü dərəcə əlillik=> 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9,F48- F48.9); Dianoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və yə qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (28.Q9.2Q2Q), Sağ ayağın çoxsaylı qəlpə, sağ baldırın yuxarı 1/3-ni dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Sağ baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının yad cismi (metal qəlpə). Mikrositoz, funksiyanın pozulması ilə, Mülayim dərəcədə ifadə olunmuş psixotabənzər davranış, yaddaş pozuntuları ilə. Partlayış travması nəticəsində mülayim dərəcədə ifadə olunmuş psixotabənzər davranış və yaddaş pozğunluğu. Postkontuzion sindrom. Sağ baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının yad cismi (metal qəlpə).Sağ ayağın çoxsaylı qəlpə, sağ baldırın yuxan 1/3-ni dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Sağ incik sinirinin neyropatiyası; - 157 saylı Hərbi Hissənin 34 saylı travma haqqında arayışının surətindən görünür ki, əsgər Bayramov Elvin oğlu xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlaması və güllə yaralanması nəticəsində “Partlayış travması. Sağ ayağın çox saylı qəlpə yaralanması. Sağ baldırın yuxarı 1/3-nin dəlib keçən güllə yarası” xəsərəti almışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 2316 saylı rəyindən görünür ki, Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs X8 məhkəmə-psixiatrik ekspertizasından təqsirləndirilən şəxs qismində keçmədiyindən anlaqlı olub-olmaması sualı cavablandırılmır. E.M.Bayramovda müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs X1 onun məhkəmə iclasına çağırılmasına yol verir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə doğulmuş X3na “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və yə qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (28.Q9.2Q2Q), Sağ ayağın çoxsaylı qəlpə, sağ baldırın yuxarı 1/3-ni dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Sağ baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının yad cismi (metal qəlpə). Mikrositoz, funksiyanın pozulması ilə, Mülayim dərəcədə ifadə olunmuş psixotabənzər davranış, yaddaş pozuntuları ilə. Partlayış travması nəticəsində mülayim dərəcədə ifadə olunmuş psixotabənzər davranış və yaddaş pozğunluğu. Postkontuzion sindrom. Sağ baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının yad cismi (metal qəlpə).Sağ ayağın çoxsaylı qəlpə, sağ baldırın yuxan 1/3-ni dəlib-keçən gülla yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Sağ incik sinirinin neyropatiyası” diaqnozu qoyulmuşdur, ona 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilib. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2316 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməməsi üçün əsas verir. Belə ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olduğu sübut olunur. Beləliklə, ərizəçi irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “xx.xx.1999-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “xx.xx.1999-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar