Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2004/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC ilə bağlanmış 01095763 nömrəli 02.12.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə İMEİ kodu **********27927 olan Samsung Galaxy A40 markalı telefon satılmış və nəticədə 365 manat borc yaranmışdır. 02.12.2019-cu iltarixli müqaviləyə əsasən cavabdehin alqı-satqı qiyməti 768 manat (12 x 64+0 manat ilkin ödəniş) İMEİ kodu **********27927 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 365 manat olmaqla, 332 manat ödənilməmiş hissə, 33 manat cərimə borcu yaranmışdır. Cavabdeh 01095763 nömrəli 02.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********27927 olan Samsung Galaxy A40 markalı telefonu 09.09.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 372 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 436 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh "xxxx" MMC-nin xeyrinə 01095763 nömrəli 02.12.2019-cu il müqaviləsinə əsasən İMEİ kodu **********27927 olan Samsung Galaxy A40 markalı telefon üçün 332 manat ödənilməmiş hissə,33 manat cərimə ümumilikdə 365 manat borc, 20 manat dövlət rüsumu cəmi 385 manat manat tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş 01095763 nömrəli 02.12.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********27927 olan Samsung Galaxy A40 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüş,lakin öz öhdəliklərini tam və layiqincə icra etməmişdir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 31.07.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01095763 nömrəli 02.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 332 manat ödənilməmiş hissə,33 manat cərimə cəmi 365 manat borcu vardır. İşə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 20 manat 40 qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01095763 nömrəli 02.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə Samsung Galaxy A40 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüş, lakin öz öhdəliklərini tam və layiqincə icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 01095763 nömrəli 02.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə görə İMEİ kodu **********27927 olan Samsung Galaxy A40 markalı telefon üçün 365 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 385 manat manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2004/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2004/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver