Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1984/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 dekabr 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********52275 Samsung Galaxy J6 markalı telefon üçün 138 (yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə pulu, 27 sentyabr 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********96339 Xiaomi Mi A2 markalı telefon üçün 277 (iki yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə pulu, 24 dekabr 2018-ci il tarixli müqaviləsinə əsasən, Mİ markalı Power Bank, Karbuds markalı qulaqlıq üçün 125 (yüz iyirmi beş) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə pulu,17 noyabr 2018-ci il tarixli müqaviləsinə əsasən, Router markalı TP-LİNK modem üçün 45 (qırx beş) manat ödənilməmiş hissə 4 (dörd) manat cərimə pulu hesablanmışdır, ümumilikdə 641 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 671 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 24.12.2018-ci il, 27.09.2018-ci il, 24.12.2018-ci il, 17.11.2018-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kod **********52275 Samsung Galaxy J6, İMEİ kod **********96339 Xiaomi Mi A2 markalı telefonlar, Mİ markalı Power Bank, Earbuds markalı qulaqlıq, Router markalı TP-LİNK modem almış və nəticədə 641 (altı yüz qırx bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 603 (altı yüz üç) manat olan İMEİ kod **********52275 Samsung Galaxy J6 markalı telefon üçün ümumilikdə 151 (yüz əlli bir) manat olmaqla ondan 138 (yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 46 manat (0.39 manat x 120 gün) güzəşt edilərək, 13 (on üç) manat cərimə pulu, 27.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 612 (altı yüz on iki) manat olan İMEİ kod **********96339 Xiaomi Mi A2 markalı telefon üçün ümumilikdə 304 manat olmaqla ondan, 277 (iki yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 91 manat güzəşt edilərək, 27 (iyirmi yeddi) manat cərimə pulu, 24.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 192 (yüz doxsan iki) manat (6 ay x 32 manat - 0 manat ilkin ödəniş) olan Mİ markalı Powerbank, Earbuds markalı qulaqlıq üçün ümumilikdə 137 (yüz otuz yeddi) manat olmaqla ondan 125 (yüz iyirmi beş) manat ödənilməmiş hissə, 38 manat (0.32 x 120 gün) güzəşt edilərək, 12 manat cərimə pulu; 17.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 90 (doxsan) manat olan Router markalı TP-LİNk modem üçün ümumilikdə 49 (qırx doqquz) manat olmaqla ondan 45 (qırx beş) manat ödənilməmiş hissə 15 manat (0.15 x 90 gün) güzəşt edilərək, 4 (dörd) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 912 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlə də gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 00434950 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 603 manat olan Samsung Galaxy J6 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 00434987 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 192 manat olan Mİ markalı Power Bank, Earbuds markalı qulaqlıq satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2018-ci il tarixli, 00377558 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 90 manat olan Router markalı TP-LİNK modem satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2018-ci il tarixli, 00312641 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 612 manat olan Xiaomi Mi A2 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 01 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 dekabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 138 manat, cərimə borcu üzrə 13 manat olmaqla, ümumilikdə 151 manat borcu vardır. Cavabdeh 27 sentyabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 277 manat, cərimə borcu üzrə 27 manat olmaqla, ümumilikdə 304 manat borcu vardır. Cavabdeh 24 dekabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 125 manat, cərimə borcu üzrə 12 manat olmaqla, ümumilikdə 137 manat borcu vardır. Cavabdeh 17 noyabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 45 manat, cərimə borcu üzrə 4 manat olmaqla, ümumilikdə 49 manat borcu vardır. Qeyd olunan müqavilələr üzrə ümumilikdə 641 manat borcu vardır. İşə əlavə olunmuş 29 may 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 24 dekabr 2018-ci il tarixli, 27 sentyabr 2018ci il tarixli,24 dekabr 2018-ci il tarixli və 17 noyabr 2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 24 dekabr 2018-ci il tarixli müqavilə üzrə 138 manat əsas borc, 13 manat cərimə borcu olmaqla, ümumilikdə 151 manat borc, 27 sentyabr 2018-ci il tarixli müqavilə üzrə 277 manat əsas borc, 27 manat cərimə borcu olmaqla, ümumilikdə 304 manat borc, 24 dekabr 2018-ci il tarixli müqavilə üzrə 125 manat əsas borc, 12 manat cərimə borcu olmaqla, ümumilikdə 137 manat borc, 17 noyabr 2018-ci il tarixli müqavilə üzrə 45 manat əsas borc, 4 manat cərimə borcu olmaqla, ümumilikdə 49 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1984/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1984/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver