Məhkəmə qərarları › İş №2(007)-2108/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2108/2022

17.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2108/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Astara rayonunda anadan olmuşdur. O, xx.xx.1992-ci il tarixdə X8 ilə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuş və hal-hazırda yuxarıda qeyd edilən ünvanda öz ailə üzvüləri ilə birllikdə yaşayır. Həyat yoldaşı X8 xx.xx.2009-cu ildə Bakı şəhərində vəfat etmişdir. O, bu yaxınlarda mərhum həyat yoldaşı X4 adına olan Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 20 iyun 1991-ci il tarixdə verilmiş 0,12 ha torpaq sahəsini öz adına sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirilərək ona bildirdilər ki, mərhum həyat yoldaşının adına olan torpaq sahəsinə dair Orderin Arxiv arayışında adı “Aslan” soyadı “Baxşiyev” ata adı isə “Famid” oğlu kimi qeydə alınmış, lakin digər sənədlərdə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 20 iyun 1991-ci il tarixli Orderində mərhum həyat yoldaşının adı, soyadı və atasının adı X8 qeyd edilmişdir. Bu səbəbdən də evin topağın sənədləşdirilməsi mümkün deyil. Bildirmək istəyir ki, onun həyat yoldaşı o vaxtlar savadsız olduğundan bütün bunlara əhəmiyyət verməmişdir. Qeyd edilənlərə əsasən ərizəni qəbul edərək mahiyyəti üzrə baxılmasını, mərhum həyat yoldaşı X4 adına olan Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 20 iyun 1991-ci il tarixli 8/447 nömrəli, 190 saylı Çöl Şüvəlan qəsəbəsində 44D/16 saylı bağ sahəsinin ayrılmasına dair Orderin və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş X5 adına olan arxiv çıxarışının X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı birliyi Çöl Şüvəlan bağlar sahəsindəki 190 saylı kooperativinin b/s nömrəli Orderindən görünür ki, Bakıxanov Aslan Rəşid oğluna Bakı şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarxli 8/447 saylı qərarına əsasən ona Çöl Şüvəlan bağlar sahəsində 190 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 44D/16 saylı bağ ayrılmışdır; - Bakı şəhər 145 saylı xüsusi notariat ofisinin xx.xx.2021-ci il tarixli 1693 saylı məlumatından görünür ki, X4 xx.xx.2009-cu il tarixli ölümü ilə əlaqədar olaraq Bakı şəhər 15 saylı notariat ofisinə vərəsələri arvadı - Ərizəçi, oğlu - X9 və qızı - X3 xx.xx.2020-ci il tarixində müraciətləri daxil olmuş və tərəflərindən vərəsəlik işi açılmışdır. Həmin işə davam olaraq bildirirlər ki, miras qoyanın adında Bakı şəhəri, Çöl - Şüvəlan bağlar sahəsində yerləşən 44 D/16 nömrəli bağ səhəsi ünvanında olan 0,12 ha olan torpaq sahəsinin özəlləşdirilməsinə və Çıxarış verilməsinə etiraz etmirlər; - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********15 saylı məlumatından görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 nömrəli qərarı ilə 190 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 44D/16 nömrəli bağ sahəsinin ayrılmasına dair X4 adına verilmiş b/s nömrəli order İdarənin arxivində mövcuddur. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 nömrəli qərarında 2.3.20 sıra nömrəsində X10 (sərəncam da olduğu kimi) adı qeyd edilmişdir; - Bakı şəhər X7 İcraiyyə Komitəsinin 20 iyun 1991-ci tarixli 8/447 saylı qərarından arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazırlər Sovetinin 02 iyun 1988-ci il tarixli 195 nömrəli qərarına və Bakqorsovet icraiyyə komitəsinin 14 iyun 1988-ci il tarixli 61333 nömrəli qərarına əsasən Bakı şəhər Soveti İcraaiyyə Komitəsi Xalq Deputatları qərara almışdır: 2..3. Mövcud bağ tikinti kooperativi tərkibində vətəndaşlara bağ evləri verilsin:.... 2.3.20. X11-Şüvəlan massivində 190 nömrəli. Qeyd: keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarında 2.3.20-ci şəxs indiki vətəndaş X1 deyil, X2 qeyd edilmişdir; - Vİ-ЖГ seriyalı 318560 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Ərizəçi 06 oktyabr 1992-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşıyev, arvada Fətəliyeva soyadı verilmişdir; - AZ-İ seriyalı 358425 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 24 mart 2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 may 2009-cu il tarixdə 369 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi ilə X12 06 oktyabr 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ərizəçinin həyat yoldaşı X12 24 mart 2009-cu il tarixdə vəfat etmişdir. Bakıxanov Aslan Rəşid oğluna Bakı şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarxli 8/447 saylı qərarına əsasən Çöl Şüvəlan bağlar sahəsində 190 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 44D/16 saylı bağ ayrılmışdır. Lakin Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı birliyi Çöl Şüvəlan bağlar sahəsindəki 190 saylı kooperativinin b/s nömrəli Orderində mərhum adı X1 göstərilsə də, Bakı şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarxli 8/447 saylı qərarında mərhumun adı X2 qeyd edilmişdir. Bununla əlaqədar ərizəçi bağ sahəsinin sənədləşdirməsini apara bilməmişdir. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı birliyi Çöl Şüvəlan bağlar sahəsindəki 190 saylı kooperativinin b/s nömrəli X14 bağlar sahəsində 190 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 44D/16 saylı bağ sahəsinin Bakıxanov Aslan Rəşid oğluna verildiyi göstərilmişdir. Lakin Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 nömrəli qərarının 2.3.20-ci bəndində vətəndaş adı X1 deyil, X2 qeyd edilmişdir. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin evin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, “Çöl Şüvəlan bağlar sahəsində 190 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 44D/16 saylı bağın ayrılmasına” dair Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı birliyi Çöl Şüvəlan bağlar sahəsindəki 190 saylı kooperativinin b/s nömrəli Orderinin və Bakı şəhəri İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli 8/447 nömrəli qərarında 2.3.20 sıra nömrəsindəki qeydin X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Çöl Şüvəlan bağlar sahəsində 190 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 44D/16 saylı bağın ayrılmasına” dair Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı birliyi Çöl Şüvəlan bağlar sahəsindəki 190 saylı kooperativinin b/s nömrəli Orderinin və Bakı şəhəri İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli 8/447 nömrəli qərarında 2.3.20 sıra nömrəsindəki qeydin X6 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar