Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2066/2020 30.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 yanvar 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********26147 Xiaomi Redmi markalı telefon üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə; 12 avqust 2018-ci il tarixli müqaviləsinə əsasən, Epson markalı printer üçün 161 (yüz altmış bir) manat ödənilməmiş hissə,cərimə16 (on altı) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 223 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 243 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 23.01.2019-cu il, 12.08.2018-ci iltarixli müqavilələrinə əsasən, İMEİ kod **********26147Xiaomi Redmi markalı telefon, Epson markalı printeralmış və nəticədə 223 (iki yüz iyirmi üç) manatborc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.01.2019-cu iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 230 (iki yüz otuz) manat(6 ay x 38 manat + 2 manat ilkin ödəniş) olanİMEİ kod **********26147 Xiaomi Redmi markalı telefonüçün ümumilikdə, 46 (qırx altı)manat olmaqla ondan 42 manat ödənilməmiş hissə, 22 manat (0.38 manat x 60 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 4 manat cərimə; 12.08.2018-ci iltarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 651 manat Epson markalı printer üçün ümumilikdə, 177 (yüz yetmiş yeddi) manat olmaqla ondan 161 manat ödənilməmiş hissə,cərimə 48 manat hesablanmalı olmasına baxmayaraqgüzəşt olunaraq 16 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 678manat təşkil edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2018-ci il tarixli, K00249145 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 651 manat olan Epson markalı printer satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli, 00482341 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 230 manat olan Xiaomi Redmi markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 11 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 avqust 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 161 manat, cərimə borcu üzrə 16 manat olmaqla, ümumilikdə 177 manat borcu vardır. Cavabdeh 23 yanvar 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 42 manat, cərimə borcu üzrə 4 manat olmaqla, ümumilikdə 46 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 223 manat borcu vardır. İşə əlavə olunmuş 12 iyun 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 12 avqust 2018-ci il tarixli və 23 yanvar 2019cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 12 avqust 2018-ci il tarixli müqavilə üzrə 161 manat əsas borc, 16 manat cərimə borcu olmaqla, ümumilikdə 167 manat borc, 23 yanvar 2019-cu il tarixli müqavilə üzrə 42 manat əsas borc, 4 manat cərimə borcu olmaqla, ümumilikdə 46 manat, cəmi 223 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2066/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2066/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver