Məhkəmə qərarları › İş №2(007)-2180/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2180/2023

24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2180/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 9 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 625 saylı Sərəncamı ilə Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Bakı-Abşeron yolunun şimal hissəsində 0.06 ha torpaq sahəsinə görə ‘‘Torpağın mülkiyyətə verilməsinə dair JN-İ5085D Kod ******* №-li şəhadətnamədə və RX seriyalı ******* saylı Çıxarışda qeyd edilən X2 “Ölüm haqqında şəhadətnaməsində adı qeyd edilən X4 ilə eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 625 saylı Sərəncamı ilə Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Bakı-Abşeron yolunun şimal hissəsində 0.06 ha torpaq sahəsinə görə RX seriyalı ******* saylı Çıxarışın hüquqi sahiblər bölməsində 2 sıra nömrəsi ilə qeyd edilən X2 “Ölüm haqqında şəhadətnaməsində adı qeyd edilən X4 ilə eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 625 saylı Sərəncamı ilə Bakı şəhəri, Bül-Bülə qəsəbəsi. Bakı Abşeron yolunun şimal hissəsində 0.06 ha torpaq sahəsi Ərizəçi verilmişdir. Torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Həmin torpaq sahəsinə görə xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2004-cıi ildə şəhadətnamə verilmişdir ((JN-150851, Kod 0060026). Şəhadətnamədə adı çəkilən şəxslər onun ailə üzvləridir. Ümumi birgə əmİakin mülkiyyətçilərindən X4 onun həyat yoldaşı olmuşdur. X4 ilə o, xx.xx.1984-cü ildə nikaha girmişdir. (lll-ЖГ № 385047 saylı nikah haqqında şəhadətnamə). Həyat yoldaşı 27 avqust 2018-ci il tarixdə vəfat etmişdir (AZ-İ № 964428 saylı ölüm haqqında şəhdətnamə). Torpağın mülkiyyətə verilməsinə dair (JN-150851 Kod 0060026) saylı şəhadətnamədə mərhum həyat yoldaşının soyadı Məmmədova, adı Siyasət, atasının adı Allahyar kimi göstərilmişdir. Qeyd edir ki, nikah haqqında şəhadətnamədə mərhum həyat yoldaşının soyadı Hacıyeva, adı Siyatel, atasının adı Allahyar kimi göstərilmişdir. Nikaha girərkən mərhum həyat yoldaşı qızlıq soyadını dəyişərək Məmmədova soyadını qəbul etmişdir. Həmçinin RX seriyalı ******* saylı Çıxarışda da mərhumun soyadı Məmmədova, adı Siyatel, atasının adı Allahyar kimi göstərilmişdir. Əslində Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və RX seriyalı ******* saylı Çıxarışda qeyd edilən X5 “Ölüm haqqında şəhadətnamədə qeyd edilən X4 ilə eynidir. Həyat yoldaşı vəfat etdiyinə görə onun mülkiyyətində olan torpaq sahəsini onun adı “Torpağın mülkiyyətə verilməsinə dair JN- 150851 saylı Çıxarışda fərqli yazıldığına görə ondan miras qalmış əmlakı vərəsə kimi qəbul edə bilmir. Belə ki, Bakı şəhəri 9 saylı Notariat Ofisinin verdiyi xx.xx.2023-cü il tarixli 2520 №-li məktubunda qeyd edilir ki, “miras qoyanın əmlakının qəbulu ilə əlaqədar notariat hərəkətlərinin aparılması üçün təqdim olunan sənədləri ölüm haqqında şəhadətnamədə və dövlət reyestrindən Çıxarışda məhrum X3 adında uyğunsuzluq olduğu üçün (ölüm haqqında şəhadətnamədə adı- “Siyatel”, dövlət reyestrindən Çıxarışda isə “Siyasət” notariat hərəkətlərinin aparılması qanunvericiliyin tələbinə ziddir.” Buna görə də notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - A3 seriyalı 339174 nömrəli doğum haqqında şəhadətnamənin və xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X6 xx.xx.1963-cü il tarixdə Naxçıvan MR Culfa rayonunda doğulmuşdur. Ata qrafasında X7, ana qrafasında X11 qeyd edilmişdir. - Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, miras qoyanın əmlakının qəbulu ilə əlaqədar notariat hərəkətlərinin aparılması üçün təqdim olunan sənəddə ölüm haqqında şəhadətnamədə və dövlət reyestrindən Çıxarışda mərhum X3 adında uyğunsuzluq olduğu üçün (ölüm haqqında şəhadətnamədə adı- “Siyatel”, dövlət reyestrindən Çıxarışda isə “Siyasət” notariat hərəkətlərinin aparılması qanunvericiliyin tələbinə ziddir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********87 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Bakı-Aeroport yolunun şimal hissəsində yerləşən 0.06 ha torpaq sahəsindən 1/5 hissəsi Ərizəçi xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin 1/5 hissəsi iddiaçının adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət haqqı ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********87 reyestr nömrəli çıxarışdan görünür ki, X3 adı hüquq sahibləri qrafasının 2-ci sırasında X5 qeyd edilmişdir. - AZ-İ № 964428 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə “çoxsaylı mieloma” səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 392 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ilə X6 arasında nikah Culfa rayon Əbrəqunus İ.N.-da xx.xx.1984-cü il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Məmmədova” soyadını qəbul etmişdir. Nikaha S.A.Məmmədovanın xx.xx.2018-ci ildə ölməsi ilə bağlı xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi vəkili və nümayəndəsi Vəkil məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi ilə X6 arasında nikah xx.xx.1984-cü il tarixdə bağlanmışdır. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********87 reyestr nömrəli çıxarışda X3 adı hüquq sahibləri qrafasının 2-ci sırasında X5 qeyd edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********87 reyestr nömrəli çıxarışda arvadının adı X1 qeyd olunduğundan ondan qalan miras əmlakı qəbul edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Ərizəçi tərəfindən təqdim olunmuş iş materiallarında olan sənədlərdən müəyyən olur ki, X3 adı “Siyasət” deyil. Odur ki, həqiqətən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********87 reyestr nömrəli çıxarışda X3 adı düz yazılmamışdır və ərizəçi həmin yanlışlığı başqa qaydada aradan qaldıra bilmir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən oldu ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Bakı-Aeroport yolunun şimal hissəsində yerləşən 0.06 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdədir və X3 da mülkiyyətində olmuşdur. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin qeyd olunan torpaq sahəsində olan payı rəsmi qeydə alınmışdır. Hazırda ərizəçi arvadından miras qalan payı qəbul edə bilmir. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin torpaq sahəsinin üzərində paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, Bakı-Aeroport yolunun şimal hissəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair verilmiş RX seriyalı ******* saylı Çıxarışda “hüquq sahibinin adı” qrafasında 2-ci sırada qeyd edilən X2 hüquqmüəyyənedici sənədlərdə adı qeyd edilən X4 ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Bakı-Aeroport yolunun şimal hissəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair verilmiş RX seriyalı ******* saylı Çıxarışda “hüquq sahibinin adı” qrafasında 2-ci sırada qeyd edilən X2 hüquqmüəyyənedici sənədlərdə adı qeyd edilən X4 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar