Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2166/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,onunla Cavabdeh1 arasında 01.11.2018ci il tarixdə Xiaomi Mİ A232 GB Black markalı telefonun nisyə alqı-satqısına dair müqavilə bağlanmışdır.Həmin müqaviləyə əsasən qeyd olunan malı Cavabdeh1 nisyə satmağı, Cavabdeh1 isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada-ödəniş cədvəlinə uyğun olaraq malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.Həmin müqaviləyə uyğun olaraq onunla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.Qeyd olunan zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə onunla eyni həcmdə məsuliyyət götürmüşdür.Cavabdehlər üzərinə götürdükləri öhdəlikləri icra etmirlər və müqavilənin şərtlərini kobud şəkildə pozurlar.Onlara məktub göndərilərək bildirilmişdir ki, 01.11.2018-ci il tarixli müqavilə üzrə əsas borc 530 manat,dəbbə pulu isə 40 manat,cəmi 570 manat təşkil edir.Lakin xəbərdar olunmalarına baxmayaraq borc ödənilməmişdir.Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və İddiaçı onun xeyrinə əsas borca görə 530 manat,dəbbə puluna görə 40 manat,cəmi 570 manat,eləcə də ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı ilə Cavabdeh1 arasında 01.11.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki,satıcı Xiaomi Mİ A232 GB Black markalı telefonu alıcıya nisyə olaraq satmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 01.11.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 həmin müqavilə ilə öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. 10 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 530 manat,dəbbə puluna görə 40 manat,cəmi 570 manat ödənilməmiş borcu vardır. İşə əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki,borcludan borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında qanula müəyyən olunan qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmış,satıcı öz öhdəliklərinə əməl edərək malı alıcıya təhvil versə də sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir. Nəticədə Cavabdeh1 əsas borca görə 530 manat,dəbbə puluna isə 40 manat,cəmi 570 manat ödənilməmiş borcu qalmışdır. Digər Cavabdeh2 isə zaminlik öhdəliklərinə əməl etməmişdir. Ona görə də məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 01.11.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 530 manat əsas borc,40 manat dəbbə pulu,cəmi 570 manat,eləcə də ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2166/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2166/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver