Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2022/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 iyul 2020-ci il tarixli, 481-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 633,07 (altı yüz otuz üç manat 07 qəpik) nanat, faiz borcuna görə 94,21 (doxsan dörd manat 21 qəpik) manat, dəbbə borcuna görə 146 (bir yüz qırx altı manat 00 qəpik) manat, cəmi 873,28 (səkkiz yüz yetmiş üç manat 28 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2020-ci il tarixli, 481-0***-******* saylı kredit müqaviləsinə əsasən illik 35 % (otuz beş) faiz dərəcəsi olmaqla 18 (on sekkiz) ay müddətinə 730 (yeddi yüz otuz) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 27 iyul 2020-ci il tarixli, 481-0***-******* saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 27 iyul 2020-ci il tarixli, 481-0***-******* saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 27-dan gec olmayaraq hər ay 52,71 (əlli iki manat 71 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 27 iyul 2020-cu il tarixli, 481-0***-******* saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 633,07 (altı yüz otuz üç manat 07 qəpik) manat, faiz borcuna görə 94,21 (doxsan dörd manat 21 qəpik) manat, dəbbə borcuna görə 146 (bir yüz qırx altı manat 00 qəpik) manat, cəmi 873,28 (səkkiz yüz yetmiş üç manat 28 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 27 iyul 2020-cu il tarixli, 481-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 633,07 (altı yüz otuz üç manat 07 qəpik) manat, faiz borcuna görə 94,21 (doxsan dörd manat 21 qəpik) manat, dəbbə borcuna görə 146 (bir yüz qırx altı manat 00 qəpik) manat, cəmi 873,28 (səkkiz yüz yetmiş üç manat 28 qəpik) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 12.04.2021-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “xxxx" Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2020ci il tarixli 481-0***-******* nömrəli kredit müqaviləsindən görünür ki, təşkilat tərəfindən Cavabdeh 18 ay müddətinə illik 35% ödəmək şərtilə 730 manat məbləğdə kredit verilmişdir. Cavabdeh 18 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - “xxxx" Bank olmayan Kredit təşkilatı tərəfindən Cavabdeh ünvanlanmış tələbetmə hüquqlarının ötürülməsi barədə Bildirişdən görünür ki, 481-0***-******* nömrəli, 27/07/2020-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” MMC dair tələbetmə huqularının güzəşt olunmasına dair 001 saylı, 25 noyabr 2017-ci il tarixli güzəşt olunması müqaviləsinə uyğun olaraq borc tələbetmə hüquqlarının ötürülməsi barədə məlumat Cavabdeh bildirilmiş və “İddiaçı " ASC kredit müqaviləsi üzrə Kreditordur və həmin müqaviləyə əsasən borcların həmin BANK-ın hesablaşma hesabına ödənilməsi xahiş edilmişdir. - İddiaçı ASC-nin 01.04.2020-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh 30.03.2021-ci il tarixinə İddiaçı ASC-yə 633,07 manat əsas borc, 94,21 manat faiz, 146 manat cərimə borcu, cəmi 873,28 manat borcu vardır. - İddiaçı ASC-nin bildirişlərindən görünür ki, Cavabdeh Bank qarşısında olan gecikdirilmiş borcu 3 iş günü müddətində ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı ASC vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 01.04.2021-ci il tarixdə 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 27 iyul 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 18 ay müddətinə 730 manat məbləğində kredit verilmişdir. “xxxx” Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 001 saylı, 25 noyabr 2017-ci il tarixli hüquqların ötürülməsi barədə müqaviləyə əsasən, Cavabdeh ilə “xxxx” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 27 iyul 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 18 ay müddətinə 730 manat məbləğində kredit verilmiş, daha sonra Cavabdeh ilə “xxxx” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Cavabdeh 27 iyul 2020-ci il tarixli, 481-0***-******* saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 27 iyul 2020-ci il tarixli, 481-0***- ******* saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 633,07 (altı yüz otuz üç manat 07 qəpik) manat, faiz borcuna görə 94,21 (doxsan dörd manat 21 qəpik) manat, cərimə borcuna görə 146 (yüz qırx altı) manat, cəmi 873,28 (səkkiz yüz yetmiş üç manat 28 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27 iyul 2020-ci il tarixli, 481-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 633,07 (altı yüz otuz üç manat 07 qəpik) manat, faiz borcuna görə 94,21 (doxsan dörd manat 21 qəpik) manat, cərimə borcuna görə 146 (yüz qırx altı) manat, cəmi 873,28 (səkkiz yüz yetmiş üç manat 28 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-2022/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2022/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver