Məhkəmə qərarları › İş №2(007)-213/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-213/2025

08.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-213/2025 08.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü X11 psixi pozuntusuna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, X16 ilə X12 10 yanvar 2009-cu il tarixində birgə nikaha daxil olublar. Birgə nikahdan xx xxxxxxxx 2005-ci il təvəllüdlü Ərizəçi, 07 iyul 2008ci il təvəllüdlü X17 və 16 mart 2015-ci il təvəllüdlü X18 anadan olmuşdur. X19 ruhi xəstədir və ərizəçinin anası və digər yaxın qohumlarının ərizəsi əsasında bir neçə dəfə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında yerləşdirilmişdir. Ərizəçi bildirir ki, onun atası ruhi xəstədir. Hətta dəfələrlə müalicə almışdır. Müalicə almadığı dövrdə isə digər şəxslərə hücum edir, davranışlarını idarə edə bilmir, ərizəçiyə, onun bacı-qardaşına və anasına hücum edir, öldürməklə hədələyir. X4 ərizəçini, bacı-qardaşını və anasını narahat edir, onun anasını ölümlə hədələyir.

İş materialları :

3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-5104/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan olmaqla, ünvan 3 yaşayan X9 180 gün müddətinə uzunmüddətli mühafizə orderinin verilməsi, məişət zorakılığının təkrar törədilməsi, ərizəçi X6 olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatlıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Mədən 2 küçəsində yerləşən evə 20 metr məsafədən yaxınlaşmaq, ərizəçilə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək X15 qadağan edilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Həkim Psixiatr Komissiyasının 782 nömrəli rəyindən görünür ki, X11 26 saylı ş/p diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə müayinəsi nəticəsində ona xroniki sayıqlama pozuntusu F.22.0 diaqnozu qoyulmuşdur.

5. AZ-İİ seriyalı, 226255 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 2005-ci il tarixdə doğulmuş və bu barədə Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixində 36 nömrə ilə qeyd edilmişdir. X8, anası X7r.

6. X12 tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X11 onun yaşadığı ünvanda mütəmadi olaraq mübahisə etməsini və onun ünvanına nalayiq fiadələr eşitməsini əsas gətirərək qanuni tədbirlərin görülməsini xahiş etmişdir.

7. Sabunçu RPİ-nin 12-ci PŞ tərəfindən X9 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X19 “1 saylı Respublika Psixiatriya Xəstəxanası”nda müalicə aldığı məlum olmuş, bu səbəbdən də qarşı tərəfin izahatını almaq və material üzrə tam, hərtərəfli araşdırma aparmaq mümkün olmamışdır.

8. Psixiatriya Xəstəxanası HŞ-nin “Ambulator kitabçadan çıxarışın”dan görünür ki, pasiyent X19 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sayıqlama pozuntusu diaqnozu ilə xəstəxanaya yatırılmışdır.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 2871 saylı rəyindən görünür ki, xx.xx.1961-cı il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş X13 xroniki sayıqlama pozuntusu aşkar olunduğu, onun öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, onun öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsasların mövcud olduğu və X1 onun məhkəmə iclasına çağırılmasına yol vermədiyi qeyd edilmişdir.

10. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları :

11. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, hazırda atası xəstəxanada deyildir. Onlara məxsus olan digər mənzildə tək, öz qardaşı ilə qonşuluqda yaşayır. Atasının qardaşı gecələr onunla qalır. O istəyir ki, atasının qəyyumu təyin edilsin. Atası dərmanları vaxtlı-vaxtında qəbul etdikdə normal olur. Lakin o dərmanları özü qəbul etmir. Atası dərmanları qəbul etmədikdə onların dərmanları verməyə gücü çatmadığından, belə hallarda xəstəxanaya yerləşdirirlər. Bu zaman isə əmisigil qoyumurlar, çıxarırlar.

12. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X10 izahatında ərizənin təmin edilməsinə etiraz etmədiyini, məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.

319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.

İşin faktiki halı :

16. Ərizəçi atası-xx.xx.1961-cı il təvəllüdlü X19 xroniki sayıqlama pozuntusu psixi xəstəliyindən əziyyət çəkir və psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir.

Məhkəmənin mövqeyi :

17. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir.

19. xx.xx.1961-cı il təvəllüdlü X14 fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 2871 saylı rəyi ilə öz təsdiqini tapmışdır.

20. Belə ki, iş üzrə xx.xx.1961-cı il təvəllüdlü X11 psixi vəziyyətinin müəyyən edilməsi zərurəti olduğundan məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 2871 saylı rəyindən görünür ki, 12 avqust 1961 -ci il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş X13 xroniki sayıqlama pozuntusu psixi xəstəliyi aşkar edilmişdir. Psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X19 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 onun məhkəmə iclasında iştirakına yol vermir.

22. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.

23. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

24. Buna görə də məhkəmə qeyd edir ki, xx.xx.1961-cı il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair kifayət qədər əsaslar olduğundan X19 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

25. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır.

Nəticə :

26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1961-cı ildə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş və ünvan 6 ünvanında qeydiyyatda olan X19 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

27. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi : Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan X19 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar