Məhkəmə qərarları › İş №2(007)-1989/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1989/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1989/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.09.2019-cu il tarixli müqaviləsinə əsasən, HP markalı kompüter üçün 946 (doqquz yüz qırx altı,) manat ödənilməmiş hissə, 283 manat dəbbə pulu; 24.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje markalı tozsoran, Eurogold markalı ütü masası, Hoffmann markalı mini soba, Panasonic markalı ütü üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 122 (yüz iyirmi iki,) manat dəbbə pulu; 24.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********26306 Samsung Galaxy A50 markalı telefon 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 (yüz səksən) dəbbə pulu; 29.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Led markalı televizor 830 (səkkiz yüz otuz) manat ödənilməmiş hissə, 249 (iki yüz qırx doqquz) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə 3771 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3801 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 22.09.2019-cu il, 24.08.2019-cu il, 24.08.2019-cu il, 29.08.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, HP markalı kompüter, Gorenje markalı tozsoran, Eurogold markalı ütü masası, Hoffmann markalı mini soba, Panasonic markalı ütü, İMEİ kod **********26306 Samsung Galaxy A50 markalı telefon, Samsung Led markalı televizor almış və nəticədə 3771 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1420 (min dörd yüz iyirmi) manat (2 ay x 473 manat + 474 manat ilkin ödəniş) olan HP markalı kompüter üçün 1229 (min iki yüz iyirmi doqquz) manat olmaqla ondan, 946 (doqquz yüz qırx altı) manat ödənilməmiş hissə, 283 manat dəbbə pulu, 24.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 561 (beş yüz altmış bir) manat (11 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan Gorenje markalı tozsoran, Eurogold markalı ütü masası, Hoffmann markalı mini soba, Panasonic markalı ütü üçün 683 (altı yüz səksən üç) manat olmaqla ondan, 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, (0.51 manat x 240 gün) 122 (yüz iyirmi iki) manat dəbbə pulu; 24.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 manat olan olan İMEİ kod **********26306 Samsung Galaxy A50 markalı telefon 780 (yeddi yüz səksən) manat olmaqla ondan 600 manat ödənilməmiş hissə, (1 x 180 giin) 180 (yüz səksən) dəbbə pulu; 29.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1250 manat olan Samsung Led markalı televizor üçün ümumilikdə 1079 (min yetmiş doqquz) manat olmaqla ondan 830 manat ödənilməmiş hissə, 249 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 894 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.09.2019-cu il, 24.08.2019-cu il, 24.08.2019-cu il və 29.08.2019-cu il tarixli müqavilələrdən və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən müvafiq olaraq ümumi dəyəri 1420 manat olan HP markalı kompüter, ümumi dəyəri 561 manat Gorenje markalı tozsoran, Eurogold markalı ütü masası, Hoffmann markalı mini soba, Panasonic markalı ütü, ümumi dəyəri 600 manat olan Samsung Galaxy A50 markalı telefon, ümumi dəyəri 1250 manat olan Samsung Led markalı televizor almışdır. Cavabdeh qeyd olunan müqavilələr üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 16 iyun 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC-nin 08 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22.09.2019-cu il, 24.08.2019-cu il, 24.08.2019-cu il və 29.08.2019-cu il tarixli müqavilələr üzrə 2937 manat əsasə borc, 834 manat dəbbə pulu olmaqla ümumilikdə 3771 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.09.2019-cu il, 24.08.2019-cu il, 24.08.2019-cu il və 29.08.2019-cu il tarixli müqavilələr və onlara əlavələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən müvafiq olaraq ümumi dəyəri 1420 manat olan HP markalı kompüter, ümumi dəyəri 561 manat Gorenje markalı tozsoran, Eurogold markalı ütü masası, Hoffmann markalı mini soba, Panasonic markalı ütü, ümumi dəyəri 600 manat olan Samsung Galaxy A50 markalı telefon, ümumi dəyəri 1250 manat olan Samsung Led markalı televizor almışdır. Cavabdeh qeyd olunan müqavilələr üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 22.09.2019-cu il, 24.08.2019-cu il, 24.08.2019-cu il və 29.08.2019-cu il tarixli müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2 22.09.2019-cu il tarixli, 24.08.2019-cu il tarixli və 29.08.2019-cu il tarixli müqavilələr üzrə 2937,00 manat ödənilməmiş hissə, 293,00 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 3230,00 (üç min iki yüz otuz) manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC-TELECOM" MMCnin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 22.09.2019-cu il tarixli, 24.08.2019-cu il tarixli və 29.08.2019-cu il tarixli müqavilələr üzrə 2937,00 manat ödənilməmiş hissə, 293,00 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 3230,00 (üç min iki yüz otuz) manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC-TELECOM" MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar