Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2161/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Qasımova Afəridə Məzahir qızına qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Qasımova Afəridə Məzahir qızına qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qasımova Afəridə Məzahir qızı tərəfindən iddia ərizəsində siyahı üzrə qeyd edilən cehiz əşyalarının ona məxsus ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh Qasımova Afəridə Məzahir qızına qarşı “cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi üzrə 2(007)-1930/2022 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1930/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Qasımova Afəridə Məzahir qızına qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə 2(007)-1930/2022 saylı mülki işin icraatının dayandırılması qərara alınmışdır. İddiaçı X3 xx.xx.2024-cü il tarixdə ərizə verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı X2 qanuni nümayəndəsi Qasımova Afəridə Məzahir qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2606/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, mülki iş üzrə icraatı təzələyərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-27/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Qasımova Afəridə Məzahir qızına qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı X1 vəkili və nümayəndəsi X6 04 iyun 2024-cü il tarixdə ərizə verərək bildirmişdir ki, cavabdeh Qasımova Afəridə Məzahir qızı cehiz əşyalarını iddiaçının mülkiyyətində olan evdən könüllü olaraq çıxarmışdır. Belə olan halda tərəflərin arasında olan mübahisəyə baxılmasına lüzum qalmamışdır. Bu səbəbdən iddia ərizəsindən imtina etməyini nəzərə alaraq mülki işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqındakı qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı X1 cavabdeh Qasımova Afəridə Məzahir qızına qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki iş üzrə icraatına xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş ********* nömrəli mədaxil qəbzindən görünür ki, X3 hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 907248763, büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: **********, tarix: xx.xx.2022, saat: 17:18:09) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 vəkili və nümayəndəsi X4 iddiadan imtinası qəbul edilsin. İddiaçı X1 cavabdeh Qasımova Afəridə Məzahir qızına qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilsin. İlk iddia üzrə iddiaçı X3 tərəfindən ödənilmiş 50 manat ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 907248763, büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: **********, tarix: xx.xx.2022, saat: 17:18:09) məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2161/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2161/2024
04.06.2024 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver