Məhkəmə qərarları › İş №2(007)-1985/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1985/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1985/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 31.08.2019-cu il, 17.07.2019-cu il və 03.09.2019-cu il müqaviləsinə əsasən, LG markalı paltaryuyan, İMEİ kodu **********68134 olan Huawei P30 Lite markalı telefon, qoruyucu örtük və qoruyucu üzlük, İMEİ kodu **********50397 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 3702 (üç min yeddi yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1584 (min beş yüz səksən dörd) manat (18 ay x 88 manat + 0 manat ilkin ödəniş) LG markalı paltaryuyan üçün ümumilikdə, 1918 (min doqquz yüz on səkkiz) manat olmaqla ondan, 1496 (min dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 422 (dörd yüz iyirmi iki) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.07.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 976 (doqquz yüz yetmiş altı) manat (16 ay x 61 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********68134 olan Huawei P30 Lite markalı telefon, qoruyucu örtük və qoruyucu üzlük üçün ümumilikdə, 1027 (min iyirmi yeddi) manat olmaqla ondan, 790 (yeddi yüz doxsan) manat ödənilməmiş hissə, 237 (iki yüz otuz yeddi) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 777 (yeddi yüz yetmiş yeddi) manat (12 ay x 53 manat + 141 manat ilkin ödəniş) İMEİ kodu **********50397 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 757 (yeddi yüz əlli yeddi) manat olmaqla ondan, 583 (beş yüz səksən üç) manat ödənilməmiş hissə, 174 (yüz yetmiş dörd) manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 468 manat təşkil edir. Qeyd olunanlara əsasən, 31.08.2019-cu il tarixli müqavilə üzrə LG markalı paltaryuyan üçün 1496 (min dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 422 (dörd yüz iyirmi iki) manat dəbbə, 17.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********68134 olan Huawei P30 Lite markalı telefon, qoruyucu örtük və qoruyucu üzlük üçün 790 (yeddi yüz doxsan) manat ödənilməmiş hissə, 237 (iki yüz otuz yeddi) manat dəbbə, 03.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********50397 olan Samsung Galaxy A50 markalı telefon üçün 583 (beş yüz səksən üç) manat ödənilməmiş hissə, 174 (yüz yetmiş dörd) manat dəbbə, ümumilikdə 3702 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3732 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.08.2019-cu il tarixli 00880331 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə LG markalı paltaryuyan verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 31.08.2019-cu il tarixli 00880331 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dan gec olmayaraq 18 ay müddətinə 88 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 26.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1496 manat ödənilməmiş hissə, 422 manat cərimə, cəmi 1918 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.07.2019-cu il tarixli 00787541 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********68134 olan Huawei P30 Lite markalı telefon, qoruyucu örtük və qoruyucu üzlük verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 17.07.2019-cu il tarixli 00787541 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 18-dən gec olmayaraq 16 ay müddətinə 61 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 26.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 790 manat ödənilməmiş hissə, 237 manat cərimə, cəmi 1027 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.09.2019-cu il tarixli 00887120 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********50397 olan Samsung Galaxy A50 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 03.09.2019-cu il tarixli 00887120 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dan gec olmayaraq 12 ay müddətinə 53 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 26.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 583 manat ödənilməmiş hissə, 174 manat cərimə, cəmi 757 manat borcu vardır. İşə əlavə olunmuş 01.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş bildirişlərdən görünür ki, 31.08.2019-cu il, 17.07.2019-cu il, 03.09.2019-cu il tarixində bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada üçüncü şəxsə verilə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilələrin predmetlərinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. İşə əlavə olunmuş "xxxx" MMC-nin 12.03.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 31.08.2019-cu il, 17.07.2019-cu il, 03.09.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh “Samsung", “Huawei” markalı telefon, 2 ədəd aksesuar, “LG” markalı paltaryuyan almışdır. Lakin müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Üzərinə götürdüyü öhdəliyin yerinə yetirməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməsi xahiş olunur. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacaqdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 31.08.2019-cu il, 17.07.2019-cu il, 03.09.2019-cu il tarixli müqavilələr bağlanmışdır. 31.08.2019-cu il, 17.07.2019-cu il və 03.09.2019-cu il müqavilələrə əssən, LG markalı paltaryuyan, İMEİ kodu **********68134 olan Huawei P30 Lite markalı telefon, qoruyucu örtük və qoruyucu üzlük, İMEİ kodu **********50397 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 3702 (üç min yeddi yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, 31.08.2019-cu il tarixli 00880331 saylı müqaviləyə əsasən LG markalı paltaryuyan üçün 422 manat miqdarında cərimə pulu 1496 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 40 manat saxlanılmalıdır. 17.07.2019-cu il tarixli 00787541 saylı müqaviləyə əsasən İMEİ kodu **********68134 olan Huawei P30 Lite markalı telefon, qoruyucu örtük və qoruyucu üzlük üçün 237 manat miqdarında cərimə pulu 790 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 25 manat saxlanılmalıdır. 03.09.2019-cu il tarixli 00887120 saylı müqaviləyə əsasən İMEİ kodu **********50397 olan Samsung Galaxy A50 markalı telefon üçün 174 manat miqdarında cərimə pulu 583 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 17 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6 manatı iddiaçıya, 24 manatı cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 31.08.2019-cu il tarixli müqavilə üzrə LG markalı paltaryuyan üçün 1496 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 17.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********68134 Huawei P30 Lite markalı telefon, qoruyucu örtük və qoruyucu üzlük üçün 790 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu, 03.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********50397 olan samsung Galaxy A50 markalı telefon üçün 583 manat ödənilməmiş hissə, 17 manat dəbbə olmaqla, ümumilikdə 2948 manat borc, 24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 6 (altı) manat iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31.08.2019-cu il tarixli müqavilə üzrə LG markalı paltaryuyan üçün 1496 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 17.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********68134 Huawei P30 Lite markalı telefon, qoruyucu örtük və qoruyucu üzlük üçün 790 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu, 03.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********50397 olan samsung Galaxy A50 markalı telefon üçün 583 manat ödənilməmiş hissə, 17 manat dəbbə olmaqla, ümumilikdə 2948 manat borc, 24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 6 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar