Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2027/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Asif oğlunun iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Namiq Gülməmmədov iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 01.02.2019-cu il və 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********05972 olan Samsung Galaxy J4 markalı telefon, İMEİ kodu **********78951 olan Xiaomi Redmi 7 markalı telefon almış və nəticədə 366 manat borc yaranmışdır. Cavabdeh 01.02.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 450 (dörd yüz əlli) manat (yəni 18 ay x 25 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********05972 olan Samsung Galaxy J4 markalı telefon üçün ümumilikdə 181 (yüz səksən bir) manat olmaqla ondan 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 10.08.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 300 (üç yüz) manat (yəni 12 ay x 25 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********78951 olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə 185 (yüz səksən beş) manat olmaqla ondan 169 (yüz altmış doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 416 manat təşkil edir. Qeyd olunanlara əsasən, 01.02.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********05972 olan Samsung Galaxy J4 markalı telefon üçün 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 10.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********78951 olan Xiaomi Redmi 7 markalı telefon üçün 169 (yüz altmış doqquz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, ümumilikdə 366 manat borc, 20 manat dövlət rüsumu, cəmi 386 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.02.2019-cu il tarixli 00495159 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********05972 olan Samsung Galaxy J4 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 01.02.2019-cu il tarixli 00495159 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 14-dən gec olmayaraq 18 ay müddətinə 25 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 05.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 01.02.2019-cu il tarixli 00495159 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 165 manat ödənilməmiş hissə, 16 manat cərimə, cəmi 181 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.08.2019-cu il tarixli 00836034 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********78951 olan Xiaomi Redmi 7 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 10.08.2019-cu il tarixli 00836034 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 20-dən gec olmayaraq 12 ay müddətinə 25 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 05.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 169 manat ödənilməmiş hissə, 16 manat cərimə, cəmi 185 manat borcu vardır. İşə əlavə olunmuş 09.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş bildirişlərdən görünür ki, 01.02.2019-cu il, 10.08.2019-cu il tarixində bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada üçüncü şəxsə verilə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. İşə əlavə olunmuş "xxxx" MMC-nin 11.08.2020-ci il tarixli xəbərdarlığının surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.02.2019-cu il, 10.08.2019cu il tarixli müqavilələrə əsasən, “Xiaomi" və “Samsung“ markalı telefon almışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni ödəniş cədvəlində nəzərdə tutulan vaxta və qaydaya əməl etməmişdir. İddiaçı Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi xahiş etmişdir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacaqdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 01.02.2019-cu il, 10.08.2019-cu il tarixli müqavilə bağlanmışdır. 01.02.2019-cu il və 10.08.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan İMEİ kodu **********05972 olan Samsung Galaxy J4 markalı telefon, İMEİ kodu **********78951 olan Xiaomi Redmi 7 markalı telefon almış və nəticədə 366 manat borc yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 01.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********05972 olan Samsung Calaxy J4 markalı telefon üçün 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********78951 olan Xiaomi Redmi 7 markalı telefon üçün 169 (yüz altmış doqquz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, ümumilikdə 366 manat borc, 20 manat dövlət rüsumu, cəmi 386 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********05972 olan Samsung Calaxy J4 markalı telefon üçün 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********78951 olan Xiaomi Redmi 7 markalı telefon üçün 169 (yüz altmış doqquz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, ümumilikdə 366 manat borc, 20 manat dövlət rüsumu, cəmi 386 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2027/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2027/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver