Məhkəmə qərarları › İş №2(007)-2066/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2066/2022

07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2066/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın ləğvi və əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın ləğvi və əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı mübahisə kommersiya münasibətlərindən yaranmışdır. Belə ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN:**********), cavabdeh “Azəriqaz” İB isə hüquqi şəxsdir. Belə olan halda bu iə Nizami Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, hazırkı iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın ləğvi və əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki,hazırkı iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev 11 yanvar 2022-ci il İş № 2 (007)-610/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, iddiaçı X2 cavabdeh Bakı Şəhəri ŞBPİ DYPİ-nə qarşı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Tərəflərin iştirakı olmadan prosessual hərəkət başlandı saat 14:45-də, Mən, iddiaçı X2 cavabdeh Bakı Şəhəri ŞBPİ DYPİ-nə qarşı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət qurtardı saat 14:55-də. Hakim: Fikrət Mirzəyev AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ AZ 1096, Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 24 Tel: (012) ***-**-** www.nizamicourt.gov.az Faks: (012) ***-**-** İş № 2(007)-854/2018 04 yanvar 2018-cı il X1 Qəbələ şəh. N.Nərimanov küç. Ev 39 Nizami Rayon Məhkəməsinin 2(007)-854/2018 saylı, 04 yanvar 2018-ci il tarixli qərardadının surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sizə göndərilir. Qoşma: 2(007)-854 saylı qərardad, iddia ərizəsi və ona əlavə edilmiş sənədələrin əsli, (dövlət rüsumu qəbzi). Hakim Fikrət Mirzəyev İş № 2(007)-854/2018 04 yanvar 2018-cı il X1 Qəbələ şəh. N.Nərimanov küç. Ev 39 Nizami Rayon Məhkəməsinin 2(007)-854/2018 saylı, 04 yanvar 2018-ci il tarixli qərardadının surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sizə göndərilir. Qoşma: 2(007)-854 saylı qərardad, iddia ərizəsi və ona əlavə edilmiş sənədələrin əsli, (dövlət rüsumu qəbzi). Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar