Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2007/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC ilə bağlanmış №00484512 24.01.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********64055 olan “Xiaomi Mİ A2” markalı telefon almış və nəticədə 204 manat borc yaranmışdır. Cavabdeh 24.01.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 744(12 ay x 62 manat+0 ilkin ödəniş) manat olmaqla İMEİ kodu **********64055 olan “Xiaomi Mİ A2” markalı telefon üçün ümumilikdə 204 manat olmaqla ondan 186 manat ödənilməmiş hissə, 18 manat cərimə pulu borc yaranmışdır.. Cavabdehin cəmi ödədiyi məbləğ 558 manat təşkil edir. Qeyd olunanlara əsasən №00484512 24.01.2019-cu il tarixli müqaviləyə əsasən ,İMEİ kodu **********64055 olan «Xiaomi Mİ A2» markalı telefon üçün ümumilikdə 204 manat olmaqla ondan 186 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 18 manat cərimə, ümumilikdə 204 manat borc, 20 dövlət rüsumu cəmi 224 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş cavabdehlə "xxxx" MMC ilə bağlanmış 24.01.2019-cu il tarixli müqavilələrdən görünür ki, Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********64055 olan «Xiaomi Mİ A2» markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 24.01.2019-cu il tarixli müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 22-dən gec olmayaraq 12 ay müddətinə 62 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh oğluna göndərilmiş 07.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 10.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qeyd olunan müqavilələr üzrə cəmi 204 manat borcu vardır. İşə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 20 manat 40 qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 24.01.2019-cu il tarixli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən müştəriyə İMEİ kodu **********64055 olan «Xiaomi Mİ A2» markalı telefon verilmiş, Cavabdeh həmin müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 204 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 224 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2007/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2007/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver